İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

düşən  rus  hərbi  eşelonları  Gürcüstana  daxil  olmuşdur.  Gürcü  hökuməti  onları 
Tiflisə  yaxın  buraxmamaq  və  ətraf  stansiyalarda  tərk-silah  etmək  istəyirdi.  Bir 
neçə gün idi ki, bu hərbi eşelonlar Qardaban- Qarayazı stansiyalarında dayanıb yol 
gözləyirdilər. "Bu gürcülər  də  ilanı  Seyid Əhməd  əli  ilə  tutmaq  istəyirlər. Həmin 
eşelonları tərk-silah etmək, həm də dava-qalmaqalı başqa yerə salmağa çalışırlar. 
Çalışırlar ki, bu hadisə Azərbaycanda baş versin və sonradan dünyaya səs salsınlar 
ki,  bu  millət  mədəniyyətdən  uzaqdır  və  orda  quldurlar  hökmranlıq  edir".  Amma 
yeni  yaranan  dövlətə  ordu  və  silah  lazım  idi.  Xudadat  bəy  general-qubernator 
seçiləndən sonra bu haqda tez- tez düşünürdü. 
Oktyabr  inqilabından  sonra  Rus  imperiyası  dağıldı.  Müstəmləkələr  istiqlaliyyət 
əldə etdilər, öz dövlətlərini yaratdılar. O cümlədən Azərbaycanda da Demokratik 
Azərbaycan  Cümhuriyyəti  yaradıldı.  İndi  əsas  məqsəd  bu  dövləti  əldə  saxlamaq 
idi.  Bunun  üçün  əsas  şərtlərdən  biri  Azərbaycanın  ordusunu  yaratmaqdır.  Qəribə 
bir  vəziyyət  əmələ  gəlmişdi.  Çar  Rusiyası  müsəlmanlardan  əskər  aparmırdı. 
Azərbaycanlılardan ibarət hərbi tə'lim keçmiş nizam-intizamlı ordu yox idi. Ancaq 
rus  ordusunda  xidmət  etmiş  çox  görkəmli,  qabiliyyətli  generallarımız, 
komandirlərimiz mövcud idi. Xudadat bəy dərk edirdi ki, mütləq hərbi səfərbərlik 
e'lan etmək və yaxşı ordu yaratmaq lazımdır. Ordunu ordu halına salmaq üçün onu 
silahlandırmaq lazım idi. 
İndi belə fürsət ələ düşmüşdü: cəbhədən geri qayıdan qoşunları tərk-silah etmək, 
həm də davasız-şavasız. 
Zəngi basdı. Növbətçi zabit içəri girdi. Xudadat bəy ona göstəriş verdi: 

Əmrahı tez mənim yanıma göndər. 
Bir  neçə  dəqiqədən  sonra  Əmrah  iş  otağında  fikirli-fikirli  gəzişən  Xudadat  bəyin 
önündə dayandı. 
-  Aslan  bəy  Səfi  Kürdskini,  Rüstəmbəyli  Şəfi  bəy  ilə  Adıgözəl  İmamverdi  bəyi 
bura  çağır.  Sonra  uşaqlardan  göndər  qaçaqların  yanına.  Qaçaq  Qənbər,  Xallı 
Heydər,  Topal  Hasanlı  Cabbar,  Tatoğlu  Hasanı  tapıb  mənim  adımdan  xəbər 
versinlər  ki,  öz  adamlarını  yığıb  tə'cili  Şəmkir  vağzalına  yola  düşsünlər.  Ətraf 
downloaded from KitabYurdu.org


kəndlərdəki  adamları  da  yığsınlar.  Dəmiryolunun  alt  və  üst  tərəfini  kəssinlər  və 
bizi gözləsinlər. 
Çapıq  Əmrah  dərhal  həyətə  düşdü  və  bir  dəstə  atlı  ilə  qaçaqların  dalınca  getdi. 
Bundan sonra Xudadat bəy məsələni açdı: 
-  Ağalar,  rus  eşelonları  Türkiyə  cəbhəsindən  gəlirlər,  onları  tərk-silah  etmək 
lazımdır. Şəfi bəy ilə İmamverdi bəy, siz tə'cili gedin Yevlaxa, adamlarımıza xəbər 
verin,  qoyun,  hazır  dayansınlar.  Əgər  eşelonlar  Gəncəni  keçə  bilsələr,  Bakıya 
doğru getməyə qoymasınlar. Mümkün qədər bu 
36 
işləri  sakitliklə,  qansız  eləmək  lazımdır.  Di  sizə  yaxşı  yol.  Biz  isə,  Aslan  bəy, 
səninlə birlikdə Şəmkirə yola düşməliyik. 
Səhər  dan  qızaran  zaman  atlı  dəstənin  müşayiəti  ilə  Xudadat  bəy  Aslan  bəylə 
faytona  oturub  Gəncədən  Şəmkirə  yola  düşdülər.  Xudadat  bəy  əlindəki  kiçik  yol 
çemodanını  faytonun  arxa  tərəfinə  qoydu.  O,  idarədən  çıxmazdan  əvvəl  həmin 
çemodanı dava-dərman, sarğı ləvazimatları və cərrahiyyə bıçaqları ilə doldurmuş, 
bəlkə  lazım  oldu  deyə  xəyalından  keçirmişdi.  Hava  soyuq  idi.  Yanvar  ayının 
əvvəlində  yerə  düşən  qar  əriməmişdi.  Yolun  bə'zi  yerləri  buz  bağladığından  at 
nallarından qığılcım qalxırdı. Şəmkirin üst tərəfindəki dağlar dümağ qar içində idi. 
Xudadat bəy üzünü faytonun küncündə sakitcə oturan Aslan bəyə çevirdi. 

Şekspirin  belə  bir  sözü  var:  "Hünər  yüksəklərə  qalxmaqlarda  deyil,  hünər 
yüksəkliklərdə  mətanətlə  dayanmaqdadır".  Camaatı  ayağa  qaldırmaq,  onlara  şirin 
və'dlər vermək, onsuz da ciyəri alışıb-yanan adamları döyüşə aparmaq, ehtirasları 
qızışdırıb mövcud qanunları dağıtmaq o qədər də çətin deyil. Amma... 
-  Məsələnin  çətini  camaata  təzə  nə  verməkdir?  Vay  o  gündən  ki,  qazandıqlarını 
əldə saxlaya bilməyəsən, təzə bir şey verə bilməyəsən, - deyə Aslan bəy Xudadat 
bəyə cavab verdi. - Ymidi boşa çıxan və aldadılan xalqın faciəsindən böyük faciə 
yoxdur.  İndi  biz  yeni  dövlət  qurmuşuq.  Qurmaq  asandır,  onu  əldə  saxlamaq 
lazımdır. 
Xudadat bəy faytonun içində yerini rahatladı. 
downloaded from KitabYurdu.org



Çox  təəssüf  ki,  bunu  başa  düşməyənlər  var.  Dövləti  əldə  saxlamaq  üçün 
birinci  növbədə  ordu  lazımdır.  Xüsusi  ilə  bizə.  Çünki  dörd  tərəfimiz  xəbis 
qonşularla  doludur.  Ona  görə  nəyin  bahasına  olursa-olsun,  eşelonları  tərk-silah 
etməliyik. 
Xudadat bəy susdu, hər şeyi unutmuş kimi dərin fikrə getdi. Onun məqsədi bu saat 
Türkiyə  cəbhəsindən  qayıdan  rus  eşelonlarını  tərk-silah  etmək  idi.  Bunun  üçün 
əvvəlcədən  tədbir  görmüşdü.  Dəmiryolunun  ətrafında  yerləşən  kəndlərdən 
təxminən  on  min  silahlı  dəstə  düzəltmiş,  həmçinin,  bu  mahalın  adlı-sanlı 
qaçaqlarını  da  bu  işə  cəlb  etmişdi.  Onlar  dünən  axşamadək  burada  pusquda 
dayanmışdılar.  Rus  qoşunları  müqavimət  göstərsələr,  qan  tökməyə  məcbur 
olacaqdılar. Xudadat bəy bunu istəmirdi. O, uzun döyüşlərdən sonra salamat qalıb 
sevinclə  vətənə  qayıdan  əsgərlərin  şadlığını  yox  edib  qan  tökməyin  əleyhinə  idi. 
Fayton Şəmkir stansiyasına yaxınlaşanda uzaqdan keçmiş şəhər qalasının qalıqları 
və  körpü  aydınca  göründü.  Şəmkir  çayının  üstündəki  körpünün  xarabalıqları  da 
aydınca  görünürdü.  Bu,  Şəmkir  şəhərinin  xarabalıqları  idi.  935-367  hicridə 
"Şəmkur"  adında  bir  padişah  bu  şəhəri  tikdirmiş  və  öz  adını  həmin  şəhərə 
vermişdi.  Teymurləngin  vaxtında  bu  şəhər  salamat  idi.  İndi  isə  şəhərin  adı  və 
xarabalıqları qalmışdı. Bəşər övladı qəribədir. Yaratdıqlarını məhv edir. Əgər belə 
olmasaydı,  tərəqqinin  dalından  insan  nəsli  çata  bilməzdi.  Xudadat  bəy  ətrafdakı 
qarlı-təpəli  düzənlikləri,  qarşıdakı  dəmiryol  vağzalını  seyr  etdikdən  sonra 
vağzaldakı zirehli qatarı gördü. Bu qatar 60 nəfər döyüşçü ilə Tiflisdən gəlmişdi. 
Xudadat bəyin atlı dəstəsi vağzalın yanında dayandı. Xudadat bəy mühafizəçilərin 
müşayiəti ilə stansiya rəisinin otağına daxil oldu. 

3 - 
Eşelon  Poylu  körpüsü  yaxınlığında  dayananda  komandir  maşinistdən  təəccüblə 
"Niyə dayandıq?" deyə soruşdu. 
Başını pəncərədən çıxardıb yola baxan ağsaçlı və ağbığlı maşinist dilləndi. 

Simafor bağlıdır. 
Qatar körpünün yaxınlığında Kürün yaxası boyu dayanmışdı. Vaqonların içi soyuq 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə