İQTİsad elmiNİn müASİr problemləRİ



Yüklə 14,66 Kb.
tarix25.06.2018
ölçüsü14,66 Kb.
#51355

31 may 2018-ci il tarixində UNEC Zaqatala filialında

İQTİSAD ELMİNİN MÜASİR PROBLEMLƏRİ”



mövzusunda

Respublika elmi-praktiki konfransı keçiriləcəkdir.


(Konfrans AR Təhsil Nazirinin 5 aprel 2018-ci il tarixli F-236 nömrəli əmrinə müvafiq olaraq keçirilir)
Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar

konfransın işində iştirak etməyə dəvət olunurlar.
Konfransın mövzuları:


  • Müasir dövrdə Azərbaycanda maliyyə bazarlarının modernləşdirilməsinin stra-

teji istiqamətləri.

  • Azərbaycanda maliyyə institutlarının formalaşması və inkişafının problemləri.

  • Mühasibat uçotu və audit elminin inkişafının müasir mərhələsi.

  • İdarəetmə elminin aktual problemləri.

  • Ekonomiks və iqtisadi nəzəriyyə predmetlərinin oxşar və fərqli cəhətləri.

  • İqtisad elmində yeni tədqiqat konsepsiyaları.

  • Strateji yol xəritəsinin əsas istiqamətləri – davamlı inkişafa keçid konsepsiyası kimi.

  • Azərbaycanın müasir iqtisadi inkişafının xüsusiyyətləri və perspektivləri.


Məqalələrin tərtibinə aşağıdakı tələblər qoyulur:


  • Məqalələrdə müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, elektron ünvanı və əlaqə nömrəsi bildirilməlidir.

  • Müəllifin adından sonra ortada iri qara şriftlərlə məqalənin adı göstərilməlidir.

  • Məqalənin adından sonra azərbaycan dilində xülasə yazılmalıdır.

  • Tezislərin həçmi 3 səhifədən (A4), məqalələrin həcmi 6-8 səhifədən (A4) çox olmamalıdır. Məqalələr 12 ölçudə, 1.5 intervalla, Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 25mm, sağdan 10mm, yuxarıdan 20mm, aşağıdan 20mm) boşluq buraxılmalıdır.

  • Konfransa təqdim olunacaq məqalələr azərbaycan, rus, ingilis və türk dillərində yazıla bilər. İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilməlidir (məsələn; 1, səh.15)

  • Məqalələrdə yenilik, səmərəlilik və faydalılıq nəzərə çarpmalıdır

  • Məqalələr Elm Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcəkdir. Qoyulan tələblərə cavab verməyən məqalələr qəbul olunmayacaqdır.

  • Məqalələrin qəbulu üçün son tarix: 16 may 2018-ci ildir. Məqalələr unec_elm@mail.ru elektron ünvanına və çap variantında UNEC-in əsas binası, “Elm” şöbəsinə (otaq 128) təqdim olunmalıdır.


QEYD: Konfransın materialları AR dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına əlavə olunur.

Konfransda iştirak etməyənlərin məqalələri nəşr olunmayacaqdır.
Ətraflı məlumat üçün əlaqə telefonu: (012) 492-72-98, UNEC “Elm” şöbəsi
Yüklə 14,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə