B) ədəbi dilin yazılı formasının tarixi şifahi formadan daha qədimdir.
C) ədəbi dilin yazılı formasında bağlayıcılara və silsilə mürəkkəb cümlələrə daha çox yer verilir.
D) ədəbi dilin yazılı formasında elmi, texniki, siyasi və digər terminlər çox olur.
E) ədəbi dilin yazılı forması hər hansı məlumatın nəsildən-nəslə keçməsində əsas rol oynayır.
4. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”
ifadəsinin müəllifi kimdir?
A) H.Cavid
B) N.Nərimanov
C) M.F.Axundov
D) H.Əliyev
E) C.Məmmədquluzadə
5. “Mən bir çox dağlar aşdım, Şuşa, Quba və Şamaxı şəhərlərində oldum... azərbaycanca
öyrənməyə başladım...” Bu fikirlərin müəllifi kimdir?
A) M.Y.Lermontov
B) A.Bestujev-Marlinski
C) A.S.Puşkin
D) A.Düma
E) L.Tolstoy
6. Verilən fikirlərdən biri yanlışdır.
A) Ədəbi dil normalara tabedir.
B) Ədəbi dil tarixi hadisədir.
C) Ümumxalq dili ədəbi dilin cilalanmış qoludur.
D) Ədəbi dil xalqın ən nümunəvi ünsiyyət vasitəsidir.
E) Norma düzgün və vahid nitq yaratmağa kömək edir.
7. Bu nitq normalarından biri yalnız şifahi ədəbi dilə aiddir.
A) sintaktik
B) orfoqrafik
C) morfoloji
D) orfoepik
E) leksik
8. “Onun çox yüksək hafizəsi var” cümləsində ədəbi dilin hansı norması pozulub?
A) üslubi
B) sintaktik
C) morfoloji
D) leksik
E) fonetik
9. Orfoqrafiya qaydalarının pozulması nəticəsində baş verən qüsurlar aşağıdakı
hallarda özünü göstərir. Biri yanlış verilmişdir.
A) söz və ifadələrin yerində işlədilməməsində
B) xüsusi isimlərinin yazılışında
C) mürəkkəb sözlərin yazılışında
D) alınma sözlərin yazılışında
E) ixtisarların yazılışında
10. Tarixilik cəhətdən nitq normalarının hansında dəyişmə ləng gedir?
A) hamısında
B) leksik və qrammatik normalarda
C) fonetik və leksik normalarda
D) leksik normalarda
E) fonetik və qrammatik normalarda
11. Sözlərin birində orfoqrafik norma pozulub.
A) fosfat
B) fosvor
C) fotoatelye
D) funikulyor
E) funksional
12. Sözün mənasını yaxşı bilmək və onu düzgün işlətmək hansı nitq normasının
tələbidir ?
A) fonetik
36
B) leksik-fonetik
C) leksik
D) morfoloji
E) qrammatik
13.“Çatışmamazlıq, görməməzlik”sözlərində hansı norma pozulub?
A) leksik
B) sintaktik
C) fonetik
D) morfoloji
E) üslubi
14. Ədəbi dilin tələffüz normalarını şifahi dil üzərində qurmağı kim irəli sürmüşdür ?
A) M. F. Axundov
B) C. Məmmədquluzadə
C) N. Vəzirov
D) Ö. F. Nemanzadə
E) Ü. Hacıbəyov
15. Məntiqi vurğu haqqında deyilmiş fikirlərdən biri düzgün deyil.
A) məntiqi vurğulu söz cümlənin mənaca fərqlənən vahididir.
B) məntiqi vurğulu söz yalnız xəbərin əvvəlində gəlməlidir və sabit vurğudur.
C) məntiqi vurğulu söz danışanın məqsədini qabarıqlaşdıran vahiddir.
D) məntiqi vurğu nitqdə məna dəqiqliyi, məqsədin anlaşılması deməkdir.
E) məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərinə düşəndə xüsusi məna çaları əmələ
gətirir.
16. Məntiqi vurğunun müəyyənləşdirilməsi üçün göstərilən qaydalardan biri yanlışdır.
A) ki ədatı ilə işlənən sözlər məntiqi vurğu tələb etmir.
B) cümlədə həmcins üzvlərin hər biri məntiqi vurğu qəbul edir.
C) umumiləşdirici sözlər məntiqi vurğu ilə deyilir.
D) xitablar məntiqi vurğulu olur.
E) xüsusiləşmələr məntiqi vurğu ilə oxunur.
17. Bunlardan biri məntiqi vurğulu sözün göstərilməsində istifadə olunan qrafik üsula
aid deyil.
A) məntiqi vurğulu sözün dırnaqda göstərilməsi
B) fərqləndirilən sözün seyrək xətlə göstərilməsi
C) məntiqi vurğulu sözün xəbərin əvvəlinə keçirilməsi
D) məntiqi vurğulu sözün altından xətt çəkilməsi
E) sözün xüsusi kursivlə verilməsi
18. Məntiqi vurğunun müəyyənləşməsinə aid qaydalardan biri düzgün deyil.
A) Sual cümlələrindəki sual ədatları ilə işlənən sözlər məntiqi vurğu tələb etmir.
B) Da, də bağlayıcıları ilə işlənən sözlər məntiqi vurğu ilə tələffüz olunur.
C) Sual cümlələrindəki sual əvəzlikləri məntiqi vurğulu olur.
D) Qarşılaşdırılan zidd mənalı sözlər məntiqi vurğulu olur.
E) Tərzi -hərəkət zərfləri çox vaxt məntiqi vurğulu olur.
19. Əgər cümlədə məntiqi vurğunu göstərmək üçün qrafik və leksik vasitələr
yoxdursa , məntiqi vurğulu söz hansı olur ?
A) təyindən əvvəlki söz
B) zərflikdən əvvəlki söz
C) mübtədadan əvvəlki söz
D) xəbərdən əvvəlki söz
E) tamamlıqdan əvvəlki söz
20. Bunların ikisi ədəbi tələffüzün məzmununda xüsusi əhəmiyyət daşıyır.
1- vurğu, intonasiya
2- vurğu, leksik məna
3- intonasiya, tembr
4- tembr, vurğu
5- diksiya, leksik məna
A) 1, 2
B) 2, 5
C) 4, 5
D) 3, 4
37