AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
İNFORMASİYA-BİBLİOQRAFİYA ŞÖBƏSİ
20 YANVAR- ŞƏRƏF VƏ QÜRUR GÜNÜMÜZ
Biblioqrafik icmal
BAKI – 2016
20 Yanvar- Şərəf və Qürur Günümüz!
(Ümumxalq hüzn günü ilə əlaqədar icmal)
Tarixdə elə hadisələr olur ki, baş verən kimi
tarix olur. Öz adıyla, öz ünvanıyla qırmızı və ya
qara xətlə tarix səhifəsinə, eləcə də xalqın qan
yaddaşına həkk olunur. Azərbaycan tarixinin belə
səhifələrindən biri 1990-cı ildə erməni-rus hərbi
birləşmələrinin xalqınıza qarşı xüsusi amansızlıqla
törətdiyi 20 Yanvar faciəsidir. Bəs əslində həmin
gecə nə baş vermişdi?
Yanvarın 20-də qanlı sovet rejimi Azərbaycan
xalqına qarşı əvvəlcədən düşünülmüş və plan-
laşdırılmış dəhşətli qırğın aktı həyata keçirdi. Dinc
əhaliyə qarşı tarixdə misli görünməmiş cinayət
törədildi: dövlət öz vətəndaşlarına - əliyalın mülki
əhaliyə, o cümlədən uşaqlara, qadınlara, qocalara
silah qaldırdı. Ən adi və qanuni hüquqlarının
pozulmasına - müqəddəs Vətən torpağı olan Dağlıq
Qarabağın zorla əlindən qoparılıb alınmasına dinc yolla etiraz edən əhaliyə
qəddarcasına divan tutuldu. Azərbaycanın paytaxtında və rayonlarda qan su yerinə
axıdıldı. Bu dəhşətli hərbi cinayəti həyata keçirməzdən bir neçə gün əvvəl DTK-nın
təxribat maşını işə salındı, «xüsusi hazırlıq işləri» görüldü: xəstəxanalar boşaldıldı,
Bakıda xidmət edən rus zabitlərinin ailələri ölkədən çıxarıldı. Milliyyətcə rus olan
əhalinin nümayəndələri ölkəni tərk etməyə başladı, süni surətdə «rus qaçqınları»
problemi yaradıldı. Rəsmi dairələr kütləvi informasiya vasitələri ilə çıxış edib xalqı
aldatdılar ki, Bakıya heç bir ordu hissələri yeridilməyəcək. Qırğından bir neçə saat
əvvəl isə Azərbaycan televiziyasının enerji bloku rus hərbçiləri tərəfindən partladıldı.
Xalqın ölkə daxilində və xarici aləmlə informasiya əlaqəsi kəsildi. Və əvvəlcədən heç
bir xəbərdarlıq edilmədən, qəflətən Yanvarın 19-dan 20-nə keçən gecə Qorbaçovun
göstərişi, güc nazirləri Yazov, Bakatin və Kryuçkovun bilavasitə başçılığı ilə
müxtəlif növ ordu hissələri Bakıya yeridildi. Kommunist diktaturası 1956-cı ildə
Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı
törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da
həyata keçirdi. Lakin bu beynəlxalq cinayət öz qəddarlığına görə kommunist
diktaturasının bütün əvvəlki cinayətlərindən fərqlənirdi. Fərq onda idi ki,
Azərbaycana göndərilən peşəkar cəza dəstələrinin tərkibinə Stavropol, Krasnodar,
Rostov və başqa yerlərdən səfərbərliyə alınan erməni əsgər və zabitləri,
Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni
kursantlar da daxil edilmişdi. Beləliklə, Rusiya imperiyasının və çarizmin milli
münaqişələr və qırğınlar törətmək sahəsindəki «zəngin» tarixi təcrübəsi də 1990-cı
ilin 20 yanvarında Azərbaycan xalqına qarşı törədilən qırğın zamanı, bütünlüklə
nəzərə alınmışdı. İşğalçı sovet ordusu Bakı qırğını zamanı bir sıra taktiki «yeniliklər»
də tətbiq etdi. Zirehli hərbi texnikanın müşayiəti ilə həyata keçirilən bütün hücum
istiqamətlərində qəflətən işıqlar söndürüldü. Öz dövlətindən güllə yağışı gözləməyən
və buna görə də çaşqın vəziyyətə düşən əhali projektorların işıqları altında gülləbaran
edildi, xalqa xüsusi amansızlıqla divan tutuldu. Nömrəsiz tanklar, zirehli maşınlar
birbaşa kütlələrin üzərinə sürüldü. Başlarına xüsusi maskalar keçirmiş quduzlaşmış
cəza dəstələri ən adi beynəlxalq hüquq normalarına belə məhəl qoymadan qadınları,
uşaqları, qocaları, özlərini yaralıların köməyinə yetirən ağ xalatlı tibb işçilərini, təcili
yardım maşınlarını, eyvanlara çıxan, pəncərədən baxan dinc əhalini, xəstəxanaları,
hətta uşaq xəstəxanasını da atəşə tutdular. Əliyalın əhali istifadəsi qadağan edilən və
xüsusi dağıdıcı qüvvəyə malik olan güllələrlə güllələndi. Küçələri, meydanları tərk
edib gedən əhalini arxadan gülləyə basdılar. Bu ağır cinayətin izini itirmək və yaralı
şahidlərin sağ qalmasına yol verməmək üçün can üstündə olanlar da süngüdən
keçirildi, tankların, zirehli maşınların altına salınıb əzildi və tələsik yığılıb gizlədildi.
Yanvarın 19-dan 20-nə keçən gecə səhərədək Bakı küçələrində qırğın davam
etdirildi, qan su yerinə axıdıldı. Yalnız cinayət başa çatdırıldıqdan sonra - ertəsi gün
fövqəladə vəziyyət barədə fərman elan edildi. Bu fərman hərbi radiostansiya
vasitəsilə xalqa elan olunarkən artıq öz qanlı «missiyasını» başa çatdırmış cəza
dəstələri tələm-tələsik Bakıdan çıxarılmış, şəhərə yeni nizami ordu hissələri
yeridilmişdi. Bütün gecəni həyata keçirilmiş cinayətin izini itirmək üçün 20 yanvar
günü əhaliyə küçəyə çıxmaq qadağan olundu, xalqın guya orduya müqavimət
göstərdiyini «sübut etmək» üçün, həm də əhalini vahimədə saxlamaq məqsədilə
hərbçilər tərəfindən süni atışmalar təşkil edildi. Həlak olmuş qohum- əqrabasını,
yaralılarını, itkin düşənlərini axtarmaq üçün küçələrə çıxmış, stress vəziyyətində olan
sarsılmış vətəndaşlar günün günorta çağı güllələndilər..
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri
amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət
elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər
öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də
Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika
rayonlarında 131 nəfər (119 azərbaycanlı, 3 yəhudi, 3 tatar, 6 rus) öldürülmüş, 744
nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən
200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı
güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.
Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri
və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası
kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalan-
mışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan
xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir
edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Lakin xalqlar həbsxanası olan
imperiyanın bu azğınlığı xalqımızın gözünü qorxutmadı. Azərbaycanın qəhrəman
övladları tarixə daha bir qəhrəmanlıq səhifəsini öz qanları ilə yazdılar. İllər keçəcək
xalqımız tarixin bu şərəfli səhifəsini həmişə fəxr və qürur hissi ilə yad edəcək.
Kitabxanalarda da hər il Qanlı Yanvar hadisələri ilə bağlı bir sıra kütləvi
tədbirlər keçirirlər. Tədbirləri keçirməkdə əsas məqsəd oxucularda vətəndaşlıq
hisslərinin tərbiyə edilməsi, tarixin ən mühüm hadisələri haqqında məlumat-
landırılması, ermənilərin işğalçılıq siyasətinin açıqlanması, torpaqlarımızın işğalının
məhz 20 yanvardan başlanması haqqında məlumat verməkdir.
Bu məqsədilə 20 Yanvar faciəsinə gair kitabxanamızın fondunda olan kitablardan
bir neçəsinin icmalı :
1.
Əliyev, Heydər Əiirza oğlu. 20 Yanvar faciəsinə tam
siyasi-hüquqi qiymət verilməlidir / Əliyev, Heydər Əlirza oğlu.
Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublər,
müsahibələr / H. Ə. Əliyev; bur. məsul R. Ə. Mehdiyev. 1-ci
kitab: iyun 1993- may 1994.- Bakı: Azərnəşr, 1997.- S.326-333.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu
Əliyevin çoxcildlik əsərlərinin birinci cildinə bu dahi şəxsiyyətin
xalqın istəyi və xahişi ilə yenidən ölkə rəhbərliyinə gəldiyi 1993-
cü ilin iyunundan 1994-cü ilin may ayına qədər dövrdəki
çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və s. toplanmışdır. Bu
materiallarda ölkəmizin həmin dövrünün ictimai-siyasi həyatında baş vermiş
mürəkkəb proseslər müdrikliklə, obyektiv şəkildə təhlil olunur. Böyük siyasi-tarixi
və elmi-nəzəri əhəmiyyət kəsb edən kitabda müstəqilliyin qorunub saxlanılmasının,
inkişaf etdirilməsinin dahiyanə praktiki təcrübəsi əksini tapmış, milli dövlət
quruculuğu prosesinin başlıca istiqamətləri dəqiqliklə və uzaqgörənliklə
müəyyənləşdirilmişdir.
Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin bu
cildində 12 yanvar 1994-cü il tarixdə 20 Yanvar faciəsinin 4-cü ildönümü ilə bağlı
tədbirlərin hazırlanması və keçirilməsi üzrə Dövlət Komissiyasının iclasındakı tarixi
əhəmiyyətli çıxışı ilə da bu cilddə yer alıb.
2. Mehdiyev Ramiz. Mehdiyev, Ramiz Ənvər oğlu.
Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri = Реалии
геноцида азербайджанцев = The reality of the genocide of
Azerbaijan people / R. Ə. Mehdiyev ; məsul red F. H.
Abdullazadə. - Bakı : [n. y.], 2000. - 204,[38] s. : foto ; 22 sm. -
Azərbaycan, rus və ingilis dillərində. - 2000 экз. - (cildli) :
25000 man.
R.Ə.Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri"
adlı qiymətli araşdırmasında 20 Yanvar qırğınının tarixi, bu
dəhşətli cinayətin sosial-siyasi kökləri obyektiv elmi mövqedən işıqlandırılır. Əsərdə
20 Yanvar cinayətinin bir sıra məqamları: faciə ilə bağlı hüquqi sənədlər, 1990-cı il
20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın daimi nümayəndəliyində 1990-cı il
yanvarın 21-də keçirilmiş yığıncaqda Heydər Əliyevin çıxışı və 20 Yanvar faciəsini
əks etdirən şəkillər toplanıb.
3. Bir batalyonun tarixi : hadisələr, insanlar, faktlar: sənədli
povest / Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, "Cəzaçəkmiş
qadınların cəmiyyətə qayıdışı" İctimai Birlik QHT ; tərt.-müəl. Ə.
Eyvazov, ön sözün müəl. E. S. Şükürova, elmi red. L. A.
Məmmədova, red.: Y. Sadıqlı, X. İ. İsmayılova, S. Ə. Abbasov.-
Bakı: Nurlar, 2010.- 186 s.
Kitabda Ümummilli lider Heydər Əliyevin 1993-cü il 2 noyabr tarixində xalqa
müraciətindən sonra təşkil olunmuş Quba-Qusar könüllülərindən ibarət batalyonun
yaranması və erməni təcavüzkarlarına qarşı apardıqları döyüşlərdən bəhs olunur.
Kitabda həmçinin1990-cı il 20 Yanvar hadisələri zamanı şəhid olan quballılar
haqqında mılumatlar da öz əksini tapıb.
4. Ələkbərzadə Mehriban. 1990-cı il / Ələkbərzadə Mehriban.
Tarixin bir günü və ya günün tarixi.- Bakı: Təhsil nəşriyyatı, 2005.-
S.37-42.
Tanınmış yurnalist-tədqiqatçı M.Ələkbərzadənin bu kitabı
müəllifin son illərdə SPACE televiziyasında getmiş, böyük ictimai,
elmi-ideoloji maraq doğuran film-lərin ssenari-mətnləri əsasında
hazırlanmışdır. Kitabda Azərbaycanın ən yeni ta-rixinin bir sıra
məqamları barədə yeni mənbələrə dayanaraq geniş elmi-publisistik
şərhlər verilir. Belə şərhlərdən biri də xalqımızın qəhrəmanlıq və igidlik səhifəsi
olan 1990-cı il 20 Yanvar faciəsi haqqında verilən şərhdir. Jurnalistin kitabında
1990-cı ilin yanvar ayında baş verənlərli bilmək üçün bu kitaba müraciət edə
bilərsiniz.
5. XX əsr Azərbaycan tarixi. İki cilddə. II cild: dərslik.- Bakı: Təhsil, 2009.-560s.
Dərslikdə XX əsrin əvvəllərində ölkəmizdə kənd təsərrüfatı və sənayenin inkişafı,
hökumətin verdiyi aqrar qanunlar, çarizmin köçürmə, həmçinin milli qırğın siyasəti,
siyasi partiyaların və siyasi təşkilatların yaranması, 1918-1920-ci illərdə fəaliyyət
göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti, onun daşnak-bolşeviklər tərəfindən
devrilməsi, bolşevik ağalığı dövründə Azərbaycanda baş vermiş faciələr, 20-30-cu
illərin repressiyaları, Vətən müharibəsində Azərbaycanın iştirakı əhatə olunmuşdur.
XX əsrin son 30 ilinə xüsusi yer verilmişdir. SSRİ-nin dağılması, Azərbaycanda
dövlətçiliyin bərpası, Qarabağ düyünü, Heydər Əliyevin hakimiyyətə qayıdışı, onun
prezidentliyi dövründə daxili və xarici siyasət kitabda hərtərəfli işıqlandırılmışdır.
Kitabın “Azadlıq hərəkatını boğmaq cəhdləri. Qanlı yanvar” bölməsində Azər-
baycanda azadlıq hərəkatının vüsət alması, Xalq Cəbhəsinin təşkilatlanması,
və1990-cı il 20 Yanvar hadisələri haqqında rəsmi məlumatlarla tanış ola bilərsiniz .
6. Tapdıqoğlu Nazim. Azərbaycan faciələrinin təqvimi.- Bakı:
Ərgünəş, 2011.- 316 s.
Son dərəcə qiymətli, tədqiqat səviyyəli bu kitabda başı tarixən min
bir bəlalar çəkmiş Azərbaycanın ayrı-ayrı illərdə üzləşdiyi fəlakət
və faciələrin təqvim tarixləri toplanmışdır. Kitabda təqvimin
xronoloji ardıcıllıqla düzülən hər bir gününün müxtəlif faciəli
hadisələri əks olunmuşdur. Müəllif hər bir təqvim gününün
Azərbaycan xalqı üçün faciəvi xarakter daşıdığını sübut etməyə çalışmış və buna
demək olar ki, nail olmuşdur. Gərgin axtarışlar nəticəsində araya-ərsəyə gətirilən və
geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabda 20 Yanvar faciəsi də təqvim
tarixinə uyğun yerləşdirilib.
7. İsrafilzadə, Əlisahib Qiyas oğlu. Erməni-daşnak faşizmi və
Azərbaycan : bədii publisistika . - Bakı : Təhsil, 2007. - 412 s.
Müəllif bu kitabında amansızlığı və xüsusi qəddarlığı ilə seçilən
şovinist və militarist, Azərbaycan türkünün varlığına qənim
kəsilmiş erməni-daşnak faşizminin, onun aparıcı siyasi qüvvəsi
olan daşnak ideologiyasının qatı faşist mahiyyətindən bəhs edir.
Qeyri-insani məziyyətlərini tam çılpaqlığı ilə açıb göstərir.
Erməni-daşnak faşistlərinin, onun silahlı birləşmələrinin, terror
qruplarının, təxribatçı dəstələrinin XIX və XX əsrlərdə, xüsusilə son 100 ildə
Azərbaycan türkünə qarşı apardıqları ardıcıl və məqsədyönlü soyqırımı və etnik
təmizləmə siyasətinin vəhşiliyindən söz açır.
Kitabın “20 Yanvar Bakı qırğınında erməni-daşnak izi” bölməsində faciənin baş
verməsində yenə də Rusiyanın işğalçılıq siyasətinin erməni-daşnak faşistlərinin
çirkin, məkrli niyyətləri ilə uzlaşdığı və üst-üstə düşdüyündən bəhs olunur. Ətraflı
məlumat almaq üçün bu kitab dəyərli mənbədir.
8. Əliyev, Əli. Əlincə yaddaşı.- Bakı: Elm və həyat, 2004.-
316 s.
Ötən əsrin canlı tarixi olan Əli Əliyevin bu kitabı Naxçıvan
timsalında bütövlükdə Azərbaycanın istiqlal uğrunda mübarizə
həyatını özündə əks etdirir. Geniş oxucu kütləsi üçün nəzərdə
tutulan, ali və orta təhsil məktəblərində tariximizə xüsusi maraq
göstərən şagird və tələbələr üçün nəzərdə tutulan kitabın “Qanlı
Yanvara doğru” bölməsində 20 Yanvar faciəsinin baş verdiyi ictimai-siyası vəziyyət,
qırğına aparan yol təfərrüatı ilə şərh olunub. XX əsrin canlı tarixi adlanan müəllifin
bu kitabı 20 Yanvar hadisələrini araşdırmaq üçün dəyərli məlumat mənbəyidir.
9. Zülfüqarlı M.P. Azərbaycan tarixi: İkinci respublika dövrünün tarixşünaslığı.-
Bakı: Çaşıoğlu nəşriyyatı.-312 s.
Monoqrafiya 27 aprel 1920- 18 oktyabr 1991-ci illərdə mövcud
olmuş Azərbaycan SSR-in ictimai-siyasi tarixinin sovet
tarixşünaslığının tədqiqinə həsr olunmudur. Kitabda sovet
tarixşünaslığı xarici ölkə və müstəqil Azərbaycan Respublikası
tarixçilərinin əsərləri ilə müqayisəli şəkildə təhlil edilmiş, onun
nöqsanları və müsbət cəhətləri elmi şəkildə əsaslandırılmışdır.
Azərbaycanın XX əsr tarixinin ən mürəkkəb və ziddiyyətli
dövrlərindən biri olan 1920-1991-ci illəri əhatə edən İkinci
Respublika dövrünün ən qanlı-qadalı 20 Yanvar faciəsi, onun xronologiyası və
törənmə səbəbləri də kitabda geniş şərh olunmuşdur.
10. Qaraoğlu, Fazil. Ermənilər və həqiqətlər : rəsmi
sənədlərlə / F. Qaraoğlu. III cild / red.: N. Mehdiyeva, B.
Abdullayev. - Bakı : Nurlar NPM, 2009. - 344 s.
:
F. Qaraoğlunun kitabının bu cildində Dağlıq Qarabağ proble-
minin ermənilər tərəfindən uydurulmuş olması, ermənilərin
azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, 20 yanvar hadi-
səsi, Xocalı soyqırımı tarixi dərinliklərə gedilərək incələnib
müəllifin şərhləri ilə oxucuların diqqətinə çatdırılır. Kitabda
20 Yanvar və Xocalı faciəsini, eləcə də Ermənistanın
Azərbaycana qarşı işğalçı müharibəsinin yaratdığı vəhşilikləri
əks etdirən fotoşəkillər verilmişdir.
Mən bu gün Sizə 20 Yanvar faciəsi ilə əlaqədar kitabxanamızın fondunda olan
kitabların ancaq bir qismi haqqında məlumat verdim. Daha çox məlumat əldə etmək
istəsəniz kitabxanamızın xidmətindən istifadə edə bilərsiniz.
İcmalçı: İnformasiya-biblioqrafiya şöbəsinin
böyük kitabxanaçısı Məmmədova Tamella
19.01.2016-cı il
Dostları ilə paylaş: |