İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə5/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   2   3   4   5   6   7   8   9   ...   88

daha da güclənəcək və bu məsələ tezliklə
öz həllini tapacaqdır”. 
Dövlətimizin başçısı bütün siyasi və
diplomatik səylərlə yanaşı, ölkəmizin öz
hərbi  qüdrətini  artırdığını,  güclən dir -
diyini  də  diqqətə  şatdırmışdır.  “Güclü
ordu yaratmışıq və yaradırıq. Güclü ordu
danışıqlarda bizim mövqeyimizi böyük
dərəcədə gücləndirir. Azərbaycanın iqti-
sadi  imkanları  genişlənir.  Azərbaycan
nəinki bölgədə, dünya miqyasında güclü
ölkəyə çevrilir. Əlbəttə ki, bizim iqtisadi
və  maliyyə,  eyni  zamanda,  siyasi
resurslarımız məsələnin ədalətli, Azər-
baycanın ərazi bütövlüyü çərçivəsində
həllinə  gətirib  çıxaracaqdır”,  -  deyən
Prezident İlham Əliyev həm iqtisadiy -
yatımızın, həm valyuta ehtiyatlarımızın,
həm də əhalimizin artdığını bildirmişdir.
Son məlumata görə, artıq Azərbaycanın
əhalisi 9,3 milyon nəfərə çatmışdır. Er-
mənistana gəldikdə, ancaq onların rəsmi
statistikasına görə, ilin birinci beş ayında
80 min nəfər o ölkəni həmişəlik tərk et-
mişdir.  İlin  sonuna  qədər  bu  rəqəm
təqribən  170,  200  minə  çatacaqdır.
“Belə liklə,  bir  neçə  ildən  sonra  ümu-
miyyətlə, demoqrafik vəziyyət həlledici
məqama  çevri ləcəkdir”,  -  deyə  dövlə-
timizin başçısı vurğulamış və qeyd et-
mişdir  ki,  iqtisadiyyatımız,  sənaye
gücümüz, maliyyə imkanlarımız bizə in-
diki səviyyədən iki dəfə çox əhalini işlə
təmin etməyə imkan verəcəkdir.  
“Ermənistana gəldikdə, bəlkə də Er-
mənistan rəhbərləri sevinir ki, əhali aza-
lır. Çünki orada nə iş yerləri, nə pul, nə
iqtisadiyyat, nə sənaye, nə də heç bir per-
spektiv yoxdur. Əhali nə qədər azalsa,
hökumətin üzərinə düşən yük də o qədər
azalır.  Bu,  bir  yanaşmadır”,  -  deyən
Prezident İlham Əliyev bizdə tam başqa
yanaşma  olduğunu vurğulamışdır. “Bi -
zim iqtisadiyyatımız, sənaye gücümüz
və siyasi iradəmiz diktə edir ki, Azərbay-
can əhalisi daha da artmalıdır. Bu, nəinki
Ermənistan-Azərbaycan,  Dağlıq  Qara -
bağ məsələsinin həlli üçün lazımdır, - bu
məsələni biz həll edəcəyik və Azərbay-
can bayrağını Xankəndində qaldıracağıq,
- bu ümumiyyətlə gələcək üçün lazımdır.
Çünki bu gün dünyada əfsuslar olsun ki,
bir çox hallarda beynəlxalq hüquq nor-
maları işləmir. Beynəlxalq hüquq nor-
malarına məhəl qoyulmur. Güc amili ön
plana çıxır. Bu, əslində ötən əsrlər üçün
xas olan bir mənzərə idi. Sadəcə olaraq,
İkinci  Dünya  müharibəsindən  sonra  -
dünyanın yeni quruluşu, yeni qaydaları
tətbiq  olunduqdan  sonra  beynəlxalq
hüquq normaları əsas kimi qəbul edildi
və bu gün də bu, belədir. Ancaq tenden-
siyalara  və  bölgədə,  dünyada  gedən
proseslərə baxdıqda biz görürük ki, bəzi
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
12
Baxmayaraq ki, Azərbaycanda işsizlik
aşağı səviyyədədir, - keçən ilin
yekunlarına görə 5,4 faizdir, - ancaq hələ
də işsizlik var və bəzi hallarda bu işsizlik
reallığı əks etdirmir. Çünki heç kəs üçün
sirr deyil ki, qeydiyyata düşməyən, amma
müəyyən işlərdə, tikintidə işləyənlər,
maaş alanlar vardır. Ancaq heç yerdə
bunun qeydiyyatı aparılmır. Yəni, belə
hallar var və müvafiq göstərişlər verilibdir
ki, bu sahədə də şəffaflıq tam şəkildə
təmin edilsin və beləliklə, ölkə büdcəsinə
daha da böyük vəsait daxil ediləcəkdir.


hallarda beynəlxalq hüquq normalarına
kobudcasına  zidd  olan  addımlar  atılır,
güc amili ön plana çıxır. Güclü kimdir,
haqlı da odur. Bu, bizim seçimimiz de -
yildir, amma əfsuslar olsun ki, dünyada
gedən  proseslər  bunu  göstərir.  Güclü
olmaq üçün güclü iqtisadiyyat, hərbi sə-
naye potensialı və böyük əhali lazımdır.
Ona görə biz bu məsələ ilə bağlı ciddi
məşğul  olmalıyıq.  Bu  günə  qədər  bu
proseslər  təbii  xarakter  alırdı.  Sadəcə
olaraq, ölkə iqtisadiyyatı artdıqca təbii
artım da, necə deyərlər, daha da sürətli
idi.  Biz  statistik  rəqəmlərdə  bunu
görürük. Son illər ərzində doğulan uşaq -
ların sayı daha da çoxdur, nəinki 10-15
il  bundan  əvvəl.  Yəni,  bu,  iqtisadi  və
sosial  amillərlə  birbaşa  bağlı  olan
məsələdir. Ancaq yenə də deyirəm, biz
bu  məsələyə  yeni  prizmadan  yanaş-
malıyıq.  Azərbaycan  əhalisi  daha  da
sürətlə artmalıdır”, - deyə dövlətimizin
başçısı bildirmişdir.
Yekun  nitqində  də  Prezident  İlham
Əliyev ölkəmizin iqtisadi-sosial inkişa -
fının bir sıra mühüm istiqamətləri barədə
ətralı söz açmış, fikir və mülahizələrini
bildirmiş, konkret tapşırıqlar vermişdir.
Makroiqtisadi vəziyyətin ilin sonuna
qədər sabit qalacağına əminliyini vurğu-
layan dövlətimizin başçısı ən çətin, böh -
ranlı  illərdə  də  manatın  məzənnəsinin
sabit  saxlandığını  vurğulayaraq  de -
mişdir: “Baxmayaraq ki, bəzi ölkələrdə
20, 30, 40 faiz devalvasiya olurdu, amma
biz manatın məzənnəsini saxlamışıq ki,
Azərbaycan vətəndaşları bu böhrandan
az itki ilə çıxsınlar. Bu gün də manatın
məzənnəsi və manatın gücü ölkəmizin
iqtisadi  qüdrətini  göstərir,  əlbəttə  ki,
Azərbaycana xaricdə olan inamı daha da
artırır”. 
Pul sahəsində islahat aparılanda, yeni
manat dövriyyəyə buraxılanda bir ma -
natın  bir  dollara  bərabər  edildiyini,
hazırda  isə  bir  manatın  bir  avroya  bə -
rabər və ondan daha da dəyərli olduğunu
qeyd  edən döv lətimizin başçısı iqtisadi
potensialımızın  və  sənaye  gücümüzün
manatın  məzənnəsini  belə  güclü  sə -
viyyədə    saxlamağa    imkan    verdiyini
bil dirə rək  demişdir:  “Bəzi  ölkələrdə
ümum  mil li valyutanın qiymətdən düş -
məsi  ixrac  imkanlarını  daha  da
genişləndirir. Ancaq bizim ixrac imkan-
larımız onsuz da genişlənir və ölkəmizdə
yaradılan  və  yaranmaqda  olan  yeni
müəssisələr, o cümlədən ixracyönümlü
müəssisələrdir. Bizim üçün əsas vəzifə
makroiqtisadi  sabitliyi  saxlamaqdır.
Çünki investisiya xərclərimiz, büdcəmiz,
sosial ödəmələr artır, əmanətlərin kom-
pensasiyası  məsələləri  əlavə  yükdür.
Bütün bunlar istər-istəməz inflyasiyaya
təkan  verə  biləcək  amillərdir.  Amma
buna baxmayaraq, inflyasiya çox aşağı
səviy yədədir. 
Eyni zamanda, istehlak qiymətlərinə
nəzarət daim güclü olmalıdır. Bu sahədə
müsbət  dəyişikliklər  vardır.  Hesab
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
13
Sovet dövründə 2 milyon 400 min
əmanətçi var idi və insanlar bu
əmanətlərin qaytarılmasını, kompen-
sasiyasını gözləyirdi... Postsovet
məkanında ən işlək, ən səmərəli, ən
ədalətli və insanlar üçün ən məqbul 
variant məhz Azərbaycanda tətbiq edilib. 


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə