65
Əslinə baxsan, Şamxala ayrılıb ev tikməyi elə Çərkəz məsləhət
görmüşdü: "Sənə nə var, dədəyin malı-dövləti aşıb-daşır. Əlində on beş
iyrimi kənd var. Biçənəklərinin ucu-bucağı görünmür. Torpağın gözü də
sizindir. Yaman günündə beş-on tağarlıq yer götürüb əkib-bicərsən. Daha
mənim kimi deyilsən ki, - demişdi. - Əgər evinizə qayıtmaq istəmirsənsə,
belə məsləhətdir. Qonum-qonşunun qoltuğunda yaşamaqdan pis şey
yoxdur". Şamxal çox fikirləşmiş və ona haqq vermişdi. Bu söhbətdən bir
gün sonra Şamxal qərarını ona demiş və köməkləşib ev tikmişdilər.
Şamxal bir həftə beləcə yaşadı.
Bir axşam həyətdə oturmuşdu. Çardağın dirəyindən asılan qara çırağın
başına dolanan pərvanələrin, xırdaca böcəklərin sayı-hesabı yox idi. Ətraf
yaşıllıq olduğundan, uçub işığa gələn cücülərin ardı-arası kəsilmirdi. Dirəyə
bağlanmış at qabağındakı göy otu xımırtladırdı. Şamxal həmişəki kimi bu
axşam da atını Kürə sulamağa aparmış, qayıdanda biçənəkdən bir qucaq ot
çalımşdı.
O, içəri keçib taxtın üstünə uzandı. Ulduzlar sayrışırdı. Cırcıramaların
səsi bir-birinə qarışmışdı. Cələdəki çaqqallar səs-səsə verib ulaşdıqca kənd
itləri hürüşürdü. Kimsə xır yolunda araba sürürdü. Təkərlər qıcıldayırdı.
Şamxalı fikir götürmüşdü. "Bəlkə Habil oğlu Qasımın yanına getsin?
Onun dəstəsinə qoşulub çapqınçılığa başlasın? Maldan-qaradan oğurlayıb
birbaş həftəbazarına sürsün? Bircə günün içində xırıd edib paltar-palazdan
alsın, ev-eşiyini sahmana salsın? Axı, deyirlər, çox adam bu yolla varlanıb?
Hərçənd bu yolda ölüm-itim də var. Ancaq nə olsun, yaranan bir gün
ölməyəcəkmi?"
O, yanı üstə çevrildi. Papiros eşib-yandırdı. Dalbadal sümürüb tüstünü
kənara üfürdu. Yenə fikrinə davam etdi. "Yox, nahaq bu xəyallara düşürəm.
Haramçılıqdan bir şey çıxmaz. Adam öləndə də bir şey üstündə ölər. Yoxsa
oğurluq üstündə ölmək heç kişilikdən deyil. Camaat adamın cəmdəyinə
tüpürər".
Şenliyin aşağısından səs-küy qalxdı. Kimsə damın üstünə çıxıb bərk qıy
çəkdi. Dalbadal güllə atıldı. İtlər səs-səsə verib ulaşdılar. Şamxal qalxıb
oturdu. Şirin-şirin ot yeyən at qulaqlarını şəkləyib fınxırdı. İtlər nəyi isə
qovub cələyə doğru apardılar. Beş-on dəqiqədən sonra hər şey sakitləşdi.
Cırcıramaların səsi, Kürün qıjıltısı aydınca eşidildi,
Şamxal yaxında hənirti duyub qulaq kəsildi. Göy otluqda araba
surürdülər. Təkərlərin otları əzməsi və öküzlərin arabir fısıldayıb ot
66
qoparması eşidilirdi. Arabaçı tez-tez çubuğunu şaqqıldadır, "ho-ho, hiş" -
deyə heyvanları səsləyirdi. Görünür, o, qabağa düşmüş və yo-iz olmayan
yerlərdə arabanı xəndəyə salmaqdan ehtiyat edirdi. Şamxal gələnlərin ötüb
gedəcəyini zənn etdi. Ancaq səs-küy yaxınlaşdı. Araba düz işığa gəldi.
Şamxal nökərləri Tapdiğı tanıdı.
-
Xoş gördük, ağa.
-
Xoş gördük, hara belə?
-
Heç hara, elə sənin yanına gəlmişəm.
-
Bəs bu araba-zad nədir?
-
Paltar-palazdır. Xanım göndərib.
-
Qaytar geri, mənə heç nə lazım deyil.
Indiyəcən arabanın üstündən düşməyib, qardaşının nə deyəcəyini
gözləyən Salatın dözmədi. Yerə enib bnun yanına gəldi. Quş kimi
qanadlanıb Şamxalın boynuna sarıldı.
-
Qurbanın olum, ay qağa, nə təhərsən?
Bacısının onu duz kimi yalaması Şamxalı qəhərləndirdi. Qızın saçını
sığallayıb üzündən öpdü. Kirimişcə:
-
Anam nə təhərdir? - dedi.
-
Yaxşıdı. Elə fikri-zikri sənsən. Evin də mübarək. Bəs təkcə
darıxmırsan?
-
Əlacım nədir? - deyə Şamxal sakitcə dilləndi.
Salatın onun kövrəldiyini hiss etdi. Fürsəti əldən verməyib üzünü
Tapdığa tutdu:
-
Tez ol, şeyləri boşalt.
-
Heç nə lazım deyil.
-
Bıy, dərdin ürəyimə, ə, nə danışdığındır? Quru yerdə ha
yatmayacaqsan? Evdə palaz-paltar olmazmı?
-
Özüm hamısını düzəldərəm. Onun mənə heç nəyi lazım deyil.
-
O kimdir? - Salatın dayandı və qardaşının atasına işarə etdiyini
başa düşdü. - Gətirdiyimiz şeylərin hamısı anamındır. Öz cehizindəndir.
Tapdıq bacı-qardaşın başı qarışdığından istifadə edib, arabadakı yüklərin
bəzi qismini boşaltdı. Salatın Şamxala imkan vermədi. Çırağı götürüb
qabağa keçdi.
-
Gəl görüm, evin necədir?
Onlar çardağı keçib içəri adladılar. Salatın his verən qara çırağı yuxarı
qaldırdı. İri və vahiməli kölgələr torpaq döşəmədə gəzdi, divarlara düşdü,
bəzən də tavana qalxıb pərdələrdə dolaşdı.
67
Salatın boş evin ortasında dayandı. Divar nəm idi. Yaş kərən və
Pərdələrdən az qala su damırdı. Evin içi bomboş idi. Taxtın üstündə bir cırıq
palazda yox idi
-
A bacın ölsun, burda necə yatırsan?
-
Birtəhər.
Özümü öldürrəm, səni bu cür qoymaram.
Onlar ay doğana qədər əlləşdilər. Gətirdikləri şeylərin hamısını dasıyıb
içəri doldurdular. Tapdıq geri qayıtdı. Salatın qardaşından ayrılmadı.
-
Səni tək qoyub, heç yana gedən deyiləm.
Onlar elə həyətdə, çardağın altında yer saldılar. Ay yuvarlanıb yuxarı
qalxmışdı. Təpələrin, çöllərin üzərinə solğun işıq çilənmişdi. Çəmənlərdən
biçilmiş ot qoxusu gəlirdi. Onların gözünə yuxu getmirdi.
-
Sabah evini silib-süpürəcəm. Divarlara kilim tutacam. Yorğan-
döşəyini yük yerinə yığacam. Qab-qacaq da gətirmişəm. Anam hər şey
göndərib. Görək indi sözün nə olacaq. Bizi tək qoyub qaçdın. Heç insafın
yoxdur?
-
Özün gördün ki?
-
Gördüm. Ancaq nə olsun, atandır. Hirslənmişdi. Gəl qayıdaq.
-
Az danış, ağzın yekə olar, - deyə Şamxal zarafata salıb bacısını
susdurdu. Yorğanı çiyninə çəkib, kürəyini ona doğru çevirdi. Salatın
qardaşını arxadan qucaqlayıb büzüşdü.
10
Güləsər gecikmişdi. Səhər tezdən ev-eşiyi süpürmüş, qızlarla pencərə
getmiş, geri qayıdanda səhəngin boş olduğunu görmüşdü. Atası indicə
gələcəkdi. Çərkəz də axşamüstü evə dönəcəkdi. Heç olmazsa onlara bir
stəkan çay vermək lazımdı.
O, səhəngi götürüb birbaş Kürə yollandı. Gün yaxmışdı. Kəndin qərb
tərəfindəki hündür təpələrin zirvəsi narıncı rəngə boyanmışdı. Sahildəki
söyüd ağaclarının budaqları qızılı rəngə çalırdı. Güləsər hündür yarğanın
yanından sola burulub cığırla aşağı endi. Çəmənlikdə oynaşan uşaqlar
malları qabağına qatıb kəndə doğru haylayırdılar. Lap uzaqda bir oğlan at
çapırdı. Ətrafa sərinlik gətirən kölgə çökürdü. Güləsər addımlarını
yeyinlətdi. Suyun yaxası boyu uzanan yarğanın qaşı ilə
Dostları ilə paylaş: |