İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydasi



Yüklə 140,4 Kb.
Pdf görüntüsü
tarix07.11.2018
ölçüsü140,4 Kb.
#78468


İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi 

sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların 

idxalı üçün təsdiqedici sənədin verilməsi  

QAYDASI 

Təsdiqedici  sənəd  -  Azərbaycan  Respublikası  Prezidentinin  2016-cı  il  18  yanvar 

tarixli  745  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “İnvestisiya  təşviqi  sənədinin 

verilməsi  Qaydası”na  uyğun  olaraq  investisiya  təşviqi  sənədini  almış  hüquqi 

şəxslərə  və  fərdi  sahibkarlara  verilir.  Təsdiqedici  sənəd  sahibkara  Azərbaycan 

Respublikasının  Vergi  Məcəlləsinin  164.1.26-cı  maddəsində  və  “Gömrük  tarifi 

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  20.0.17-ci  maddəsində  nəzərdə 

tutulan güzəştlərdən istifadə hüququ verir.  

Təsdiqedici  sənədi  almaq  üçün  sahibkar  Azərbaycan  Respublikasının  İqtisadiyyat 

Nazirliyinə  (bundan  sonra  –  Nazirlik)  ərizə  ilə  birlikdə,  “Lisenziyalar  və  icazələr 

haqqında” 

Azərbaycan 

Respublikası 

Qanununun 

18.2-ci 

maddəsində 

göstərilənlərlə yanaşı, aşağıdakılar da təqdim edilir: 

- idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların siyahısı 

(siyahıda idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların 

ABŞ  dolları  ilə  dəyəri,  xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturası  (XİFMN) 

üzrə kodu, adı, XİFMN-də göstərilən ölçü vahidində miqdarı göstərilməlidir); 

- idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların alınması 

ilə bağlı müqavilənin surəti; 

- investisiya təşviqi sənədinin surəti. 




Nazirlik  təqdim  olunmuş  ərizəyə  (ona  əlavə  edilmiş  sənədlərlə  birlikdə),  onun 

qeydiyyata  alındığı  tarixdən  ən  geci  7  iş  günü  müddətində  baxır  və  bu  Qaydanın 

2.6-cı  bəndinin  tələblərinə  uyğun  olduqda,  təsdiqedici  sənədi  tərtib  edərək 

sahibkara  verir.  Nazirlik  verdiyi  təsdiqedici  sənəd  barədə  məlumatı  3  iş  günü 

müddətində  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyinə  və  Azərbaycan 

Respublikasının Dövlət Gömrük Komitəsinə verir. 

Daxil  olmuş  ərizədə  və  ona  əlavə  olunmuş  sənədlərdə  göstərilən  məlumatlar  bu 

Qaydanın 2.6-cı bəndində əks olunan tələblərə cavab vermədikdə, habelə onlarda 

aradan  qaldırılması  mümkün  olmayan  çatışmazlıq  aşkar  edildikdə,  Nazirlik 

təsdiqedici sənədin verilməsindən imtina haqqında inzibati akt qəbul edir və həmin 

aktı  qəbul  olunduğu  tarixdən  2  iş  günü  müddətində  sahibkara  təqdim  edir  və  ya 

sifarişli poçt göndərişi vasitəsilə göndərir. 

Təsdiqedici sənədin verilməsi barədə ərizədə (ona əlavə edilmiş sənədlərdə) aşkar 

edilmiş  çatışmazlıq  “Lisenziyalar  və  icazələr  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununa  uyğun  olaraq  aradan  qaldırılır.  Çatışmazlıq  aradan 

qaldırıldıqdan sonra sahibkar yenidən təsdiqedici sənədin verilməsi barədə ərizə ilə 

Nazirliyə müraciət edə bilər. 

Təsdiqedici  sənədin  verilməsi  barədə  ərizəyə  baxılarkən  idxalı  nəzərdə  tutulan 

texnikanın,  texnoloji  avadanlıqların  və  qurğuların  bilavasitə  istehsalın,  işin  və 

xidmətin təşkili ilə bağlı olması və investisiya təşviqi sənədini almaq üçün təqdim 

edilən investisiya layihəsinə (biznes plana) uyğunluğu araşdırılır. 

Həmçinin  Azərbaycan  Respublikası  Prezidentinin    2016-cı  il  20  aprel  tarixli 

Fərmanı  ilə  investisiyanın  həyata  keçirildiyi  iqtisadi  fəaliyyət  sahələri, investisiya 

layihəsinin  həcmi  ilə  bağlı  minimal  məbləğ  və  investisiya  layihəsinin  həyata 



keçiriləcəyi inzibati ərazi vahidləri təsdiq edilmişdir.  

Yüklə 140,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə