İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   2   3   4   5   6   7   8   9   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
12 
 
evdən  bayıra  çıxdı.  Bütün  gözlər  ona  zilləndi.  O,  minbərdə  əyləşib  Allaha 
həmd-səna etdikdən sonra sözlərinə belə başladı: «Ey camaat! Peyğəmbər (s) 
bizim  aramızdan  getdikdən sonra  belə  fikirləşirdik  ki,  xilafət  barəsində  heç 
kəs bizimlə mübarizə etməyib bizim haqqımıza göz dikməyəcək. Çünki biz 
Peyğəmbər (s) ailəsi və onun varisi idik. Ancaq gözlədiyimizin əksinə olaraq 
camaatın  bir  dəstəsi  bizim  haqqımıza  təcavüz  edib  xilafəti  bizim  əlimizdən 
aldı.  Xilafət  başqasının  əlinə  keçdi.  And  olsun  Allaha,  əgər  müsəlmanlar 
arasında  təfriqə  yaranması,  küfr  və  bütpərəstliyin  bir  daha  slam 
məmləkətinə  qayıtması  və  slamın  məhv  olması  qorxusu  olmasaydı,  mən 
onlarla başqa cür rəftar edərdim.»
1
 
 3)  Dindən  çıxmış  şəxslərin  qiyam  etməsi  təhlükəsindən  başqa  bir  sıra 
yalançı  peyğəmbərlərin,  o  cümlədən  Müseyləmə,  Tüleyhə  və  Səccah 
kimilərin  meydana  gəlməsi  və  hər  birinin  öz  ətrafına  dəstə  toplayaraq 
Mədinəyə hücum etmək fikrində olmaları da bu təhlükələrdən biri idi. Ancaq 
müsəlmanların  birləşib  müqavimət  göstərməsi  nəticəsində  bu  təhlükə  də 
sovuşdu. 
4)  Roma  imperiyasının  hücum  etmə  ehtimalı  da  digər  tərəfdən 
müsəlmanlar  üçün  təhlükə  yaratmışdı.  Çünki  o  vaxta  qədər  müsəlmanlarla 
romalılar üç dəfə vuruşmuşdular və elə buna görə də, romalılar müsəlmanları 
özlərinə böyük təhlükə sanır və onlara hücum etmək üçün fürsət axtarırdılar. 
Ə
gər  Əli  (ə)  xilafət  uğrunda  mübarizəyə  qalxsaydı,  müsəlmanlar  arasında 
vətəndaş  müharibəsi  baş  verər  və  daxili  cəbhənin  zəifləməsi  nəticəsində 
romalılar üçün ən yaxşı əlverişli bir fürsət yaranardı. 
Bu dörd məsələni nəzərə aldıqda,  mamın səbr etməyi mübarizədən üstün 
tutması və səbr etməklə, uzaqgörənliklə  slam cəmiyyətini böyük təhlükədən 
qurtarması yaxşı məlum olur. 
Ə
gər  Əli  (ə)  müsəlmanların  birliyini  istəməsəydi  və  həmçinin,  onların 
ayrılması  nəticəsində  irəli  gələn  təhlükələrin  qorxusu  olmasaydı,  heç  vaxt 
xilafətin Peyğəmbərin (s) həqiqi xəlifələrinin əlindən çıxıb başqalarının əlinə 
düşməsinə icazə verməzdi. 
 
 
 
                                                            
1
 
 Nəhcül-bəlağə 2-ci məktub. 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
13 
 
Ə
linin (ə) xəlifələr dövründəki fəaliyyəti 
 
Ə
linin  (ə)  Allaha  Əli  (ə)  xas  tərzdəki  ibadətindən  başqa  xəlifələr 
dövründəki fəaliyyəti aşağıdakı sahələri əhatə edirdi: 
1)  Quranın  təfsiri  və  bir  çox  ayələrdəki  müşküllərin  həlli  və  slam 
aləminin böyük təfsirçisi Abdullah ibn Abbas kimi tələbələr yetişdirmək; 
2)  Peyğəmbərin  (s)  vəfatından  sonra  onun  dini  barədə  maraqlanan  və 
Mədinəyə  gəlib  müsəlmanlara  suallar  verən  dünya  alimlərinin,  xüsusilə 
yəhudi  və  məsihi  alimlərinin  suallarına  cavab  vermək.  Bu  suallara 
danışığında  Tövrat  və  ncildən  xəbərdar  olması  başa  düşülən  Əlidən  (ə) 
başqa  cavab  verən  tapılmırdı.  Əgər  bu  suallara  cavab  verən  tapılmasaydı, 
slam aləmi rüsvay olardı. Elə ki, Əli (ə) onların suallarına qəti və qaneedici 
şə
kildə  cavab  verirdi,  Peyğəmbərin  (s)  yerində  oturmuş  xəlifələrin  üzü 
gülümsəyirdi. 
3)  slamda o vaxtadək görünməyən yeni hadisələrin şəri hökmlərini bəyan 
etmək; Bəzi vaxtlar mühakimə və qəzavət elə dolaşıq olurdu ki, qazılar onun 
həllində aciz qalırdılar. Bu cür mühakimələrin həlli Əlinin (ə) həyatının əsas 
məsələlərindən  biri  idi.  Əgər  səhabələrin  içində  Peyğəmbərin  (s) 
buyurduğuna  görə,  ümmətin  ən  biliklisi  və  qəzavət  (mühakimə)  işlərinə 
hamıdan yaxşı xəbərdar olan Əli (ə) kimi bir şəxsiyyət olmasaydı,  slamın ilk 
vaxtlarında bir çox məsələlər müəmmalı olaraq qalacaqdı. 
Bu  cür  yeni  məsələlərin  irəli  gəlməsi  slamın  bütün  məsələlərində  (istər 
kiçik  olsun,  istərsə  də  böyük)  elmi  olan  Peyğəmbərin  (s)  vəfatından  sonra 
elmli  və  hər  şeydən  xəbərdar  olan  öz  geniş  elmi  ilə  ümməti  səhv 
yönəlmələrdən  və  gümana,  qiyasa  əməl  etməkdən  qoruyan  məsum  bir 
mamın  (ə)  Peyğəmbərin  (s)  yerində  olmasını  tələb  edirdi.  Bu  ləyaqət  isə 
Peyğəmbərin  (s)  səhabələrinin  etirafına  əsasən,  Əlidən  (ə)  başqa  heç  kəsdə 
yox idi. 
Ə
linin  (ə)  qəzavətləri  və  onun  Quran  ayələrindən  çıxardığı  gözəl 
yeniliklər  hədis  və  tarix  kitablarında  öz  yerini  tapıb.  Bəzi  alimlər  bunlar 
haqqında ayrıca kitablar yazmışlar. 
4) Ruhu təmiz, pak və seyri-süluk üçün hazır olan insanları təlim-tərbiyə 
etmək;  Bu  yolla  onlar  mamın  mənəvi  rəhbərliyi  sayəsində  mənəvi  kamal 
qüllələrini fəth edir və zahiri gözləri ilə görə bilmədiklərini batini və mənəvi 
gözlə görürdülər. 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
14 
 
5) Bir çox kimsəsizlər və kasıbların dolanışığını təmin etmək; Hətta  mam 
öz zəhməti ilə bağlar salıb, quyular qazıb onları vəqf edirdi. 
6) Xilafətdə olanlar siyasi  məsələ və  ya başqa işlərdə çətinliklə rastlaşıb 
çıxılmaz  vəziyyətə  düşdükdə,  etimadlı  məşvərətçi  kimi  yalnız  Əlini  (ə) 
görürdülər. Əli (ə) özünəməxsus həqiqət görünüşü ilə müşkülatı həll edir və 
yolu  təyin  edirdi.  Bu  məşvərətlərin  bəziləri  Nəhcül-bəlağədə  və  başqa  tarix 
kitablarında gəlmişdir. 
 
Ə
li (ə) və xəlifələrin  
elmi və siyasi müşkülatının həlli 
 
Tarix  şahiddir  ki,  Əbu  Bəkr  və  Ömər  öz  xəlifəlik  dövrlərində  siyasi, 
maarif,  əqaid  (əqidələr),  Quranın  təfsiri,  slami  məsələlərin  kulli  və 
cüziyyatlarında  Əliyə  (ə)  müraciət  edirdilər  və  mamın  bu  barədə  verdiyi 
məşvərətlərindən,  yol  göstərmələrindən  bəhrə-lənirdilər.  ndi  bunların  bir 
neçəsini oxucuların nəzərinə çatdırırıq. 
 
Romalılarla müharibə 
 
Yeni  slam  hökumətinin  əsas  düşmənlərindən  biri  Roma  imperiyası 
olmuşdur.  Roma  daima  slamı  şimal  tərəfdən  hədələyirdi.  Peyğəmbər  (s) 
ömrünün  son  anlarınadək  Roma  imperiyasının  təhlükəsindən  qafil 
olmamışdı. Hətta bir dəfə hicrətin səkkizinci ilində Cəfəri-Təyyarın başçılığı 
ilə  Şam  istiqamətinə  bir  ordu  da  göndərmişdi.  Ancaq  slam  ordusu  üç 
başçısını  və  bir  çox  əsgərini  itirərək  heç  bir  nəticə  əldə  etmədən  Mədinəyə 
qayıtmışdı.  Sonradan  bu  məğlubiyyətin  əvəzini  çıxmaq  məqsədilə  hicrətin 
doqquzuncu  ili  Peyğəmbər  (s)  böyük  bir  ordu  ilə  Təbuk  məntəqəsinə  tərəf 
getdi.  Ancaq  müsəlmanlar  düşmənlə  rastlaşmadan  Mədinəyə  qayıtdılar.  Bu 
səfərin  bir  sıra  parlaq  nəticələri  oldu.  Tarixdə  bunların  hamısı  qeyd 
olunmuşdur.  Romalıların  hücum  təhlükəsi  həmişə  Peyğəmbərin  (s)  fikrini 
cəlb edirdi. Bu cəhətdən Peyğəmbər (s) ömrünün son anlarında xəstə olarkən 
müsəlmanlardan ibarət bir ordu təşkil edib Şama tərəf göndərdi. Bu ordu bir 
sıra  səbəblər  üzündən  Mədinədən  çıxmadı.  Ordu  Mədinənin  bir  neçə 
kilometrliyində olarkən Peyğəmbər (s) dünyasını dəyişdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə