İqtisadiyyat nəyi öyrənir? a Kommersiya fəaliyyətini



Yüklə 179,07 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix20.09.2018
ölçüsü179,07 Kb.
#69675
1   2   3   4   5   6

27

Əmtəənin faydalılığı, insanın bu və ya digər  bir tələbatını ödəmək 

xassəsi onun ..........

a) istehlak dəyəridir    

b) izafi dəyəridir    

c) mübadilə dəyəridir       

d) tədavül funksiyasıdır      

e) dəyər ölçüsü funksiyasıdır

28

Aşağıdakılardan hansı pulun funksiyalarına aid deyil?



a) dəyər ölçüsü     

b) dünya pulu   

c) dəfinə     

d) tədavül        

e) təşkil etmə

29

Bazar…



a) Yalnız alıcıların birləşdiyi yerdir.

b) Yalnız satıcıların görüşdüyü yerdir.

c) Bir qrup istehsalçı və istehlakçıların  əmtəə və xidmətlərin alış-

    verişi üçün cəmlənməsidir.

d) Ümumi tələbatlı bir qrup insanlardır.

e) Dövlət qurumudur.

30

Son nəticədə məhsul və xidmətlərə tələbi kim müəyyənləşdirir?



a) Hökumət

b) Məhsul və xidmətlərin alıcıları

c) Məhsul və ya xidmətləri yaradan istehsalçılar

d) Məhsul və ya xidmətlərin istehsalına xərclənən xammalı təklif  

    edənlər

e) Komersiya bankları

31

Aşağıdakılardan biri bazar infrastrukturunun tərkib hissəsinə daxil deyil.



a) Fond birjaları    

b) Lizinq firmaları    

c) Auksiyonlar             

d) Özəl firmalar     

e) Yarmarkalar

32

İnhisar…



a)  az satıcılı bazardır.

b) tək satıcılı bazardır.

c) tək alıcılı bazardır.

d) qiyməti hökumətin müəyyən etdiyi bazardır.

e) A və D variantları

33

Az sayda satıcısı olan bazar hesab edilməldir…



a) monopoliya.

b) rəqabətli bazar.

c) oliqapolik.

d) inhisarçı rəqabət bazarı.

e) bilatar monopsoniya.

34

Əgər X məhsulunu əvəz edən məhsulun qiyməti artarsa, onda....



a) X məhsuluna olan tələb artar.

b) X məhsulunun bazar qiyməti aşağı düşər.

c) X məhsuluna olan tələb enər.

d) X məhsuluna olan tələb dəyişməz qalar.

e)  D və C variantları

35

Əgər alıcılar yaxın gələcəkdə daha yüksək qiyməti gözləyərsə, bu 



zaman düyü bazarında nə baş verəcək?

a) düyüyə olan tələb artacaq.

b) düyüyə olan tələb enəcək.

c) düyüyə olan tələb dəyişməz qalacaq.

d) düyüyə olan təklif artacaq.

e) B və C variantları

36

Təklif olunan məhsul və ya xidmətlərin qiymətinin tələb edilən məhsul 



və ya xidmətlərin qiymətinə bərabər olması necə adlanır.

a) tarazlıq qiyməti.

b) inhisar qiyməti.

c) əlaqələndirilmiş qiymət.

d) hamısı doğrudur.

e) izafi dəyər.

37

Təklif əyrisinin dəyişməsi adlanır?



a) “təklifin dəyişməsi”.

b) “təklif  əyrisi boyunca hərəkət”.

c) “təklif olunan məhsul və xidmətlərin miqdarının dəyişməsi”.

d)  bütün cavablar doğrudur.

e)  səmərəlilik

38

Fərz edək ki, xammalın qiyməti qalxıb. Bu zaman hesab etməliyik ki,...



a) təklif artır.

b) təklif azalır.

c) təklif artır yaxud azalır.

d) qalıq sabit qalır.

e) tələb artır.

39

Bunlardan biri makroiqtisadi göstəricilərə aid deyil?



a) ümumi milli məhsul     

b) ümumi daxili məhsul     

c) milli gəlir       

d) əmtəə        

e) millli sərvət



40

Bütün əmtəələr üçün ümumi ekvivalent dəyər forması rolunu oynayan 

əmtəə?

a) pul      



b) dəri        

c) xəz        

d) fil dişi         

e) gümüş


41

İctimai tələbatın ödənilməsi və mənfəət alması məqsədilə, istehsal 

amillərini birləşdirməklə məhsul istehsal edən və satan, işlər görən və 

xidmətlər göstərən hüquqi şəxs olan təsərrüfat subyekti necə adlanır?

a) Birja

b) Firma


c) Sahibkar

d) Menecer

e) Muzdlu işçi

42

Firmanın əsas funksiyası nədən ibarətdir?



a) İstehsal amillərini birləşdirməklə əmtəə və xidmətlər istehsalını 

    təşkil etmək

b) Mənfəət əldə etmək

c) Məşğulluğu təmin etmək

d) İqtisadiyyatın sahələrini əmələ gətirmək

e) Vergi vermək

43

Azərbaycanda mülkiyyətin hansı formaları mövcuddur?



a) Qarışıq, birgə, kollektiv

b) Dövlət, bələdiyyə, kooperativ

c) Dövlət, xüsusi, bələdiyyə 

d) Şəxsi, dövlət, xüsusi

e) Xüsusi və bələdiyyə

44

Səhmdar Cəmiyyətinin mənfəətindən səhm sahibinə düşən pay necə 



adlanır?

a) Faiz     

b) Divident      

c) Gəlir       

d) Qonorar     

e) Pensiya

45

İstehsal (məhsuldarlıq) xarakterizə olunur?



a) dövlətin gəlirlərinin artdığı dərəcə ilə.

b) hər iş saatına istehsal olunan əmtəə və xidmətlərin miqdarı ilə.

c) birjaya yatırılan  dollarların miqdarı ilə.

d) iqtisadiyyatda mövcud olan insan və fiziki kapitalın miqdarı ilə.

e) bütün variantlar səhvdir.



46

Məhsul istehsalını bir vahid artırmaq üçün tələb olunan əlavə xərclər 

necə adlanır?

a) Ümumi xərclər     

b) Daxili xərclər      

c) Son hədd xərcləri        

d) Orta xərclər       

e) Dəyişən xərclər

47

İqtisadi mənfəət necə hesablanır?



a) Məhsul satışından əldə edilən gəlirdən həm daxili, həm də xarici 

    xərcləri çıxmaqla

b) Məhsul satışından əldə edilən gəlirdən daxili xərcləri çıxmaqla

c) Məhsul satışından əldə edilən gəlirdən xarici xərcləri çıxmaqla

d) Ümumi mənfəətdən vergilərin kəmiyyətini çıxmaqla

e) Doğru cavab yoxdur

48

Xarici xərclər nəyə deyilir?



a) Müəssisənin özünə məxsus olan ehtiyatların istifadəsi ilə əlaqədar 

    olan xərclər

b) Zəruri istehsal amillərinin əldə edilməsinə görə müəssisənin 

    təchizatçılara ödədiyi vəsait

c) Müəssisələrin mənfəət əldə etmək məqsədilə məhsul istehsalına 

    sərf etdikləri bütün xərclər

d) İstehsal olunan məhsulun kəmiyyətindən asılı olmayaraq 

    dəyişməyən xərclər

e) Buraxılan məhsulun kəmiyyətindən asılı olaraq artıb-azalan 

    xərclər

49

Firmanın fəaliyyətinin ən mühüm göstəricisi olub, pul formasında bütün 



daxilolmaların məcmusundan ibarətdir:

a) mənfəət          

b) gəlir            

c) orta gəlir                           

d) divident          

e) kapital

50

İstehsal vasitələrini, maşınları, dəzgahları, nəqliyyat vasitələrini və s. 



alıb onların icarəyə verilməsilə məşğul olan firmalar hansıdır?

a) sığorta şirkətəri     

b) səhmdar cəmiyyətlər                         

c) reklam firmaları    

d) lizinq firmaları    

e) konsaltinq şirkətləri

51

Təklif olunan məhsul və ya xidmətlərin qiymətinin tələb edilən məhsul 



və ya xidmətlərin qiymətinə bərabər olması necə adlanır?

a) tarazlıq qiyməti.

b) inhisar qiyməti.

c) əlaqələndirilmiş qiymət.

d) hamısı doğrudur.

e) hamısı yalnışdır.

52

Təklifin həcminin tələbin həcmindən daha yüksək olduğu vəziyyət?



a) çatışmazlıq          

b) izafilik       

c) tarazlıq qiyməti                     

d) inhisar qiyməti     

e) tarazlıq miqdarı

53

Aktiv ticarət balansı nədir?



a) İxracın idxaldan cox olması                                                

b) İdxalın ixracdan cox olması                                               

c) İdxal və ixracın sıfır olması                                                 

d) İdxal və ixracın çox aşağı səviyyədə olması                              

e) İdxal və ixracın yüksək səviyyədə olması

54

Hansı bazarlar normal fəaliyyət göstərə bilirlər?



a) Azad rəqabətli bazarlar    

b) Qarışıq bazarlar                      

c) Oliqapolik bazarlar          

d) İnhisarçı bazarlar                              

e) Defisitli bazarlar

55

Bazar iqtisadiyyatında iqtisadi fəaliyyətə nə rəhbərlik edir?



a) Dövlət

b) Qiymətlər

c) Mərkəzi planlaşdırma

d) Kooperasiyalar

e) Hüquqi qanunlar

56

İqtisadiyyat sözü Yunan dilindən hansı kəlmədən yaranıb?



a) “ətraf mühit”                                                                       

b) “bazar iştirakçısı”                                                                

c) “ailə təsərrüfatını idarə edilməsi”

d) “ehtiyat”                                                                            

e)  “pul”



Yüklə 179,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə