İnstitusional pilot qiYMƏTLƏNDİRMƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ hesabati



Yüklə 259,73 Kb.
səhifə6/6
tarix07.04.2018
ölçüsü259,73 Kb.
#36416
1   2   3   4   5   6



  1. TƏDQİQAT FƏALİYYƏTİ

Qiymətləndirmə



Tələblərə tam cavab verir




Tələblərə əsasən cavab verir




Tələblərə qismən cavab verir

X

Tələblərə cavab vermir




Tələblər:

  • Elmi və tədqiqat fəaliyyətinin məqsədləri müəssisənin missiyası, strategiyası və inkişaf planında əks olunub. Ali təhsil müəssisəsi cəmiyyətin və iqtisadiyyatın ehtiyaclarını diqqət mərkəzində saxlayır və tədqiqat fəaliyyətinin planlaşdırılmasında onları nəzərə alır.

  • Tədqiqat fəaliyyətinin məqsədlərinin əldə edilməsi və təsiri müntəzəm olaraq yoxlanılır və təhlil edilir (elmi və təhsilyönümlü nəşrlər, doktorantura tələbələri, patentlər və s.)

  • Müəssisə tədqiqatın yüksək keyfiyyətli akademik və etik standartlarını təşviq və riayət edir; tədqiqat saxtakarlığı ilə bağlı iddialarla məşğul olmaq üçün prosedurlar müəyyənləşdirilib və bu prosedurlara riayət edilir.

  • Ali təhsil müəssisəsi akademik heyətin elmi tədqiqat üzrə fəaliyyətini dəstəkləmək üçün səmərəli sistemə malikdir (məs., tədqiqatın aparılması üçün stimul, əqli mülkiyyətlə bağlı məsləhətlər, beynəlxalq jurnallarda nəşr olunmaq üçün dəstək, işəgötürənlərlə əməkdaşlığa ruhlandırmaq və s.)

  • Tələblərə tədqiqat və işləmələr üzrə fəaliyyətə cəlb olunurlar; Tələbələrin tədqiqat işlərinə (referatlar, tətbiqi layihələr, yekun tezislər) rəhbərlik yaxşı təşkil olunub.

  • Ali təhsil müəssisəsi akademik fəaliyyət sahələrinə uyğun olaraq müxtəlif regional və beynəlxalq elmi tədqiqat şəbəkələrində iştirak edir.

  • Ali təhsil müəssisəsi elmi tədqiqat fəaliyyəti üçün zəruri hesab olunan maliyyə resurslarına və eləcə də beynəlxalq səviyyədə rəqabətədavamlılığın təmin edilməsi məqsədilə maliyyənin cəlb edilməsi üzrə müvafiq strategiyaya malikdir.

Qeydlər, müşahidələr, sübutlar
UNEC-in rektoru vurğuladı ki, universitetin missiyalarından biri UNEC-in tədqiqat yönümlü universitetə çevrilməsini təmin etməkdir. Bu tələb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ilin oktyabrında imzalanmış Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qeyd olunub. UNEC-in rektoru eləcə də qeyd etdi ki, cəmiyyətin və əmək bazarının ehtiyaclarını aşkarlamaq üçün müxtəlif metodlar tətbiq edilməlidir və maraqlı tərəflərin maraqları nəzərə alınmalıdır. Yuxarıda qeyd edildiyi kimi UNEC hələ ki, təsdiqlənmiş inkişaf strategiyasına malik deyil və bu səbəbdən, elmi tədqiqat fəaliyyətinin missiyanın və inkişaf planının bir hissəsi kimi müəyyələnləşdirildiyi heç bir strateji sənəd yoxdur. Rəhbərliyin bəzi nümayəndələrinə əsasən elmi və tədqiqat fəaliyyəti akademik heyət üçün prioritetdir.
UNEC artıq müəyyən tədqiqat layihələri həyata keçirir. Misal kimi SOCAR (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) və Milli Elm Fondu kimi maraqlı tərəflərlə birlikdə həyata keçirilən yeddi layihəni göstərmək olar. Cənubi Qafqaz regionunda iqtisadiyyat sahəsində təhsil təmin edən ən böyük universitetlərdən biri olmaqdan savayı, UNEC Azərbaycanın ən böyük üç universitetindən biridir. Universitetin elmi tədqiqat potensialı sezilir və bu potensialın istifadəsini artırmaq olar.
ÖH-də qeyd olunur ki, UNEC-də 2015-2016-cı illərdə 1068 məqalə və 30 monoqrafiya, eləcə də Thomson Reustrers siyahısında olan beynəlxalq jurnallarda 265 məqalə nəşr olunub. UNEC işçi heyətini yüksək reytinqi olan jurnallarda nəşr olunmağa ruhlandırır. ÖH-ə əsasən, UNEC-in işçi heyəti hsabat dövrü ərzində 509 elmi konfransda iştirak edib. Elmi iş əsasən iki istiqamətdə aparılır: a) heyətin tədqiqat sahələri (doktorantura dissertasiyaları və dərəcə müdafiələri) və b) heyətin tədris fəaliyyətinə əsaslanan tədqiqat fəaliyyəti. Tədqiqat fəaliyyətinin birinci istiqaməti elmi işlər üzrə prorektorun nəzarəti altında Doktorantura şöbəsi vasitəsilə aparılır. Hal-hazırda, 131 əyani və qiyabi doktorant və dissertant vardır. Tədqiqat fəaliyyətinin ikinci istiqaməti əsasən kafedrada aparılır və müəllim-professor heyəti kafedra və ya şöbəyə hesabat verir. Akademik heyət üzvləri tədris sahələri əsasında tədqiqat fəaliyyətlərini illik planlaşdırır. Bu istiqamətdə aparılan tədqiqat fəaliyyəti adətən jurnal məqalələri və konfrans təqdimatları formasından olur.

DƏHS müəllim-professor heyətinin elmi, tədris və özünüinkişaf fəaliyyətini qiymətləndirməyi hədəfləyir. Məqalələr dərc edənlər daha yüksək reytinq alır. İlk 100-lüyə daxil olan heyət üzvlərinin maaşı artırılır. Ekspert qrupu UNEC-in mükafatlandırma və təşviqat sistemi yaratması ilə yanaşı UNEC-də tədqiqatın yüksək keyfiyyət standartlarını təmin etmək ehtiyacı vardır. UNEC tədqiqatın keyfiyət standartlarına töhfə vermək üçün alətlər və metodlar tətbiq etməlidir. UNEC polşa şirkətindən anti-plaqiarizm proqram təminatı alıb. Məqsəd fırıldaqçılıq hallarının müəyyənləşdirilməsi və akademik və tədqiqat fəaliyyətində fırıldaqçılığın qarşısının alınmasıdır.


UNEC akademik heyət üçün müxtəlif ixtisaslaşmış kurslar təşkil edir. Məsələn, Sarbanes Universitetinin təlimçiləri Quba istirahət mərkəzində heyət üçün müntəzəm təlimlər keçir. Təlimlər interaktiv tədris metodları kimi mövzularda keçirilir, lakin işçi heyətin tədqiqat bacarıqlarının artırılması istiqamətində də təlimlərin keçirilməsi faydalı olar.
Qrup məlumatlıdır ki, beynəlxalq tədqiqat məlumat bazalarına çıxış bahalıdır. Qrup işçi heyətdən Thomson Reuters məlumat bazasına çıxışın olub-olmadığına dair ziddiyyətli məlumat aldı. Qrup universitetə bütün tədris və tədqiqat heyətinə nüfuzlu tədqiqat məlumat bazalarına çıxışın təmin edilməsini tövsiyə edir.

UNEC rəhbərliyi iqtisadiyyat, təhsil və tədqiqat sahəsində tələbə layihələri üçün fandreyzinq fəaliyyəti planlayır. Biznes Mərkəzi konsultasiya xidmətləri, o cümlədən qısa təlimlər və konsultasiya təklif edir. UNEC müxtəlif beynəlxalq və regional təşkilatların və assosiasiyaların üzvüdür və bu, təhsil sahəsində yeni tendensiyalar və siyasətlər barədə məlumat əldə etməyə və məlumat mübadiləsi aparmağa imkan verir. Beynəlxalq üzvlük UNEC-ə qısamüddətli xidmətlər təmin edir. Universitet 5 assosiasiya konfransına ev sahibliyi edib və 200-dən çox universitet rektoru UNEC-ə səfər edib. UNEC müxtəlif universitetlərlə ikitərəfli əməkdaşlıq qurmaqla üzvlükdən faydalanıb.


ÖH-də tədqiqat və elmi fəaliyyətlə məşğul olmaq üçün maliyyənin əldə olunmasına dair nümunələr verilib. Bununla belə, qiymətləndirmə qrupu UNEC-də elmi tədqiqat fəaliyyətinin aparılmasını dəstəkləyən oturuşmuş mexanizmlər aşkarlamadı. Beynəlxalq tədqiqatın əksəriyyəti müəllim-professor heyətinin fərdi nailiyyətləri və ya universitetin beynəlxalq proqramlarda iştirakı (Mpvlana layihəsi, Erasmus+ layihələri, alman və makedoniya unviersitetləri ilə əməkdaşlıq) səbəbindən baş tutub. UNEC tədqiqat və elmin beynəlxalq rəqabətədavamlılığına töhfə vermək üzrə strategiyası yoxdur. UNEC-də aparılan tədqiqat əmək bazarı və sənaye ilə yaxın əlaqələr qurulmuş mərkəzlərin, laboratoriyaların və tədqiqat institutlarının gücləndirilməsi və UNEC tədqiqatçıları tərəfindən aparılan tədqiqat layihələrinə maliyyənin təmin edilməsi vasitəsilə inkişaf etdirilə bilər.
UNEC tələbələr üçün müntəzəm olaraq elmi görüşlər və dəyirmi masalar təşkil edir və Tələbə Elmi Cəmiyyəti tələbələrin elmi məqalələrinin müntəzəm olaraq toplanılması və illik konfransların təşkil edilməsinə məsuldur. Yüksək GPA-yə (91) malik olan bakalavr tələbələr diplom layihələri təqdim edir. İşçi heyət universitetin Biznes İnkubatorlarını vurğuladı. Onlar, tələbələrə tədqiqat fəaliyyətlərinin nəticələrini reallaşdırmağa imkan verir. Tələbələrin fikirləri Biznes İnkubatorları Mərkəzində qaldırılır və adətən tələb olunan dəstəyi alır. Eyni zamanda, şöbələr və fakültələr müntəzəm olaraq tələbələr arasında elmi yarışlar keçirir və tələbələr gənc bankçılar məktəbi kimi müxtəlif gənc qrupların yaradılmasına ruhlandırılır. Bununla belə, UNEC-in təkmilləşdirməli olduğu sahələrdən biri tələbələrə tədqiqat bacarıqlarının sistematik aşılanması ola bilər. Tələbələrə tədqiqat metodologiyaları və texnikası barədə kurslar və təlimlər keçirilməlidir. Laboratoriyalar təhsil və əmək bazarı arasındakı boşluğu aradan qaldırmağın yaxşı üsuludur və laboratoriyalara tədqiqat aspekti əlavə oluna bilər. Ümumilikdə, UNEC tələbələrin tədqiqat fəaliyyətinə cəlb olunmasını gücləndirməlidir.
Güclü tərəflər, öncül praktikalar


  • İşçi heyət tədqiqatlarının xüsusilə beynəlxalq jurnallarda nəşr etdirilməsinə ruhlandırılır və nəşrlər DƏHS vasitəsilə mükafatlandırılır.

  • Fəlsəfə doktoru və elmlər doktorlarının sayı yüksəkdir və bu, tədqiqat nəticələrinin tətbiq olunması üçün yaxşı imkanlar yaradır.

  • UNEC müxtəlif beynəlxalq və regional təşkilatların və assosiasiyaların üzvüdür və bu, təhsil sahəsində yeni tendensiyalar və siyasətlər barədə məlumat əldə etməyə və məlumat mübadiləsi aparmağa imkan verir.

  • Biznes İnkubatorları öncül praktikadır və tələbələrə yeni fikirlər irəli sürməyə və tədqiqat nəticələrini tətbiq etməyə imkan verir.


Tövsiyələr


  • UNEC beynəlxalq cəhətdən rəqabətədavamlı elmi tədqiqata töhfə verən strategiya formalaşdırmalı və elmi tədqiqatın keyfiyyətini təmin edəcək prosedurlar tətbiq etməlidir. Tədqiqat yönümlü universitet olmaq hədəfinə nail olmaq üçün maliyyə resurslarını təmin etmək zəruridir.

  • Universitet tərəfindən işçilərin elmi tədqiqat fəaliyyətinin dəstəklənməsi məqsədilə əlavə mexanizmlər yaradılmalıdır: elmi tədqiqatların aparılması sahəsində işçi heyətin kompetensiyaları, bacarıqları və eləcə də resurslar gücləndirilməlidir.

  • UNEC-də aparılan tədqiqat əmək bazarı və sənaye ilə yaxın əlaqələr qurulmuş mərkəzlərin, laboratoriyaların və tədqiqat institutlarının gücləndirilməsi və UNEC tədqiqatçıları tərəfindən aparılan tədqiqat layihələrinə maliyyənin təmin edilməsi vasitəsilə inkişaf etdirilə bilər.

  • Beynəlxalq elmi məlumat bazalarına çıxış tədqiqat fəaliyyətinin yaxşılaşdırılmasının tərkib hissəsidir.

  • Tələbələrə tədqiqat metodologiyaları və texnikası barədə kurslar və təlimlər keçirilməlidir.

  • Ümumilikdə, UNEC tələbələrin tədqiqat fəaliyyətinə cəlb olunmasını gücləndirməlidir.






  1. TƏDRİS VƏ TƏLİM RESURSLARI VƏ DƏSTƏK XİDMƏTLƏRİ

Qiymətləndirmə



Tələblərə tam cavab verir




Tələblərə əsasən cavab verir

X

Tələblərə qismən cavab verir




Tələblərə cavab vermir




Tələblər:

  • Həm işçi heyət, həm də tələbələr üçün müvafiq tədris, təlim və tədqiqat infrastrukturu (sinif otaqları, laboratoriyalar, kitabxana, emalatxanalar və s.) o cümlədən müasir İKT həlləri (o cümlədən e-təhsil imkanları və elektron məlumat bazaları) mövcuddur.

  • Tədris və təlim prosesində müasir təlim materiallarından istifadə olunur.

  • Müəssisənin təmin etdiyi tyutor xidməti tələbə kontingentinin ehtiyaclarına cavab verir və tələbələrin fərdi və xüsusi ehtiyaclarını nəzərə alır.

  • Müəssisə tələbələrə stajkeçmə imkanları, məşğulluq və karyeranın inkişaf etdirilməsi üçün xidmətlər (karyera mərkəzi, məzunların koordinasiya sistemi və s.) təmin edir.

  • Ali təhsil müəssisəsi milliyyətindən, dilindən, cinsindən, sosial statusundan, tutduqları mövqedən və dinindən asılı olmayaraq tələbələrə bərabər yanaşır.

  • Müəssisə əlavə dəstək xidmətləri təmin etməklə (yataqxana, yeməkxana, tibbi yardım, idman zalları, maliyyə yardımı və s.) tələbələrin təhsil almasına yardım edir.




Qeydlər, müşahidələr, sübutlar
UNEC müvafiq tədris və təlim infrastrukturu yaradıb və tədris və təlim üçün yetərli sayda ixtisaslaşmış auditoriyalara malikdir. ÖH-ə əsasən, UNEC-in 217 dərs otağı olan 4 işlək binası (biri hal-hazırda təmir edilir) vardır. Qiymətləndirmə qrupu sahə səfəri zamanı binanı gəzdi və qrupun müşahidələrinə əsasən, auditoriyalar tədris üçün zəruri olan avadanlıqlarla təchiz edilib. Otaqlar funksiyalarına görə bölünüb: nəzəriyyə əsaslı tədris, praktiki mövzular və laboratoriyalar. Praktiki mövzular üçün olan otaqlar kompüterlərlə təchiz edilib. Bununla belə, kompüterlərə xüsusi proqram təminatları yüklənməyib və bu, məsələnin həlli müəllimin öhdəsinə buraxılıb. Qrup tədris və təlim prosesini daha da təkmilləşdirmək məqsədi ilə səmərəli avadanlıq bazasını inkişaf etdirməyi tövsiyə edir.
UNEC-də tələbələrin praktiki bacarıqlarını yaxşılaşdırmaq üçün xarici maraqlı tərəflərlə birlikdə laboratoriyalar yaradılıb. UNEC Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə tələbələrin maliyyə bazarlarındakı ticarət əməliyatları ilə tanış olması və analitik qərarvermə bacarıqları formalaşdırmaları üçün Maliyyə Laboratoriyası yaradıb. Bundan əlavə, Bank of Baku korporativ sektorla real kommunikasiya təmin etmək məqsədi ilə laboratoriya yaradıb. Bank sektorunun tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və tələbələrə yalnız nəzəri deyil, həm də praktiki bacarıqları aşılamaq üçün Kapital Bank ilə birlikdə İnnovativ Bankçılıq laboratoriyası yaradılıb. Bundan əlavə, bakalavr və magistr tələbələrinin praktiki bacarıqlarını artırmaq məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankı ilə birlikdə həyata keçirilən Sosial Müdafiənin İnkişafı Layihəsinin bir hissəsi kimi Virtual Müəssisə yaradılıb. Qiymətləndirmə qrupu laboratoriyaları tələbələrin praktiki bacarıqlarının inkişafı üçün yaxşı praktika kimi qəbul edir. Qiymətləndirmə qrupu universitetə bu laboratoriyaların və tədris və təlim prosesində ixtisaslaşmış otaqların səmərəli istifadəsini artırmağı tövsiyə edir.
UNEC-in ümumilikdə 267678 kitabın, o cümlədən tədris materiallarının, xarici ədəbiyyatın, bədii ədəbiyyatın və elmi kitabların toplandığı kitabxanaları var (4 binada). Əsas kitabxana əsas binada yerləşir. Bundan əlavə, universitet 5 dildə 2648 kitabın və 70000 e-kataloqun olduğu onlayn kitabxana istifadəyə verib. Bina gəzintisinə əsasən, aydın oldu ki, ingilis dilində olan müasir kitabların sayı məhduddur. Qiymətləndirmə qrupu universitetə e-kitablara çıxışı artırmağı tövsiyə edir. Elektron xidmətlər əsasən yalnız bir binada yerləşir.
Universitetin Azərbaycanın aparıcı universitet kitabxanaları ilə müqavilələri və tələbələrin onlara çıxışı vardır. UNEC Thomson Reuters-lə yeni əməkdaşlıq başlayıb və bu, akademik heyətə jurnallarda dərc olunmuş tədqiqat və məqalələrə çıxış və Web of Science elmi istinad indeksi məlumat bazasındakı nəşrlər barədə qısa məlumat əldə etmək imkanı verir. Bununla belə, bütün heyətin Thomson Reutersə çıxışı olması iddialarına baxmayaraq işçi heyətlə keçirilən müsahibələr qrupda belə təəssürat oyatdı ki, heyətin hamısı belə məlumat bazalarına çıxışın olması barədə məlumatlı deyil. Qiymətləndirmə qrupu universitetin işçi heyətinə sahələri üzrə müasir elektron tədqiqat jurnallarına çıxış təmin etməsini vacib sayır.
Müsahibələr zamanı tələbələr fənləri üzrə demək olar ki, bütün materialları tapa bildikləri e-universitet sistemini təriflədilər. E-universitet işçi heyətin elektron cədvəlləri, tədris materiallarını, imtahanları, balların hesablanmasını, silabusları və elektron jurnalları tələbələrlə bölüşə biləcəyi onlayn platform rolunu oynayır. Fənn materialları və silabuslar tələbələrin fərdi onlayn kabinetinə yüklənilir. Bundan əlavə, akademik heyətin tədris, tədqiqat və özünüinkişaf fəaliyyəti barədə məlumatı və tələbə məmnuniyyət sorğusunu e-universitetdə tapmaq olar. Bu, şəffaf və səmərəli təhsil mühiti yaradır. Bundan başqa, e-universitet vasitəsilə tələbələr aşağıdakı fəaliyyətləri həyata keçirə bilər:

  • Qiymətlərini və imtanah nəticələrini yoxlamaq;

  • İmtahan nəticələri ilə bağlı appelyasiya vermək, bu onlayn həyata keçirildiyində appelyasiya vermək imkanını artırır;

  • Buraxdıqları dərsləri götürmək, bu, tələbələrə geri qalmamağa və ruhdan düşməməyə imkan verir;

Tələbələr e-universitetdən gündəlik olaraq istifadə etdiklərini qeyd etdilər, lakin e-universitetdən tam yararlanmaq üçün UNEC bütün binalarında simsiz internetə çıxış, kompüterləri yükləmək imkanı və tələbələr və heyətin istifadəsi üçün ortaq kompüterlər təmin etməyi nəzərdən keçirməlidir.
Universitetdə müasir təlim materiallarından istifadə inkişaf mərhələsindədir. Beynəlxalq İqtisadiyyat Məktəbi, UNEC Biznes Məktəbi və SABAH qrupları müasir təlim materiallarından istifadədə uğur əldə ediblər. Məktəblərin öz kitabxanaları da vardır. Qrupun müşahidələrinə əsasən, akademik heyət müxtəlif ölkələrin, xüsusilə Avropanın dərs kitablarından istifadə edir. UNEC-in Tərcümə Mərkəzi təlim və tədris prosesinin səmərəli təşkili üçün müasir materialları müxtəlif dillərdən tərcümə edir. Müəllimlər və tələbələr tez-tez e-resurslardan istifadə edirlər. Bununla belə, köhnə nəzəri materiallar universitetdə hələ də müəyyən dərəcədə istifadə olunur. Qiymətləndirmə qrupu tədris materiallarının aktuallığının vurğulanmasını tövsiyə edir.
UNEC eləcə də tədris və təlimi tutorinq xidməti təmin etməklə dəstəkləyir. ÖH-ə əsasən hər 100 tələbəyə bir tutor ayrılır. Bakalavr və Magistratura səviyyələrində təhsilin təşkili qaydalarına uyğun olaraq dövlət universitetlərində bir tutor 100-dən az olmayan tələbə qrupuna təhkim olunmalıdır. Bir tutora təhkim oluna biləcək tələbə sayı 100-700-dür. Fakültələrdə yeni yaradılmış Katiblik institunun vəzifələrindən biri tutorinq məsələləri olacaq.

Tələbələrə bakalavr təhsillərinin bir hissəsi kimi praktika imkanları təmin edilir. Tələbələr praktiki bacarıqlarını inkişaf etdirmək üçün müvafiq şirkətlərə və təşkilatlara göndərilir. UNEC-də olan praktika prosedurları tələbələrə nəzəri biliklərini praktiki bacarıqlara çevirməyə imkan verir. Bundan əlavə, Tələbə Təhsilinin Təşkili Şöbəsi bakalavr və magistr tələbələrinin tədqiqat və pedaqoji praktikası üçün prosedurları müəyyənləşdirir və təşkil edir. Qiymətləndirmə qrupu universitetə praktika təcrübəsini tədris prosesinin bir hissəsi kimi inteqrasiya etməyə diqqət verməyi tövsiyə edir.


Məzunların məşğulluğunu artırmaq məqsədi ilə Karyera Mərkəzi yaradılıb. Mərkəz karyera yarmarkaları vasitəsilə tələbələrə məşğulluq tapmağa yardım edir. Karyera Mərkəzi yerli və xarici şirkətlərin məlumat bazasını təmin etmək, tələbələrinin tərcümeyi-hallarını şirkətlərə təqdim etmək, məşğulluqla bağlı danışıqlar aparmaq, tələbələrin və məzunların məlumat bazasını yaratmaq, karyera inkişafını dəstəkləmək məqsədi ilə məzunlara ixtisas sahələri üzrə konsultasiya vermək, dövlət və özəl sektordan olan yerli və xarici ekspertlərlə müzakirələr təşkil etmək, könüllülük hərəkatını dəstəkləmək, əmək bazarında araşdırma aparmaq, işəgötürənlərin kvalifikasiya tələblərini təhlil etmək, kurikulumların təkmilləşdirilməsi üzrə təkliflər vermək, yeni iş yerləri barədə məlumat toplamaq, istedadlı tələbələri müəyyənləşdirmək və dəstəkləmək, məzunlarla əlaqə saxlamaq, onların karyera inkişafını izləmək və Mərkəzin işinə cəlb etmək kimi imkanlar təmin etməklə tələbələrə karyeralarını inkişaf etdirməyə yardım edir. Sahə səfəri zamanı ekspert qrupu məlumatlandırıldı ki, məzunların koordinasiyası Karyera Mərkəzinin yeni funksiyasıdır və yaranma mərhələsindədir. Karyera Mərkəzi və Dekanatlıqlar vaxtaşırı məzun görüşləri təşkil edir. Praktikalar, universitetin xarici maraqlı tərəflərlə əlaqələri və Karyera Mərkəzi tələbələrin məşğulluğunu dəstəkləsə də, iş tapmaq əsasən məzunların məsuliyyətidir. Universitet mərkəzin əsasnaməsini nəzərdən keçirməklə onun səmərəliliyini dəstəkləyə və yüksəldə bilər. UNEC-ə məzunlarının məşğulluğunu artırmaq üçün yeni alətlərdən istifadə etmək tövsiyə olunur.
Tələbələrə təhsillərinə yardım etmək məqsədi ilə müxtəlif yardım xidmətləri təmin edilir. Universitetin eləcə də ambulator klinikası, iki tibbi yardım məntəqəsi, 4 yeməkxanası, 3 voleybol meydançası, şahmat zalı və iki idman zalı vardır. Bundan əlavə, universitetin Quba rayonunda Sağlamlıq və İstirahət Mərkəzi vardır. UNEC-in akademik qonaqları üçün yataqxana da vardır. UNEC-in yerli və beynəlxalq tələbələrinin yataqxana problemlərinə həll tapmaq tövsiyə olunur.
Qiymətləndirmə qrupu tələbələrə qeyri-bərabər münasibət göstərilməsi hallarına rast gəlmədi. Qrup universiteti sənədləşmə prinsipləri əsasında tələbələrə bərabər münasibətin təmin edilməsinə çağırır.
Güclü tərəflər, öncül praktikalar


  • UNEC müvafiq və yaxşı texniki qulluq göstərilən tədris və təlim infrastrukturuna malikdir.

  • Qiymətləndirmə qrupu tələbələrin praktiki bacarıqlarının artırılması məqsədi ilə UNEC-də xarici maraqlı tərəflərlə birlikdə yaradılan laboratoriyaları güclü tərəf kimi qəbul edir.

  • Karyera Mərkəzinin həyata keçirdiyi müxtəlif fəaliyyətlər UNEC-in güclü tərəfidir.

  • Kurikulumdan kənar praktika imkanları öncül praktikadır və tələbələrin praktiki bacarıqlarını daha da artırır.

  • E-kitabxana və e-universitet vasitəsilə tədris materiallarına elektron çıxış ekspert qrupunun alqışladığı öncül praktikalardandır.



Tövsiyələr


  • Qiymətləndirmə qrupu universitetə tədris materiallarının aktuallığını önə çəkməyi və müasir texniki resursları və tədris və təlim prosesində texniki avadanlıqlardan səmərəli istifadəni təkmilləşdirməyi tövsiyə edir.

  • Universitet tədris və tədqiqat sahəsi üzrə müasir e-kitablara, xüsusilə elektron tədqiqat jurnallarına çıxışı artırmalıdır. UNEC eləcə də əlçatan olan jurnal və kitabların sayını artırmalıdır.

  • UNEC bütün binalarında simsiz internetə çıxış, kompüterləri yükləmək imkanı və tələbələr və heyətin istifadəsi üçün ortaq kompüterlər təmin etməyi nəzərdən keçirməlidir.

  • Karyera Mərkəzinin əsasnaməsi yenidən nəzərdən keçirilməli və xidmətlərinin səmərəliliyini və xarici maraqlı tərəflərlə əlaqələrini artırmaq məqsədi ilə daha çox dəstək və resurs təmin edilməlidir. Eləcə də UNEC-ə məzunlarının məşğulluğunu artırmaq üçün yeni alətlərdən istifadə etmək tövsiyə olunur.

  • Qrup universiteti sənədləşmə prinsipləri əsasənda tələbələrə bərabər münasibətin təmin edilməsinə çağırır.



Əlavə 1: UNEC-ə sahə səfərinin proqramı

Çərşənbə – 5 aprel

9.30—11.00 Ali rəhbərlik

11.30—13.00 Dekanlar və direktorlar

13.00–14.00 Nahar

14.00—15.00 Elmi Şura

15.15—16.30 Tədris və tədqiqat heyəti

16.45—17.30 Keyfiyyət təminatı heyəti

17.45—18.30 Tələbə nümayəndələri


Cümə axşamı – 6 aprel

9.30—10.30 Maliyyə üzrə təhsil proqramı – işçi heyət

10.45—11.45 Maliyyə üzrə təhsil proqramı – tələbələr

12.00—13.00 Dəstək xidmətləri

13.00–14.00 Nahar

14.00—14.45 Binada və təlim məkanında gəzinti

14.45–15.30 Binalararası səyahət

15.30—16.30 Biznes və idarəetmə üzrə təhsil proqramı – işçi heyət

16.45—17.45 Biznes və idarəetmə üzrə təhsil proqramı – tələbələr
Cümə – 7 aprel

10.00—11.00 İqtisadiyyat üzrə təhsil proqramı - işçi heyət

11.15—12.15 İqtisadiyyat üzrə təhsil proqramı - tələbələr

12.15–13.00 Binalararası səyahət

13.00–14.00 Nahar

14.00—15.00 Karyera Mərkəzi və İnsan Resursları Şöbəsi



16.00—16.30 Ali rəhbərliklə yekun görüş




Yüklə 259,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə