«İnkoterms 2000» şərtləri exw ex works ( named place) Zavoddan ( yerin adı)


DAF Delivered At Frontier (... named place) Sərhədə qədər göndəriş (... göndəriş yerinin adı)



Yüklə 64,17 Kb.
səhifə5/7
tarix08.09.2018
ölçüsü64,17 Kb.
#67003
1   2   3   4   5   6   7

 

DAF
Delivered At Frontier (... named place)


Sərhədə qədər göndəriş (... göndəriş yerinin adı)

«Sərhədə qədər göndəriş» termini, satıcı ixrac üçün gömrük rəsmiləşdirilməsindən keçmiş, lakin idxal üçün hələ rəsmiləşdirilməmiş, boşaldılmamış malı gətirildiyi nəqliyyat vasitəsində malın qarşı tərəfin gömrük sərhədinə çatdırılmasına qədər sərhəddə adı çəkilən məntəqədə və ya yerdə alıcının sərəncamına verdikdə, göndərişin yerinə yetirdiyini bildirir. «Sərhəd» termini dedikdə, istənilən sərhəd, o cümlədən, ixracat ölkəsinin sərhədi nəzərdə tutulur. Buna görə də, konkret məntəqənin və ya yerin adının göstərilməsi yolu ilə sərhədin dəqiq müəyyənləşdirilməsi çox vacibdir.

Lakin, əgər tərəflər malın gətirildiyi nəqliyyat vasitəsindən boşaldılması öhdəliyini satıcının öz üzərinə götürməsini və belə boşaldılmaya görə bütün riskləri və xərcləri onun tərəfindən ödənilməsini istəyirlərsə, bu, alqı-satqı müqaviləsinə edilmiş müvafiq əlavədə dəqiq razılaşdırılmalıdır (Bax. Giriş b. 11).

Hazırki termin mal quru sərhədinə qədər göndərildikdə, malın istənilən növ nəqliyyat vasitəsi ilə gətirildiyi zaman tətbiq oluna bilər.



Əgər göndəriş təyinat limanında, gəminin bortunda, yaxud yanalma körpüsündə baş verəcəksə, bu zaman DES və ya DEQ termini tətbiq olunmalıdır.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya malın alıcının sərəncamına verilməsi üçün tələb olunan digər rəsmi şəhadətnamələri almalıdır. Satıcı, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın sərhəddə adı çəkilən göndəriş yerində ixracı üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun sonrakı daşınması üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi 
i) Satıcı öz hesabına adi şərtlərlə təyinat məntəqəsinə, əgər beləsi sərhəddə göndəriş yerində mövcuddursa, malın göndərişinə dair daşınma müqaviləsini bağlamalıdır. Əgər sərhəddə adı çəkilən göndəriş yerində belə məntəqə razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat yerində onun üçün daha münasib yeri seçə bilər.
ii) Satıcı, alıcının xahişinə əsasən, onun riskinə və onun hesabına malın sərhəddə adı çəkilən yerdən idxalat ölkəsində alıcı tərəfindən adı çəkilən son təyinat yerinə qədər sonrakı nəqli barədə daşınma müqaviləsi də bağlaya bilər. Satıcı həmçinin belə müqavilənin bağlanılmasından imtina edə bilər, bu halda, o, bu barədə alıcını lazımi şəkildə məlumatlandırmalıdır.
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı boşaldılmamış yükü gətirildiyi nəqliyyat vasitəsində razılaşdırılmış tarixdə və ya müddətdə sərhəddə qeyd olunan göndəriş məntəqəsində alıcının sərəncamına verməlidir.

Alıcı malın göndərişini, o, A.4 maddəsinə müvafiq olaraq həyata keçirilmişdirsə, qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, mal, A.4 maddəsinə müvafiq olaraq, göndərildiyi anına qədər onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya göndərişin razılaşdırılma müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan bütün xərclərə əlavə olaraq – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu tələb olunarsa (Bax. Giriş b. 14) – gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həmçinin malın ixracı və onun A.4 maddəsinə müvafiq olaraq göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması zamanı ödənilməli olan digər rüsumları, vergiləri və digər yığımları ödəməlidir.

Alıcı: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri, o cümlədən sərhəddə təyin olunmuş yerdə nəqliyyat vasitəsindən malın göndərişinin qəbul olunması üçün malın lazım olan boşaldılması üzrə xərcləri ödəməli və – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsindan sonra onu qəbul etmək və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliyinin onun tərəfindən yerinə yetirilməməsi nəticəsində baş verən bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun sonrakı daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsindən ötrü ödənilməli olan xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı alıcını malın sərhəddə qeyd olunan yerə göndərilməsi barədə lazımi qaydada məlumatlandırmalı, həmçinin alıcıya göndərişin qəbul olunması üçün tələb olunan digər bildirişləri göndərməlidir.

Alıcı, əgər o, şərtləşdirilmiş müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən yerə göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

i) Satıcı öz hesabına adi sənəd və ya A.3a)i) maddəsinə müvafiq olaraq sərhəddə adı çəkilən yerə malın göndərişinin digər sübutunu təqdim etməlidir.
ii) Satıcı – əgər tərəflər malın A.3a)ii) maddəsinə müvafiq olaraq sərhəddə adı çəkilən yerdən sonrakı nəqli barədə razılaşmışlarsa – alıcıya öz hesabına və onun riskinə, ixracat ölkəsindəki göndəriş məntəqəsindən idxalat ölkəsində alıcı tərəfindən göstərilən son təyinat yerinə qədər adi şərtlərlə malın daşınmasının göndəriş ölkəsində adətən alınan tranzit-nəqliyyat sənədini təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı nəqliyyat sənədini və/yaxud A.8 maddəsinə müvafiq olaraq, göndərişin digər sübutlarını qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın sərhədə qədər daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi razılaşdırılmış və ya adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma, alqı-satqı müqaviləsinin bağlanılmasına qədər satıcıya məlum olan nəql edilməyə (daşınma üsullarına, təyinat yerinə) dair şəraitdə həyata keçirilir. Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını əlavə sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. Lazım gələrsə, A.3a)ii) maddəsinə müvafiq olaraq, satıcıya, onun xahişinə əsasən, lakin alıcının hesabına və riskinə, valyuta icazələrini, digər icazələri və sənədləri və ya onların təsdiq edilmiş surətlərini, həmçinin tranzit nəqliyyat sənədinin və ya A.8ii) maddəsində nəzərdə tutulan istənilən digər sənədin alınması üçün idxalat ölkəsində malın son təyinat məntəqəsinin ünvanını təqdim etməlidir.

 

DES
Delivered Ex Ship (... named port of destination)


Gəmidən göndəriş (... təyinat limanının adı)

«Gəmidən göndəriş» termini, satıcı idxal üçün gömrük rəsmiləşdirilməsindən keçməmiş malı adı çəkilən təyinat limanında gəminin bortunda alıcının sərəncamına verdikdə, göndərişi yerinə yetirdiyini bildirir. Satıcı malın boşaldılması anına qədər onun adı çəkilən təyinat limanına çatdırılması ilə bağlı bütün xərcləri və riskləri ödəməlidir. Əgər tərəflər malın boşaldılması ilə bağlı bütün xərclərin və risklərin satıcının öz üzərinə götürməsini istəyərlərsə, DEQ termini tətbiq olunmalıdır.



Hazırki termin yalnız mal təyinat limanına gəmi vasitəsilə gətirildikdə, dəniz və ya daxili su nəqliyyatı və ya qarışıq daşınmalar vasitəsilə daşınması zamanı tətbiq oluna bilər.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri və ya digər sənədləri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), sərhəddə malın ixracı üçün tələb olunan və lazım gəldiyi hallarda, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün tələb olunan bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi
Satıcı öz hesabına malın adı çəkilən təyinat limanında, əgər beləsi mövcuddursa, adı çəkilən məntəqəyə qədər daşınmasına dair müqavilə bağlamalıdır. Əgər belə məntəqə razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat limanında onun üçün daha münasib məntəqəni seçə bilər.
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı adı çəkilən təyinat limanında razılaşdırılmış tarixdə və ya razılaşdırılmış müddət hüdudlarında malı, A.3a) maddəsinə müvafiq olaraq, boşaldılma məntəqəsində gəminin bortunda alıcının sərəncamına elə təqdim etməlidir ki, malın mövcud xüsusiyyətinə əsasən, malın boşaltma vasitələri ilə gəmidən çıxarılması imkanı mövcud olsun.

Alıcı malın göndərişini, o, A.4 maddəsinə müvafiq olaraq həyata keçirildikdə, qəbul etməlidir.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anına qədər onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir.

Alıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onun itməsi və ya korlanması risklərini öz üzərinə götürməlidir. Alıcı – onun tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi zaman, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməlidir – göndərişin razılaşdırılmış tarixinin başa çatması anından və ya razılaşdırılmış müddətinin başa çatma tarixindən etibarən malın itməsi və ya zədələnməsi ilə bağlı bütün riskləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.3a) maddəsindən meydana çıxan bütün xərclərə əlavə olaraq – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli və – əgər bu tələb olunarsa (Bax. Giriş b. 14) – həm gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi ilə bağlı bütün xərcləri, həm də malın ixracı və onun A.4 maddəsinə müvafiq olaraq göndərişinə qədər üçüncü ölkələrdən keçib-getməklə tranzit göndərişi zamanı ödənilməli olan digər rüsumları, vergiləri və digər yığımları ödəməlidir.

Alıcı: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri, o cümlədən göndərişin qəbul olunması üçün gəmidən malın lazım olan boşaldılması üzrə xərcləri ödəməli və – malın, A.4 maddəsinə müvafiq olaraq, sonuncu onun sərəncamına təqdim edildikdən sonra malı qəbul etmək və ya B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş vermək öhdəliyinin onun tərəfindən yerinə yetirilməməsi nəticəsində baş verən bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın A.4 maddəsinə müvafiq olaraq göstərilən gəminin gəlməsinin güman edilən tarixi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin göndərişin qəbul olunması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan digər bildirişləri ona göndərməlidir.

Alıcı, əgər o, razılaşdırılmış müddət çərçivəsində vaxtı və/yaxud adı çəkilən təyinat limanına göndərişin qəbul edilmə məntəqəsini müəyyən etmək hüququna malikdirsə, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı, təyinat limanında alıcıya malın daşıyıcıdan tələb etmək imkanının verilməsi üçün, alıcıya öz hesabına deliveri-order və/yaxud adi nəqliyyat sənədini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar və ya qarışıq daşınma qaiməsi) təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı, A.8 maddəsinə müvafiq olaraq, deliveri-orderi və ya nəqliyyat sənədini qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən malın göndərişi üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərişi adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını əlavə sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.

Yüklə 64,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə