İQLİM DƏYİŞMƏLƏRİ QARŞISINDA
ZƏİFLİYİN MİLLİ SƏVİYYƏDƏ
QİYMƏTLƏNDİRİLMƏSİ
4
yağıntıların miqdarı mövsümdən, regionun relyefindən və
Xəzər dənizinin yaxınlığından asılıdır. Ölkədə ən az orta illik
yağıntı Abşeronun cənub zonasında və Qobustanda 150-
200 mm-dən az müşahidə olunur.
Ölkənin bir çox regionlarının ərazisində (Kür-Araz və Samur-
Dəvəçi zonalarında, Naxçıvan Muxtar Respublikasında) illik
yağıntıların miqdarı 300 mm-dən aşağıdır. Respublikamızın
ərazisində yağıntıların miqdarı Xəzərdən qərbə və dağlar
istiqamətində artması müşahidə olunur.
Böyük və Kiçik Qafqazda 2600-2800 m, Naxçıvan MR-da
2600-3000 m, Talışda 200-600 m-dək yağıntılar artır, sonra
isə tədricən azalır. Böyük Qafqazın cənub yamacında illik
yağıntıların maksimum miqdarı 1400-1600 mm, şimal-şərq
yamacında 800 mm, Kiçik Qafqaz və Naxçıvan MR-da 800-
900 mm, Talış dağlarında isə 1700-1800 mm təşkil edir.
1.1.2 Təbii risklər və fəlakətlər
Ölkə ərazisində iqlim göstəricilərinin xeyli fərqlənməsi ilə
əlaqədar regionlarda mikroiqlim göstəricilərinin dəyişməsi
də cürbəcür olur. Mikroiqlimin dəyişməsi təbii və antropogen
səbəblərdən baş verir.
İstinin təsiri və quraqlıq
Son illərdə yayın çox isti, qışın isə xeyli mülayim keçməsi Yer
kürəsində iqlim dəy-işmələri ilə bağlıdır.
Yay aylarında havanın xeyli isti olması regionlarda və əsasən iri
şəhərlərdə insanların sağlamlığına və onların iş qabiliyyətinə
ciddi təsir göstərir. Yay aylarında güclü istilər kənd təsərrüfatına
ciddi zərər vurur. İqlim dəyişmələri ilə bağlı qişdan salamat
çıxan gəmiricilər yaz və yay aylarında əkinlərə xeyli zərər
verirlər. Ona görə də kənd təsərrüfatında meliorasiya və
bitkilərin qorunması üzrə tədbirlər keçirilməlidir.
Xəzərin səviyyəsinin qalmasının təsiri
Azərbaycanın Xəzər sahilləri boyu yerləşmiş bölgələrində
dənizin səviyyəsinin qalxması ilə bağlı əhəmiyyətli dəyişkənlik
müşahidə olunur. Bunlar qismən iqlimdəki tərəddüdlər
nəticəsində çaylardan dənizə axan su kütləsinin dəyişmələri,
qismən də dənizin yerləşdiyi çökəkliyin həcminin dəyişmələrilə
izah olunur. 1998-ci ildən 2005-ci ilədək dənizin səviyyəsi zəif
sürətlə artmaqdadır. Xəzərin səviyyəsinin qalxması ilə həm sahil
zonasını su basır, həm də sahil zonasında yeraltı suların səviyyəsi
qalxır, bataqlaşma və şoranlaşma prosesləri gedir [10].
Şəkil 1.3. Azərbaycan Respublikasının iqlim xəritəsi [2]
AZƏRBAYCAN
5
Şəkil 1.4. Kür çayının məcrasından çıxması nəticəsində yaşayışməntəqələrini
su basmışdır [10]
Su basmanın təsiri
İqlim dəyişmələri ilə əlaqədar axır 20 ildə respublikamızın
regionlarında sel və daşqınların güclənməsi müşahidə
olunur. Bu da yağış normaların artması ilə bağlıdır.
Ölkəmizdə sellərin artması yaz vaxtlarında qarların əriməsi
nəticəsində əmələ gələn suların böyük miqdarda birdən-
birə çayları axıması ilə bağlıdır. Bu da son onilliklərdə
meşələrin qırılması, əkin sahələrin artması, təzə yaşayış
qəsəbələrin salınması nəticəsində torpaqların suyu
saxlama qabiliyyəti xeyli aşağı düşüb. Buna görə də yaz
aylarında qar tez zaman əriyir, əmələ gələn sular yağış
suları ilə birlikdə sürətlə çaylara axır. Re-spublikamızda
su axınları, əsasən, ən böyük çay olan Kürə axır. Tez
bir zamanda suların birdən-birə axması Aşağı Kürün
daşmasına, kəndlərin və qəsəbələrin su basmasına səbəb
olur (Şəkil 1.4). Vəziyyət onunla çətinləşir ki, Kürün apardığı
lilin bir hissəsi çayın aşağılarında çöküb qalmış və nəticədə
çay dayazlaşmışdır. 2003 və 2010-cu illərdə Kür və Araz
çaylarının daşması nəticəsində çoxlu kəndlər dağılmış,əkin
sahələri və malqara tələf olmuşdur.
Zəlzələlər
Son illərdə zəlzələlərin sayı çoxalmışdır. 2012-ci ildə Zaqata-
la rayonunda qeyd edilən 7 ballıq zəlzələ nəticəsində xeyli
dağıntılar olmuşdur (şəkil 2.5). Ölkə Prezidenti İlham Əliyevin
tapşırıqları ilə daşqınlar və zəlzələ nəticəsində zərər çəkmiş
ailələrə kömək göstərildi. Bundan başqa, zərər çəkmiş evlər
və binalar dövlət hesabına təmir edildi. Su basmış yerlərdən
köçürülən insanlar üçün dövlət hesabına müasir evlər tikilmiş
və onlar yaşayış yerləri ilə təmin edilmişdir. Azərbaycan
Respublikasında ötən iyirmi ildəki müşahidə olunan
fəlakətlər üzrə məlumat Cədvəl 1.1 – 1.3-də verilmişdir [7].
Bu fəlakətlərdən Bakı şəhərində 25 noyabr 2000-ci ildə baş
verən zəlzələni qeyd etmək olar. Bu zəlzələnin nəticəsində
31 insan həlak olmuşdur.
Şəkil 1.5. Zaqatala rayonunda baş verən zəlzələ
1990-2013-cü illər ərzində Azərbaycan ərazisində baş vermiş ən
maştablı təbii fəlakətlər, həlak olanların sayına görə [7]
Cədvəl 2.1
Fəlakət
Tarix
Həlak olanların
sayı
Zəlzələ
25 noyabr 2000
31
Daşqın
5 iyun 1997
11
Yer sürüşməsi Dekabr 2000
11
Daşqın
5 oktyabr 1995
5
Minimal
temperatur
Fevral 2012
5
Daşqın
4 may 2010
3
Zəlzələ
9 iyul 1998
1
Zəlzələ
4 iyun 1999
1
1990-2013-cü illər ərzində Azərbaycan ərazisində baş vermiş ən
maştablı təbii fəlakətlər, ziyan çəkənlərin sayına görə [7]
Cədvəl 2.2
Fəlakət
Tarix
Ziyan
çəkənlərin sayı
Daşqın
15 iyun 1995
1,650,000
Zəlzələ
9 iyul 1998
700,01
Daşqın
5 iyun 1997
75
Daşqın
4 may2010
70
Daşqın
16 aprel 2003
31,5
Zəlzələ
7 may 2012
15,55
Zəlzələ
4 iyun 1999
9,17
Zəlzələ
18 may 2012
6,949
Daşqın
5 oktyabr1995
6
Daşqın
21 sentyabr 2009 5