İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə4/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   2   3   4   5   6   7   8   9   ...   88

daşlarının  əmək  bazarında  işlə  təmin
edilməsi  məsələlərinə  baxaq,  onları
tamamilə  həll  edək.  Baxmayaraq  ki,
Azərbaycanda  işsizlik  aşağı  səviy -
yədədir, - keçən ilin yekunlarına görə 5,4
faizdir, - ancaq hələ də işsizlik var və
bəzi hallarda bu işsizlik reallığı əks et-
dirmir. Çünki heç kəs üçün sirr deyil ki,
qeydiyyata düşməyən, amma müəyyən
işlərdə, tikintidə işləyənlər, maaş alanlar
vardır. Ancaq heç yerdə bunun qeydiy -
yatı aparılmır. Yəni, belə hallar var və
müvafiq  göstərişlər  verilibdir  ki,  bu
sahədə  də  şəffaflıq  tam  şəkildə  təmin
edilsin və beləliklə, ölkə büdcəsinə daha
da böyük vəsait daxil ediləcəkdir, o cüm-
lədən  pensiya  fonduna.  Beləliklə,  bu
sahədə də qayda-qanun yaradılmalıdır,
birdəfəlik və tam şəkildə”. 
Sosial  məsələlərin  həllinin  daim
diqqət mərkəzində olduğunu qeyd edən
ölkə  rəhbəri  bu  ilin  yaddaqalan
əlamətlərindən birinin sovet dövründən
qalmış,  yəni  batmış  əmanətlərin  kom-
pensasiyası olduğunu bildirmişdir. Azər-
baycan dövlətinin o əmanətlərə görə heç
bir  hüquqi,  yaxud  da  ki,  mənəvi  mə-
suliyyət  və  öhdəlik  daşımadığını  bir
daha xatırladan Prezident İlham Əliyev
demişdir: “Ancaq nəzərə alsaq ki, sovet
dövründə  2  milyon  400  min  əmanətçi
var idi və insanlar bu əmanət lərin qay-
tarılmasını,  kompensasiyasını  gözlə -
yirdi,  yenə  də  siyasətimizin  sosial
xarakterini və sosial ədalət prinsiplərini
daha da gücləndirmək üçün belə qərar
qəbul edildi. Deyə bilərəm ki, postsovet
məkanında  ən  işlək,  ən  səmərəli,  ən
ədalətli və insanlar üçün ən məqbul vari-
ant  məhz  Azərbaycanda  tətbiq  edilib.
Həm müddət baxımından, - çünki cəmi
2  il  ərzində  bütün  kompensasiyalar
ödəni ləcək,  -  eyni  zamanda,  verilən
məbləğ  baxımından.  Əgər  biz  sovet
rublunu manatla deyil, dollarla müqayisə
etsək,  kompensasiyalar  təqribən  birə-
beş, birə-altı əmsalı əsasında ödənilir. Bu
da postsovet məkanında ən yüksək əm-
saldır. Artıq proses başlanmışdır. Min-
lərlə,  on  minlərlə  insan  artıq  müraciət
etmişdir. Minlərlə insan öz əmanətlərini
almışdır və bu proses 2013-cü ilin so-
nuna qədər başa çatmalıdır”.
Azərbaycanın  beynəlxalq  mövqelə -
rinin  son  6  ayda  daha  da  gücləndiyini
diqqətə çatdıran Prezident İlham Əliyev
demişdir:  “İkitərəfli  əlaqələr,  təmaslar
güclənir, tərəfdaşlarımızın sayı artır və
indi Azərbaycan  diplomatiyasının  fəa -
liyyət dairəsi genişlənir. Biz ənənəvi, re-
gional  tərəfdaşlıqdan,  yeni  bölgələrə,
yeni  qitələrə  çıxırıq  –  Afrika,  Latın
Amerikası ölkələri ilə daha da sıx əmək-
daşlıq  qururuq.  Bu  da  həm  ölkəmizin
yeni statusuna uyğundur, həm ölkəmizin
siyasi  imicinin  təzahürüdür,  eyni  za-
manda,    bizim    xarici  siyasətlə  bağlı
fikirlərimizin əlamətidir. Biz diploma ti -
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
10
Makroiqtisadi vəziyyət çox müsbətdir,
sabitdir. İnflyasiya cəmi 2,2 faizdir. 
İstehlak bazarına, qiymətlərə daim diqqət
göstərilir. Əhalinin pul gəlirləri isə 
14,2 faiz artmışdır. Yəni, inflyasiya ilə
əhalinin pul gəlirləri arasında 12 faiz fərq
vardır. Bu da real gəlirlərin nə qədər 
yüksək templərlə artmasına dəlalət edir. 


yamızı şaxələndirməliyik. Ənənəvi tərəf-
daşlarla əlbəttə ki, əlaqə lərimiz davam
edir, güclənir və özümüz üçün yeni dost-
lar  aşkarlayırıq.  Biz  Qoşulmama  Hə -
rəkatına üzv olduq. Bu da düşünülmüş
və  çox  düzgün  bir  addım  idi.  Qoşul-
mama  Hərəkatına  üzv  olduqdan  sonra
dərhal fəal işə başlamışıq və qısa müddət
ərzində böyük hörmət qazana bilmişik”. 
Bu ilin may ayında Azərbaycanın ta -
rixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik
Şurasına sədrlik etməsini tarixi hadisə
kimi  səciyyələndirən  Prezident  İlham
Əliyev  ölkəmizin artan nüfuzunun, imic
və imkanlarının, gücünün  bu reallıqları
mümkün etdiyini diqqətə çatdırmışdır.
“Təhlükəsizlik Şurasının yeni üzvü kimi
Azərbaycan bütün məsələlərdə öz prin-
sipial mövqeyini nümayiş etdirir və bu
mötəbər təşkilata üzv olduqda bəyan et-
diyim  kimi, Azərbaycan Təhlükəsizlik
Şurasında ədaləti və beynəlxalq hüququ
müdafiə edir. Təsadüfi deyil ki, bu gün
Azərbaycan dünyanın qlobal məsələləri
ilə bağlı çox fəal və geniş müzakirələr
aparır, biz dünyanın aparıcı ölkələri ilə
daim  təmasdayıq  və  bizim  prinsipial
mövqeyimiz qiymətləndirilir,” – deyən
dövlətimizin başçısı BMT Təhlükəsizlik
Şurasında  155  ölkənin  bizi  dəstək-
ləməsini    dünyada  Azərbaycana  olan
münasibətin əyani sübutu kimi dəyər lən -
dirmişdir.
Növbəti  aylar,  illər  ərzində  xarici
siyasətdə  daha  da  böyük  işlər  aparıla-
cağını qeyd edən Prezident İlham Əliyev
Ermənistan-Azərbaycan,  Dağlıq  Qara -
bağ münaqişəsinin həlli ilə bağlı prinsip-
ial  mövqeyin  ədalətə  və  beynəlxalq
hüquqa əsaslandığını bir daha xatırlat-
mış,  Azərbaycanın  ərazi  bütövlüyü
məsələlərinin heç vaxt danışıqlar pred-
meti olmadığını və olmayacağını bəyan
edərək demişdir:  “Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcəkdir. Məndə bu
barədə heç bir şübhə yoxdur. Danışıqlar
prosesində müəyyən durğunluq vardır.
Baxmayaraq ki, Minsk qrupuna həmsə-
drlik  edən  ölkələrin  başçıları  yeni
bəyanatla çıxış etmişlər və status-kvo-
nun qəbuledilməz olduğunu bir daha təs-
diq  etmişlər.  Hələ  ki,  status-kvonu
də yişdirən konkret, real addımlar atılmır.
Ancaq bu, qaçılmazdır. Status-kvo də -
yiş dirilməlidir.  Həm  Minsk  qrupunun
həmsədr  ölkələrinin  dövlət  başçıları,
Avropa  İttifaqı  Şurasının  prezidenti
Bakıda olarkən, ATƏT nümayəndələri,
digər  beynəlxalq  təşkilatlar  və  siya -
sətçilər  status-kvonun  qəbuledilməz
olduğunu  də fələrlə  bəyan  edirlər.  Bu,
çox  dəyərli  bəyanatdır.  Status-kvonun
dəyişdirilməsi işğal edilmiş torpaqlardan
erməni işğalçı qüvvələrinin çıxarılması
deməkdir.  Bu  işğalçı  qüvvələr  işğal
edilmiş torpaqlardan çıxdıqca əlbəttə ki,
danışıqlar prosesində də müsbət meyillər
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
11
Ötən dövr ərzində, yəni ilin 6 ayında 
46 min yeni iş yeri açılmışdır ki, 
onlardan 37 mini daimi iş yeridir.
Bu proses davam edir və bu, təbiidir.
Çünki demək olar ki, Azərbaycanda 
hər həftə yeni müəssisə, yeni fabrik 
və yeni zavod tikilir, insanların 
məşğulluğu artır. Eyni zamanda, 
əmək bazarına nəzarət daha da 
güclü olmalıdır.


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə