İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   2   3   4   5   6   7   8   9   10   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
21 
 
mam Həsənin (ə)  mamətindən  
qabaqkı mübarizələri 
 
Tarix  şahiddir  ki,  mam  Həsən  (ə)  çox  şücaətli  və  dözümlü  bir  insan 
olmuşdur.  Qorxu  heç  vaxt  ona  yol  tapa  bilməmişdir.  O,  slamın  inkişafı 
yolunda  əlindən  gələni  əsirgəmirdi  və  daim  Allah  yolunda  cihad  etməyə 
hazır idi. 
 
mam Həsən (ə) Cəməl döyüşündə 
 
mam Həsən (ə) Cəməl döyüşündə atası ilə bərabər cəbhənin ön xəttində 
vuruşur və Əlinin (ə) şücaətli və dilavər dostlarını keçərək düşmən ordusuna 
güclü hücumlar edirdi.
1
 
 Döyüş başlamazdan qabaq isə atasının əmri  ilə Əmmar Yasir və Əlinin 
(ə)  bir  neçə  digər  dostları  ilə  birgə  Kufə  şəhərinə  gəlib  əhalini  bu  döyüşdə 
iştirak etməyə çağırmışdı.
2
  
 
 
 
mam Həsən (ə) Siffeyn döyüşündə 
 
mam Həsənin (ə) Siffeyn döyüşündə də ordunu səfərbər edib Əlinin (ə) 
başçılığı  altına  gətirməkdə  böyük  rolu  olmuşdur.  O  Həzrət  öz  mətin  və 
kəskin  çıxışları  ilə  Kufə  əhalisini  Əlinin  (ə)  ordusuna  qoşularaq  xainlər  və 
slam düşmənlərinə qarşı vuruşmağa dəvət edirdi.
3
  
mam Həsənin (ə) haqq yolunda fədailiyi o dərəcədə idi ki, Əli (ə) Siffeyn 
döyüşündə  öz  səhabələrinə  deyirdi  ki:  Həsən  (ə)  və  qardaşı  Hüseyni  (ə) 
mübarizə etməkdən qarşısını alın, məbada onların ölümü ilə Peyğəmbərin (s) 
nəsli kəsilə
4
.  
 
 
 
 
                                                            
1
 
Mənaqib-Ali-Əbutalib c.4, səh.21 
2
 
Tarixi Yəqubi, 2, səh. 170 
3
 
Bəqətu Siffeyn, səh.113 
4
 
Şə
rhi Nəhcül-bəlağə  bn Əbil Hədid, c.11, səh 25 Xütbə 200 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
22 
 
Müaviyənin aşkarda qeyri-islami əməllərinin tənqidi  
 
mam Həsən (ə) haqqı bəyan etməkdə və  slam əsaslarını qorumaqda əsla 
səhlənkarlıq  etməzdi.  O,  Müaviyənin  qeyri-islami  hərəkətlərini  açıq-aşkar 
tənqid edir və Müaviyənin, ümumiyyətlə, bütün Bəni-Üməyyənin nankor və 
çirkin keçmişlərini qorxmadan açıb söyləyirdi. 
mam Həsən (ə) hətta sülh bağladıqdan və Müaviyənin qüdrəti bir az artıb 
mövqeyi  gücləndikdən  sonra  Kufədə  minbərə  çıxıb  sülh  bağlamasının 
səbəblərini söyləyərək Əlinin (ə) ailəsinin üstünlüklərini (fəzilətlərini) bəyan 
etdi  və  sonra  hər  iki  dəstənin  (həm  öz  dəstəsinin,  həm  də  Müaviyənin 
dəstəsinin)  qarşısında  Müaviyənin  zəif  cəhətlərinə  işarə  edib  onun  idarə 
etdiyi hökuməti aşkar şəkildə tənqid etdi.
1
  
Ə
linin  (ə)  şəhadətindən  və  mam  Həsənin  (ə)  Müaviyə  ilə  sülh 
bağlamasından  sonra  xəvariclər  (Əlinin  (ə)  üstünə  qiyam  çəkib  Nəhrəvan 
döyüşündə məğlub olanlar) bütün qüvvələrini Müaviyənin əleyhinə səfərbər 
etdilər.  Kufədə  Müaviyəyə  xəbər  çatdı  ki,  Hövsəreyi-Əsədi  adlı  xəvaric 
başçılarından biri onun əleyhinə qiyam qaldırıb öz ətrafına ordu toplamışdır. 
Müaviyə  öz  mövqeyini  qoruyub  saxlamaq  və  mam  Həsənin  (ə)  ona  tabe 
olduğunu sübut etmək üçün Mədinəyə getməkdə olan  mama xəbər göndərdi 
ki, Hövsərənin qiyamını yatızdırıb sonra öz yoluna davam etsin.  mam Həsən 
(ə) ona cavab göndərdi ki, mən müsəlmanların qanının tökülməməsinə görə 
səndən  əl  çəkdim  (səninlə  sülh  bağladım).  Bu  o  demək  deyil  ki,  mən  sən 
deyənə  qulaq  asıb  başqaları  ilə  vuruşam.  Əgər  vuruşmalı  olsam,  hamıdan 
qabaq  birinci  səninlə  vuruşaram.  Çünki,  səninlə  mübarizə  etmək  xəvariclə 
vuruşmaqdan daha vacibdir.
2
  
 
 
slamda sülhün qaydası 
 
Bir  qrup  müsəlmanlar  mam  Həsənin  (ə)  həyatını  və  o  zamankı  tarixi 
hadisələri mütaliə etdikdən sonra bu sualları ortaya çıxarırlar ki, niyə  mam 
Müaviyə ilə sülh bağladı. Məgər Həzrət Əlinin (ə) şəhadətindən sonra onun 
                                                            
1
 
Ehticac səh. 144-150 
2
 
Şə
rhi Nəhcül-bəlağə,  bni Əbil-Hədid c.5, səh. 98  
 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
23 
 
tərəfdarları  mam  Həsənə  (ə)  beyət  etməmişdirlərmi?  Yaxşı  olmazdımı  ki, 
sonralar  mam  Hüseynin  (ə)  həyata  keçirdiyini  mam  Həsən  (ə)  daha  da 
geniş yerinə  yetirib Müaviyəyə qarşı inqilab edəydi. Və o zaman ya qələbə 
çalardı, ya da ki, Müaviyə hakimiyyətinin təməlini sarsıdardı. 
Nəzərə  almaq  lazımdır  ki,  slam  dinində  müharibə  və  cihad  haqqında 
ümumi  bir  qanun  yoxdur.  slam  dini  müəyyən  şəraitdə  müsəlmanlara 
kafirlərə  qarşı  vuruşmağı  əmr  etdiyi  kimi  bəzi  vaxtlarda  da  vuruşmağın  bir 
nəticə verməyəcəyini görüb işi sülhlə həll etməyi əmr edir. 
Biz  slam Peyğəmbərinin (s) həyatında bu iki halın hər ikisini müşahidə 
edirik.  slam Peyğəmbəri (s) Bədr Ühüd, Xəndək və Hüneyndə döyüşürdüsə, 
digər şəraitdə isə qələbəni qeyri-mümkün gördükdə, kafirlərlə sülh bağlayır, 
müvəqqəti  olaraq  döyüşdən  əl  çəkir  və  bu  yolla  slamın  inkişafına  şərait 
yaradırdı.  Peyğəmbərin  (s)  Bəni-Zəmrə  və  Bəni-Əşcə,  eləcə  də  (Məkkə 
ə
halisi ilə) Hüdeybiyyə sülhü bağlaması buna bir nümunədir.
1
  
slam  Peyğəmbəri  (s)  o  günlər  bəziləri  üçün  məlum  olmayan  ali 
məsləhətlərə  görə  düşmənlə  müvəqqəti  sülh  bağladı.  mam  Həsən  (ə)  də 
Allah  tərəfindən  dini  rəhbər  seçildiyi  üçün  hadisənin  bütün  cəhətlərindən 
başqalarından  daha  yaxşı  xəbərdar  idi.  Buna  görə  də,  özünəməxsus 
uzaqgörənliyi ilə  slam cəmiyyətinin xeyrini sülhdə görüb sülh bağlayırdı. 
Bu  mövzu  ( mam  Həsənin  (ə)  sülhü)  pis  mənada  başa  düşülməməlidir. 
Ə
ksinə,  o  Həzrətin  elədiyi  hərəkət  eynilə  Peyğəmbərin  (s)  (Hüdeybiyyə 
sülhündə) elədiyi hərəkət kimi qəbul edilməlidir. 
ndi isə  mam Həsənin (ə) sülhünün səbəblərini, onun tarixi əhəmiyyətini 
yaxşı  anlamaq  üçün  tarixi  səhifələməli  və  bu  məsələni  əsas  tarixi  faktlara 
istinad edərək araşdırmalıyıq. 
Qısa  olaraq  deməliyik  ki,  əslində  mam  Həsən  (ə)  öz  istəyi  ilə  sülh 
etmədi.  Əksinə,  o  sülh  etməyə  məcbur  oldu.  Yəni,  vəziyyətin  və  şəraitin 
yaxşı olmaması və bir çox digər səbəblər üzündən elə bir vəziyyət yarandı ki, 
sülh  etmək  mam  Həsən  (ə)  üçün  zəruri  bir  məsələyə  çevrildi  və  o  Həzrət 
sülh  etməkdən  savayı  başqa  bir  çarə  görmədi.  Belə  ki,  kim  o  Həzrətin 
yerində  olub  həmin  şəraitdə  olsaydı,  sülhdən  başqa  çarəsi  olmazdı.  Çünki 
slam  hökumətinin  həm  xarici  siyasəti,  həm  də  raqın  daxili  vəziyyəti  və 
                                                            
1
 
Bəharul-Ənvar c.144, səh.2  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə