«İnkoterms 2000» şərtləri exw ex works ( named place) Zavoddan ( yerin adı)


CPT Carriage Paid To (... named place of destination) Daşınma (... təyinat yerinin adı) qədər ödənilib



Yüklə 64,17 Kb.
səhifə4/7
tarix08.09.2018
ölçüsü64,17 Kb.
#67003
1   2   3   4   5   6   7

 

CPT
Carriage Paid To (... named place of destination)


Daşınma (... təyinat yerinin adı) qədər ödənilib

«Daşınma ... qədər ödənilib» termini, satıcı malı onun tərəfindən adı çəkilən daşıyıcıya çatdıracağını bildirir. Bundan başqa, satıcı malın adı çəkilən təyinat məntəqəsinə daşınması ilə bağlı xərcləri ödəməlidir. Bu, o deməkdir ki, mal daşıyıcıya çatdırıldıqdan sonra, alıcı malın itməsi və ya zədələnməsi ilə bağlı, həmçinin digər xərcləri öz üzərinə götürür.

«Daşıyıcı» sözü – daşınma müqaviləsi əsasında malın dəmir yolu, avtomobil, hava, dəniz və daxili su nəqliyyatı və ya bu nəqliyyat növlərinin kombinasiyası vasitəsilə daşınmasını özü təmin edən və ya təşkil edilməsini öz üzərinə götürən istənilən şəxsi bildirir.

Əgər razılaşdırılmış təyinat məntəqəsinə daşınma bir neçə daşıyıcı tərəfindən həyata keçirilərsə, riskin keçidi malın onlardan birincisinin himayəsinə verilməsi anından baş verəcəkdir.

SRT termininin şərtlərinə əsasən, ixrac üçün malın gömrük rəsmiləşdirilməsi üzrə vəzifələr satıcının üzərinə düşür.

Hazırki termin mal istənilən nəqliyyat vasitəsi ilə, o cümlədən qarışıq daşınma zamanı tətbiq oluna bilər.



A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi 
Satıcı öz hesabına adi şərtlərlə malın adı çəkilən təyinat yerinə razılaşdırılmış məntəqəyə qədər adi marşrut üzrə və adi qəbul olunmuş üsulla daşınmasına dair müqavilə bağlamalıdır. Əgər belə məntəqə razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat yerində onun üçün daha münasib yeri seçə bilər.
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı, A.3 maddəsinə müvafiq olaraq, daşınma müqaviləsini bağladığı daşıyıcıya, bir neçə daşıyıcı olduğu halda, onlardan birincisinə malı, müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddət hüdudlarında, adı çəkilən yerə nəql olunması üçün təqdim etməlidir.

Alıcı, malın A.4 maddəsinə müvafiq olaraq göndərişindən dərhal sonra malın göndərişini qəbul etməli və malı adı çəkilən yerdə daşıyıcıdan almalıdır.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya göndərişin təyin olunan müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli, həmçinin icarəni və A.3a) maddəsindən meydana çıxan bütün xərcləri, o cümlədən, malın yüklənməsi və onun təyinat yerində boşaldılması ilə bağlı, daşınma müqaviləsinə əsasən, satıcının üzərinə düşən xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı bütün xərcləri və daşınma müqaviləsinə əsasən, ödənilməsi satıcının üzərinə düşdüyü hallarda, malın üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması ilə bağlı xərcləri ödəməlidir.

Alıcı A.3a) maddəsinin müddəalarına müvafiq olaraq: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, razılaşdırılmış təyinat yerinə gəlməsinə qədər malın tranzit daşınması zamanı onunla bağlı bütün xərcləri ödəməli və – malın boşaldılması ilə bağlı xərcləri, onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, ödəməli və – razılaşdırılmış tarix başlandığı andan və ya göndəriş üçün razılaşdırılmış müddətin başa çatdığı andan etibarən, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildirişi göndərmək öhdəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri, əgər onlar daşınma müqaviləsinin xərclərinə daxil edilməmişdirsə, ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin malın alınması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan istənilən digər bildirişləri ona göndərməlidir.

Əgər alıcı malın göndərilməsi müddətini və/yaxud təyinat yerini müəyyən etmək hüququna malikdirsə, o, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı adi nəqliyyat sənədini və ya A.3 maddəsinə müvafiq olaraq, nəqliyyat sənədlərini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtomobil nəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) öz hesabına alıcıya təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı A.8 maddəsində nəzərdə tutulan nəqliyyat sənədini, əgər o, alqı-satqı müqaviləsinin şərtlərinə müvafiqdirsə, qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (bu ticarət sahəsində müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi qəbul edildiyi hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan və alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir.

 

CIP
Carriage and Insurance Paid To (... named place of destination)


Daşınma və sığorta (... təyinat yerinin adı) qədər ödənilib

«Daşınma və sığorta ... qədər ödənilib» termini, satıcı malı onun tərəfindən adı çəkilən daşıyıcıya çatdıracağını bildirir. Bundan başqa, satıcı malın adı çəkilən təyinat məntəqəsinə daşınması ilə bağlı xərcləri ödəməlidir. Bu, o deməkdir ki, alıcı malın bu şəkildə çatdırılmasına qədər bütün riskləri və istənilən əlavə xərcləri öz üzərinə götürür. Lakin, CIP şərtlərinə əsasən, malın daşınma zamanı itməsi və ya zədələnməsi risklərindən sığortanın təmin olunması üzrə öhdəliklər də, alıcının xeyrinə olaraq, satıcının üzərinə düşür. Deməli, satıcı sığorta müqaviləsini bağlayır və sığorta haqqlarını ödəyir. Alıcı nəzərə almalıdır ki, CIP termininin şərtlərinə əsasən, satıcıdan minimal ödənişli sığortanın təmin olunması tələb olunur (bax. Giriş b. 9.3).

Əgər alıcı böyük ödənişli sığortaya malik olmaq istəyirsə, o, ya bu barədə satıcı ilə xüsusi olaraq razılaşmalı, yaxud əlavə sığorta müqaviləsinin bağlanılması üçün özü tədbirlər görməlidir.

«Daşıyıcı» sözü – daşınma müqaviləsi əsasında malın dəmir yolu, avtomobil, hava, dəniz və daxili su nəqliyyatı və ya bu nəqliyyat növlərinin kombinasiyası vasitəsilə daşınmasını özü təmin edən və ya təşkil edilməsini öz üzərinə götürən istənilən şəxsi bildirir.

Əgər razılaşdırılmış təyinat məntəqəsinə daşınma bir neçə daşıyıcı tərəfindən həyata keçirilərsə, riskin keçidi malın onlardan birincisinin himayəsinə verilməsi anından baş verəcəkdir.

SIR termininin şərtlərinə əsasən, ixrac üçün malın gömrük rəsmiləşdirilməsi üzrə vəzifələr satıcının üzərinə düşür.



Hazırki termin malın istənilən nəqliyyat vasitəsi, o cümlədən qarışıq daşınma zamanı tətbiq oluna bilər.

A. SATICININ VƏZİFƏLƏRİ

B. ALICININ VƏZİFƏLƏRİ

A.1. Malın müqaviləyə müvafiq olaraq təqdim olunması

B.1. Dəyərin ödənilməsi

Satıcı, alqı-satqı müqaviləsinə müvafiq olaraq, malı, kommersiya hesab-fakturanı və ya ona bərabər tutulan elektron bildirişi, həmçinin alqı-satqı müqaviləsinin şərtlərinə əsasən tələb oluna bilən istənilən digər uyğunluq sübutlarını alıcıya təqdim etməlidir.

Alıcı malın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəyərini ödəməlidir.

A.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

B.2. Lisenziyalar, şəhadətnamələr və digər rəsmiyyətçiliklər

Satıcı öz hesabına və öz riskinə istənilən ixrac lisenziyasını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (Bax. Giriş b. 14), malın ixracı üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

Alıcı öz hesabına və öz riskinə istənilən idxal lisenziyalarını və ya digər rəsmi şəhadətnamələri almalı, həmçinin, əgər tələb olunarsa (bax. Giriş b. 14), malın idxal edilməsi üçün və onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün bütün gömrük rəsmiləşdirilməsini yerinə yetirməlidir.

A.3. Daşınma və sığorta müqavilələri

B.3. Daşınma və sığorta müqavilələri

a) Daşınma müqaviləsi 
Satıcı öz hesabına adi şərtlərlə malın adı çəkilən təyinat yerinə razılaşdırılmış məntəqəyə qədər adi marşrut üzrə və adi qəbul olunmuş üsulla daşınmasına dair müqavilə bağlamalıdır. Əgər belə məntəqə razılaşdırılmamışdırsa və ya belə göndəriş növü təcrübəsində müəyyənləşdirilməmişdirsə, satıcı adı çəkilən təyinat yerində onun üçün daha münasib yeri seçə bilər.
b) Sığorta müqaviləsi
Satıcı öz hesabına – alqı-satqı müqaviləsində razılaşdırıldığı kimi – alıcıya və ya sığorta marağına malik olan digər şəxsə birbaşa olaraq sığortaçıya müraciət etmək imkanı verən şərtlər əsasında yükün sığortalanmasını təmin etməli, həmçinin alıcıya sığorta polisini və ya sığortanın ödənilməsinin digər sübutlarını təqdim etməlidir. Sığortalanma etibarlı sığortaçı və ya sığorta şirkəti tərəfindən həyata keçirilməlidir və əgər əksi barədə xüsusi razılaşma yoxdursa, sığortalanma Yük terminlərinin işlənilməsi üzrə İnstitutunun /Institut Cargo Clauses/ (London sığortaçılar Birliyi /Institute of London Underwriters/) və ya istənilən oxşar müqavilələr toplusunun şərtlərinə əsasən, minimal ödənişə müvafiq olaraq, həyata keçirilməlidir. Sığorta ödənişinin davamiyyəti B.4 və B.5 maddələrinə müvafiq olmalıdır. Alıcının tələbinə əsasən və onun hesabına satıcı hərbi risklərdən, tətillərdən, qiyamlardan və digər vətəndaş çaxnaşmalarından, əgər bu mümkündürsə, sığortalamanı həyata keçirməlidir. Sığortalama ən azı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymət üstəgəl 10 % (yəni 110 %) ödənişli olmalı və alqı-satqı müqaviləsinin valyutasında bağlanılmalıdır.

a) Daşınma müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).
b) Sığorta müqaviləsi 
Öhdəlik yoxdur (bax. Giriş b. 10).

A.4. Göndəriş

B.4. Göndərişin qəbul edilməsi

Satıcı, A.3 maddəsinə müvafiq olaraq, daşınma müqaviləsini bağladığı daşıyıcıya, bir neçə daşıyıcı olduğu halda, onlardan birincisinə malı, müəyyən edilmiş tarixdə və ya razılaşdırılmış müddət hüdudlarında, adı çəkilən təyinat yerində razılaşdırılmış məntəqəyə nəql olunması üçün təqdim etməlidir.

Alıcı, malın A.4 maddəsinə müvafiq olaraq göndərişindən dərhal sonra malın göndərişini qəbul etməli və malı adı çəkilən təyinat yerində daşıyıcıdan almalıdır.

A.5. Risklərin keçidi

B.5. Risklərin keçidi

Satıcı, B.5 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir.

Alıcı A.4 maddəsinə müvafiq olaraq, malın göndərişi anından etibarən onun itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Alıcı – öz öhdəliklərini yerinə yetirə bilmədikdə, B.7 maddəsinə müvafiq olaraq, bildiriş göndərməli, – razılaşdırılmış tarixdən və ya göndərişin təyin olunan müddəti başa çatdığı tarixdən etibarən malın itməsi və ya korlanması ilə bağlı bütün riskləri öz üzərinə götürməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır.

A.6. Xərclərin bölüşdürülməsi

B.6. Xərclərin bölüşdürülməsi

Satıcı, B.6 maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anına qədər onunla bağlı bütün xərcləri ödəməli, həmçinin icarəni və A.3a) maddəsindən meydana çıxan bütün xərcləri, o cümlədən, malın yüklənməsi və onun təyinat yerində boşaldılması ilə bağlı, daşınma müqaviləsinə əsasən, satıcının üzərinə düşən xərcləri ödəməli və – A.3a) maddəsindən meydana çıxan sığortalama üzrə xərcləri ödəməli və – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), ixrac üçün gömrük rəsmiyyətlərinin, həmçinin malın ixracı zamanı ödənilməli olan digər rüsumların, vergilərin və digər yığımların yerinə yetirilməsi ilə bağlı xərcləri və daşınma müqaviləsinə əsasən, ödənilməsi satıcının üzərinə düşdüyü hallarda, malın üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması ilə bağlı xərcləri ödəməlidir.

Alıcı A.3a) maddəsinin qeyd-şərtləri nəzərə alınmaqla: – A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi anından etibarən onunla bağlı bütün xərcləri və yığımları ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, təyinat yerinə malın tranzit daşınması zamanı onunla bağlı bütün xərcləri ödəməli və – onlar daşınma müqaviləsinə əsasən satıcının üzərinə düşdüyü hallar istisna edilməklə, malın boşaldılması ilə bağlı xərcləri ödəməli və – razılaşdırılmış tarixin hesablanması anından və ya yükləmə üçün razılaşdırılmış müddət başa çatdığı andan etibarən, B.7 maddəsinə müvafiq olaraq, lazımi bildiriş göndərmək öhdəliyini yerinə yetirməməsi nəticəsində meydana çıxan bütün əlavə xərcləri ödəməlidir. Lakin malın müqaviləyə lazımi uyğunluğu şərt sayılır. Bu, o deməkdir ki, mal lazımi şəkildə identifikasiya olunmalı, yəni aydın olaraq xüsusiləşdirilməli və ya hazırki müqavilənin predmeti olan mal kimi digər şəkildə qeyd olunmalıdır, – əgər bu, tələb olunarsa (bax. Giriş b. 14), bütün rüsumları, vergiləri və digər yığımları, həmçinin malın idxalı zamanı və lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi üçün ödənilməli olan xərcləri – əgər onlar daşınma müqaviləsinin xərclərinə daxil edilməmişdirsə, ödəməlidir.

A.7. Alıcının məlumatlandırılması

B.7. Satıcının məlumatlandırılması

Satıcı malın, A.4 maddəsinə müvafiq olaraq, göndərişi barədə alıcını lazımi qaydada məlumatlandırmalı, həmçinin malın alınması üçün adətən lazım olan tədbirlərin həyata keçirilməsi üçün alıcıya tələb olunan istənilən digər bildirişləri ona göndərməlidir.

Əgər alıcı malın göndərilməsi müddətini və/yaxud təyinat yerini müəyyən etmək hüququna malikdirsə, o, bu barədə satıcını lazımi şəkildə məlumatlandırmalıdır.

A.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

B.8. Göndərişin sübutları, nəqliyyat sənədləri və ya ekvivalent elektron bildirişləri

Satıcı adi nəqliyyat sənədini və ya A.3 maddəsinə müvafiq olaraq, nəqliyyat sənədlərini (məsələn, dövriyyə konosamenti, dövri olmayan dəniz qaiməsi, daxili su nəqliyyatı ilə daşınma barədə sübutlar, hava qaiməsi, dəmir yolu və ya avtomobil nəqliyyat qaiməsi və ya qarışıq daşınma qaiməsi) öz hesabına alıcıya təqdim etməlidir. Əgər satıcı və alıcı elektron rabitə vasitələrindən istifadə etmək barədə razılaşmışlarsa, yuxarıda qeyd olunan sənədlər ekvivalent elektron bildirişləri (EDI) ilə əvəz oluna bilər.

Alıcı A.8 maddəsində nəzərdə tutulan nəqliyyat sənədini, əgər o, alqı-satqı müqaviləsinin şərtlərinə müvafiqdirsə, qəbul etməlidir.

A.9. Yoxlama – qablaşdırma – markalanma

B.9. Mala baxış

Satıcı, A.4 maddəsinə müvafiq olaraq, malın göndərilməsi üçün lazım olan mal yoxlanışı (məsələn, keyfiyyətin, ölçülərin, çəkinin, miqdarın yoxlanılması) ilə bağlı xərcləri ödəməlidir. Satıcı, onun tərəfindən təşkil olunan malın daşınması üçün lazım olan qablaşdırmanı öz hesabına təmin etməlidir (müqavilə ilə razılaşdırılmış malın qablaşdırılmadan göndərilməsi bu ticarət sahəsində adətən qəbul edilmiş hallar istisna edilməklə). Qablaşdırma lazımi şəkildə markalanmalıdır.

Alıcı yükləmədən əvvəl malın istənilən baxışı ilə bağlı xərcləri, belə baxış ixracat ölkəsinin hakimiyyət orqanları tərəfindən tələb edildiyi hallar istisna edilməklə, ödəməlidir.

A.10. Digər vəzifələr

B.10. Digər vəzifələr

Satıcı, alıcının xahişinə əsasən, sonuncuya onun hesabına və onun riskinə malın idxalı üçün, yaxud lazım gələrsə, onun üçüncü ölkələrdən keçib-getməklə tranzit daşınması üçün göndəriş ölkəsində və/yaxud malın mənşə ölkəsində verilən və ya istifadə olunan, alıcıya lazım ola biləcək istənilən sənədin və ya onlara ekvivalent olan elektron bildirişlərin (A.8 maddəsində adı çəkilənlərdən əlavə) alınmasında tam yardım göstərməlidir. Satıcı alıcını istənilən əlavə sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə təmin etməlidir.

Alıcı, A.10 maddəsində nəzərdə tutulduğu kimi, sənədlərin və ya onlara ekvivalent elektron bildirişlərin alınması ilə bağlı bütün xərcləri və yığımları ödəməli, həmçinin alıcıya satıcı tərəfindən onun tərəfindən alıcıya yardım göstərilməsi nəticəsində çəkilən xərcləri ödəməlidir. Alıcı əlavə sığortanın həyata keçirilməsi üçün lazım olan bütün məlumatlar ilə satıcını təmin etməlidir.

Yüklə 64,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə