İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə8/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   ...   4   5   6   7   8   9   10   11   ...   88

“Azərbaycan,  sözün  əsl  mənasında,
idman dövlətidir. London Yay Olimpiya
Oyunları bunu bir daha təsdiqlədi, bir daha
sübut  etdi. Azərbaycan  Olimpiya  oyun-
larında ən böyük uğuru London Olimpiya
Oyunlarında  qazanmışdır”.  Bu  sözləri
avqustun 31-də Azərbaycan Respublika -
sının  Prezidenti,  Milli  Olimpiya  Komi -
təsinin  prezidenti  İlham  Əliyev  XXX
London Yay Olimpiya Oyunlarında iştirak
etmiş idmançılarla və onların məşqçiləri
ilə görüşündə bəyan edib. 
Dövlətimizin başçısı bildirib ki, Lon-
don Yay Olimpiya Oyunlarında Azərbay-
can 30-cu yeri tuta bilib, medalların sayına
görə  24-cü  yerdəyik.  Avropa  ölkələri
arasında 15-ci, müsəlman ölkələri arasında
isə 3-cü yerdəyik. Azərbaycan idmançıları
10 medal - iki qızıl, iki gümüş, altı bürünc
medal qazanıblar ki, bu da böyük və tarixi
nailiyyətdir. Bu, Azərbaycan idmanının,
dövlətimizin  təntənəsidir.  Bu  qələbənin
gözlənilən  olduğunu  vurğulayan  ölkə
Prezidenti deyib:  “Biz idmançıları Lon-
dona  yola  salarkən  onlardan  böyük
ümidlərlə nəticə gözləyirdik. Bu ümidlərin
əsası var idi. Çünki biz artıq neçə ildir ki,
bu qələbəyə doğru irəliləyirik. Birinci dəfə
müstəqil dövlət kimi Atlantada bir medal,
ondan  sonra  Sidneydə  üç,  Afinada  beş,
Pekində yeddi və nəhayət, Londonda on
medal  qazanmışıq.  Əhali  və  ərazi
baxımından  bizdən  bir  neçə  dəfə  böyük
olan ölkələri arxada qoyduq. 
Bir daha demək istəyirəm ki, bu, tarixi
qələbədir.  Bu  qələbə  idmançılarımızın
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
18
London Yay Olimpiya Oyunları bir daha
sübut etdi ki, Azərbaycan
sözün əsl mənasında idman dövlətidir


qələbəsidir. Azərbaycan dövləti və xalqı
adından bütün idmançılara - peşəkarlığını,
Vətən sevgisini nümayiş etdirən bütün id-
mançılara dərin minnətdarlığımı bildirmək
istəyirəm. Ümidvaram ki, bizi gələcəkdə
də  medallar,  qələbələr  gözləyir.  Bu
qələbələr bütün xalqımızı sevindirəcəkdir.
Medallar qazanmış idmançıları bu gün xü-
susilə  qeyd  etmək  istəyirəm.  Bürünc,
gümüş medallar qazanmış idmançıları və
əlbəttə, bizim çempionları – Toğrul Əs-
gərovu  və  Şərif  Şərifovu  xüsusilə  qeyd
edirəm.  Onlar  doğrudan  da  xalqımıza
sevinc bəxş etdilər”. 
Bütövlükdə,  id man çılarımızın  Olim -
 piya  oyunlarında  çı xı şının  çox  uğurlu
olduğunu  vurğulayan  Prezident  İlham
Əliyev qeyd edib ki, ilk günlərdən biz artıq
xəzinəmizə medal daxil edə bildik. Ondan
sonrakı günlərdə də biz medallar qazandıq.
Amma əlbəttə ki, bütün Azərbaycan xalqı
qızıl  medal  gözləyirdi.  Nəhayət,  Olim -
piadanın son günlərində bir gündə iki qızıl
medal qazana bildik. 
“Mən bir daha demək istəyirəm ki, bu
qələbə Azərbaycan  xalqının  qələbəsidir,
idmançıların qələbəsidir. Mən idmançıları
xüsusilə qeyd edirəm, təbrik edirəm. On-
ların  məşqçilərini  təbrik  edirəm.  Məşq -
çilərin  də  böyük  zəhməti  vardır.  Bütün
idman mütəxəssislərini təbrik edirəm”, -
deyən ölkə rəhbəri bildirib ki, Azərbaycan
bu  qələbəyə  layiqdir. Azərbaycan  güclü
dövlətdir. Güclü dövlətin güclü idmanı da
olmalıdır.  Həyatımızın  hər  sahəsində
olduğu  kimi,  idmanda  da  qələbələrimiz
görülən işlərin məntiqi nəticəsidir. 
Prezident İlham Əliyev deyib ki, Azər-
baycanda çox güclü və mehriban idman
ailəsi var və bu istiqamətdə düzgün dövlət
siyasəti aparılır. Dövlət siyasətinin düzgün
istiqamətdə aparılması, idmanın inkişafına
cavabdehlik  daşıyan  bütün  qurumların
vahid komanda şəklində fəaliyyət göstər-
məsi,  idmançılarımızın  peşəkarlığı  və
Vətənə  olan  sevgisi  bu  qələbələri
şərtləndirdi.  Milli  Olimpiya  Komitəsi,
Gənclər və İdman Nazirliyi, federasiyalar,
idman cəmiyyətləri, klublar - biz hamımız
bu qələbələri təmin etmişik və əlbəttə ki,
son  sözü  idmançılar  döyüş  meydanında
deyirlər. 
“Mən çox şadam ki, idmanda proseslər
çox müsbət istiqamətdə gedir. Ölkəmizin
ümumi inkişafını idmanda gedən proseslər
işıqlandırır. Sirr deyildir, Olimpiya oyun-
ları dünya miqyasında yeganə beynəlxalq
mötəbər tədbirdir ki, ölkələr öz aralarında
rəqabətə çıxırlar. Dünyada istənilən başqa
sahədə əlbəttə ki, rəqabət vardır və Azər-
baycan  da  bu  rəqabətdə  daim  yüksək-
lərdədir.  Ancaq  bu  rəqabət  idmanda
qabarıq şəkildə özünü göstərir. Bu rəqabət
idmanda medalların sayı, ölkələrin müx-
təlif  yerləri  tutması  ilə  müəyyən  edilir.
Təsadüfi deyildir ki, hər bir ölkə istəyir ki,
onun  idmançıları  daha  da  böyük  qələbə
qazansın, cədvəldə o ölkənin yeri daha da
yuxarılarda olsun”, - deyən dövlətimizin
başçısı vurğulayıb ki, otuzuncu yer Azər-
baycan kimi o qədər də böyük olmayan
ölkə üçün tarixi nailiyyətdir. 
Prezident İlham Əliyev qeyd edib ki,
medalların sayı daha da çox ola bilərdi.
Çünki bəzi idmançılarımız medalların bir
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
19
Azərbaycan güclü dövlətdir. 
Güclü dövlətin güclü idmanı da 
olmalıdır. Həyatımızın hər sahəsində
olduğu kimi, idmanda da
qələbələrimiz görülən işlərin
məntiqi nəticəsidir.


addımlığında  dayanmışdılar.  Onlar  da
medallara layiq idilər. Amma hamımız -
həm  idmançılar,  həm  ictimaiyyət  yaxşı
bilirik ki, bəzi hallarda hakimlərin ədalət-
sizliyi  imkan  vermədi  ki,  bəzi  idman -
çılarımız daha da yüksək əyarlı medallara
nail ola bilsinlər. Bütün bunlar gözümüzün
qarşısında baş verən hadisələr idi. Ancaq
idmançılarımızın  həm  peşəkarlığı,  həm
davranışı, həm ləyaqəti onlara olan hör-
məti daha da artırır.  Hamının gözü qarşı -
sında  əldə  edilən  qələbənin  əlindən
alınması  da  idmançılarımızı  sarsıtmadı.
Onlar  bu  ədalətsiz  qərarlara  ləyaqətlə
dözdülər. Hakimlərin ədalətsizliyi ucbatın-
dan daha da yüksək medal ala bilməyən
idmançılar  növbəti yay Olimpiya oyun-
larında bu ədalətsizliyi aradan götürəcək
və ədaləti bərpa edəcəklər. 
“Medallar qazana bilməyən, yaxud da
ki,  o  qədər  də  yüksək  nəticə  göstərə
bilməyən idmançılar da hesab edirəm ki,
peşman olmamalıdırlar. Halbuki biz onlar-
dan da qələbə gözləyirdik. Amma bu, id-
mandır. İdmanda məğlubiyyət də, qələbə
də  olur.  Əsas  odur  ki,  məğlubiyyət  heç
kimi ruhdan salmasın. İstənilən nəticəyə
çatmayan idmançılar isə nəticə çıxarsınlar,
gələcək  yarışlara  daha  da  inamla  hazır-
laşsınlar  və  güclərini  gələcək  yarışlarda
göstərsinlər. Mən əminəm ki, belə də ola-
caqdır”, - deyən ölkə Prezidenti xatırladıb
ki,  London  Yay  Olimpiya  Oyunlarında
Azərbaycan böyük say tərkibi ilə iştirak
edirdi. Dünya miqyasında 50-dən çox id-
mançısı  olan  ölkənin  nümayəndə  heyəti
böyük  nümayəndə  heyəti  hesab  olunur.
Əllidən  çox  idmançı  ilə  təmsil  olunan
Azərbaycan 10 medal qazandı və yenə də
bir neçə idmançımız yüksək yerlərə nail
ola bilib. Beləliklə, London Yay Olimpiya
Oyunları  tarixə  Azərbaycanın  növbəti
uğuru kimi düşdü. 
Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan
hər  bir  sahədə  gözəl  nəticələr  göstərir.
Beynəlxalq aləmdə biz böyük qələbələrə
nail ola bilmişik. Keçən il dünya birliyi
yenə də çətin rəqabət şəraitində Azərbay-
canın  namizədliyini  dəstəkləyərək  dün -
yanın  ən  mötəbər  beynəlxalq  qurumuna
üzv seçdi. Hazırda Azərbaycan BMT Təh-
lükəsizlik  Şurasının  üzvüdür.  Orada  da
rəqabət  kifayət  qədər  ciddi  idi.  Ancaq
Azərbaycan öz mövqeyini şərəflə qorudu
və  sözün  əsl  mənasında,  tarixi  qələbə
qazana bildi.
“İqtisadi  sahədə  Azərbaycanda  əldə
edilən uğurlar dünyada artıq nəinki tanınır,
bilinir, eyni zamanda, bizim təcrübəmiz
öyrənilir. Azərbaycan nəyin hesabına bu
qədər böyük inkişafa nail ola bilmişdir?!
Son illər ərzində dünyanın heç bir yerində
Azərbaycan qədər iqtisadi sahədə inkişaf
edən  ölkə  olmamışdır!  Bütün  başqa
sahələrdə,  yəni,  bütün  bu  qələbələrin,
uğurların təməlində Azərbaycan xalqının
zəhməti və istedadı, Azərbaycanda düzgün
siyasətin aparılması dayanır. Bu siyasət id-
manda da özünü göstərir. Artıq Azərbay-
can ictimaiyyəti də idmanda olan uğurlara
bir növ öyrəşib, idmançılardan daim daha
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
20
Son illər ərzində dünyanın heç bir
yerində Azərbaycan qədər iqtisadi
sahədə inkişaf edən ölkə olmamışdır!
Bütün başqa sahələrdə, yəni, bütün
bu qələbələrin, uğurların təməlində
Azərbaycan xalqının zəhməti və
istedadı, Azərbaycanda düzgün
siyasətin aparılması dayanır. Bu
siyasət idmanda da özünü göstərir. 


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə