İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə30/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   26   27   28   29   30   31   32   33   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
76
həcminin 80%-i ticarətin payına düşür. Qeyd etməliyik ki, bütün ölkələr üçün beynəlxalq
ticarətin çox mühüm əhəmiyyəti vardır.
Dünya ölkələri arasında beynəlxalq ticarət təşkil etmək üçün bir sıra şərtlərə əməl edilmə-
lidir. Beynəlxalq ticarət şərtlərinə qısa və uzunmüddətli amillər təsir göstərir. Qısamüddətli
amillərə xarici ticarət siyasəti, valyuta məzənnəsində baş verən dəyişmələr, birtərəfli transfer
ödəmələri və konyunktura dalğalanmaları aiddir. uzun zaman ərzində isə beynəlxalq ticarət
şərtləri iqtisadiyyatın istehsal və istehlakının strukturunda baş verən dəyişikliklərlə müəyyən
edilir.  Beynəlxalq  ticarətin  ölkənin  iqtisadi  həyatında  rolu  beynəlxalq  ticarətə  dair
nəzəriyyələrdə öz əksini tapıb.
Beynəlxalq ticarətə dair nəzəriyyələr uzun bir təkamül prosesi keçərək, çox əsrlik tarixə
malikdir. Ölkələr arasında ticarətin mövcud olması, inkişafı səbəblərinin izahı və əsasları
onlar arasında beynəlxalq mübadilənin özü yarandıqdan xeyli sonra meydana gəlmişdir.
Hələ ilkin dövrlərdən beynəlxalq ticarətə dair iki prinsipial münasibət formalaşmışdır. Birinci
azad ticarət, onun məhdudiyyətsiz həyata keçirilməsini təbliğ edir. İkinci isə milli iqtisadiy -
yatın maraqlarını nəzərə alaraq beynəlxalq ticarətə dövlət müdaxiləsini nəzərdə tutan pro-
teksionist siyasətdir.
Beynəlxalq  ticarət  nəzəriyyələri  inkişafında  merkantelizm,  fiziokratizm,  klassik
nəzəriyyələr, neoklassik nəzəriyyələr və müasir nəzəriyyələr istiqamətlərindən keçmişdir.
Beynəlxalq  ticarətə  dair  ilk  nəzəriyyə  merkantelistlər  tərəfindən  irəli  sürülmüşdür.
Merkantelistlər ölkənin zənginliyi naminə ölkəyə daha çox qızıl, gümüş gətirilməsinin,
ölkədən ixrac edilən əmtəələrin miqdarının ölkəyə gətirilən malların həcmindən əhəmiyyətli
dərəcədə yüksək olmasının və nəhayət xüsusi ticarət rejiminin tətbiq edilməsinin tərəfdarı
idilər. Lakin uzun müddət dünya iqtisadiyyatında özünəməxsus yer tutan, həmin dövrün
dövlətlərinin iqtisadiyyatında başlıca hərəkətverici qüvvə olan merkantelist ideyaların da
müəyyən çatışmayan cəhətləri var idi. son dövrdə iqtisadçılar tərəfindən göstərildiyi kimi
merkantelist ideyaların başlıca çatışmazlığı “ticarət edən tərəflərdən birinin iqtisadi mənfəəti
mütləq digər tərəfin iqtisadi ziyanı hesabına əldə edilir” fikri idi. Məhz belə yanlış fikirlər
sonradan onların tənqid olunmasına gətirib çıxarırdı.
İqtisadi təlimlər tarixində merkantelizmdən bir qədər sonra yaranmış olan fiziokratizm
təlimi praktik olaraq tamamilə xarici ticarəti inkar etsə də, iqtisadi nəzəriyyənin inkişafı
baxımından olduqca qiymətlidir.
fiziokratlar merkantelistlərdən fərqli olaraq sərvətin mənbəyini pulda deyil, torpaqda
görürdülər. onların fikrinə görə, cəmiyyətin sərvətinin və xalqın rifahının əsasını ticarət və
sənaye deyil, məhz kənd təsərrüfatı istehsalı təşkil edir. onlar dəyərin mənbəyini tədavül
sferasında deyil, istehsal sferasında axtarırdılar və milli gəlirin yaranmasında ticarətin rolunu
qəbul etmirdilər.
Bu  iki  iqtisadi  məktəbin  nümayəndələrinin  ideyalarını  müasir  dövrün  tələblərinə  və
günümüzdə tətbiq imkanlarına uyğun müqayisə etsək, belə nəticəyə gəlmək olar ki, xarici
ticarətin ölkə iqtisadiyyatı üçün üstün rolu baxımından merkantilist ideyaların tətbiqi daha
məqsədəuyğundur. Lakin hazırda dünyada baş verən qloballaşma şəraitində Ümumdünya


AZƏRBAYCAN UNİVERSİTETİ
77

İPƏK YOLU 

2/2014
Ticarət Təşkilatının xarici ticarət rejimi ilə bağlı tələblərini nəzərə alaraq, fiziokratların irəli
sürdüyü dövlətin iqtisadiyyata, o cümlədən xarici ticarətə qarışmaması ideyasının timsalında
müəyyən liberallaşma tədbirlərinin həyata keçirilməsi də faydalı olar.
İngilis  siyasi-iqtisad  məktəbinin  klassikləri  A.smit,  D.Rikardo,  və  s.Mill  iqtisadi
baxışlarında xalqların zənginliyini yaradan və onların mümkün olan mal və xidmətləri əldə
etməsini təmin edən istehsal sahəsinin əhəmiyyətinə əsaslanırdılar. Adam smitin fikrincə,
sərbəst ticarət prinsipi ölkəyə elə imkan verir ki, ölkə bütün gücünü daha yaxşı və ucuz is-
tehsal edə biləcəyi məhsullara yönəltsin. Bu cür əmək bölgüsü beynəlxalq ticarətin inkişaf
etməsini şərtləndirir və onun iştirakçılarına xeyir verir. Bu baxımdan qeyd olunan üstünlüklər
hər bir ölkədə istehsalın mütləq xərclərinin fərqi ilə müəyyən olunur [2,səh.110].
Adam smit sənaye və ticarətin dövlət tərəfindən nizama salınmasının qalıqlarının ləğv
edilməsini tələb edirdi. Bundan əlavə o, İngiltərənin bütün xarici siyasətini ətraflı tənqid etmiş
və xarici ticarət azadlığı üçün proqram işləyib hazırlamışdır. Belə ki, merkantelistlərin əksinə
olaraq o, ticarətin sərbəst olması ideyasını müdafiə edir və hesab edirdi ki, beynəlxalq ticarət
vasitəsilə ayrı-ayrı ölkələr varlandıqca, dünya iqtisadiyyatı da inkişaf etmiş olur.
Başqa bir ingilis iqtisadçısı David Rikardo bu fikirləri bir qədər də inkişaf etdirmişdir. o,
smitin mövqeyini ayrı-ayrı hallar üçün düzgün hesab etsə də, xərclərin mütləq yox, müqa -
yisəli dərəcədə fərqi ilə müəyyənləşdirilən “müqayisəli üstünlüklər” nəzəriyyəsini irəli sür-
müşdür. o, sübut etmişdir ki, ölkələr arasında qiymətlərdə az da olsa fərq qalmaqda davam
edir və bunun nəticəsində hər bir ölkə nisbi üstünlüyə malikdir. Yəni bu ölkədə həmişə elə
bir mal tapmaq mümkündür ki, mövcud istehsal xərclərinin nisbətində onun istehsalı digər
ölkədəki istehsaldan daha sərfəli olsun. Həmin ölkə məhz belə malın istehsalı və ixracı üzrə
ixtisaslaşmalıdır.
Beynəlxalq ticarətə dair nəzəriyyənin sonrakı inkişafı istehsal amillərinin başlıca olaraq
torpaq, kapital və əməyin tətbiqinə əsaslanır və bu amillər beynəlxalq ticarətdə ölkə üçün
mümkün üstünlüyü müəyyənləşdirir. İstehsal amillərinin qiymətlərində olan fərqə əsaslanan
iqtisadi  nəzəriyyələr  ilk  dəfə  Hekşer  və  olin  tərəfindən  irəli  sürülmüşdür.  Hekşer-olin
beynəlxalq ticarət modelinin müqayisəli üstünlüyünün istehsal faktorları ilə təchizatda olan
beynəlxalq fərqlərdən irəli gəlməsi müddəasını irəli sürür.
Nəhayət, beynəlxalq ticarətə dair nəzəriyyələrin müqayisəli təhlili aşağıdakı nəticələrə
gətirib çıxarır:
- Ölkələr eyni malları (xidmətləri) bir-birinə mal (xidmət) çeşidinin müxtəlifliyi şərti
ödəndikdə idxal və ixrac etməyə meyilli olurlar.
- Ölkələr məhsulların keyfiyyətində nəzərəçarpacaq fərqlər olduğu şəraitdə eyni malları
ixrac və idxal etməyə meyil edirlər.
- Ölkələr istehsalında texnoloji üstünlüyə malik olduqları və daha yüksək məhsuldarlıqla
istehsal etdikləri malları ixrac etməyə meyilli olurlar.
- Ölkələr özlərinin malik olduğu nisbətən zəngin istehsal amillərinin səmərəli istifadəsinə
əsaslanan mal və xidmətləri ixrac etməyə və nisbətən az olan istehsal amillərindən is-
tifadəyə əsaslanan əmtəə və xidmətləri idxal etməyə meyil edirlər.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə