İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   2   3   4   5   6   7   8   9   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
15 
 
Peyğəmbərin (s) vəfatından sonra Mədinənin siyasi vəziyyəti Əbu Bəkrin 
xəlifə seçilməsi ilə keçirdiyi böhrandan sonra sakitləşdi. Xilafəti ələ keçirən 
Ə
bu  Bəkr  Peyğəmbərin  (s)  fərmanını  (romalılarla  döyüş  fərmanını)  yerinə 
yetirməkdə  ikiürəkli  idi.  (Yəni,  bilmirdi  romalılarla  vuruşsun,  yoxsa 
vuruşmasın.)  Buna  görə  də,  səhabələrin  bir  dəstəsini  toplayıb  onlarla 
məsləhət etdi. Hərə bir təklif irəli sürdü. Ancaq bunların heç biri Əbu Bəkri 
qane  etmədi.  Nəhayət  Əbu  Bəkr  Əli  (ə)  ilə  məsləhət  etdi.  Əli  (ə)  onu 
Peyğəmbərin (s) fərmanını yerinə yetirmək üçün ürəkləndirdi və buyurdu ki, 
ə
gər  vuruşsan,  qalib  gələcəksən.  Xəlifə  (Əbu  Bəkr)  mamın  onu 
ürəkləndirməsindən  sevinib  dedi:  “Yaxşılığa  yozdun  və  xeyirliyə  müjdə 
verdin. ”
1
  
 
Ə
li (ə) və ikinci xəlifənin onunla  
siyasi məsləhətləri 
 
Ə
li (ə) ikinci xəlifənin dövründə də siyasi, elmi, ictimai bir məsləhətçi idi. 
ndi  ikinci  xəlifənin  Əli  (ə)  ilə  siyasi  məsləhətlərindən  bir  nümunəni  sizin 
nəzərinizə çatdırırıq: 
Hicrətin  on  dördüncü  ili  müsəlmanlarla  Sasani  imperiyası  (iranlılar) 
arasında  Qadisiyyə  adlı  məntəqədə  çox  çətin  bir  döyüş  baş  verdi.  Gərgin 
gedən bu döyüşdə müsəlmanlar qalib gəldilər. Bu döyüşdə Sasanilərin ordu 
başçısı  Rüstəm  Fərruxzad  çoxlu  sayda  döyüşçüsü  ilə  qətlə  yetirildi.  Bu 
qələbə  nəticəsində  raq  bütünlüklə  slamın  nəzarəti  altına  keçdi  və  Sasani 
imperiyasının  paytaxtı  Mədain  şəhəri  müsəlmanların  əlinə  düşdü.  ran 
döyüşçüləri  canlarını  qurtarmaq  üçün  ölkənin  içərisinə  tərəf  geri  çəkildilər. 
Sasanilər  qorxurdular  ki,  slam  ordusu  yavaş-yavaş  irəliləyib  bütün  ölkəni 
ə
lə keçirə bilərdi. Bu təhlükənin qarşısını almaq məqsədilə Sasani imperatoru 
Yəzdigərd,  Firuzanın  başçılığı  altında  yüz  əlli  minlik  bir  ordu  təşkil  etdi. 
Firuzana  tapşırdı  ki,  müsəlmanların  ehtimal  verilən  hücumunun  qarşısını 
alsın və vəziyyət yaxşı olarsa, hücuma da əl atsın. 
Müsəlmanların  ordu  başçısı Səd  ibn Vəqqas  (bir  ehtimala  görə  isə  Kufə 
hökmdarı  Əmmar  Yasir)  xəlifə  Ömərə  məktub  yazaraq  onu  düşmənin 
hərəkətindən  xəbərdar  edib  bildirdi  ki,  Kufə  ordusu  (o  vaxtlar  slamın  əsas 
                                                            
1
 
Tarixi Yəqubi c.3, səh 39 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
16 
 
nizami bazası Kufə şəhərində yerləşirdi) döyüşə başlamağa hazırdır. Düşmən 
hücuma keçməzdən qabaq yaxşı olar ki, biz onları qorxutmaq üçün hücuma 
başlayaq. 
Xəlifə məscidə gəlib səhabə başçılarını toplayaraq onları öz məqsədindən 
xəbərdar etdi. Xəlifə bildirdi ki, özü, Mədinədən Bəsrə ilə Kufə arasında olan 
bir yerə gedib oradan orduya başçılıq etmək istəyir. Bu zaman Təlhə qalxıb 
xəlifənin  fikrini  bəyəndiyini  bildirdi.  Təlhənin  sözlərindən  xəlifəyə 
yaltaqlanması açıq-aşkar hiss olunurdu. 
Ondan  sonra  Osman  qalxıb  nəinki  xəlifənin  Mədinədən  çıxmaq  istəmək 
fikrini  bəyəndiyini  bildirdi,  hətta  ona  belə  bir  məsləhət  verdi:  “Şam  və 
Yəmən  ordusuna  da  məktub  yaz  ki,  öz  yerlərini  tərk  edib  xəlifəyə 
qoşulsunlar.  Beləliklə,  böyük  bir  ordu  ilə  düşmənlə  qarşı-qarşıya  çıxa 
bilərsən”. 
Bu zaman Əli (ə) ayağa qalxaraq buyurdu:  
«Bu  işin  ( slamın)  qalib  gəlib-gəlməməsi  ordunun  az  ya  çox  olmasına 
bağlı deyil. Bu, Allahın dinidir və O Özü onu qalib edər. O, ordusunu Özü 
hazırlayır  və  onlara  da  kömək  edir.  Allah-taala  lazım  olduğu  yerə  qədər 
slamı gətirib çıxartdı, hara yayılmalı idisə, ora yaydı. Allah-taala bizə qalib 
gələcəyimizi vəd edib. Biz də bilirik ki, Allah Öz vədinə əməl edib ordusuna 
kömək edəcək. 
Xəlifənin  mövqeyi  zəncir  halqalarına  bənzəyir,  xəlifə  bu  zəncirləri  bir-
birinə bağlamalıdır. Əgər zəncirlər bir-birindən qırılarsa, dağılıb parça-parça 
olacaq, daha onu bir yerə yığmaq da mümkün olmayacaq. 
Bu gün ərəb ordusu sayca az olsa da,  slam qüvvəsi sayəsində çoxdur və 
birlik, vəhdət sayəsində isə əziz və qüdrətlidir. 
Buna  görə  sən  (xəlifə)  bir  dəyirman  daşının  mərkəzi  kimi  müsəlmanları 
hərəkətə gətir və onların köməyilə döyüşə başla. Əgər sən şəxsən Mədinədən 
çıxıb  Kufəyə  tərəf  getsən,  ordu  künc-bucaqdan  dağılaraq  sənin  ətrafına 
toplaşacaq.  Belə  olduqda  da,  arxada  qalanlar  qarşıdakılardan  mühüm 
olacaqlar. 
Ə
gər  sabah  qeyri-ərəbin  gözü  sənə  sataşsa,  deyəcəklər  ki,  bu,  ərəblərin 
rəhbəridir. Əgər onu aradan götürsək rahat olacağıq. Bu fikir onları səninlə 
mübarizədə  daha  da  həvəsləndirəcək  və  düşmənin  daha  ciddi  hərəkətinə 
səbəb olacaq. Deyirsən, bundan narahatsan, bil ki, Allah bu işdə səndən də 
çox narahatdır və Onun bəyənmədiyi işi dəyişdirməyə qüdrəti çatır. 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
17 
 
Ancaq  o  ki,  deyirsən  düşmənin  ordusunun  sayı  bizdən  çoxdur,  (unutma 
ki)  biz  keçmiş  döyüşlərimizdə  ordumuzun  sayına  deyil,  Allah-taalanın 
köməyinə arxalanıb qalib gəlmişik!»
1
 
Ömər Əlinin (ə) sözlərini bəyənib Kufəyə tərəf getmək fikrindən daşındı.
2
 
Bu  cür  çıxılmaz  məsələləri  həll  etməyinə  görə  Ömər  deyərdi:  «Bir 
çətinlik  üz  verərkən  bunun  həlli  üçün  Əbül  Həsənin  (Əlinin  (ə)) 
tapılmamasından Allaha pənah aparıram.»
3
 
 
 
XilafətdəşəhadətədəƏlinin (ə) həyatı 
 
Osmanın maliyyə  və idarə pozğunluqları, beytül-malı  yüz faiz qeyri-şəri 
yollarla  istifadə  etməsi,  Bəni-Üməyyə  qəbiləsindən  və  öz  qohumlarından 
olan  nalayiq  və  səviyyəsiz  şəxsləri  vəzifəyə  gətirməsi,  mühacir  və  ya 
ə
nsardan  olan  səlahiyyətli  şəxsləri  işdən  uzaqlaşdırması  və  dövlətin  bütün 
işlərini  Bəni-Üməyyənin  ixtiyarında  qoyması  camaatı  qəzəbləndirmişdi. 
Osman  camaatın  ləyaqətsiz  icra  başçılarının  dəyişdirilməsi  haqqındakı 
ş
ikayətlərinə  baxmadığına  görə,  xalq  onun  hökumətinin  əleyhinə  qiyam 
qaldırdı.  Bu  qiyam  Osmanın  ölümü  ilə  nəticələndi.  Sonra  camaat  Əliyə  (ə) 
beyət  etdi.  Bu  baxımdan  Osmanın  ölümündən  sonra  iş  başına  keçən Əlinin 
(ə)  hökuməti  camaatın  sabiq  hökumətin  zülmlərinə  qarşı  qaldırdığı  qiyam 
nəticəsində yaranmış bir hökumət idi. 
Osmanın  hökumətinin  pozğunluqlarından  biri  də  bu  idi  ki,  Həkəm  ibn 
Ə
bul-Ası oğlu Mərvanla birgə Mədinəyə gətizdirilmişdi. Peyğəmbər (s) onu 
Taifə sürgün etmiş və hətta birinci və ikinci xəlifələr (Əbu Bəkr və Ömər) də 
onu  Mədinəyə  qaytarmağa  cürət  etməmişdilər.  Osman  onları  Mədinəyə 
gətizdirdikdən sonra öz qızını Mərvana ərə vermiş və Mərvanı xilafətin icra 
aparatına  başçı  təyin  etmişdi.  Bu  da  təbiidir  ki,  camaatın  qəzəblənməsinə 
səbəb olmuşdu. 
Osmanın  evi  qırx  doqquz  gün  qiyamçıların  mühasirəsində  qaldı.  Osman 
nə qədər camaatla yumşaq davranmaq istəyirdisə, Mərvan daha çox camaatı 
qəzəbləndirirdi.  Axırda  müsəlmanlar  qəzəblənib  Osmanın  evinə  hücum 
                                                            
1
 
 Nəhcül-bəlağə 146-cı xütbə. 
2
 
bn Əsir. Əl-kamilu fit-tarix c.3, səh.8 
3
 
Ə
l-istiabu fi mərifətil-əshab, c.3, səh. 39 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə