İnformatika və onun predmeti. İnformasiya anlayış, xassələri, ölçü vahidləri



Yüklə 0,87 Mb.
tarix19.02.2023
ölçüsü0,87 Mb.
#101126
Muhazire 1.İnformatika və onun predmeti


  1. İnformatika və onun predmeti. İnformasiya anlayış, xassələri, ölçü vahidləri

  • İnformatikanın əsas anlayışları. İnformatika elminin obyekti, predmeti.

  • İnformasiya anlayışı. İnformasiyanın xassələri

  • İnformasiyanın ölçü vahidləri. İnformasiya prosesləri.

  • Informasiyanın alınması istifadəsi metodları

1.S.Q.Kərimov, S.B.Həbibullayev, T.İ.İbrahimzadə “İnformatika.” Bakı- 2011. Səh.10-13


2.V.B.Müslümov,Ə.Ə.Əliyev,S.B.Həbibullayev,Y.B.
Sərdarov.”İnformatika.” Bakı- 2016. Səh.11-20
İnformatika fənni informasiyanın toplanması, saxlanması, işlənməsi (emalı), ötürülməsi və bu proseslərdə istifadə edilən kompüterlər və digər qurğuları öyrənir.
İnformatikanın üç əsas tərkib hissəsi vardır:

  1. Texniki təminat – EHM-lar və qurğular (Hard Ware);

İnformasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi üçün istifadə edilən EHM-ları, digər qurğular, onların iş prinsipi, quruluşu və s. öyrənilir.

  1. Proqram təminatı- (Soft Ware);

İstifadə edilən qurğuların idarə olunması, əlaqələndirilməsi, informasiya emalı ilə əlaqədar proseslərin yerinə yetirilməsi və qoyulmuş məsələlərin həlli proqramları öyrənilir.

  1. Alqoritmlər və məsələnin EHM-də həlli üçün nəzəri üsullar (Brain Ware).

İnformatika” termini ilk dəfə XX əsrin 60-cı illərində fransız mütəxəssisləri tərəfindən istifadə edilmişdir. Bu termin “informasiya” və “avtomatika” sözlərinin birləşdirilməsindən alınmışdır.
Avtomatika sözü hərfi mənada “özü-özünə yeriyən”, “özü-özünə yerinə yetirilən”mənasını verir. Burada isə avtomatika dedikdə proseslərin avtomatlaşdırılması başa düşülür. Əslində hər hansı prosesin yerinə yetirilməsi əsasən üç üsuldan biri ilə yerinə yetirilə bilər. Bu üsullar əl əməyinin tətbiqi, mexanikləşdirilmiş proses və avtomatlaşmış prosesdir. Birinci hal məlumdur. Mexanikləşdirilmiş prosesin yerinə yetirilməsində mexaniki qurğu və vasitələr tətbiq edilir. Bu isə işin icrasında əl əməyinin olmasına şərait yaradır. Avtomatlaşdırılmış proseslərdə isə əl əməyindən ya ümumiyyətlə istifadə edilmir,ya da ondan istifadə cüzi olur. Beləliklə, avtomatika dedikdə hər hansı prosesi yerinə yetirə bilən elektron qurğu və vasitələr yığımı nəzərdə tutulur.
İnformasiya termini latınca “informatio” sözündən götürülmüş və obyekt, hadisə, fakt haqqında məlumat, xəbər verilməsi, nəyinsə izah edilməsi deməkdir.
Qeyd etmək lazımdır ki, hal-hazırki dövrdə ingilis dilli dünya ölkələrinin əksaəriyyətində “informatika” fənni “kompüter elmi” (komputer science) fənni kimi adlandırılır.
İnformasiya ümumilikdə götürüldükdə mücərrəd məhfumdur. İnformasiya təsvir edilmiş məlumatdır. Başqa sözlə məlumatın informasiya olması üçün o, tədqiq edilən obyekt və ya proses haqqında təsəvvür yaratmalı, ya da mövcud təsəvvürləri genişləndirməlidir. Əgər məlumat obyekt və ya proses haqqında yanlış təsəvvür yaradırsa ona yanlış informasiya və ia dezinformasiya deyilir.
İnformasiya mənbəyi canlı varlıq, yaxud texniki qurğu ola bilər. Kodlaşdırıcı qurğu alınan informasiyanı ötürülmə və əks etdirmə üçün əlverişli formaya çevirir. Rabitə kanalından keçən informasiya dekodlaşdırıcı qurğuya düşür və burada qəbul edənin başa düşdüyü formaya çevrilir.
İnformasiyanın ötürülməsi aşağıdakı sxem üzrə aparılır:


İnformasiya

mənbəyi


Kodlaşdı-rıcı qurğu




Rabitə kanalı




Dekodlaşdırıcı qurğu




İnformasiya qəbul edən

































Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə