+Imtahan testi


Dəmir-karbon faza tarazlıq sistemində peritektika faza çevrilməsi nəticəsində yaranan bərk məhlulu göstərin



Yüklə 0,54 Mb.
səhifə3/5
tarix02.01.2018
ölçüsü0,54 Mb.
#19454
1   2   3   4   5

179. Dəmir-karbon faza tarazlıq sistemində peritektika faza çevrilməsi nəticəsində yaranan bərk məhlulu göstərin:

A) austenit;

B) ferrit;

C) ledeburit;

D) perlit;

E) martensit;



180. Austenitin yüksək sürətlə soyudulması nəticəsində yaranan bərk məhlulu göstərin:

A) martensit;

B) ferrit;

C) ledeburit;

D) perlit;

E) austenit;



181. Tablama zamanı poladın xassələri necə dəyişir?

A) möhkəmliyi artır, plastikliyi azalır;

B) möhkəmliyi azalır;

C) plastikliyi artır;

D) dəyişmir;

E) kövrəkliyi azalır;



182. Tabalma və tabəskiltmə zamanı poladın xassələri necə dəyişir?

A) möhkəmliyi azalır, plastikliyi artır;

B) möhkəmliyi artır;

C) plastikliyi azalır;

D) dəyişmir;

E) kövrəkliyi artır;



183. Döyənəkləmə metallara edilən hansı tip təsirlərə aiddir?

A) mexaniki;

B) kimyavi;

C) termik;

D) elektrik;

E) maqnit;



184. Poladların səth təbəqəsində aparılan kimyavi-termik emal zamanı istifadə olunan elementlər:

A) karbon, azot;

B) mis;

C) kobalt;

D) nikel;

E) volfram, molibden;



185. Tərkibində 5% karbon olan poladların kristallaşması zamanı sementit hansı fazadan ayrılır?

A) mayedən;

B) ferritdən;

C) austenitdən;

D) martensitdən;

E) perlitdən;



186. Tırkibində 1,5% karbon olan poladların kristallaşması zamanı sementit hansı fazadan ayrılır?

A) austenitdən;

B) ferritdən;

C) mayedən;

D) martensitdən;

E) perlitdən;



187. Tırkibində 0,5% karbon olan poladların kristallaşması zamanı sementit hansı fazadan ayrılır?

A) ferritdən;

B) austenitdən;

C) mayedən;

D) martensitdən;

E) perlitdən;



188. Metalşunaslıq elmi öyrənir:

A) metalların xasələrini, strukturunu, tərkibini və onlar arasındakı qanunauyğunluqları;

B) yalnız xassələrini;

C) yalnız strukturunu

D) kimyavi tərkibini;

E) yalnız faza çevrilmələrini;



189. Metalların faza tarazlıq diaqramı:

A) materialların tərkibi və trmperaturu arasındakı asılılığın qrafik göstəricisidir;

B) faza keçididir;

C) xassələrin temperaturdan asılılğıdır;

D) kimyavi tərkibin dəyişməsidir;

E) xassələrin kimyavi tərkibdən asılılıq qrafikidir;



190. Martensit hansı termik prosesin nəticəsində yaranır?

A) tablama;

B) tabalma;

C) tabəskiltmə;

D) kimyavi-termik;

E) termo-mexaniki;



191. Metalların səthlərinin sementləşdirilməsi və azotlaşdırılması prosesini göstərin:

A) kimyavi-termik emal;

B) termik emal;

C) mexaniki emal;

D) termo-mexaniki emal;

E) kimyavi emal;



192. Materialların real quruluşunun ideal quruluşundan əsas fərqi:

A) quruluşun defektli olması;

B) kimyavi tərkibi;

C) ərimə temperaturu;

D) polikristal olması;

E) monokristal olması;



193. Neçə Brave qəfəsi var?

A) 14;


B) 8;

C) 12;


D) 7;

E) 32;


194. Brave qəfəsləri neçə sinqoniyada birləşir?

A) 7;


B) 14;

C) 6;


D) 32;

E) 4;


195. Hansı komponentlər arasında eftektoid tip bərk məhlul yarana bilər?

A) allotropik modifikasiyası olan;

B) komponentlərdən biri kimyavi birləşmə olan;

C) üçkomponentli sistemlərdə;

D) dördkomponentli sistemlərdə;

E) polimorf olmayan;



196. Karbonun austenitdə maksimal miqdarı:

A) 2,14%;

B) 4,3%;

C) 0,02%;

D) austenitdə karbon yoxdur;

E) 0,8%;



197. Karbonun austenitdə maksimal miqdarı hansı temperaturda mümkündür?

A) 1147°C;

B) 911°C;

C) 1347°C;

D) 1539°C;

E) 1392°C;



198. Karbonun ferritdə maksimal miqdarı:

A) 0,02%;

B) 2,14%;

C) 4,3%;

D) ferritdə karbon yoxdur;

E) ferritdə karbon qeyri-məhdud həll olur;



199. Karbonun ferritdə maksimal həllolma temperaturu:

A) 727°C;

B) 911°C;

C) 1347°C;

D) 1539°C;

E) 1392°C;



200. Ferromaqnit metalları göstərin:

A) Cu,Fe,Ni;

B) Se,Te;

C) Fe,Co;

D) Au,Ag;

E) Al;


201. Qeyri metalları göstərin;

A) Se,Te;

B) Cu,Fe,Ni;

C) Fe,Co;

D) Au,Ag;

E) Al;


202. Yüngül metalı göstərin:

A) Al;


B) Cu,Fe,Ni;

C) Fe,Co;

D) Au,Ag;

E) Se,Te;



203. Qara metalları göstərin;

A) Fe,Co;

B) Cu,Fe,Ni;

C) Al;


D) Au,Ag;

E) Se,Te;



204. Əlvan metalları göstətin:

A) Cu,Au,Ag;

B) Cu,Fe,Ni;

C) Al;


D) Fe,Co;

E) Se,Te;



205. NaCl kristalında hansı tip kimyavi əlaqə mövcuddur?

A) ion;

B) kovalent;

C) polyar;

D) metallik;

E) polyar və metallik;



206. H2, N2, CO2, H2O kristal (bərk) halında olan bu maddələrdə hansı tip kimyavi əlaqə mövcuddur?

A) polyar;

B) kovalent;

C) ion;

D) metallik;

E) polyar və metallik;



207. Almazda hansı tip kimyavi əlaqə mövcuddur?

A) kovalent;

B) polyar;

C) ion;

D) metallik;

E) polyar və metallik;



208. Kimyavi rabitənin hansı tipində materiallarda elektrik keçiriciliyi daha yüksəkdir?

A) metallik;

B) polyar;

C) ion;

D) kovalent;

E) polyar və metallik;



209. Metallar elektrik keçiriciliyinə malikdir.Bunu nə ilı izah etmək olar?

A) sərbəst elektronların varlığı ilə;

B) kristallik quruluşu ilə;

C) sıxlığı ilə;

D) atom çəkisi ilə;

E) möhkəmliyi ilə;



210. Həcməmərkəzləşmiş kubik qəfəsdə olan atomlar qəfəsin həcminin neçə faizini tutur?

A) 68;


B) 55;

C) 74;


D) 82;

E) 38;


211. Səthəmərkəzləşmiş kubik qəfəsdə olan atomlar qəfəsin həcminin neçə faizini tutur?

A) 74;


B) 55;

C) 68;


D) 82;

E) 38;


212. Dəmirin maqnit çevrilməsi zamanı hansı kristallik qəfəs yaranır?

A) kristallik qəfəs dəyişmir;

B) kubik;

C) heksoqonql;

D) rombik;

E) tetroqonal;



213. Plastik deformasiya nəticəsində materialların möhkəmlənməsi necə adlanır?

A) döyənəklənmə;

B) tabalma;

C) tablama;

D) tabəskiltmə;

E) mexaniki emal;



214. Poladın qızdırılması zamanı perlit nəyə çevrilir?

A) austenitə;

B) sementitə;

C) ledeburitə;

D) martensitə;

E) ferritə;



215. Tərkibində 0,8% karbon olan poladın soyudulması zamanı austenit nəyə çevrilir?

A) perlitə;

B) yalnız sementitə;

C) ledeburitə;

D) yalnız martensitə;

E) yalnız ferritə;



216. Poladın sürətli soyudulması zamanı austenit nəyə çevrilir?

A) martensitə;

B) sementitə;

C) ledeburitə;

D) perlitə;

E) ferritə;



217. Austenit martensitə çevrilən zaman hansı tip kristallik qəfəs yaranır?

A) həcməmərkəzləşmiş kubik;

B) rombik;

C) heksoqonql;

D) kristallik qəfəs dəyişmir;

E) tetroqonal;



218. Martensitdə karbon dəmirlə hansı məhlul əmələ gətirir?

A) ifrat doymuş bərk məhlul;

B) kimyabi birləşmə;

C) tam nizamlanmış;

D) natamam nizamlanmış;

E) Yum-Rozeri aralıq faza;



219. Cu-Au tam niazamlanmış bərk məhlulun kristallik qəfəsinin bazis ədədini göstərin:

A) 4;


B) 2;

C) 7;


D) 1;

E) 3;


220. Cu-Au natamam niazamlanmış bərk məhlulun kristallik qəfəsinin bazis ədədini göstərin:

A) 4;


B) 2;

C) 7;


D) 3;

E) 1;


221. Cu-Au tam niazamlanmış bərk məhlulun kristallik qəfəsinin koordinasiya ədədini göstərin:

A) 12;


B) 2;

C) 7;


D) 3;

E) 1;


222. Cu-Au natamam niazamlanmış bərk məhlulun kristallik qəfəsinin koordinasiya ədədini göstərin:

A) 12;


B) 2;

C) 7;


D) 3;

E) 1;


223. Cu3Au hansı tip kristallik qəfəsə malikdir?

A) səthəmərkəzləşmiş kubik;

B) rombik;

C) heksoqonql;

D) həcməmərkəzləşmiş kubik;

E) tetroqonal;



224. CuAu hansı tip kristallik qəfəsə malikdir?

A) səthəmərkəzləşmiş kubik;

B) rombik;

C) heksoqonql;

D) həcməmərkəzləşmiş kubik;

E) tetroqonal;



225. Fazaların bərk məhlul, kimyavi birləşmə və ya təmiz komponentlərdən ibarət olduğunu müəyyən etmək üçün:

A) tərkib və temperaturu təyin etmək lazımdır;

B) yalnz temperaturu təyin etmək lazımdır;

C) yalnz tərkibi təyin etmək lazımdır;

D) komponentlərin sayını bilmək lazımdır;

E) kiyavi rabitə növünü müəyyən etmək lazımdır;



226. Karbonun miqdarı daha çoxdur:

A) sementitdə;

B) ferritdə;

C) texniki dəmirdə;

D) alfa -dəmirdə;

E) qmma- dəmirdə;



227. Ağ çuqunun strukturunda var:

A) ferrit,austenit,sementit;

B) yalnız ferrit;

C) yalnz austenit;

D) yalnız martensit;

E) yalnız sementit;



228. Yüksək temperaturlu çuqunun strukturundakı ledeburitdə olan fazaları göstərin:

A) austenit + sementit;

B) perlit + sementit;

C) ferrit + austenit;

D) martensit + perlit;

E) ferrit + martensit;



229. Aşağı temperaturlu çuqunun strukturundakı ledeburitdə olan fazaları göstərin:

A) perlit + sementit;

B) austenit + sementit;

C) ferrit + austenit;

D) martensit + perlit;

E) ferrit + martensit;



230. Poladların kövrəkliyini azaltmaq üçün hansı növ emaldan istifadə olunur?

A) termik;

B) kimyavi;

C) mexaniki;

D) tablama;

E) döyənəkləmə;



231. Poladlarda likvasiya effektini azaltmaq üçün hansı emal lazımdır?

A) termik;

B) kimyavi;

C) mexaniki;

D) tablama;

E) döyənəkləmə;



232. Fe-0,02%C tərkibli poladı tablamaq üçün minimal tablama temperaturunu göstərin:

A) 727°C;

B) 1147°C;

C) 1539 °C;

D) 768 C; °

E) 1392 °C;



233. Fe-2%C tərkibli poladı tablamaq üçün minimal tablama temperaturunu göstərin:

A) ~1147°C;

B) 727°C;

C) 1539 °C;

D) 768 C; °

E) 1392 °C;



234. Dəmir qrupuna aid olan aşqar metallar:

A) Co, Ni, Mn;

B) W, Mo;

C) Ti, Al;

D) La,Ce,Nd;

E) C;


235. Hansı ərintiləri tablamaq mümkündür?

A) faza keçidləri olan;

B) maqnit çevrilməsi olan;

C) polimorf çevrilməsi olanr;

D) dəmirin miqdarı az olan;

E) dəmirin miqdarı çox olan;



236. TiC, WC, MoC- karbidlərdən hansı daha möhkədir?

A) TiC;

B) WC;

C) MoC;

D) eynidir;

E) VC, MoC;



237. Misin kristallik qəfəsini göstərin:

A) səthə mərkəzləşmiş;

B) həcmə mərkəzləşmiş;

C) sıxdüzülmüş heksoqonal

D) rombik;

E) tetroqonal;



238. Sinkin kristallik qəfəsini göstərin:

A) sıxdüzülmüş heksoqonal

B) həcmə mərkəzləşmiş;

C) səthə mərkəzləşmiş;

D) rombik;

E) tetroqonal;



239. Eftektoid tərkibli poladlar hansı termik emala məruz qala bilər?

A) tablama, tabəskiltmə, tabalma;

B) yalnız tablama;

C) yalnız tabəskiltmə;

D) yalnız tabalma;

E) heç bir;



240. Eftektoid tərkibli poladları hansı temperaturda tablamaq olar?

A) >727°C;

B) <727°C;

C) >1147°C;

D) <647°C;

E) <400°C;



241. Eftektoid tərkibli poladları hansı temperaturda tabəskiltmə tip termik emal etmək olar?

A) <727°C;

B) >727°C;

C) >1147°C;

D) <1392°C;

E) <800°C;



242. Eftektoid tərkibli poladları hansı temperaturda tabalma tip termik emal etmək olar?

A) >727°C;

B) <727°C;

C) >1147°C;

D) <647°C;

E) <400°C;



243. Eftektoid tip poladların tablanması zamanı hansı tip bərk məhlul yaranır?

A) martensit;

B) ledeburit;

C) sementit;

D) austenit;

E) çuqun;



244. Texniki təmiz dəmirin möhkəmlik həddini (σB) göstərin:

A) 250 MP;

B) 120 MP;

C) 800 HB;

D) 50%;

E) 86%;


245. Texniki təmiz dəmirin axma həddini (σ0,2. göstərin:

A) 120 MP;

B) 250 MP;

C) 800 HB;

D) 50%;

E) 86%;


246. Texniki təmiz dəmirin bərkliyini göstərin:

A) 80 HB;

B) 250 MP;

C) 120 MP;

D) 50%;

E) 86%;


247. Texniki təmiz dəmirin nisbi uzanmasını (δ) göstərin:

A) 50%;

B) 250 MP;

C) 120 MP;

D) 800 HB;

E) 86%;



248. Amorf materialların alınması zamanı hansı prosesin baş verməməsi əsas rol oynayır?

A) kristallaşma;

B) bərkimə;

C) xassələrin dəyişməsi;

D) maqnit çevrilməsi;

E) faza çevrilməsi;



249. Metallik amorf materiallar qızdırılan zaman hansı proses baş verir?

A) kristallaşma və sonra ərimə;

B) bir başa ərimə;

C) yumşalma;

D) əriyərək buxarlanır;

E) yumşalaraq ərimə;



250. Şüşə tip amorf materiallar qızdırılan zaman hansı proses baş verir?

A) yumşalaraq ərimə;

B) bir başa ərimə;

C) yumşalma;

D) əriyərək buxarlanır;

E) kristallaşır və sonra əriyir;



251. Kvars hansı tip materiallara aiddir?

A) amorf;

B) monokristal;

C) polikristal;

D) polimer;

E) metallik;



252. Metallik amorf materialların alınması zamanı soyuma sürətinin həddini göstərin:

A) ~105-108K/san.;

B) 10-5K/san.;

C) 10-8K/san.;

D) 106K/san.;

E) 10-2K/san.;



253. Kvars şüşələrin alınması zamanı soyuma sürətinin həddini göstərin:

A) 10-5K/san.;

B) 1010K/san.;

C) 10-8K/san.;

D) 106K/san.;

E) 10-2K/san.;



254. Hansı materialların amorf halına keçməsi praktik olaraq mümkün deyil?

A) Pb, Cu;

B) Fe;

C) Ni;


D) Si;

E) Co, Cr;



255. Yüngül aşqar metallar:

A) Ti, Al;

B) W, Mo;

C) Co, Ni, Mn;

D) La,Ce,Nd;

E) C;


256. Kimyavi tərkibinə görə amorf materiallar neçə qrupa bölünür?

A) 4;


B) 3;

C) 5;


D) 2;

E) 6;


257. Hansı materiallarda defektlər daha azdır?

A) amorf;

B) polad;

C) ağ çuqun;

D) boz çuqun;

E) polikristal;



258. Fe – 36%Ni tərkibli ərintilər necə adlanır?

A) invar;

B) elinvar;

C) polad;

D) çuqun;

E) maryensit;



259. Daha kövrəkdir:

A) çuqun;

B) polad;

C) mis;

D) texniki təmiz dəmir;

E) CuAu;



260. Allotropik modifikasiyaya malik deyillər:

A) əlvan metallar;

B) qara metallar;

C) karbon;

D) dəmir;

E) karbon,dəmir;



261. Kristallaşma hansı elementar proseslərin nəticəsidir:

A) zərrəciklərin əmələ gəlməsi və böyüməsi;

B) mexaniki emal;

C) mexaniki emal və tablama;

D) tabəskiltmə;

E) dislokasiyaların yaranması və inkişafı;



262. Kristallaşma zamanı soyuma sürətinin artması yaranan zərrəciklərin ölçülərini:

A) azaldır;

B) təsir etmir;

C) artırır;

D) materialın tərkibindən asılı olaraq artırır;

E) öyrənilməyib;



263. Əgər kimyavi birləşmə metallar arasında yaranırsa, kristallik qəfəsdə hansı tip rabitə mövcuddur?

A) metallik;

B) ion;

C) kovalent;

D) polyar;

E) kovalent və ion;



264. Əgər kimyavi birləşməni əmələ gətirən elementlərdən bir qeyri-metal olarsa,kristallik qəfəsdə hansı tip rabitə var?

A) ion;

B) polyar;

C) kovalent;

D) metallik;

E) kovalent və ion;



265. Almazın dəmirdə bərk məhlulunu göstərin:

A) almazın dəmirdə bərk məhlulu yoxdur;

B) sementit;

C) austenit;

D) perlit;

E) martensit;



266. Tələb olunan xassələrin və strukturun alınması üçün ərintilərə məqsədyönlü şəkildə daxil edilən elementlər necə adlanır?

A) aşqarlar;

B) nitridlər;

C) nadir elementlər;

D) əlavələr;

E) karbidlər;



267. Çətinəriyən aşqar metallar:

A) W, Mo;

B) Co, Ni, Mn;

C) Ti, Al;

D) La,Ce,Nd;

E) C;


268. Karbid əmələ gətirən aşqar metallar:

A) Ti, V, Mo;

B) Cu, Ni;

C) Al;


D) Co;

E) Si;


269. Karbid əmələ gətirməyən aşqar metallar:

A) Cu, Ni; Al;

B) Ti,

C) V


D) Mo

E) Zr,Ta;



270. Austenitin kristallik qəfəsinin bazis ədədini göstərin:

A) 4;


B) 1;

C) 2;


D) 12;

E) 8;


271. Ferritin kristallik qəfəsinin bazis ədədini göstərin:

A) 2;


B) 1;

C) 4;


D) 12;

E) 8;


272. Austenitin kristallik qəfəsinin koordinasiya ədədini göstərin:

A) 12;


B) 1;

C) 2;


D) 4;

E) 8;


273. Ferritin kristallik qəfəsinin koordinasiya ədədini göstərin:

A) 8;


B) 1;

C) 2;


D) 12;

E) 4;


274. Titanın ərimə temperaturunu göstərin:

A) 1669°C;

B) 1539°C;

C) 1600°C;

D) 669°C;

E) 1869°C;



275. Titanın neçə allotropik forması var?

A) 2;


B) 4;

C) 3;


D) 1;

E) 5;


276. Al elementi hansı kristallik qəfəsə malikdir?

A) səthəmərkəzləşmiş kubik;

B) həcməmərkəzləşmiş kubik;

C) heksoqonal;

D) rombik;

E) tetroqonal;



277. Poladlarda xromun olması onların hansı xassələrinə effektiv təsir göstərir?

A) korroziya;

B) istilik;

C) elektrik;

D) mexaniki;

E) maqnit;



278. Paslanmayan xromlu poladlarda xromun miqdarını göstərin:

A) 13-18%;

B) 20%;

C) 30-36%;

D) 6%;

E) 2-4%;



279. Göstərilən elementlərdən hansının ərimə temperaturu daha yüksəkdir?

A) W;


B) Fe;

C) Mo;


D) Cr;

E) Ta;


280. Dəmirin α-Fe və δ-Fe modifikasiyalarının kristallik qəfəslərinin fərqini göstərin:

A) heç bir fərqi yoxdur;

B) bazis ədədi fərqlidir;

C) koordinasiya ədədi fərqlidir;

D) qəfəs parametri fərqlidir;

E) kompaklıq dərəcəsi fərqlidir;



281. Soyuma sürətinin artması bərk halda baş verən faza çevrilməsini zəiflədir.Bunun səbəbi nədir?

A) diffuziya prosesinin zəifləməsi;

B) maqnit cevrilməsi;

C) qəfəs periodunun böyüməsi;

D) defektlərin çoxalması;

E) dislokasiyaların yaranması;



282. Dislokasiyalar nə zaman yaranır?

A) kristallaşma zamanı;

B) ərimə zamanı;

C) tabalma zamanı;

D) ərimə zamanı;

E) tabəskiltmə zamanı;



283. Nöqtəvi defektlər nə zaman yaranır?

A) kristallaşma zamanı;

B) ərimə zamanı;

C) tabalma zamanı;

D) ərimə zamanı;

E) tabəskiltmə zamanı;



284. Dislokasiyanı əhatə edən kontur necə adlanır?

A) Bürgers konturu;

B) Debay konturu;

C) qapalı kontur;

D) açıq kontur;

E) Laue konturu;



285. Defektlər materialların hansı xassələrinə daha çox təsir edir?

A) mexaniki;

B) kimyavi;

C) elektrik;

D) maqnit;

E) heç bir xassəsinə;



286. Yayların hazırlanması zamanı poladların hansı xassəsi əsas götürülür?

A) elastiklik həddi;

B) plastiklik həddi;

C) nisbi uzanma;

D) möhkəmlik həddi;

E) maqnit xassəsi;



287. Ətraf mühütün təsirindən materialların parçalanması necə adlanır?

A) korroziya;

B) oksidləşmə;

C) nitridləşmə;

D) diffuziya;

E) karbidləşmə;



288. Poladların səthinin karbonla kimyavi-termik emalı necə adlanır?

A) sementləşdirməmə;

B) oksidləşmə;

C) nitridləşmə;

D) diffuziya;

E) korroziya;



289. Poladların səthinin azotla kimyavi-termik emalı necə adlanır?

A) nitridləşdirmə;

B) oksidləşmə;

C) karbidləşmə;

D) diffuziya;

E) korroziya;



290. İnvar tip materialların istidən genişlənmə əmsalının sabit qaldığı temperatur intervalına karbon necə təsir edir?

A) artırır;

B) azaldır;

C) təsir etmir;

D) Ni-in miqdarı 36%-dən çox olarsa, artırır;

E) Ni-in miqdarı 36%-dən az olarsa, artırır



291. Karbon invar tip materialların Küri temperaturuna necə təsir edir?

A) artırır;

B) azaldır;

C) təsir etmir;

D) Ni-in miqdarı 36%-dən çox olarsa, artırır;

E) Ni-in miqdarı 36%-dən az olarsa, artırır;



292. Amorf materialların kristallik analoqlarından daha möhkəm olmasının səbəbi:

A) defektlərin cox az olması;

B) defektlərin çoxluğu;

C) dislokasiyaların çoxluğu;

D) nöqtəvi defektlərin çoxluğu;

E) kimyavi rabitənin möhkəmliyi;



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə