Islamda qadinla kishinin ferqi



Yüklə 226,52 Kb.
səhifə5/5
tarix08.01.2018
ölçüsü226,52 Kb.
#19993
1   2   3   4   5

Əhməd Mohseni Qorkaninin “İslamda ən gözəl örtük nümunəsi” kitabından istifadə olunmuşdur.

Qadına olan xüsusi diqqət
Həzrət Əmirəl-möminin Əli (ə) İmam Həsən Müctəbaya (ə) xitabən qadını belə vəsf edir:

فَإِنَّ الْمَرْأَةَ رَيْحَانَةٌ وَ لَيْسَتْ بِقَهْرَمَانَة


«Qadın qəhrəman yox, xoşətirli bir güldür» («Nəhcül-bəlağə», 31-ci məktub). Əgər qadın bir gülə bənzədilirsə, deməli onun solmaması üçün ona daha çox qayğı göstərilməli və diqqət yetirilməlidir.

İmam Sadiq (ə) isə belə buyurub:

مَنِ اتَّخَذَ امْرَأَةً فَلْيُكْرِمْهَا فَإِنَّمَا امْرَأَةُ أَحَدِكُمْ لُعْبَةٌ فَمَنِ اتَّخَذَهَا فَلَا يُضَيِّعْهَ
Yəni, evlənən kişi, qadınına (zövcəsinə) ehtiramla yanaşmalıdır. Çünki, qadınlarınız sizin oyun-oyuncağınızdır və onu (oyuncağı) əldə edən onu korlamamalıldır («Biharul-ənvar», 103-cü cild, 224-cü səh).

Bu hədisdə işlədilmiş «lə’bətun» (yəni oyun-oyuncaq) sözü ötəri və sadəcə bir məşğuliyyət mahiyyəti daşıyan oyun-oyuncaq mənasında deyil.

Çünki, ehtiram, Quran anlayışında təqva və pərhizkarlıqdan yaranan dəyərli və təqdirəlayiq bir məziyyətdir. Oyun-oyuncaq isə ehtiram və dəyərə layiq bir vasitə deyil.

Deməli, hədisdəki «lə’bətun» sözünü oyun-oyuncaq kimi mənalandırmaq düzgün deyil. Bu hədisin də mənası, birinci hədis kimi olacaqdır. Yəni, qadın bir gül ləçəyi kimi zərif və incədir. Nəbadə bu incə ləçəyi korlayıb, məhv edəsiniz!

İslamda ailənin, həmçinin məktəblərin sərpərəstlərinə tövsiyə olunur ki, qız uşaqlarına oğlan uşaqlarından daha çox qayğı göstərilsin. Çünki qız, oğlandan altı il tez ibadi məsuliyyətə cəlb olunur. Deməli, qadın kişidən daha tez Allahla razi-niyaz etmək qabiliyyətini əldə edir. Eləcə də qadında olan güclü duyğular və meyillər onun düz yoldan sapınması üçün əlverişli şərait yaratdıqda, ibadi məsuliyyət, bu meyilləri mötədilləşdirir və qadını qoruyur. İslam dinində qadına xüsusi əhəmiyyət verilir. «Mən la yəhzuruhul-fəqih» adlı dəyərli kitabın müəllifi mərhum İbn Babuvəyh Qummi (c.ə), bu kitabdakı «Namaz» fəslində «Namazda qadınlara xas qaydalar» başlığı altında namaz qılarkən qadınların qiyam halı, rükuya getmə, təşəhhüd oxuma tərzləri, həyalı bir şəkildə ayağa qalxmaq və s. bu kimi qaydaları sadalamışdır. O, bu fəslin sonunda İmam Sadiqdən (ə) bu hədisi nəql edir:

فَإِذَا سَبَّحَتِ الْمَرْأَةُ عَقَدَتْ عَلَى الْأَنَامِلِ لِأَنَّهُنَّ مَسْئُولَاتٌ يَوْمَ الْقِيَامَةِ


Yəni, qadın, barmaqları ilə zikrləri saysın, çünki barmaqlardan da sorğu-sual olunacaq («Mən la yəhzuruhul fəqih», 1-ci cild, 374-cü səh, 1089-cu hədis).

İstər kişi, istərsə də qadın üçün zikrlərin sayını saymaqda ən yaxşı vasitə İmam Hüseynin (ə) türbətindən hazırlanan təsbehdir. Zikrləri barmaqları ilə saymaq qəbul olunsa da, lakin onun üçün belə bir tövsiyə qeydə alınmamışdır. Yalnız barmaqlarının sayaraq zikr etmək tövsiyə olunur və bu, Allahın qadına olan xüsusi lütfkarlığıdır. O, istəyir ki, bu yolla qadının barmaqları belə ibadət etsin və hər an bu barmaqları günahdan qorumağı düşünsün.

Allah-Taala Qiyamət günü insanı eynilə dünyadakı bədənində məhşərə gətirəcək:

بَلَى قَادِرِينَ عَلَى أَنْ نُسَوِّيَ بَنَانَهُ


«Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik». («Qiyamət» surəsi, 4-cü ayə)

Hətta əl və barmaqlar deyil, barmaqların izi belə Qiyamət günündə olduğu kimi düzəlib, şəhadət verəcəkdir.

Əgər bu hədisdə zikrləri barmaqla sayıb zikr etmənin bir nümunə və misal ünvanında qeyd olunduğunu fərz etsək (çünki hədislərin məzmunu ümumi məna daşıyır), aşağıdakı nəticəni alarıq:

Bu hədisə əsasən, Allah-Taala qadının bütün vücudu ilə Haqq-Taalaya bəndəlik etməsini istəyir. Bu səbəblə də O, qadını kişidən altı il tez Öz lütfünə şamil etmişdir. Sanki ibadət və bəndəlik, bir saraya bənzəyir ki, icarəsiz oraya daxil olmaq qadağandır və bu sarayın Sahibi qadına kişidən altı il tez ora daxil olmaq iznini vermişdir. Deməli, Allah-Taalanın qadına qarşı lütfkarlığı daha çoxdur.

Nəticədə demək olar ki, əgər bu nümunələri qadının kişidən üstünlüyünü sübuta yetirmək üçün əsas götürmək istəməsək də, ən azı, dində qadına olan xüsusi diqqət aşkar olur. Bir şərtlə ki, qadın da öz mövqeyini dərk etməlidir.

Qadının ibadi məsuliyyətə kişidən daha tez cəlb olunması onun naqisliyini yetirmir. Əksinə, qadın bir gül olduğu üçün bağbanın xüsusi qulluğu altında olmalıdır. Bağban isə Qurani-Kərim, məsumlar və Uca Tanrıdır:

وَاللَّهُ أَنْبَتَكُمْ مِنَ الأرْضِ نَبَاتًا

«Və Allah sizi yerdən xas bir şəkildə cücərtdi (bitki kimi)». («Nuh» surəsi, 17-ci ayə)

O Bağban da, hansı gülə daha çox qulluq etməyi və qayğı göstərməyi daha yaxşı bilir.

Quran bu ayə ilə ümumi bir qanunu bəyan etmişdir: yaradılış aləmində bağban, Allahdır və bu qadın-kişi fidanlarını Allah yaradıb. O, bilir ki, bəzi fidanları solmaqdan və aludəçilikdən qorumaq üçün daha tez din örtüyü altına salmaq lazımdır. Bu isə o fidanların üstünlüyüdür.

Əgər qadın, kişidən daha tez Allahın hüzuruna dəvət olunduğunu nəzərə alsa, öz üstünlüyünü dərk edər və bilər ki, onun bu kainatda xüsusi yeri vardır.

Hicabin yaranma sebebleri


Hicabin yaranma sebebleri nedir? Nece oldu ki, buyun milletlerin, yaxud be'zi qedim xalqlar arasinda hicab yarandi? Bildiyimiz kimi, Islamin butun gosterisleri mueyyen felsefe (hikmet) ve meqsedler esasindadir.

Mehz buna gore de bele bir sual qarshiya cixir ki, goresen hicab ve orpek hansi sebeb ve meslehet arasinda qebul edilmish ve ya meydana gelmishdir?

Hicabla muxalif olanlar calishirlar ki, hicabin yaranma sebeblerini qeyri-insani ve vehshi adet-en'enelerle elaqelendirsinler. Bu baximdan onlar islami ve qeyri-islami hicab arasinda hec bir ferq qoymur ve cehd edirler ki, islami hicabida hemin tarixi ve ictimai sebeblerle bagli hesab etsinler.

Hicabin yaranma sebebleri baresinde muxtelif nezeriyyeler ireli surulmushdur. Ekser hallarda bu sebebleri cahillik, nadanliq ve yaxud qadinlara qarshi son derece rehmsizlik kimi izah edirler.Elbette, biz calishacagiq ki, onlarin baresinde gelecek behslerde genish sekilde izah edek.

Qeyd edek ki, arashdirdigimiz nezeriyyelerin be'zileri felsefi, be'zileri ictimai, be'zileri exlaqi ve be'zileri ise iqtisadi ve ya psixoloji sebeb;erdir. O cumleden;

1-Riyazet ve terki-dunyaliga meyl (felsefi sebeb);

2-Emin-emanliq ve ictimai edaletin olmamasi (ictimai sebeb);

3-Atanin ailede hokmuranligi, kishinin qadina mutleq hakim kesilmesi, kishinin oz arvadi iqtisadi menafeleri ucun istismar etmesi (iqtisadi sebebler);

4- Kishinin hesed hisleri ve ozunu istemesi (exlaqi sebebler);

5- Qadinin aybashi olmasi ve onun yaradilisha kishi ile muqayisede noqsanli yaradildiginin guman edilmesi; bundan elave qadinin cirkin bir varliq olmasi ve onunla unsiyyet yaratmaqdan cekinmek, aybashi dovrunde onlara qarshi qoyulan sert qayda-qanunlar (psixaloji sebeb).

Qeyd olunan sebeblerin hec biri dunyanin hec bir yerinde hicabin yaranmasina te'sirli olmamishdir ve onlari ebes yere hicabin yaranma sebebi kimi qeyd etmishler.Eger bunlardan be'zileri, hetta qeyri islami sistemlerde hivabin yaranmasinda mueyyen qeder te'sirli olmushsa da islami hicaba hec bir te'siri olmamishdir. Ye'ni bunlar islamda hicabin qanuni hala salinmasinin hikmet ve felsefesi deyildir.

Me'lum oldugu kimi, hicab ve orpekle muxalif olanlar be'zen onu maddi ve dunyevi lezzetler baresinde mueyyen bir tefekkur terzinin mehsulu hesab edir, be'zen onun ucun siyasi-ictimai sebebler getirir, be'zen onu iqtisadi sebeblerin neticesi kimi qiymetlendirir, be'zen de onu xususi exlaqi ve psixoloji sebeblerle elaqeli hesab edirler.


Biz bu sebeblerin be'zilerini oldugu kimi izah etdikden sonra tenqid edecek, sonra subut edeceyik ki, Islam ozunun ictimai qanunlarinda bunlarin hec birine esas sebeb kimi nezer salmamish, onlarin hec birini islam qebul edilmish prinsipleri ile uygun sanmamishdir.

Hemcinin axirda bir esas sebebden sohbet acacagiq ki, o da bizim nezerimizce hicab ucun en duzgun amil hesab olunur.

Quranda qadin


Qadınlarınız evlənən vaxtı sizdən möhkəm əhd-peyman alıblar

«Nisə» surəsinin 20-21-ci ayələrinin təfsiri

(«Təfsiri-nümunə»dən tərcümə)

Ayələrin tərcüməsi:

وَإِنْ أَرَدْتُمُ اسْتِبْدَالَ زَوْجٍ مَكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنْطَارًا فَلا تَأْخُذُوا مِنْهُ شَيْئًا أَتَأْخُذُونَهُ بُهْتَانًا وَإِثْمًا مُبِينًا

Nisə surəsi, ayə 20: «Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız?!»

وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ وَأَخَذْنَ مِنْكُمْ مِيثَاقًا غَلِيظًا

Nisə surəsi, ayə 21: «Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar».

Ayələrin nazil olma səbəbləri:

İslamdan əvvəl öz arvadını boşayıb təzə arvad almaq istəyən şəxslər, mehriyyəni ödəməkdən boyun qaçırmaq üçün öz arvadlarına onların iffətlərinin ziddinə olan töhmət vururdular. Onları sıxıntıda saxlayırdılar ki, əvvəlcədən verdikləri mehriyyələri onlardan alıb, onu təzə arvadın mehriyyəsi qərar versinlər.

Buna aid ayə nazil oldu və bu xoşagəlməz əməli kəskin şəkildə pislədi.

Təfsir:


Bu ayə də qadınların hüquqlarının başqa bir hissəsinin qorunması barəsində nazil olmuş və bütün müsəlmanlara göstəriş verir ki, öz arvadından ayrılıb təzə arvad almaq qərarına gəldikləri zaman əvvəlki arvadın mehriyyəsindən bir şey azaltmağa və ya əgər ödəyiblərsə, hər nə qədər mehriyyə çox olsa belə, geri almağa haqları yoxdur. Buyurur:

وَإِنْ أَرَدْتُمُ اسْتِبْدَالَ زَوْجٍ مَكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنْطَارًا فَلا تَأْخُذُوا مِنْهُ شَيْئًا

«Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın!»

Keçmişdə qeyd etdiyimiz kimi «قِنْطَار» «çoxlu mal və sərvət» mənasındadır. Rağib Mufrədat kitabında deyir: «قِنْطَار»-ın kökü «قنطره»-dən olub, «körpü» mənasındadır. Çoxlu mal körpü kimidir ki, insan öz həyatında onlardan istifadə edə bilər. Bu cəhətə görə ona «قِنْطَار» demişlər. Çünki ehtimal budur ki, burada təlaq ərin mənafeyi üzündən baş verir, arvadın iffət yolundan azmasına görə yox. Beləliklə, qadınların haqlarının tapdalanmasına heç bir səbəb yoxdur.

Sonra cahiliyyət dövründə öz arvadlarına böhtan atmaqla onların iffətini pozan əməllərə işarə edib buyurur:

أَتَأْخُذُونَهُ بُهْتَانًا وَإِثْمًا مُبِينًا

«Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə geri alacaqsınız?!»

Yəni, sizin bu əməliniz zülm və günah sayılır. Bu cür işlərə əl atmaq namərdlik və aşkar günahdır.

«Nisə» surəsinin 21-ci ayəsində isə kişilərin arvadlarına qarşı insani mehribançılıqlarını artırmaqdan ötrü təkid edir ki, siz neçə müddətdir öz arvadlarınızla xəlvətdə və tənhalıqda birlikdə olmusunuz. Siz bir ruh iki bədən olmusunuz. Bütün bu olanlardan sonra necə ola bilər ki, bir-birinizlə yadlar və düşmənlər kimi rəftar edirsiniz və onların özlərinə məxsus hüquqlarını tapdalayırsınız.

وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ

«Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz».

Sonra buyurur:

وَأَخَذْنَ مِنْكُمْ مِيثَاقًا غَلِيظًا

«... və onlar (qadınlarınız evlənən vaxtı) sizdən möhkəm əhd-peyman almışdılar».



Bu müqəddəs peymanı necə görməməzliyə vurursunuz və onu pozmağa can atırsınız?!




Yüklə 226,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə