İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə6/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   2   3   4   5   6   7   8   9   ...   88

edirəm  ki,  əlavə  tədbirlərin  görülməsi
nəticəsində  bu  sahədə  daim  müsbət
vəziyyət qalacaqdır. Biz sağlam rəqabəti
gücləndir məliyik.  İnhisarçılığa  qarşı
mübarizəni  daha  da  gücləndirməliyik.
Bu mübarizə öz nəticələrini verir. Amma
hələ də görüləsi işlər çoxdur. Yəni, iqti-
sadiyyatımızın  bu  bloku  daim  diqqət
mərkəzindədir və burada aparılan isla-
hatlar,  atılan  addımlar  ümumi  iqtisadi
iqlimimizi sağlamlaşdırır”. 
Prezident İlham Əliyev iqtisadi isla-
hatları daha da sürətləndirməyin vacib-
liyinə  də  toxunmuşdur:  “Biz  20  il
ərzində həm siyasi, həm iqtisadi sahədə
köklü islahatlar aparmaqla ölkəmizi yeni
müstəviyə gətirib çıxarmışıq. Azərbay-
can artıq ortagəlirli ölkələr sırasındadır,
qarşıya  vəzifə  qoyulubdur  ki,  yük-
səkgəlirli ölkələr sırasında olsun, inkişaf
etmiş ölkəyə çevrilsin. Bunun üçün iqti-
sadi islahatlar davam etdirilməlidir. Bu
islahatların böyük bir hissəsi artıq icra
edilib, həm qanunvericilikdə öz əksini
tapıbdır,  həm  verilən  qərarlarda  və
gündəlik həyatda da biz bunu görürük.
Beynəlxalq  təşkilatlar,  yəni  mötəbər
beynəlxalq  maliyyə  təşkilatları  bizim
uğurlarımızı  qeyd  edir.  Dünyanın  üç
aparıcı reytinq agentliyi – “Standard &
Poor's”, “Fitch” və “Moody's” Azərbay-
canın kredit reytinqini artırmışlar. Bax-
mayaraq  ki,  Avropa  ölkələrinin  və
Avropa  banklarının  reytinqləri  eyni
agentliklər  tərəfindən  aşağı  salındı,
Azərbaycanın  kredit  reytinqi  qalxdı.
Yəni, bu, görülən işlərin, aparılan isla-
hatların məntiqi nəticəsidir. Biz islahat-
ları  aparmaqla  neft-qaz  amilindən
iqtisadi  asılılığımızı  böyük  dərəcədə
aşağı  sala  bilmişik  və  gələcəkdə  şa -
xələndirmə,  yerli  istehsalın,  sağlam
rəqabətin  gücləndirilməsi,  investi si -
yaların cəlb edilməsi sayəsində, əminəm
ki, daha da böyük uğurlara çatacağıq”.
Biznes  mühitinin  yaxşılaşdırılması
sahəsində əhəmiyyətli dərəcədə müsbət
dəyişikliklər  baş  verdiyini  vurğulayan
Prezident  İlham Əliyev  müəyyən büro -
kratik əngəllərin aradan qaldırılması və
biznes  mühitinin  yaxşılaşdırılması  is-
tiqamətində atılacaq yeni addımların bu
il Azərbaycanın reytinqini daha da yük-
sək pilləyə çıxaracağına əminliyini ifadə
etmişdir.  Dövlətimizin  başçısının  fik -
rincə, reytinq cədvəllərində lap yüksək
pillədə  olmaq  vacibsə  də,  əsas  məsələ
konkret,  real  işlərin  görülməsi,  biznes
iqliminin yaxşılaşdırılması və özəl sek-
torun  inkişafı  üçün  əlavə  tədbirlərin
görülməsidir. 
Ölkə  rəhbəri  qeyd  etmişdir  ki,  özəl
sektora diqqət yüksək səviyyədədir. Hər
il sahibkarlarla və yerli icra orqanlarının
nümayəndələri ilə geniş müşavirə keçi -
rilir. Hər il sahibkarlara həm siyasi, həm
də iqtisadi dəstək verilir və Sahibkarlığa
Kömək  Milli Fondunun  xətti  ilə yüz
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
14
Biz, pul sahəsində islahat aparanda, yeni
manatı dövriyyəyə buraxanda bir manatı
dollara bərabər etdik. Amma hazırda bir
manat bir avroya bərabərdir, ondan daha
da dəyərlidir. Hesab edirəm ki, bu,
düzgün yanaşmadır. Bizim iqtisadi 
potensialımız və sənaye gücümüz imkan
verir ki, manatın məzənnəsini bax, belə
güclü səviyyədə saxlayaq. 


milyonlarla  ölçülən  kreditlər  verilir…
“Bir  daha  de mək  istəyirəm  ki,  şəxsən
mənim  üçün  Azərbaycanın  dövlət  və
özəl şirkətləri arasında heç bir fərq yox-
dur. Hər  ikisi Azərbaycan şirkətləridir,
hər  ikisində  Azərbaycan  vətəndaşları
işləyir  və  maaş  alır,  biz  hər  ikisini  də
dəstəkləməliyik. Ona görə biznes mühi-
tinin yaxşılaşdırılması daimi prosesdir.
Biz yeni yanaşmaları tətbiq etməklə bu
sahədə  daha  da  böyük  nəticələrə  çata
bilərik”, - deyə Prezident İlham Əliyev
bildirmişdir. 
Dövlət  orqanlarının  biznes  struk-
turlarına  əsassız  müdaxiləsi  hallarına
tamamilə son qoyulmasının vacibliyini
önə çəkən  ölkə rəhbəri  bu sahədə müs-
bətə doğru irəliləyiş olduğunu,  ancaq
belə  müdaxilələrin  hələ  də  qaldığını
vurğulayaraq demişdir: “Əlbəttə, bu, o
demək  deyildir  ki,  bu  sahə  tamamilə
nəzarətsiz  qalsın.  Nəzarət  qanun
çərçivəsində  güclü  olmalıdır.  Ancaq
nəzarət  biznesi  əngəlləməməlidir  və
əsassız maneələr yaradılmamalıdır”.
Bu  sahədə  elektron  xidmətə  keçidi
daha  da  sürətləndirməyin  zəruriliyinə
toxunan ölkə rəhbəri bəzi dövlət qurum-
larının bu sahədə çox sürətlə irəliyə get-
diyini, bəzi qurumların isə, hələ ki, ləng
tərpəndiyini bildirərək demişdir: “Elek-
tron  sistemə  keçid  qaçılmaz  bir  real-
lıqdır.  Bu,  labüddür  və  biz  bunu
et məliyik. Dünya iqtisadiyyatının inki -
şafı bu istiqamətdə gedir, eyni zamanda,
bu, bizə həm şəffaflıq gətirəcəkdir, həm
çox  məsələlər  daha  da  dəqiq  təşkil
ediləcək  və  xoşagəlməz  hallara  qarşı
mübarizə daha da güclü olacaqdır”.
Prezident  İlham  Əliyev  ölkəmizdə
korrupsiyaya  və  rüşvətxorluğa  qarşı
aparılan mübarizə barədə də fikirlərini
açıq lamışdır.  Bu  mübarizənin  kam-
paniya xarakteri daşımadığını xatırladan
dövlətimizin  başçısı  demişdir:  “Bu,
bizim şüurlu seçimimizdir. Elə etməliyik
ki,  bu  böyük  bəlanı  Azərbaycandan
çıxaraq, buna son qoyulsun. Bu sahədəki
işlər daha da sürətlə getməlidir. Burada,
əlbəttə  ki,  cəza  tədbirləri  tətbiq  olun-
malıdır. Əfsuslar olsun, hələ ki, bunsuz
mümkün deyildir. Eyni zamanda, insti-
tusional  islahatlar,  tədbirlər,  yenə  də
elektron  sistemə  keçid,  “elektron
hökumət”in bütün əlamətlərini tətbiq et-
məklə biz daha da ciddi nəticələrə çata
bilərik. Burada, əlbəttə, hələ ki, təkmil-
ləşdirməyə imkanlar çoxdur. Əminəm ki,
növbəti  aylar  ərzində  daha  da  böyük
nəticələr olacaqdır”.
Yekun  nitqində  Prezident  İlham
Əliyev yerli istehsalın gücləndirilməsi
sahəsində atılan konkret addımlardan da
danışmış,  yeni sənaye parklarının yara -
dıl ması prosesi getdiyini, kimya parkının
artıq yaranmaqda olduğunu bildirmişdir. 
Maliyyə  vəziyyətininin  bütövlükdə
yaxşı olduğunu qeyd edən dövlətimizin
başçısı ilin əvvəlindən ölkəmizin strateji
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
15
Azərbaycanda aparılan köklü iqtisadi is-
lahatlar bugünkü reallıqları mümkün et-
mişdir, biz iqtisadi islahatları daha da
sürətləndirməliyik... Azərbaycan artıq
ortagəlirli ölkələr sırasındadır, qarşıya
vəzifə qoyulubdur ki, yüksəkgəlirli ölkələr
sırasında olsun, inkişaf etmiş 
ölkəyə çevrilsin. 


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə