İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ


n  İPƏK YOLU  n  2/2014 İNGİLİS HƏyAt tƏRZİNİ ƏKS EtDİRƏN SÖZ vƏ İFADƏLƏR



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə57/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
143

İPƏK YOLU 

2/2014
İNGİLİS HƏyAt tƏRZİNİ ƏKS EtDİRƏN SÖZ vƏ İFADƏLƏR
Ruhanə ƏHMƏDOvA
Azərbaycan Universiteti, magistr
Rəyçi: fil. e. d. dosent Çingiz Qaraşarlı
Açar sözlər: ingilis həyat tərzi, ifadələr, mərasimlər, ənənələr, mədəniyyət, oyunlar,
cəmiyyətlər, qida, kulinariya
İngilis adət-ənənələri çox və geniş əhatəli məfhumdur. Bu ingilis xalqının həyatının bir
çox sahələrini əhatə edir. Buraya mədəniyyət, təhsil, incəsənət, məişət və başqa sahələrdə
ingilislərə məxsus mərasimlər, əyləncələr, istirahət növləri, bunlarla bağlı olan müəssisələr
və s. daxildir. Bunlar ingilis xalqının həyatında özünə yer etmişdir, odur ki, həmin adət və
ənənələrə aid sözlər ingilis dilində lüğət tərkibinin xüsusi bir təbəqəsini təşkil edir [3, s,48].
İngilislərin  məişət  və  mədəni  həyatında  bir  sıra  maraqlı  əyləncə  formaları,  həmin
əyləncəni, istirahəti təşkil edən təşkilatlar, klublar və başqa müəssisələr mövcuddur. onlar
yaşlıların, yeniyetmələrin və uşaqların istirahəti, əyləncəsi ilə məşğul olur. Buraya həm də
idman yarışlarının təşkili və onların xalqın istirahətinə, əyləncəsinə xidmət etməsinin müx-
təlif formaları, dövlətçilik ənənələri ilə bağlı cürbəcür mərasimlər daxildir.
Bayram mərasimləri
Accesion day. Həmin gün monarxın məruzəsi günü kimi məlumdur. Bu mərasimdə xüsusi
dini ayinlər yerinə yetirilir. Mərasim 1952-ci ildən başlayaraq fevral ayının 6-da icra olunur.
Həmin tarixdə Elizaveta ii taxt-taca gəlmişdir.
Advent. Noyabrın 30-da başlanan və “christmas”a qədər davam edən xristian dini orucluq
bayramıdır. Xüsusi dini ayinlərlərlə müşayiət olunur və dini mahnıların oxunması ilə keçi -
rilir.
Pasxa sülh marşları. Pasxa bayramı zamanı Böyük Britaniyada mütərəqqi ictimaiyyətin
diqqəti Pasxa sülh marşına yönəldilir. İlk dəfə olaraq pasxa marşları 1958-ci ildə həyata
keçirilmiş, o vaxtdan başlayaraq ənənə halını almışdır. Bu sülh marşında iştirak edənlərin
sosial tərkibi tamamilə rəngarəngdir. Bu tədbirdə fəhlələrlə yanaşı universitet tələbələri, pro-
fessorlar, həkimlər, mühəndislər iştirak edirlər [1, s,147].
Həmin insan axınına təkcə ingilislər deyil, bütün dünyadan İngiltərəyə təşrif buyurmuş
qonaqlar da qoşula bilər.
İllər keçdikcə pasxa sülh marşlarının xarakteri də dəyişikliyə məruz qalmış, 60-cı illərin
əvvəlində daha yüksək zirvə fəth etmişdir. Müasir dövrdə süfrəyə doldurulmuş hind toyuğu,
qaynadılmış vetçina, kartof əzməsi, balıq, pudinqlər, konyak, yağ, çay və kofe qoyulur.
Yemək yeyildikdən sonra süfrə yığışdırılır, qab-qacaq yuyulur (bu işə ata da köməklik
göstərir), sonra çay mərasimi başlanır. Buna milad çayı deyilir. Çay mərasiminə dost-tanışlar
da dəvət edilə bilərlər.
Axşam isə süfrəyə düzülmüş rəngarəng qablarda içkilər içilir, televiziyaya baxılır. İki
əsas məsələ odur ki, hamı bir yerdə öz ailəsi ilə olur. Milad bayramı zamanı ailə ilə birlikdə



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
144
olmaq naminə uzaq məsafələr qət edilir. Bu işdə xərclənən pula heç kəs təəssüflənmir, buna
əhəmiyyət verilmir.
Milad bayramı münasibəti ilə çox şey öz ahəngini dəyişir. Böyük Britaniyadakı bütün
şəhərlərdə  milad  bayramının  təmtərağı  hiss  edilməkdədir.  Bu  şəhərlər  arasında  London
təmtərağı,  xüsusilə Trafalqar  meydanında  qurulmuş  möhtəşəm  yolka  ağacı  oslodan  bir
hədiyyə Trafalqar meydanına göndərilir. Hər il oslodan London üçün yolka ağacı gətirilir.
Ağac kəsildikdən sonra onu atla qarın üstü ilə sürüyərək limana gətirir və oradan da Londona
göndərirlər. Ağac Londona çatdırıldıqdan sonra motosikletli polis oskortu onu Trafalqar mey-
danına gətirir.
50 funtdan hündür olan bu ağac bəzən də hündürlükdə milli qalereyanın qüllələrindən də
yüksək olur. 
Yolka ağacı xüsusi təmtəraqlı bəzədilir. onun budaqlarını par-par, rəngarəng işıqlar saçan
ulduzlar,  müxtəlif  rəngli  şarlar,  gözoxşayan  oyuncaqlar  ilə  bəzəyirlər.  İngiltərənin  hər
yerindən oraya adamlar axışır. Böyük Britaniyada onlar ən yüksək yolka ağacına tamaşa edir.
Bu o yolka ağacıdır ki, öz ətrafına təkcə ingilislərin deyil, fərziyyələrə görə bütün xristianların
ruhlarını toplayır, onları şad edir. 
Bütün ingilisləri bir kökdə, bir mənəviyyat və psixologiyada birləşdirməyə xidmət edir.
Məhz ona görədir ki, əsrlərlə yaşayan bu dini bayram ənənələrinə bəslənən ingilis qayğısı,
ingilis məhəbbəti də yaşayır, heç vaxt unudulmur.
Böyük Britaniyada keçirilən tədbirləri, bayram şənliklərini, mərasimləri təkcə dini tədbirlər
kimi məhdudlaşdırmaq düzgün deyil. Milad ərəfəsində adamlar qaynaşır, tələsir, dükanlar
açıq qalır, qatarlar, avtobuslar, bütün başqa nəqliyyat vasitələri də adamlarla dolu olur. Hamı
çalışır ki, miladı keçirmək üçün vaxtında evinə qayıtsın.  Evin hər küncü bəzədilir, ortada
yolka ağacı qurulur. o, cürbəcür oyuncaqlarla, rəngarəng işıqlarla bəzədilir. Hər yerdə milad
kartoçkaları  qoyulur.  Karoçkalar  üzərində  "Şən  milad  arzulayıram",  "Milad  bayramınız
mübarək" sözü yazılır. Ev sahibləri mətbəxdə çalışır, milad yeməyinə lazım olan xörəkləri -
içi doldurulmuş hind toyuğunu, piroq kökələri süfrəyə düzür. Kiçik şəhərlərdə, kəndlərdə
evlərin qabağında moizələr oxunur. Bu zaman moizə oxuyanlar öz yanlarına qutu qoyurlar,
ev sahibləri onların qutularına sikkə pullar atır. Yığılmış pullar toplanaraq qocalara, kömək-
sizlərə xərclənir. 
Ev yaşıl bitkilərlə bəzədilir, qışın oğlan çağında mənzilin və binanın yaşıl bəzədilməsi çox
qədim ənənədir. Yaşıl bitkilərlə evi bəzəyərkən, sarmaşıq ağaclarına üstünlük verilir, çünki
bu bitki həmişə yaşıldır və yaşıllıq həyat simvolu hesab edilir.
Ağac bağamburc ağacının altında öpüşmə milad gecəsi olduqca populyardır. ola bilsin
ki, bu qədimdə ingilislərin görüşdükdə, ayrıldıqda bir-biri ilə mütləq öpüşmə adət ənənələri
ilə bağlıdır. Hər halda milad gecəsi əgər bağamburc ağacının altında hər hansı bir qız dayanıb-
dırsa, deməli o öpüşmək istəyir və kim isə onu öpərsə, onun buna etiraz etməsinə heç bir
hüquqi əsası yoxdur. Yaşıl bitkiləri evə dekabr ayının 24-dən qabaq gətirmək və milad qur-
tardıqdan sonra hələ də onu evdə saxlamaq bədniyyətlilik kimi qiymətləndirilirdi. Lakin son
vaxtlar bu inam zəifləmiş, demək olar ki, evə dekabrın 24-dən bəzən bir həftə, bəzən də 10
gün qabaq yaşıl bitki gətirilir: ev böyük həvəslə bəzədilir. 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə