İran qanunveriCİLİYİNDƏ arvadin vəRƏSƏLİYİ Həmid Hüseyn oğlu Allahverdizadə



Yüklə 35,96 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü35,96 Kb.
#38309


“Qanun”.-2009.-№9.-S.82-85.

İRAN QANUNVERİCİLİYİNDƏ 

ARVADIN VƏRƏSƏLİYİ

Həmid Hüseyn oğlu Allahverdizadə,

Bakı Dövlət Universitetinin, hüquq fakültəsinin doktorantı

İran  İslam  Respublikasının  qanun-vericiliyində  nəfəqə  ali  qanun  olan  İran  Konstitusiyasının

müddəalarından  irəli  gəlir.  1979-cu  ildə  qəbul  edilmiş  İran  İslam  Respublikasının  Konstitusiyasının  21-ci

maddəsində deyilir: "Dövlət islam normalarına  riayət  etməklə qadın hüquqlarını bütün səviyyələrdə təmin etməyə

borcludur və bunun üçün aşağıdakı işləri görməlidir:

1)  qadın  şəxsiyyətinin  inkişafı,  onun  maddi  və  mənəvi  hüquqlarının  dirçəl-məsi  üçün  münasib  şəraitin

yaradılması;

2)  qadınların  himayəsi,  xüsusilə  hamiləlik  və  körpəni  saxlayan  dövrdə  ona  qayğı  göstərilməsi,  kimsəsiz

uşaqların himayəsi;

3) ailənin varlığı və davamlılığı üçün düzgün məhkəmə sisteminin yaradılması;

4) dul və qoca qadınlar, ailə başçısı olmayan qadınlar üçün xüsusi sığorta sisteminin yaradılması;

5) qanuni arxası (ata və babası) olmayan uşaqların mənafeyi naminə layiqli analara onların qəyyumluq etmə

hüququnun verilməsi".

Mövzunun  şərhinə  keçməzdən  öncə,  ümumiyyətlə,  vərəsəlik  termininin  hüquqi  və  leksik  mənasının

nəzərdən keçirilməsi, fikrimizcə, məqsədəmüvafiq olardı. Fars və Azərbaycan dillərində işlədilən "irs" sözü mənşə

etibarilə ərəb sözü olub, mənası ölmüş bir şəxsin var-dövlətinə sahib olmaq deməkdir. Buna əlavə olaraq deməliyik

ki, vərəsəlik özü də müvafiq hüquqi normalar əsasında müəyyən edilir. Əlbəttə, bu məsələdə birinci növbədə ölmüş

şəxsin vəsiyyətnaməsi əsas götürülür.

Ərəb dilində vərəsəlik deyəndə insanın ölümü ilə onun varının başqasına keçməsi nəzərdə tutulduğu kimi,

türk dilində də vərəsəlik ifadəsi eyni məzmunu ifadə edir.

İrsiyyət məsələsi müqəddəs Quranda da öz əksini tapmışdır. Varis məsələsi də həmçinin hüquqi aktlarda və

şəriət qaydalarında ətraflı izah olunmuşdur. Belə ki, varislər üç kateqoriyaya bölünür:

Birinci varislər: ata, ana və övladlar, nəvələr.

İkinci varislər: qardaşlar, bacılar və onların övladları.

Üçüncü varislər: əmi, dayı, xala, bibi və onların övladları.

İrsiyyətin tədqiq şərtləri. İrsiyyət məsələsinin aşağıdakı kimi müvafiq şərtləri vardır: 1) varislik müddəti;

2) varisin mövcud olması; 3) ölən üçün qohumluq dərəcəsi.

İrsiyyət ilk növbədə əsas varisin kimliyinin təyin edilməsi, yəni həmin adamın ölənlə qohumluq dərəcəsi ilə

şərtlənir.  Qohumların  özü  də  iki  qrupa  bölünür:  1)  nisbi  qohumlar  və  2)  səbəbi  qohumlar.  Nisbi  qohumlar

vərəsəlikdə əsas qrupdur. Mülki Məcəllənin  862  - ci  maddəsinə  əsasən  nisbi  qohumluqda  irsiyyətin  üç  əsas  növü

var.  İrsiyyətdə  səbəb  isə  evlənmə  ilə  əlaqədardır.  Ər  və  ya  arvad  varis  ola  bilər.  Qeyd  etmək  lazımdır  ki,  belə

hallarda  nə  arvadın, nə  də  ərin  qohumları varis  ola  bilməzlər.  İran  Mülki  Məcəlləsinin  1140-cı maddəsində  qeyd

edilir ki, irs mülkiyyətin bir növüdür.

İrsin  mülkiyyətin  bir  forması  olması  barədə  Mülki  Məcəllənin  861-ci  maddəsində  də  müvafiq  qeydlər

vardır. Həmin məcəllənin 863-cü maddəsində belə deyilir: "Vərəsəlik hüququna ər və arvaddan biri malik ola bilər.

Onlardan birinin ölümü ilə ikincinə vərəsəlik hüququ aid edilir".

Ər  və  arvadın  vərəsəlik  hüququ  yalnız  onların  vərəsəliyinə  dair  müvafiq  şərtlər  uyğun  olmadığı  halda

tanınmır.  Bu  şərtlərin  mahiyyəti  müxtəlif  ola  bilər.  Məsələn,  L.İdris  (2,  s.  165)  kitabında  yazır  ki,  vərəsəlik

məsələsində üç maneə ola bilər. Lakin Mülki Məcəllədə dörd belə maneə növü sadalanır: 1) qətl; 2) küfr; 3) ləan; 4)

zinakarlıqdan olan övlad.

Qətl: yəni varislərdən birinin əli ilə həmin adam qətlə yetirilərsə, onda həmin adam vərəsəlik hüququndan

məhrum olur.

Küfr:  yəni  vərəsələrdən  biri  kafir  olarsa,  artıq  vərəsəlik  hüququnu  itirir.  Kafirlik  məfhumu  bir  qədər

mübahisəlidir.  Belə  ki,  kafirlik  deyəndə  Allahın  təkliyini  qəbul  etməyənlər  nəzərdə  tutulur.  Eləcə  də  Məhəmməd

peyğəmbərə, onun dininə inam gətirməyənlərə kafir deyirlər.

Ləan: yəni zina etmək. Bu həm kişi, həm də qadın tərəfindən törədilə bilər. Qanunvericilikdə yazılıb ki, ər

və arvaddan biri o birinə xəyanət edərsə, onda xəyanət edən vərəsəlik hüququndan məhrum olunur.

Zinalıqla  övlad  olarsa:  yəni  övlad  ölən  kəsin  yox,  zinalıqla  doğulan  uşaqdırsa,  o  vərəsəlik  hüququndan

məhrum olur.

Aşağıdakı hallarda ata, ana və qohumlar vərəsəlik hüququndan məhrum olurlar.

İrsiyyət: I - İrsiyyətin tədqiqi: 1 - varisin ölümü. 2 - varisin mövcudluğu.

3 - irs verənin varisinin olması. II - İrsiyyətin mövcudluğu:

a) nəsəb:




1) birinci mərhələ: a) övlad b)nəvələr.

2) ikinci mərhələ: a) bacı və qardaşlar: b) əcdaddan olanlar.

3) üçüncü mərhələ: a) əmi və dayılar, b) xala və bibilər.

b) səbəb:

1) həyat yoldaşı; 2) övladlar.

III - vərəsəlikdə maneələr:

1 - irs sahibinin qətli; 2 - küfr; 3 - ləan; 4 - zinalıqla olan övlad.

Arvada verilən mirasın qanunvericilik tarixi. İslamdan qabaq əksər qabaqcıl və geridə qalmış xalqların

bu  məsələyə  dair  adətləri  belə  olmuşdur  ki,  həyat  yoldaşlardan  biri  vəfat  edəndən  sonra  onun  irsi  başqasına

qalmamışdır. Məsələn, Romada ailələr müstəqil olmuş və ailənin himayə edəni mülkiyyət sahibi olmuşdur. Belə ki,

himayə edən adam ölən kimi, ailədən birini onun yerinə seçirmişlər və ölənin mülkiyyəti hə-min adamın ixtiyarına

keçirmiş.  Qalan  qardaşlar  da  onun  varisləri  hesab  olunurdu.  Arvad  və  ana  vərəsəlik  hüququna  malik  deyildir.

Onların  vərəsəlik  hüququndan  məhrumluğu  bununla  əsaslandırılırdı ki,  başqaları ilə  ailə  qura  bilərlər  və  ailənin

sərvəti başqalarının ixtiyarına keçə bilər (3, s. 239.) Əlbəttə, qeyd etmək lazımdır  ki, sonralar Roma qanunlarında

bir  sıra  dəyişikliklər  nəticəsində  və  artıq  qızların  da  ata  payından  müəyyən  miras  almaq  hüququ  yarandı.  Lakin

aparılan dəyişikliklərdən sonra da arvadın vərəsəlik hüququ yeni qanunlarda öz əksini tapmadı.

Qədim Yunanıstanda da qanunlar təqribən Romada olduğu kimi idi. Yəni ər və ya himayəçi öləndən sonra

irs yalnız böyük oğula qalırdı və başqa övladlar ondan məhrum olurdu (3, s. 239).

Yəhudilərin  dini  ayinlərində  deyilir  ki,  arvad  irsiyyətdən  məhrumdur.  Əlavə  olaraq  bu  da  qeyd  edilir  ki,

ailədə  oğlan varsa  o  varis  sayılır  və  qız vərəsəlik  hüququ  daşımır.  Ailədə  yalnız oğlan olmayanda  qızın  vərəsəlik

hüququ  olur.  Belə  halda  əgər  arvad  ölərsə,  artıq kişi həmin  qadından  qalma  mirasa  sahib  ola  bilmir.  Eləcə  də  ər

ölərsə,  arvad  onun  vərəsəsi  ola  bilmir.  Ancaq  arvad  ölərsə,  birgə  əldə  olunmuş  sərvətin  varisi  ər  ola  bilir  (4,  s.

39-40).


İranda islamdan əvvəl miras böyük qardaşa çatırdı. Sasanilər vaxtında arvadın hüquqları yox idi. Atanın və

ananın hüquqları arvaddan çox idi. Ərə gedən qız atasından və qardaşlarından miras almırdı.

Cahiliyyət  dövründə  də  ölmüş  atanın  mirasından  arvada  və  qıza  pay  çatmırdı.  Təbii  ki,  həmin  dövrdə

qadınların vərəsəlik hüquqları olmamışdır. Hətta qadının özü belə irs kimi başqasına verilirdi.

Amma islamdan sonra bütün bu məsələlərə aydınlıq  gətirildi və qadın artıq cəmiyyətin əsas üzvü olmaqla

müəyyən hüquqlar əldə etdi. Kişilərə aid olan bütün mülkiyyət hüquqları qadınlara da aid edildi. Eləcə də irsiyyət

və vərəsəlik məsələsində arvadın, ananın və qızın hüquqları müəyyənləşdi. Belə ki, artıq onlar da varis kimi miras

payına malik oldular. Qurani-Kərimdə də yazılıb ki, "kişilər və qadınlar valideynlikdə ən yaxın adamlardır. Onların

hər ikisi müəyyən paylara malikdirlər. (Allah tərəfindən) (5, s. 12).

Eləcə də həmin mənbədə deyilir ki, "ərin varının dörddə  bir  hissəsi,  övladları yoxdursa,  arvadlarına  çatır.

Ölən  ərin  borcları  verildikdən  sonra  vərəsə  kimi  dörddə  bir  hissə  arvadlarına  və  səkkizdə  bir  hissə  isə  başqa

qohumlara çatır" (5, s. 7).

Quranda  ərin  sərvətindən  arvada  çat  ası pay  dəqiqliklə  təsbit  edilir.  Bu  barədə  müxtəlif  mübahisələr  var.

Belə  ki,  şəriətdə  bütün  cəmiyyətin  və  ailənin  yükü  ərin  boynuna  düşür  və  kişilər  cəmiyyətdə  aparıcı qüvvə  kimi

təqdim edilir.

Arvadın mirasının aydınlaş dırılması şərtləri. Əvvəldə qeyd etdiyimiz kimi vərəsəlikdə vacib olan amillər

ikidir. 1-ci nəsəb, 2-ci isə səbəb. Səbəbdə həyat yoldaşları vərəsəlik hüququna malikdir. Mülki Məcəllədə onların

hüquqları əks etdirilmişdir. Məcəllənin 864 və 940-cı maddələrində həmin şərtlər göstərilmiş  və qeyd olunmuşdur

ki, bu şərtlər dörd hissədən ibarətdir. Həmin şərtlər daxilində arvad ərin varislərindən biri ola bilər. Həmin şərtlər

bunlardır:  1)  ər-arvadın əlaqələri;  2)  ölümdən  sonra  həyat  yoldaşından  qalma  sərvət;  3)  nikahın  daimi  olması;  4)

həyat yoldaşının vərəsəlikdən məhrum olunması barədə aktın olub-olmaması.

Bu şərtlərdən birincisi olan ər-arvadın əlaqələri şərtinə aydınlıq gətirək: bu şərtə əsasən arvad ərinin varisi

ola  bilər,  bir  şərtlə  ki  əri  ilə  rəsmi  nikaha  girmiş  olsun.  Mülki  Məcəllənin  1102-ci  maddəsində  deyilir  ki,  nikah

rəsmi qaydada qeydə alınıbsa onda ər və arvadın əlaqələri hüquqi xarakter daşıyır". Mülki Məcəllədə göstərilir ki,

əgər ər-arvad rəsmi nikaha giriblərsə, onda biri-birinə varis ola bilərlər. Amma burada bir istisna var ki, ər xəstəlik

halında  arvadla  evlənibsə  və  nikah  da  qeydə  alınıbsa  və  o  bu  xəstəliklə  əlaqədar  vəfat  edibsə,  onda  arvadın

vərəsəlik hüququ olmur. Ancaq həmin xəstəlikdən sağalandan sonra ölərsə, onda ərin mirasına sahib ola bilər (1, s.

1180).  Bəs  hansı  hallarda  arvad  ərin  varisi  ola  bilməz.  Bu  barədə  deyilir:  1)  əgər  nikah  ərin  xəstəliyi  vaxtı

bağlanıbsa; 2) həqiqətən də ər həmin xəstəlikdən ölmüş və başqa xəstəliyə düçar olmamış və həmin məqamda nikah

bağlayıbsa; 3) həmin xəstəlik nikah vaxtı ərin ölümünə səbəb olmuşdur və ya bir müddətdən sonra həmin xəstəlik

yenidən baş qaldırmış və o ölmüşsə; 4) əgər ərin ölümü nikaha daxil olmadan qabaq baş veribsə, onda arvada miras

çatmır.

Yuxarıda deyilən şərtlərdən əlavə tərəflər ola bilər ki, ölüm halında olanda nikah bağlamış olsunlar. Onda



talaq və ya nikahın ləğvinə ehtiyac  qalmır.  Çünki  Mülki  Məcəllənin  864  və  940-cı maddələrinə  əsasən,  tərəflərin

hər  biri  mirasdan  məhrum  ola  bilər,  əgər  onlar  arasında  ölümdən  əvvəl  talaq  olubsa,  hökmən  nəzərə  alınmalıdır.

Talaq  verməyə  əgər  imkan  tapmamış  onlardan  biri  ölmüşsə,  onda  həyat  yoldaşı  vərəsəlik  hüququnu  itirir.  Bu

məsələdə iki istisna hökmən nəzərə alınmalıdır.  Birincisi odur ki,  Mülki  Məcəllənin  943-cü  maddəsinə  əsasən,  ər




arvadını ölümündən qabaq boşamaq fikrinə düşübsə, onda varislikdən məhrum olur. İkinci hal isə ondan ibarətdir

ki,  ölümündən  qabaq  əgər  ər  arvadından şikayətlə  məhkəməyə  müraciət  edibsə,  onda  arvad  vərəsəlikdən  məhrum

olur.

İkinci istisna halında həmçinin bir məqama diqqət yetirilməlidir ki, talaq müddəti ərin ölümündən sonra bir



il  müddətində  ola  bilər  və  ya  ərin  xəstəliyi  müddətində  talaq  olarsa,  onda  tərəflər  vərəsəlik  hüquqlarını  itirirlər.

Bununla  belə  istisnalar  məhkəmə  yolu  ilə  həll  edilə  bilər.  Həmin  məsələlər  bunlardır:  1)  talaq  almış  arvadın

vərəsəlik hüququ məhkəmə ilə bərpa oluna bilər; 2) talaq almış arvadın vərəsəlik hüquqları arvadın ərizəsi əsasında

məhkəmədə həll edilə bilər.



Nikahın  daimi  olması  şərti.  Mülki  Məcəllənin  940-cı  maddəsinə  əsasən  daimi  nikaha  malik  ər-arvad

vərəsəlik hüququndan məhrum deyildir və bir-birlərinin varisi ola bilərlər. Nikahları daimi olmayanlar bir-birlərinin

varisi ola bilməzlər.

İstifadə olunmuş mənbələr:

1. Cahangir Mənsov. Qanon mədahi. Tehran, nəşr. Dövran, 2009

2. Ebn eyris-şərəcv. Cild 3. Tehran, 1987

3. Əiləm Seyyid Məhəmməd Təbətəbaci. Tərsiəl Miran. Cild 4. Tehran, 1998

4. Məhəmməd Yusifı Musə. Əltəərəkə və əlmirəsfel eşləm. Tehran: Dərol Kitabe, 1960

5. Qurani-Kərim. Nisə surəsi, 12-ci ayə



Yüklə 35,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə