İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə64/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   58   59   60   61   62   63   64   65   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
160
- "polisentrik orbitalar"; shapely syntheses-"zərif sintezlər"; calculable-hesablanıla bilən,
compounded mass-"birləşdirilmiş massa"; ectomorphic head- "ektomorf başlar"; distance
brings proportion-"məsafə mütənasiblik verir"; their fear some crown softrusses, struts, nuts,
insulators...-"onların boltlardan, tikinti fermaları, dayaq, qayka, izolyatorlardan olan pis
tacları...")
Bəzən oxucunun şüurunda xüsusi parlaq obrazlar yaratmaq üçün sənətkar sözdüzəltmə
prosesi ilə məşğul olur və mövcud olmayan sözlər neologizmlər uydurur: those click less
rings  ("bu  tıqqıldamayan  sümük  halqaları"),  those  prisonerless  ribs  ("bu  girovsuz
qabırğalar"), İtalianly ("italyanca").
Con Apdaykın yaradıcılığında epitetlər xüsusi mövzulara ictimai rəngarənlik, yeni xü-
susiyyətlər verə bilir. Məsələn, onlar sifətlə ismin birləşməsi kimi də təqdim oluna bilərlər:
democraticsun ("demokratik günəş"); peppermintthought ("ayıqladıcı fikir"); zərf ilə fel: ab-
surdlykindlemyeyes-"absurdcasına mənim gözlərimi yandırır"; feli sifət ilə zərf: balance-
docculty - "gizli tarazlaşdırılmışlar"; sifət ilə substantivləşmiş sifət: theominousbedroomdark
- "yataq otağının pis qaranlığı". Adətən hansısa bir müsbət və ya mənfi əlavə mənalardan
məhrum  edilmiş  iqtisadi  terminlərin  istifadəsi,  onu  amerikan  ədəbiyyatçılarından
fərqləndirir: o, "ödəməbacarıqlı evlərə" (solventhomes) və "marketləşdiriləbilən məhsullara"
(marketablegoods) müasir cəmiyyətin həyatında material anlamların həddindən artıq vaci-
bliliyinə görə neqativ obraz yaradır.
oxuculara təsiretmə baxımından son dərəcə böyük bədii imkanlara malik məcazlardan
biri olan metaforadan Apdaykın əsərlərində istifadə xüsusi maraq doğurur: onlar bəzi hal-
larda şəxsləndirmələr, epitetlər və digər məcazlarla uyğunlaşır: günəşi o thatwhitecoconut
(“bu ağ kokos”) adlandırır; səmanın rəngini–“qarğıdalılı” (cornflowersky); buludları–blue-
leaves (“mavi yarpaqlar”), thesecourtlycotton-bellies (“tikilmiş yelkənlərin safqəlbli qarın-
ları”)  və  piraticalgreatgalleons  (“ulu  pirat  qalleonları”),  İspaniyada  Xv-Xvii  əsrlərdə
mövcud olan qalleonların tarixi surətini istifadə edir; şam ağacı yığımını–“şam ağacı adaları”
(pineislands); günəş şüalarını–counterweightsofshadow (“kölgənin əks ağırlıqları”); zəmini–
earth’sfur (“dünyanın kürkü”), hansını ki o burundukun xəzi ilə tutuşdurur (chipmunk-col-
ored), beləliklə metafora ilə epiteti bir məcazda uyğunlaşdırır; günəbaxan–“vaxtın meyarı”
(yard stick of hours), hansı ki, “qadın ləçəyində alovlanan qoca şir üzü”-nə (...burning gold
lion face, you wear a girl’s bonnet behind…) malikdir; planeti, harda ki biz yaşayırıq, müəllif
metaforik olaraq “qiymətli daş” (the jewel) adlandırır; yeri–“dolaşdırılmış episentr” (the
muddled hub); günəş şüalarını–“aşağı düşən əlavələr” (complements).
Yazıçı yalnız hamıya məlum olan anlamları deyil, həmçinin xüsusi terminləri də metafor-
laşdırır: rain, beginning, hyphenatesourracingwindows… (“yağış, başlanğıc, qaşımızdan
sürətlə keçən qatarın pəncərələri arasında defislər qoyur...”); və fizioloji proseslər:  yello -
winggridworkofnerve (“saralan sinir toru”).
Öz yaradıcılığında o yalnız yüksək materiyalara deyil, həmçinin idman, dövlət qulluğu,
iş peşələri kimi gündəlik həyat sahələrinin təsvirində də metafora və müqayisələrdən istifadə
edir. onun sələflərinin bir çoxu bütün bunlara lazımi diqqət yetirmirdilər. Beysbolçuların
dirsəklərini o “rezin kimi” (their rubber elbows) təsvir edir, oyunçunun əllərini isə vəhşi


AZƏRBAYCAN UNİVERSİTETİ
161

İPƏK YOLU 

2/2014
quşlarla tutuşdurur (his hands were like wild birds); polislərin ayaqları ona “yapışdırılmış”
kimi gəlir (feet of glue). Öz əmisi-qəssabın fermasında səliqə ilə yığılmış heyvan sümük-
lərinin forma əcayibliliyini təsvir edərkən, lirik qəhrəman onları çətirlərin dəstəyinin əyriliy-
inə bənzədir (some curve like umbrella handles); onların yığınını o “mamont qıfıllarına
açarlar” adlandırır (key stomammothlocks), beləliklə üç məcaz, iki metafora və epiteti bir-
ləşdirərək son dərəcə böyük ədəbi-bədii tutuma malik obraz yaratmağa nail olur.
sənətkarın yaradıcılığında hansısa bir əşyanın və onun tutumu arasında və yaxud müəllif
və onun yaratdığı bədii-ədəbi nümunələr arasında anlam əlaqədarlılığını ifadə edən meto -
nimiyadan da aktiv istifadə olunur: brightapplaudingtiers (“alqışlayan parlaq yaruslar”), pop-
ulatedtiers  (“məskunlaşdırılmış  yaruslar”),  Constableclouds  (“konstabl  [JohnConstable]
(1776-1837), ingilis sənətkar-romantik] buludları”), Dante’srose (“Dantenin qızılgülü”).
C.Apdaykın dilinə bəzən epitet forlaşdırma ilə ahəngləşən: ceaselessgarage (“sonsuz
qaraj”) və ya müqayisə ilə ahəngləşən: more constant that evergreens (“həmişəyaşıl ağaclar-
dan daha çox daimi”) mübağiləlik xasdır.
onun yaradıcılığına istehzalılıq və kinayə xasdır, hansı ki onu həm müasirlərindən və
həmçinin sələflərindən gözə çarpacaq qədər fərqləndirir: theoldbubble-headstyle (“köhnə və
xoşxasiyyətli səfeh tərzində”); sümüklər yığınını o “sevimli cisimlər” (lovely things) ad-
landırır; qağayıların başlarını–pis daranmış (badly combed); özünü onlardan birinin yerinə
qoymaqla kifayət qədər savada malik olmayan yaşlı insanları lağa qoyaraq “elmli-bilikli”
(the enlightened) adlandırır. 
C.Apdaykın yaradıcılığında yalnız əşyalar və təbiət hadisələri deyil, həmçinin mücərrəd
anlamlar da şəxsləndirilə bilərlər: equationshuntinginfinity (“əbədiyyat ovuna çıxan bərabər-
ləşmə”),  metaforalar ilə uyğunlaşa bilər: the lathe’s loose jaws (“tikiş dəzgahının taqətdən
salınmış çənəsi”). Müəllif hal-hazırda yanacaqdoldurma məntəqəsində çalışan köhnə basket-
bolçunun əllərinin təsviri zamanı, onlara canlı cismin xüsusiyyətlərini verir: his hands are
fine  and  nervous  on  the  lug  wrench  (“sinirli  əllərdə  çilingər  aləti  sıxılıb”).  oyunçunun
ustalığını xüsusi qeyd etmək üçün şəxsləndirmədən istifadə olunur the ball loved him (“top
onu sevirdi”). Dəzgahın texniki iş tərəfini təsvir edərkən, yazıçı elə bir epitet istifadə edir ki,
burda şəxsləndirmə və “qaşqabaqlı” (sullenstilledturning) kimi adətən yalnız insanlara tətbiq
edilən anlamlar uyğunlaşdırılır.
Müəllifin qeyri-standart düşüncə tərzi öz timsalını ən gözlənilməz obrazlarda təcəssüm
oluna bilər: “hamilə qınlar” (expectantpods); “onun atom enerjisini yeyən yükdən azad olun -
muş közərmə bağı” (thefilamentunburdeneddofitsatom); mart küləyi ona “lovğa” (heard-
hiswindasboasting)  kimi  görünür;  göy  gurultusu  “yalan  deyə”  bilər  (thethunderbluffs);
buludlar–“qarovullar kimi gəzişirlər” (cloudsstridesentry); ağacların kökləri can vermə acısını
çəkmək vəziyyətində ola bilərlər (theagonyofroots).
Öz yaradıcılığında Con Apdayk hərdən müqayisə ilə uyğunlaşan oksyumorondan istifadə
edir: lively, smug, and brave asadventurerssafe (“gümrah, özündən məmnun və təhlükəsiz-
likdə olan cəsur səyahətçi kimi”).
onun əsərlərinin dilinə hərdən başqa məcazlarla birləşib vəhdət təşkil edən kataxrezaların
tətbiqi xasdır: acresandacresago sözündən istifadə zamanı, hardakı yalnız vaxt semantikasına


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə