Ingilis, fransız ##İxtisas : Riyaziyyat müəllimliyi, Riyaziyyat-informatika müəllimliyi, Kimya-biologiya



Yüklə 496,16 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix05.02.2018
ölçüsü496,16 Kb.
#24478
1   ...   10   11   12   13   14   15   16   17   18

A)  Təhqiramiz   ifadələrə  yol  verməmək

B)  Əcnəbi  sözlərin  lüzumsuz  işlədilməməsi

C)  Jarqon  sözlərin   və  ifadələrin  işlədilməməsi

D)  Tüfeyli  sözlərlə bağlı  qüsurların  aradan  qaldırılması

E)  Məhəlli  dialekt  və  şivələrə   yer  vermək

12.   “........  nitqə   yiyələnmək   üçün    qrammatikanın   qaydalarını   bilməkdən   əlavə,  ədəbi  

dilin   digər   normalarına   da   riayət   etmək   lazımdır.  Nöqtələrin   yerinə   hansı   söz  

qoyulmalıdır ?

A)  Aydın

B)  Dəqiq

C)  Düzgün

D)  İfadəli

E)  Təmiz



13.  “ Tələsik  söyləmə   sözünü  bir  dəm,

          Fikrini  kamil de, gec olsa, nə qəm”.

Beytin   müəllifi  kimdir    və   mədəni  nitqin    hansı tələbi qoyulur?

A)  Ə. Nəvai . Aydınlıq

B)  N. Gəncəvi. Yığcamlıq

C) Ə. Firdovsi. Yığcamlıq

D)  Ə. X. Dəhləvi. Aydınlıq

E)  S. Şirazi. Aydınlıq



14. Biri nitqin təmizliyinə aid edilə bilməz.

A) Vulqar və loru sözlərə yol verməmək

B) Məhəlli sözlərə, yerli şivələrə yol verməmək

C) Əcnəbi sözlərə lüzumsuz yer verməmək

D) Tüfeyli sözləri nitqdə işlətməmək

E) Danışılacaq materialı əvvəlcədən hazırlamaq



15. Nitqin təmizliyi nə deməkdir?

A) Ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri nitqdə işlənmir.

B) Nitqdə məhəlli dialektlərə, yerli şivələrə yol verilir.

C) Bədii təsvir vasitələri nitqdə geniş yer tapır.

D) Əcnəbi sözlərdən gen-bol istifadə edilir.

E) Söz və ifadələr orfoqrafik normalara uyğun tələffüz edilir.



16.Tələb  olunan  sözü, cümləni, ifadəni tapmaq  nitq  mədəniyyətinin  hansı  şərtinə  aiddir?

A)  konkretlik

B)  düzgünlük

C)  ifadəlilik

D)  dəqiqlik

E)  aydınlıq



17. Fonetik, leksik, qrammatik və s. qayda-qanunlara   əməl   olunması   nitq   mədəniyyətinin  

hansı  şərtinə  aiddir?

A)  düzgünlük

B)  münasiblik

C)  yığcamlıq

D)  dəqiqlik

E)  ifadəlilik



18.  “Əxəvizadə,  təhsili-fünuninizi  əncamə  yetiribsiniz,  ya  dübarə  təkmili-nöqsan  üçün 

darülmüəllimə  övdət  etməlisiniz?”  Obrazın  nitqində  verilən  bu  cür  sözlərə  nə  deyilir  və 

mədəni nitqin hansı tələbi pozulur?

A) Tarixizm, orijinallıq

B) Dialektizm, təmizlik

C) Evfemizm, aydınlıq

D) Evfemizm, yığcamlıq

E) Varvarizm, təmizlik



19.  Nitqin  aydın  olması  üçün  verilən  tələblərdən   biri  yanlışdır.

A)  Terminlərdən, alınma söz və ifadələrdən geniş  istifadə  etmək

B)  İstifadə olunan sözlərin hamı üçün anlaşıqlı olmasına çalışmaq

C)  İntonasiyanın müxtəlif çalarlarından yerli-yerində istifadə etmək

D)  Məntiqi   vurğulu  sözü  nəzərə  çarpacaq  dərəcədə   tələffüz  etməyə  nail  olmaq

48



E)  Mətndəki   mənası  çətin  sözləri  izah  etmək

20. Nitqdə dialektizmlərin, jarqon, loru söz və ifadələrin, varvarizmlərin işlədilməsi mədəni 

nitqin hansı tələbinin əksinədir?

A) zənginliyinin

B) aydınlığının

C) yığcamlığının

D) təmizliyinin

E) münasibliyinin



21. “ Nitqin ...............  kateqoriyasına məntiqi və emfatik vurğu, intonasiya və onun ünsürləri, 

jest və mimika, inversiya, ellipsis, antiteza, anafora, ritorik suallar və s. daxildir”. Nöqtələrin 

yerinə bunlardan hansı qoyulmalıdır?

A) ifadəliliyi

B) təmizliyi

C) sadəliyi

D) aydınlığı

E) dəqiqliyi



22.  “Nitqi  ..............  etmək  üçün  mütləq  ətraflı  düşünmək  və  fikri  dəqiq,  aydın  ifadə  etmək 

üçün qısa və konkret ifadə tərzi düşünmək lazımdır”. Nöqtələrin yerinə mədəni nitqin hansı 

tələbi qoyulmalıdır?

A) təmiz


B) aydın

C) yığcam

D) sadə

E) zəngin



23.  “Nitqin  .............   kateqoriyasına  fikrin  ən  uyğun  dil  vahidləri  vasitəsilə  konkret  ifadə 

olunması  aiddir.  Ünsiyyət  prosesində  mədəni  nitqin  bu  tələbinə  əməl  etmək  başlıca 

kommunikativ  keyfiyyət  kimi  qiymətləndirilir”.  Bu  hansı  tələbdir  və  nöqtələrin  yerinə 

aşağıdakı sözlərdən hansı qoyulmalıdır?

A) sadəliyi

B) aydınlığı

C) dəqiqliyi

D) zənginliyi

E) münasibliyi



24.  Nitqin  bu  tələbi  nitq  prosesində  leksik,  semantik,  frazeoloji,  qrammatik  vahidlərin 

rəngarəng formada işlədilməsini nəzərdə tutur.

A) zənginliyi

B) aydınlığı

C) təmizliyi

D) yığcamlığı

E) orijinallığı



25.  Nitqdə  yersiz  təkrarlar,  bəsit  qrammatik  formaların  işlədilməsi,  eyni  konstruksiya  və 

formaların dalbadal verilməsi, şablon ifadə vasitələrinə müraciət edilməsi mədəni nitqi hansı 

tələbdən uzaqlaşdırır?

A) sadəlikdən

B) zənginlikdən

C) münasiblikdən

D) düzgünlükdən

E) aydınlıqdan



26. Nitqin düzgünlüyü haqqında verilən fikirlərdən biri yanlışdır.

A) Yalniz qrammatik qaydalara əməl etmək kifayətdir.

B) Cümlələr məntiqi cəhətdən düzgün qurulmalıdır.

C) Münasib sözlər seçilməlidir.

D) Sözlər düzgün tələffüz edilməlidir.

E) Ədəbi dilin digər normalarına da riayət etmək lazımdır.



27. Tüfeyli  sözlərin  nitqdə  təsadüf  olunması  faktı  mədəni  nitqin  hansı  tələbinin  pozul-

masıdır ?

A)  Münasibliyin

B)  Düzgünlüyün

C)  Təmizliyin

49



D)  İfadəliliyin

E)  Aydınlığın



28.  Əgər  nitqdə  tez-tez  “ zaddı,    şeydi , adını  sən  de , canım  sənə desin ” kimi ifadələr 

işlədilərsə ,  mədəni  nitqin  hansı   tələbi  pozulur ?

A)  Nitqin  aydınlığı

B)  Nitqin  dəqiqliyi

C)  Nitqin  təmizliyi

D)  Münasibliyi

E)  Zənginliyi



29.  Nitqin  aydın  olması  üçün  verilən  tələblərdən   biri  yanlışdır.

1- Adi  intonasiyadan  istifadə  etmək

2-  Danışılacaq  mövzu  ilə  bağlı  material  və  faktlar  toplamaq

3-  Materialı  sistemləşdirmək

4-Məntiqi   vurğulu  sözü  nəzərə  çarpacaq  dərəcədə   tələffüz  etməyə  nail  olmaq

5- Mətndəki   mənası  çətin  sözləri  izah  etmək

A) 1, 2

B) 2

C) 5

D) 2, 4

E) 1

30.  İntonasiya   qaydalarının  pozulması   ilə  bağlı   qüsurlara  yol  veriləndə   mədəni   nitqin  

hansı  tələbi  pozulur ?

1-  Düzgünlük

2-  Dəqiqlik

3-  Sadəlik

4-  Təmizlik

5-  Aydınlıq

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

31.  Nitq  mədəniyyətinin  ən  mühüm  şərti  nədir ?

1- Ədəbi  dilin  normalarına  riayət  etmək

2-  Terminlərdən  istifadə  etmək

3-  Obrazlılıq və  məcazilikdən  istifadə  etmək

4-  Yığcamlıq,  sadəlik tələblərinə  əməl  etmək

5- Nitqin  ədəbi  tələffüz  baxımından  dəqiqliyinə  əməl  etmək

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

32.  Diksiya  nədir ?

1-  Səslərin  öz  məxrəcinə  uyğun  şəkildə  tələffüz  olunmasıdır.

2-  Səsin  yüksək  tempidir.

3-  Səsin  aşağı  tonla  tələffüzüdür.

4-  Səsin  həyəcanlı  vurğu  ilə  tələffüzüdür.

5-  İfadənin  məntiqi  vurğusudur.

A) 1, 2

B) 2

C) 4, 5

D) 3

E) 1

33.  “........pozulması  sözlərin, ifadələrin  başa  düşülməsini, fikrin  anlaşılmasını  bir  qədər  

çətinləşdirir. Belə  nitqi  dinləyən  gərginlik  keçirir, tez  yorulur, diqqətini  başqa  istiqamətə  

yönəldir ”. Nöqtələrin  yerinə   hansı  söz  qoyulmalıdır ?

1- Diksiyanın

2-  Orfoqrafiyanın

50



3-  Qrammatik  qaydaların

4-  Morfoloji  normaların

5-  Sintaktik  normaların

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

34.   Mədəni   nitqə   verilən   tələbin   bu   növündə   başlıca   meyar   danışanın    və   yazanın  

geniş  söz  ehtiyatına   malik  olmasıdır. Bu  tələb  hansıdır ?

1- Zənginlik

2-  İfadəlilik

3-  Yığcamlıq

4-  Təmizlik

5-  Münasiblik

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

35.  Bu  amillər  nitqin  sadəliyini  pozur. Verilənlərdən  biri  yanlışdır.

1- Qrammatik  və  üslubi  imkanlardan  istifadə

2-  Sözçülük, cümləpərdazlıq

3-  Qondarma,  təmtəraqlı  söz  və  ifadələrin  işlədilməsi

4-  Anlaşılmayan  söz  və  terminlərin  işlədilməsi

5-  Eyni  fikrin  təkrar- təkrar  ifadəsi

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

36.  Bəzi  natiqlər   nitqinə   söhbətlə, atalar  sözü, ibrətamiz   bir  əhvalatla   başlayır. Bu  cür  

nitqə  nə  ad  vermək  olar ?

1-Orijinal

2-  Sadə

3-  Aydın

4-  Yığcam

5-  Münasib

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

37.  Bu cür nitqdə fikrin ifadəsi üçün bilavasitə tələb olunan söz, ifadə, cümlə və s. tapılıb 

işlədilməlidir.

1-Nitqin dəqiqliyində

2- Nitqin sadəliyində

3- Nitqin ifadəliliyində

4- Nitqin aydınlığında

5- Nitqin təmizliyində

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

38.Ritorik   sual  qoymaq  və  ya  bir   lətifə, gözlənilməz , qəribə  bir  məzhəkə   danışmaqla   

əsl  mətləbə  keçmək  hansı  nitq  formasına  aiddir?

1-Orijinal

2-  Zəngin

51



3-  Yığcam

4-  Münasib

5-  Sadə

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

39.  “ Şəraitə  uyğunluq  gözlənilməzsə, nitq  fikri  ifadə  edə  bilməz ”. Söhbət  nitqin  hansı  

tələbindən  gedir ?

1- Münasiblik

2- Aydınlıq

3-  Təmizlik

4-  Zənginlik

5-  Yığcamlıq

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

40.“Natiq    yığıncaqdamı,  auditoriyadamı   nitq   söyləyir,  mühazirə   oxuyur?  Nəyi   sübut  

etmək  istəyir ?” Mədəni  nitqin  hansı  tələbi  bu  suallar   əsasında  qurulmalıdır ?

1-  Münasiblik

2-  Aydınlıq

3-  Orijinallıq

4-  Zənginlik

5-  Yığcamlıq

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

41. Natiq    nitqində    dinləyənin   kimliyini    nəzərə   almırsa,   onun uşaq, ağsaqqal, tələbə, 

alim   olduğunun   fərqinə   varmırsa   və   yaxud   ixtisasından, təhsilindən, savadından   asılı  

olmayaraq,  onları  bərabər   tutub  nitq  söyləyirsə,  mədəni  nitqin  hansı  tələbini  pozmuş 

olur?

1-  Münasibliyini

2-  Aydınlığını

3-  Təmizliyini

4-  Orijinallığını

5-  Zənginliyini

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

42.  Ton, vurğu, pauza  nəyin  elementləridir ?

1- İntonasiyanın

2- Sintaktik  fiqurların

3-  Məqsədin

4-  Məntiqin

5-  Aforizmin

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

43. Nitqin ifadəliliyində əsas ünsürlərdən biri olan intonasiya haqqındakı fikirlərdən hansı 

düzgündür?

52



1- İntonasiyanın əsas əlaməti dil vahidinin müxtəlif səs tempində, emosional çalarlıqda 

tələffüz edilməsidir.

2- İntonasiya natiqlik sənətində əsas vasitə ola bilməz.

3- Yalnız  intonasiya vasitəsilə cümlə yarana bilməz.

4- Cümlənin müxtəlif tiplərə ayrılmasında intonasiyanın rolu yoxdur.

5- İntonasiya fransız sözü olub, “zəncirvari” deməkdir.

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

44. Verilənlərdən biri intonasiyanın ünsürü deyil.

1-qrammatik formalar

2- vurğu

3- fasilə

4- ritm

5- tembr

A) 1, 2

B) 2, 5

C) 4, 5

D) 3

E) 1

45. İntonasiya haqqında verilən mühakimələrdən yalnız biri düzgündür.

1- İntonasiya latın sözü olub (intonare) “ucadan tələffüz etmək” deməkdir.

2- İntonasiyanın ünsürləri yalnız tembr və ritmdir.

3- İntonasiyanın məqsədlə əlaqəsi yoxdur.

4- İntonasiya yunan sözü olub, “səs tonunun alçalması”dır.

5- İntonasiya cümlənin formalaşmasında elə bir əhəmiyyət daşımır.

A) 1, 2

B) 2, 5

C) 4

D) 2, 4

E) 1

46. Nitqin rabitəli olması üçün tələb olunanları ardıcıllıqla  düzün.

1 - Nitq məzmunca dolğun olmalıdır.

2  -  Hər  hansı  bir  məsələ  barəsində  danışılarkən  müəyyən  məntiqi  ardıcıllığa  riayət 

olunmalıdır

3 - Danışan əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır

4 - Natiqin öz sözü, öz cümləsi olmalı, öz düşüncəsi, üslubu ilə danışmalıdır

A) 1, 2, 3, 4

B) 1, 3, 2, 4

C) 4, 3, 2, 1

D) 3, 1,2,4

E) 1, 3, 4, 2



47. Nitqə verilən tələbləri ardıcıllıqla düzün.

1 -  aydınlıq

2. - zənginlik

3 -  orijinallıq

4 -  təmizlik

5 -  düzgünlük

6 -  sadəlik

7 - yığcamlılıq

A) 3, 2, 1, 4, 7, 6, 5

B) 1, 2, 3, 4, 5, 6, 7

C) 2, 1, 3, 4, 5, 6, 7

D) 1, 7, 4, 5, 2, 6, 3

E) 7, 6, 5, 4, 3, 2, 1



 48.Tabesiz mürəkkəb cümlənin məna əlaqəsinə aid olanları ardıcıl düzün.

1-zaman

53



2-bölüşdürmə

3-ardıcıllıq

4-aydınlaşdırma

A) 2, 3,1,4

B) 1, 3, 2, 4

C) 1, 4, 2,3

D) 2, 3, 4,  1

E) 1, 4, 3, 2

49.Cümlənin  məqsəd  və  intonasiyaya  görə  növlərini  sintaktik  tələffüz  qaydaları  əsasında 

ardıcıl düzün.

1-nida cümlələrinin tələffüzü

2-sual cümlələrinin tələffüzü

3-nəqli cümlələrinin tələffüzü

A) 3, 2, 1

B) 2, 3,1

C) 1, 2,3

D) 2,1, 3

E) 1, 3, 2

50.Mübtəda, tamamlıq,  xəbər, təyin budaq cümlələrini ardıcıl düzün.

1-O insan qalib gəlir ki, mübarizə aparır.

2-Kim oxuyur, qiymət alır.

3-Kim fəaldır, onu irəli çəkirlər.

4-Kim bacarıqlıdır, qalib gələn odur.

A) 2, 4, 1, 3

B) 2, 3,1,4

C) 1, 4, 2,3

D) 2, 3, 4, 1

E) 1, 4, 3, 2

51.Tərzi-hərəkət,  təyin, zaman budaq cümlələrini ardıcıl düzün.

1-Biz şəhərə çatmışdıq ki, yağış yağdı.

2-Elə insan var ki, heç nəyi düşünmür.

3-Şagird elə danışır ki, ağzından od tökülürdü. 

A) 2, 3, 1

B) 2, 3,1

C) 1, 2,3

D) 3, 2, 1

E) 1, 3, 2

52.Sintaksisin tədqiqat obyektinə  aid olanları ardıcıl düzün.

1-mətn

2-cümlə

3-söz birləşməsi

A) 2, 1, 3

B) 2, 3,1

C) 1, 2,3

D) 3, 2, 1

E) 1, 3, 2

53. Məntiqi uyğunluğu tamamla

I – nitqin aydınlığı

II – nitqin təmizliyi

1 - Nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur.

2 - Dinləyici və oxucunun nitqi asanlıqla anlaması və başa düşməsi

3 - Həm şifahi, həm də yazılı nitqdə qrammatik qaydalara əməl etməkdir.

4 - Ədəbi dil normalarına uyğun gəlməyən dil vahidləri nitqdə işlədilməməlidir.

A) I – 2; II – 4

B) I - 2;  II - 1

C) I – 1; II - 4

D) I -  4; II – 1

E) I – 3; II – 4



54. Uyğunluğu tapın.

54



I – F.Köçərli

II – S.P.Çexov

1 - Sözün zahiri zərif, batini lətif olmalıdır

2 -  Sadə və gözəl danışmağı bacarmaq özü bir elmdir

3 - Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq ola biləcək ən ali, nəcib bir 

zövqdən məhrum edirlər

4  -  Bizim  yəqinimizdir  ki,  dili  dolaşıq  şəxsin  fikri  də  dolaşıqdır.  Doğru  və  salamat  fikirli 

adamların kəlamı  həmişə aydın, açıq və düzgün olur

A) I – 4; II – 1

B) I – 1; II – 3

C) I – 3; II – 1, 4

D) I – 2; II - 3

E) I -  4; II – 3



55. Uyğunluğu müəyyən et.

I – Ey insan, danış,  səni tanıyım

II – Hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və ya ağılsız olması məlum 

olmur.

III – Sadə və gözəl danışmağı bacarmaq özü bir elmdir və onun xüsusi qanunları var

IV – Sözün zahiri zərif, batili lətif olmalıdır

V  –  Sözü  ən  gözəl  tərzdə  söyləmək  lazımdır  ki,  həm  söz  anlayan  olasan,  həm  də  söz 

anladasan

1 - “Qobusnamə”

2 - Hz.Əli

3 - Sokrat

4 -  Stanislavski

5 - Latın atalar sözü

A) I – 3; II – 2; III- 4; IV – 5; V -1

B) I – 1; II – 2; III – 3; IV – 4;  V – 5

C) I -2; II – 1; III – 3; IV – 5; V – 4

D) I -4; II – 1; III – 2; IV – 3; V – 5

E) I – 5; II – 4; III – 3; IV – 2; V – 1



56. Uyğunluğu müəyyən edin: 

I – Varlığında danışıq gözəlliyi olmayan adam bu dünyada su və gil palçıq  suvanmış divar 

sürətinə bənzəyir. 

II -  Bacardıqca qısa və mənalı danış, əks halda danışmasan yaxşıdır. 

III – Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyatı-qəlbiyyə oyandıran bir kəlmə!

IV-Güclü hafizəyə, zəngin nitq mədəniyyətinə, qüvvəli  məntiqə sahib olan bu adam! 

V- Dil çirklik sevməz,  zor  və güc də qəbul etməz.

1 - A.Abdullayev

2 - N.Nərimanov

3 - Y.V.Çəmənzəminli

4 - Saib Təbrizi

5 - M.M.Nəvvab

A) I - 4,  II – 2,  III – 3, IV- 1, V-5

B) I - 4,  II – 5,  III – 2, IV- 1, V-3

C) I - 3,  II – 1,  III – 4, IV- 2, V-5

D) I - 2,  II – 1,  III – 4, IV- 5, V-3

E) I - 1,  II – 5,  III – 4, IV- 2, V-3

55

Yüklə 496,16 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə