İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə7/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   2   3   4   5   6   7   8   9   10   ...   88

valyuta ehtiyatlarının artdığını,  hazırda
44  milyard  dollar  olduğunu  vurğu-
lamışdır.  Xarici  dövlət  borcunun  çox
aşağı səviyyədə olduğunu, ümumi daxili
məhsulun  7  faizini  təşkil  etdiyini
diqqətə çatdıran Prezident İlham Əliyev
demişdir:    “Bu,  dünya  miqyasında  ən
müsbət göstəricilərdən biridir. Buna bax-
mayaraq, mən göstəriş vermişəm ki, biz
əlavə kreditlərin götürülməsində daha da
ehtiyatlı olmalıyıq. Bu gün biz özümüz
kreditlər veririk və bu, həm siyasi, həm
iqtisadi cəhətdən müsbət haldır. Biz öz
pulumuzu müxtəlif alətlər vasitəsilə yer-
ləşdiririk. Götürüləcək kreditlər, sadəcə
olaraq, istisna hal kimi ola bilər. Çünki
əsas işlər dövlət büdcəsi, yaxud da ki,
əvvəllər götürülmüş kreditlər hesabına
görülür.  Mən  yeni  kreditlərin  götü -
rülməsinə o qədər də böyük ehtiyac gör-
mürəm. Yəni, müstəsna hal kimi etmək
olar, hər bir kreditin götürülməsi əsas -
landırılmalıdır.  Bu,  krediti  götürmək
istəyən  şirkət,  yaxud  da  nazirlik  tərə -
findən əsaslandırılmalıdır ki, biz xarici
dövlət  borcunu  artırmayaq.  Düzdür,
ümumi daxili məhsulun 7 faizi çox aşağı
göstəricidir.  Müqayisə  üçün  deyim  ki,
inkişaf etmiş ölkələrdə bu, 80, 100, 150
faizdir və o, artıq iflasa gedən yoldur.
Bizdə 7 faizdir. Ola bilər müəyyən dərə -
cədə artsın, çünki əvvəlki illərdən gö -
türülmüş kreditlər hələ gəlməyə davam
edir. Ola bilər artsın, amma heç bir halda
10 faizi keçməməlidir və çalışmalıyıq ki,
növbəti illərdə biz bu kre ditlərin borcunu
bir az endirək. Halbuki biz bu borcu bir
gündə ödəyə bilərik. Yəni, bizim valyuta
ehtiyatlarımız  borcumuzdan  10  dəfə
çoxdur. 
Amma yenə də elə etməliyik ki, bu
gün də, sabah da, 10 ildən, 20 ildən, 50
ildən sonra ancaq inkişaf yolu ilə gedək.
Avropanın bəzi ölkələri borc götürməklə
bax,  bu  vəziyyətə  düşdülər.  Borc  gö -
türürdülər, o borcu yönəldirdilər sosial
proqramlara, seçkiqabağı vədlərin yerinə
yetirilməsinə.  Populist  çıxışları  təmin
etmək  üçün  ondan  sonra  gələn  siyasi
qüvvələr yenə də borc götürürdülər və
beləliklə,  piramida  yaranırdı  ki,  o  da
çökməli  idi,  çökdü  də.  Belə  təhlükə
bizdə yoxdur, ola da bilməz. Amma hər
halda həmişə deyirəm ki, siyasətdə də,
iqtisadiyyatda  da,  həyatda  da  hər  kəs
ayağını yorğanına görə uzatmalıdır”.
Yekun  nitqinin  sonunda  Prezident
İlham Əliyev Bakıda keçirilmiş “Euro-
vision” mahnı müsabiqəsinin siyasiləş -
dirilməsi cəhdlərinə toxunaraq demişdir
ki, bu yarışın tarixində heç vaxt siyasi
məqamlar olmamışdı. Lakin bu dəfə an-
tiazərbaycan qüvvələrin birləşməsi pro -
sesi  sürətlə  getmişdir.  “Eurovision”
müsabiqəsi Azərbaycan xalqı, Azərbay-
can dövləti üçün bir nömrəli düşmənin
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
16
Bizim maliyyə vəziyyətimiz bütövlükdə
yaxşıdır... Hazırda Azərbaycanın valyuta
ehtiyatları 44 milyard dollar
səviyyəsindədir. İlin sonuna qədər bu
rəqəm artmalıdır. Xarici dövlət borcu 
çox aşağı səviyyədədir. Ümumi daxili
məhsulun 7 faizini təşkil edir. 
Bu, dünya miqyasında ən müsbət
göstəricilərdən biridir. 


dünya erməni lobbisi olduğunu bir daha
göstərmişdir.  “Onlar  gündəlik  fəaliy -
yətdə  Azərbaycanı  ləkələmək,  qarala-
maq,  şayiə,  böhtan  yaymaq  üçün
çalı şırlar və bütün maliyyə-siyasi qüv -
vələrini səfərbər edirlər ki, təki Azərbay-
cana  zərbə  vursunlar.  Erməni  lobbisi,
ondan  sonra  digər  qurumlar,  digər
dairələr,  Avropada  islamofobiya  xəs -
təliyinə  düçar  olmuş  bəzi  dairələr  bu
kampaniyaya  qoşuldu.  Bunu  da  mən
təəssüf hissi ilə deyə bilərəm. Belə fikir-
lər  səsləndi  ki,  müsəlman  ölkəsində
Avropa müsabiqəsi keçirilə bilməz. Bu,
əlbəttə ki, çox məyusedici bəyanatlardır.
Düzdür,  belə  qüvvələrin  Qərb  dünya -
sında, siyasi müstə vidə çəkisi çox aşağı
səviyyədədir. Ancaq bu qüvvələr, belə
partiyalar, bu fikirdə olan siyasətçilər əf-
suslar olsun ki, vardır. 
Əgər  belə  təsnifat  aparsaq  deyə
bilərəm  ki,  üçüncü  qüvvələr  sadəcə
olaraq  Azərbaycanın  uğurlu  inkişafını
qəbul edə bilməyən, Azərbaycanın böh -
ranlı  illərdə  bu  qədər  inkişaf  etdiyini
həzm  edə  bilməyən  və  sadəcə  olaraq
uğurlarımıza  qısqanan,  paxıllıq  edən
dairələrdir.  Onları  qıcıqlandıran  budur
ki, necə ola bilər ki, hər yerdə böhran,
hər yerdə problem, nümayişlər, polis ilə
əhalinin toqquşması, - indi bəzi şəhər-
lərdə bu ənənəvi hal almışdır, - ancaq bu-
rada  sakitlik,  rahatlıq,  inkişaf  və  xoş
ovqat hökm sürür”.
Dövlətimizin başçısı qeyd etmişdir ki,
inkişafımızı qəbul etməyən qüvvələr, in-
sanlar,  siyasətçilər  var  və  biz  onları
tanıyırıq.  Bunlara  qoşulmuş  yerli,  an-
timilli  qüvvələr,  özünü  müxalifət  ad-
landıran, 
əslində, 
uzun 
illər
antiazərbaycan mövqeyində dayanan və
Azərbaycana  qarşı  kampaniya  aparan
qüvvələr  vardır.  “Mən  onlara  qüvvə
demərəm,  elementlər,  ünsürlər  desəm
daha dəqiq olar, - bax, bunların simbiozu
birləşərək Azərbaycana qarşı çox çirkin,
yalan  və  böhtan  üzərində  kampaniya
aparmağa başlamışlar. Həm xarici, həm
daxili mətbuatda qəsdən müəyyən təxri-
batların  baş  verməsini  onlar  təşkil  et-
mişlər.  Onlar  üçün,  yəni  xüsusilə
daxildəki bu elementlər üçün siyasi həy-
atda bir prinsip var ki, Azərbaycan üçün
nə qədər pisdirsə, onlar üçün bir o qədər
yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək,
Azərbaycan  haqqında  yanlış  məlumat
yaymaq, erməni lobbisi ilə birləşmək –
bütün  bunlar  bizim  gözümüzün
qabağında baş vermiş hadisələr idi. Əl-
bəttə, Azərbaycan xalqı bir daha açıq-
aydın  gördü  ki,  kim  kimdir”,  -  deyə
Prezident İlham Əliyev  bildirmişdir.
n
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
17
. Bizim gücümüz xalqın dəstəyidir və 
biz haqlıyıq. Haqlı qüvvə qalib gələndə 
o zaman ədalət zəfər çalır və əminəm ki,
biz bundan sonra da həmişə 
qalib gələcəyik!


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə