İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə9/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   5   6   7   8   9   10   11   12   ...   88

da böyük qələbələr gözləyir. Vaxtilə bir, ya
iki, ya üç medalla kifayətlənən ictimaiyyə-
timiz artıq böyük qələbələrə çatmaq üçün
yarışları seyr edir və biz bu qələbələrə la -
yiqik. Hər dəfə Olimpiya oyunlarında me -
dallarımızın sayı artır. Əminəm ki, növbəti
dəfə də artacaqdır”, - deyə Prezident İlham
Əliyev bəyan edib. 
Son 10 il ərzində 35 regional Olimpiya
İdman Kompleksi tikildiyini vurğulayan
ölkə  Prezidenti  bildirib  ki,  idman  infra-
strukturunun yaradılması nəticəsində hər
bir bölgədə idmanla məşğul olmaq üçün
gözəl  şərait  yaradılıb. Azərbaycanda  is -
tedadlı idmançılar çoxdur. Təsadüfi deyil
ki,  yeniyetmələr  arasında  I  Olimpiya
Oyunlarında Azərbaycan 11-ci yerə çata
bilib.  Bu,  dünya  miqyasında  çox  böyük
nəticədir. Yəni, gənc nəsil yetişir və onlar
yaxın illərdə böyüklər arasında keçiriləcək
yarışlarda  da  iştirak  edəcəklər.  Olimpi -
yaçılarımızın  da  əksəriyyəti  gənclərdir.
Yəni,  bu  idmançılar  son  illər  ərzində
yetişib, püxtələşib və artıq dünyanın bir
nömrəli idman yarışının qalibləri olublar.
Bütün  bu  işlərin  təməlində  düşünülmüş
siyasət və ardıcıl, məqsədyönlü fəaliyyət
dayanır. 
“Mən  çox  şadam  ki,  gənclərimiz  id-
mana meyillidirlər. Azərbaycan dövlətində
idmana və xüsusilə, idmançılara hörmət,
qayğı, dəstək gəncləri də, uşaqları da id-
manla  məşğul  olmağa  sövq  edir.  Mən
hesab edirəm ki, hər bir bölgədə, - bu, artıq
reallıqdır,  -  idmançılara  daha  da  böyük
diqqət  və  dəstək  göstərilməlidir.  Bizim
olimpiyaçıların  tərkibində  bölgələrdən
olan idmançılar da vardır. Olimpiya çem-
pionumuz Toğrul Əsgərov bölgədən olan
idmançıdır  və  fürsətdən  istifadə  edərək,
bütün gəncəliləri Toğrulun qələbəsi müna-
sibətilə  ürəkdən  təbrik  etmək  istəyirəm.
İstedadlı gənclərimiz hər bir rayonda, hər
bir kənddə vardır. Seleksiya işləri düzgün
aparılmalıdır, təlim-məşq toplanışları əl-
bəttə  ki,  müasir  səviyyəyə  çatmalıdır.
Hesab edirəm ki, bu gün idman növlərinin
əksəriyyətində  bu,  belədir.  Əlbəttə  ki,
peşəkar  məşqçilərin  fəaliyyəti  uğurla -
rımızı daha da artıracaqdır”, - deyə Prezi-
dent İlham Əliyev bəyan edib.
Dövlətimizin başçısı deyib ki, Azərbay-
canda gənc nəsil vətənpərvərlik ruhunda
tərbiyə alır. Vətənpərvərliyi gücləndirən
amillərdən biri, bəlkə də birincisi idman
qələbələridir.  İdman  qələbələri  insanları
coşdurur, insanların ürəyi qürur hissi ilə
dolur. İnsanlar bəzi hallarda sevincdən göz
yaşlarını saxlaya bilmirlər. Hər dəfə milli
bayrağımız qaldırılanda, dövlət himnimiz
səslənəndə hər bir vətənpərvər Azərbaycan
vətəndaşı fəxr edir. Olimpiya oyunlarında
idmançılarımız sevinclə dolu bu günləri
bizə  bəxş  etdilər.  Bizim  bayrağımız  10
dəfə qaldırıldı, iki dəfə dövlət himnimiz
səsləndirildi.  Bunu  böyük  tarixi  qələbə
kimi dəyərləndirən ölkə Prezidenti deyib:
“Mən əminəm ki, bu qələbələrin sayı daha
da  çox  olacaqdır.  Bunu  deməyə  kifayət
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
21
Vətənpərvərliyi gücləndirən amillərdən
biri, bəlkə də birincisi idman
qələbələridir. İdman qələbələri
insanları coşdurur, insanların ürəyi
qürur hissi ilə dolur. İnsanlar bəzi
hallarda sevincdən göz yaşlarını
saxlaya bilmirlər. Hər dəfə milli
bayrağımız qaldırılanda, dövlət
himnimiz səslənəndə hər bir
vətənpərvər Azərbaycan vətəndaşı
fəxr edir.


qədər əsaslar vardır. London Yay Olimpiya
Oyunlarında  uğurlarımız  sadəcə  olaraq,
son dörd il ərzində görülən işlərin məntiqi
nəticəsidir. Ancaq yenə də deyirəm, bu, id-
mandır. İdmanda məğlubiyyət də, ədalət-
sizlik  də  ola  bilər.  Bayaq  qeyd  etdiyim
kimi, idmançılarımızın bəziləri ədalətsiz-
liklə  üzləşdilər.  Gözlənilməz  hadisə  ola
bilər, zədə ola bilər. Ancaq iki qızıl, iki
gümüş və altı bürünc medalın qazanılması
hesab  edirəm  ki,  məntiqi  cəhətdən  də,
ədalət baxımından da düzgündür. Çünki
həm idmançılarımız, həm dövlətimiz bu
qələbəyə  layiq  idi.  Mən  əminəm  ki,
gələcək  illərdə  biz  bu  yüksək  templəri
saxlayacağıq. Biz əldə edilmiş uğurlarla
kifayətlənməyəcəyik.  Çünki  biz  heç  bir
sahədə əldə edilmiş uğurlarla kifayətlən-
mirik. Heç bir uğur, heç bir qələbə, heç bir
inkişaf  bizi  sakitləşdirməməlidir  və  sa -
kitləşdirmir.  Biz  daim  irəliyə,  gələcəyə
baxmalıyıq. Növbəti Olimpiya mərhələ -
sində hansı işlər görülməlidir, hansı idman
növlərində  qüsurlar  vardır,  biz  federa -
siyaları harada daha da güclən dirməliyik,
hansı  idman  növündə  islahatlara  daha
böyük  ehtiyac  vardır,  harada  geriləmə
vardır?! Yəni, bu, canlı prosesdir. Biz əl-
bəttə ki, uğurlarımızla fəxr edirik. Ancaq
nöqsanları  da  görməliyik  və  görürük.
Düzgün nəticə çıxarmaq, gələcəkdə səhv -
lərə  yol  verməmək  üçün  düzgün  təhlil
işləri aparılmalıdır və aparılacaqdır. Mən
hesab  edirəm  ki,  idmanın  inkişafına  ca -
vabdehlik  daşıyan  bütün  qurumlar  sakit
şəraitdə bütün təhlilləri aparacaqlar. Növ -
bəti  Olimpiya  mərhələsinin  daha  da
səmərəli  keçməsi  üçün  əlavə  tədbirlərin
görülməsi də zəruridir.
Əziz  dostlar,  bir  daha  qeyd  etmək
istəyirəm  ki,  həm  ölkə  Prezidenti,  həm
Milli  Olimpiya  Komitəsinin  prezidenti,
həm də bir vətəndaş kimi mən doğrudan
da  qürur  hissi  keçirirəm.  Çünki  id-
mançılarımız ölkəmizi ləyaqətlə təmsil et-
dilər.  Bizə  qələbə  sevinci  bəxş  etdilər.
Dünya miqyasında Azərbaycanı yüksək-
lərə  qaldırdılar.  Vətənə  üzüağ,  alnıaçıq,
qələbə ilə qayıtdılar”. 
Dövlətimizin başçısı bildirib ki, Azər-
baycan dövləti, Milli Olimpiya Komitəsi
və bütün digər idman qurumları bundan
sonra  da  idmançıların  fəaliyyəti,  məişət
problemlərinin  həlli  üçün  nə  lazımdırsa
onu edəcək. İdmançıların mükafatlandırıl-
ması prosesi artıq başa çatıb. Pul mükafat-
ları  verilib.  Ancaq  idmançılarımızın
Olim piya oyunlarındakı uğurlarını nəzərə
alaraq  Azərbaycan  dövləti  olimpiya -
çılarımızı  dövlət  mükafatları  ilə,  orden-
lərlə, medallarla təltif edir. 
Prezident  İlham  Əliyev  dərin  məz-
munlu nitqini bu sözlərlə yekunlaşdırıb:
“Bir daha demək istəyirəm ki, Azərbaycan
idmançıları Azərbaycanın idman şöhrətini,
Azərbaycan dövlətinin gücünü yüksəklərə
qaldırdılar.  Bütün  dünyaya  nümayiş  et-
dirdilər  ki,  gənc  müstəqil  Azərbaycan
dövləti böyük uğurlara nail olmaq üçün
tam hazırdır. Biz bütün dünyaya sübut et-
mişik ki, güclü ölkəyik. Bizim güclü id-
mançılarımız,  güclü  gənclərimiz  vardır.
Bizim  qələbəyə  çatmaq  üçün  güclü
iradəmiz vardır. 
Bütün uğurlar münasibətilə bir daha
idmançıları, məşqçiləri, idman mütəxəs-
sislərini ürəkdən təbrik edirəm. Olimpi -
yaçılara,  idmançılara  yeni  uğurlar
ar zu layıram”.
n
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
22


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə