İsrafil İsmayılov azərbaycan nefti XX əsrdə


I Fəsil. BAKI NEFTİ RUSİYA ÇARLIĞININ AZƏRBAYCAN



Yüklə 425,17 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix15.03.2018
ölçüsü425,17 Kb.
#31600
1   2   3   4   5   6   7   8   9   ...   14

I Fəsil.

BAKI NEFTİ RUSİYA ÇARLIĞININ AZƏRBAYCAN 

ÜZƏRİNDƏ MÜSTƏMLƏKƏÇİLİYİ DÖVRÜNDƏ

(1901-1917)

XX əsrin əvvəllərində Azərbaycan türklərindən Bakıda 

yetişmiş  sənaye  kapitalistləri  ənənəvi  yüngül  sənaye  ilə  ya­

naşı  Bakının neft sənayesinə də kapital qoymağa başladılar. 

Bu  sahədə  onlar  daha  güclü  əcnəbi  kapitalistlərin,  eləcə  də 

daxildəki  erməni  kapitalistlərinin  rəqabətinə  rast  gəldilər. 

Həmin  kapitalistlər  Rusiya  və  Avropa  ilə  iqtisadi  və  siyasi 

əlaqələri  olduğu üçün Azərbaycanın  milli  burjuaziyasına  öz 

neftinin  sənaye  istehsalını  genişləndirməyə  imkan  vermirdi­

lər.


Buna  görə  də  milli  burjuaziyadan  hətta  güclüləri  sıra­

sında  olan  Musa  Nağıyev,  Hacı  Zeynalabdin  Tağıyev  və 

digərləri  neft  istehsalında  nisbətən  zəif mövqeyə  malik  idi­

lər.  Erməni  milyonçularından  olan  A.Qukasov  isə  neftdən 

15 milyon,  Montaşev və Lionozovun hər  biri  10 milyon rubl 

kapitala  malik  idilər.  A.Qukasov bu  kapital  ilə  1899-cu  ildə 

Londonda neft üzrə bank şirkəti açmışdı.

XIX  əsrin  sonunda  Rusiya  Bakı (Abşeron) rayonu he­

sabına  neft çıxarılmasında ABŞ-ı  ötərək  1898-ci  ildə dünya­

da  birinci  lerə  çıxdı.  1901-ci  ildə  Rusiyada  11,9  milyon  ton 

neft  istehsal  edilmişdi.  Bunun  95%-i  Azərbaycanda  istehsal 

edilmişdi.1

Bakı  neftinin  ixracı  əsasən  Xəzər  dənizi  və  Zaqafqa­

ziya  dəmir  yolu  vasitəsilə  həyata  keçirilirdi. 1892-ci  ildə  X ə­

zərdə  58  neftdaşıyan  gəmi  üzürdü.  Neftə  olan  böyük  tələbat 

Bakıda iqtisadi dirçəlişə təkan verdi.

Xəzər ticarət  gəmiçiliyində  1901-ci  ildə olan  788  gəmi­

nin  44,4%-i  Azərbaycan  burjuaziyasına  məxsus  idi.2

Azərbaycan Sovet Ensiklopediyası,  VII  cild, s.208. 

2 ASE.  X  cild,  s.71.

12

Dünyada  ilk  neft  tankeri  «Zərdüşt»  (1877),  ilk  teploxod 



«Vandal»  (1903)  Xəzərdə  suya  buraxılmışdır.  Bu  gəmilərin 

daşıdıqları yüklədin 70%-i neft və neft məhsulları idi.

Bakı  neftinin  Qara  dəniz  vasitəsilə  Avropaya  çıxarıl­

ması  üçün  Batum-Tiflis  dəmir yolu xətti  Bakıya qədər  uza­

dıldı (1874-cü ildən başlayaraq).

XX  əsrin  əvvəllərindən  başlayaraq  dünya  ölkələrinin 

yanacaq  balansında  neftin  əhəmiyyəti 

getdikcə 

artırdı. 

Digər tərəfdən  1900-1903-cü illəri əhatə edən sənaye böhranı 

dövrü Bakıda istehsal edilən xam neftin qiyməti 2,3 dəfə,  ağ 

neftin (kerosin) qiyməti isə 3,4 dəfə aşağı düşmüşdü.1

1900- 

cü  ildə  Bakı  rayonunda  66  kerosin  zavodu,  18 



kerosin-yağ  zavodu,  4  benzin  zavodu  və  neftlə  əlaqədar  6 

digər zavod var idi.2

1901- 

ci  ildə  Rusiyada  çıxarılmış  706  milyon  pud  neft 



dünya  neft  hasilatının  51,5%-ni  təşkil  edirdi.3  1903-cü  ildə 

Bakı-Batumi  neft  kəməri  işə  salındı  və  hasil  edilən  neftin 

xaricə satılması üçün imkanlar çoxaldı.

XX  əsrin  əvvəllərindən  başlayaraq  Amerika  Birləşmiş 

Ştatlarının  və  İngiltərənin  şirkətləri,  eləcə  də  Almaniya  və 

Türkiyə  burjuaziyası  Bakıda  neft  istehsalında  güclü  mövqe 

tutmaq  uğrunda mübarizəyə başladılar.

Bakıda  neft  istehsalı  və  Avropaya  ixrac  edilməsinə 

«Nobel  qardaşları  birliyi»  ilə  yanaşı  1883-cü  ildən  başlaya­

raq  Rotşildlər  də  qoşuldular.  Bu  iki  neft  şirkəti  nəhəngi  ilə 

münaqişəyə  ABŞ-na  məxsus  «Standart  oyl»  şirkəti  də  qo­

şuldu.


Nobellərin  və  Rotşildlərin  səyi  ilə  Amerika  kerosini 

(ağ  nefti)  Rusiya  bazarlarından sıxışdırıldı.  Şirkətlər arasın­

da  bazar  uğrunda  mübarizə  30  illik  müharibə  kimi  davam 

etdi.  Neft siyasi ziddiyyətlər mənbəyinə çevrildi.

1 М.Дж.Ибрагимов.  Нефтяная промышленность Азербайджана в пери­

од империализма.  Б.,  1984, с.41.

2 ASE.  VII cild, s.210.

1  Azərbaycan nefti dünya siyasətində.  II cild, s.233.

13



1909-cu ildən  başlayaraq  Nobellər  Bakı neftini Batum 

və Novorossiysk  vasitəsilə Türkiyə  və Avropaya,  Baltik  də­

nizi vasitəsilə Almaniyaya ixrac edirdilər.

XX  əsrin  əvvəllərində  istifadəyə  buraxılmış  elektrik 

motorları  ağ neftə  (kerosinə)  olan ehtiyacı  bir  qədər  azaltdı 

(iş  yerləri  və  küçələr  elektriklə  işıqlandırılmağa  başlanması 

hesabına).

1913-cü  ildə  Rusiyanın  dünya  neft  istehsalında  payı 

1904-cü ildəki 31%-dən 9%-ə düşdü.1

1904-1915-ci  illərdə  Bakıda  neft  istehsalı  ilə  16  aksiya 

şirkəti və  14  fərdi müəssisə və birliklər  məşğul idilər.  Həmin 

illərdə bu şirkətlər ildə  15,780 min pud, fərdi istehsalçılar isə 

1,670 min pud neft istehsal etmişdilər.2

I  dünya  müharibəsi  neftə  olan  tələbatı  artırdığı  üçün 

1914-cü ildə Bakı neft rayonunda neft çıxarılması ilə məşğul 

olan  firmaların  sayı  1904-cü  ildə  olan  138-dən  1914-cü  ildə 

169-a çatdırıldı.

Birinci  dünya  müharibəsinin  başlanması  benzin  və 

sürtgü  materiallarına  cəbhələrdə  tələbatı  daha  da  artırdı 

191-6-cı  ilin  iyul-noyabr  döyüşlərində  İngiltərə  Somna  çayı 

vadisində ilk dəfə tanklardan istifadə etdi.

1917-ci  ildə  Rusiyada  Fevral  və  Oktyabr  çevrilişləri 

nəticəsində  Rusiyanın  Antanta  blokunda  iştirakı  zəiflədi  və 

az sonra  Sovet Rusiyası müharibədən çıxdı.

1917-ci ilin  aprelində  ABŞ  Almaniyaya qarşı mühari­

bəyə başladı.

Amerika alimi Lui Fişer  1926-cı ildə Nyu-Yorkda nəşr 

etdirdiyi  «Neftin  imperializmi»  kitabı  neft  uğrunda  beynəl­

xalq  mübarizəyə həsr  olunmuşdur.  Müəllif bu əsərin I fəsli­

ni  «Bakı  uğrunda  mübarizə»  adlandırmışdır.  Bu  mübarizə  I 

dünya (imperialist) müharibəsi  ərəfəsində  və gedişində daha

'  Амиров C.C.  Нефтяные монополии Азербайджана в период первой 

Мировой войны.  Б.,  1974, с.41-42.

2 А.Пожитков.  Очерки  по  истории Бакинской нефтедобывающей про­

мышленности.  М.-Л.,  1940,  с. 123.

14

da kəskinləşmişdi.



Birinci dünya müharibəsində iştirak edən bütün ölkələr 

üçün  və  xüsusilə  Almaniya  üçün  Bakı  nefti  və  ondan  əldə 

edilən  mazut  cəbhələrdə  təyyarələr  və  sualtı  qayıqlar  üçün 

son  dərəcə  lazım  idi.  Uzunluğu  860  km  olan  Bakı-Batum 

neft  kəməri  (1907-ci  ildə  istifadəyə verilmişdir)  buna imkan 

verdiyi  üçün  Almaniya  höküməti  Gürcüstanın  «azad» 

hökümətinin razılığını  ala bildi  və  Almaniyanın hərbi hissə­

ləri  Gürcüstana  daxil  oldular.  Bütün  bu  əməliyyata  Alma­

niya generalı Lyudendorf rəhbərlik edirdi.

Neft  üzrə  mübarizənin  bu  mərhələsinə  yekun  vuraraq, 

L.Fişer  yazmışdır:  «Müharibəni  uduzmuş  almanlar  və 

türklər Qafqaza  sahib  ola  bilmədilər...  Dünya müharibəsin­

də qələbə çalmış müttəfiq  ölkələrin (Antanta) heç biri də rus 

(sovet) neftinə sahib ola bilmədilər».1

I  dünya  müharibəsi  illərində  Almaniya  İraqda  olan 

Mesopotamiya  neft  rayonunu  (Mosul  nefti)  əlndə  saxlaya 

bilmədi.  İngiltərəni  I  dünya müharibəsinə  sövq  edən  səbəb­

lərdən biri də Mosul neftinə sahib olmaq arzusu idi.

Azərbaycanlı  mühacir  Miryaqub  Mehdizadə  1928-ci 

ildə  İstanbulda  nəşr etdirdiyi  «Beynəlmiləl siyasətdə  petrol» 

əsərində yazır  ki,  Azərbaycanda neft ehtiyatları, mütəxəssis­

lərin  dediyinə  görə,  Meksika və İrandan çox olduğuna görə 

(M.Faninqin  hesablamaları) «İngiltərə və Almaniya  arasın­

da  neft  məsələsi  üzrə  rəqabət  eləcə  də  Azərbaycan  neftinə 

aiddir».2

M.Mehdizadə  kitabın  II  bölməsini  «Cenevrə  konfran­

sında  Azərbaycan»  adlandırmışdır.  Burada o,  yazır:  «Azər­

baycan bolşeviklərinin  lideri Nəriman  bəyin  şəxsində  təmsil 

etdirilmək  istənilirdi,  və  o,  azərbaycanlı  olduğunu  göstər­

mək  üçün bir  qalpaq  (Nərimanovun papağına  işarədir) dəxi

1 Луи Фишер.  Империализм нефти (Международная борьба за нефть). 

Перевод с американского издания. М.-Л.,  1927, с. 15.

2  M iryaqub Mehdizadə.  Beynəlmiləl siyasətdə petrol.  İstanbul,  1928; 

Bakı,  1994, s.9.

15



Yüklə 425,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə