Işgüzar yazışmaların anlayışı, rolu və əhəmiyyəti


#2. İşgüzar yazışmalar və kargüzarlıq fəaliyyəti



Yüklə 0,51 Mb.
səhifə2/45
tarix25.05.2023
ölçüsü0,51 Mb.
#112822
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   45
İşgüzar yazışmalar imtahan (1)

#2. İşgüzar yazışmalar və kargüzarlıq fəaliyyəti.
İdarəetmə aparatında iş proseslərinin gedişi kargüzarhq əməliyyatlarında əks olunur. İdarə aparatı işçilərinin işinin təşkilində kargüzarlığm düzgün qurulmasının böyük əhəmiyyəti vardır. Müasir dövrdə idarəetmənin yeni fonualanna keçilməsi, müəssisələrlə dövlət idarələri arasında münasibətlərin yaradılması sənəd və sənədlər dövriyyəsinin həcminin artmasına səbəb olmuşdur. Çoxlu sayda yazışmaların aparılması kargüzarlığm səmərəli təşkil olunmasını qarşıya qoyur. "Kargüzarhq" anlayışı dedikdə, dövlət aparatında və müəssisələrdə sənədlərlə işləmə prosesi, sənədlərin hazırlanması, onlarm qəbulu, təsnifatı, icra üçün verilməsi, icrasına nəzarətin aparılması, sənədlərin saxlanması kimi başa düşülür. Kargüzarlıq işləri kortəbii şəkildə deyil, normativ sənədlər əsasında aparılır. Qısa tərif versək, kargüzarhq - idarəetmə prosesində idarəetmə funksiyasını yerinə yetirən səndləşdirmə və sənədlərlə işin təşkilidir. "Kargüzarlıq" sözü "kar" - iş, "güzar" - görmək, yəni idarəetmədə dəftərxana işlərini görmək sözündən ibarətdir və yaxud "kargüzar" (fars sözü olub) idarə və müəssisədə dəftərxana işlərini aparan xidmətçi və ya işlər müdiri kimi anlaşılır. İdarəetmədə və məişətimizdə "kargüzarlıq" məfhumunu tez-tez işlədirik. Bu da sənədlərlə işləmə kimi başa düşülür. "Kargüzarlığın təşkili" kursunun predmetini dövlət idarəetmə orqanlan arasında, idarəetmə aparatının vəzifəli şəxsləri arasında, xüsusi müəssisələr arasında və bunlarla vətəndaşlar, işçilər arasında sənədlərlə işin aparılmasını, onların hərəkətinin nizamlanmasını, istifadə olunmasını və saxlanması qaydalanni təşkil edir, hüquqi münasibətlərin formalaşdınlması məsələlərini tənzimləyir.Bu tənzimləmə qaydaları hüquq normalan əsasında aparılaraq, vətəndaşların hüquqlarını və vəzifələrini kargüzarlıq işlərinin yerinə yetrilməsi zamanı dəqiqləşdirir. Haqqında söhbət aparılan hüquq münasibətlərinin subyektinə dövlət qulluqçuları, onlara müraciət edən şəxslər aid edilir. Kargüzarlıq prosesində əmələ gələn hüquq münasibətləri aşağıdakı konkret vəzifələrin icrası zamanı baş verir:
- sənədlərin hazırlanması və tərtib olunmasında;
- səlahiyyətli icraçı tərəfindən vizalaşdırmada;
- təsdiq edilmiş xidməti sənədlərin icrası prosesinin gedişində;
- sənədlərin icrasına nəzarətdə;
- sənədlərin formalaşdırılmasmda və saxlanmasmd
Kargüzarlıq prosesinin gedişi qanunlarla, normativ aktlarla, vahid dövlət kargüzarlıq sistemi ilə və xidməti sənədlərin hazırlanmasında istifadə olunan təlimatlarla, dövlət standartları ilə tənzimlənilir.


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə