İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   2   3   4   5   6   7   8   9   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 

 
ki əsas yol ayrıcı 
 
Ə
li (ə)  slam hökumətinin təhrif olunmasına heç vaxt dözə bilməzdi və bu 
cür  işin  qarşısında  sakit  durmağı  da  ar  sayırdı.  Dəfələrlə  sübutlar  və  mətin 
ehticacları (meydan oxuması) ilə xəlifə və onun ətrafındakıları tənqid atəşinə 
tutaraq  onlara  öz  etirazını  bildirirdi.  Ancaq  tarix  və  hadisələrin  sonrakı 
cərəyanı  göstərdi  ki,  bunların  heç  bir  faydası  yoxdur.  Xəlifə  və  onun 
ə
trafındakılar öz vəzifələrindən möhkəm yapışmışdılar. Belə olduqda Əli (ə) 
iki  əsas  yol  ayrıcında  durmalı  olur:  Ya  yeni  hökuməti  qanunsuz  sayan  öz 
həqiqi səhabələrinin və Peyğəmbər (s) ailəsinin həqiqi dostlarının köməyi ilə 
ayağa  qalxmalı  və  qüdrətə  arxalanaraq  hökuməti  ələ  keçirməli,  ya  da  bu 
vəziyyətə  dözməli  və  mümkün  olan  qədər  müsəlmanların  müşkülatını  həll 
etməli  və  öz  vəzifəsini  yerinə  yetirməli  idi.  lahi  rəhbərlərin  rəhbərlik 
məqamından  məqsədləri  vəzifəyə  yetişmək  deyil.  Onların  məqsədləri 
vəzifədən qat-qat üstün bir şeydir. Rəhbərin vücudu ona görədir ki, məqsədə 
çatmaqda səy etsin. Buna görə də, əgər bir gün rəhbər iki  yolayrıcına çatıb 
vəzifə və məqsədin ikisindən birini buraxmalı olsa, gərək vəzifədən əl çəkib 
məqsədi vəzifədən üstün tutsun. Belə iki yolayrıcına çatan Əli (ə) ikinci yolu 
seçdi. O vəziyyətin gedişatı və  slam cəmiyyətinin vəziyyətini araşdırıb belə 
nəticəyə gəldi ki, əgər o, hökuməti ələ keçirmək üçün ayağa qalxıb mübarizə 
aparsa, Peyğəmbərin (s) iyirmi üç il çəkdiyi bütün əziyyətlər heç olacaq, bu 
yolda tökülən bütün qanlar hədər gedəcək. Əli (ə) bu məsələyə «Şiqşiqiyyə» 
xütbəsində toxunaraq buyurur: «Mən xəlifəlik vəzifəsindən əl çəkdim, ondan 
kənar  oldum.  Mən  bu  fikirdə  idim  ki,  təkbaşına  ayağa  qalxıb  özümün  və 
camaatın haqqını müdafiə edim, yoxsa bu cür qaynar bir mühitdə və belə bir 
zülmətdə  səbr  edim?  Bu  mühit  qocaları  əldən  salmış,  cavanları  isə 
qocaltmışdır.  manlı kişiləri ömrünün son anlarına qədər əziyyətdə qalmağa 
vadar  etmişdir.  (Nəhəyət)  gördüm  ki,  səbr  etmək  ağıl  və  düşüncəyə  daha 
yaxındır. Buna görə də, səbr etdim. Ancaq səbr edərkən gözünə tikan batmış, 
boğazında  sümük  qalmış  şəxsə  bənzəyirdim.  Öz  gözümlə  görürdüm  ki, 
mirasımı qəsb edirlər.» 
1
 
Ə
li  (ə)  slam  hökumətinin  özünün  əsl  yolundan  çıxmaması  və  slam 
dininin əsasını qorumaq üçün səbr etdiyinə başqa yerlərdə də işarə etmişdir. 
                                                            
1
 
Nəhcül-bəlağə, Xütbə 3 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
10 
 
O  cümlədən,  Osman  xəlifə  seçilərkən  şuranın  rəyi  Osmanın  lehinə  başa 
çatdıqdan sonra və o, xilafət başında oturduqdan sonra üzünü şuranın digər 
üzvlərinə  tutub  buyurdu:  «Mənim  xəlifə  olmağa  hamıdan  səlahiyyətli 
olduğumu  hamınız  yaxşı  bilirsiniz.  And  olsun  Allah-taalaya  ki,  müsəl-
manların işi nə qədər öz qaydasındadır və nə qədər məndən başqasına zülm 
olunmursa, səbr edəcəyəm.» 
1
 
 
 
Daxili və xarici təhlükələ
 
Qeyd  etdik  ki,  Əli  (ə)  qiyam  edib  xilafəti  ələ  keçirdiyi  təqdirdə  irəli 
çıxacaq təhlükələri nəzərə alıb səbr etməli oldu. Ola bilər biri fikirləşsin ki, o 
vaxt  yenicə  təməli  qoyulmuş  slam  hökuməti  üçün  hansı  təhlükələr  ola 
bilərdi? 
Bu  sualın  cavabını  daxili  və  xarici  təhlükələr  və  Əlinin  (ə)  qiyam 
etməsinin  qarşısını  alan  maneələrlə  aydınlaşdırıb  onları  aşağıdakı  şəkildə 
bəyan etmək olar: 
1) Əgər Əli (ə) xilafəti ələ keçirmək üçün qiyam etsəydi, özünün həqiqi 
dostlarını və qəlbən o Həzrətin  mamətinə etiqadları olan bir çox yoldaşlarını 
mübarizə  nəticəsində  itirəcəkdi.  Bundan  əlavə,  Əlinin  (ə)  xəlifə  olmasına 
razılıq verməyən peyğəmbərin səhabələri də arada qırılacaqdılar. Bu dəstənin 
xilafət məsələsində Əli (ə) ilə müxalif olması, kin və qərəz üzündən Əlinin 
(ə) xəlifə olmasına razılıq verməməsinə baxmayaraq, onlar başqa işlərdə Əli 
(ə)  ilə  müxalif  deyildilər.  Bütpərəstlik,  məsihiyyət  və  yəhudiliklə  müqabil 
olan  bu  dəstənin  ölümü  ilə  slam  çox  zəifləyərdi.  Əli  (ə)  əhdlərinə  vəfasız 
çıxan Təlhə və Zübeyrin başlarına topladığı ordunu dağıtmaq üçün Bəsrəyə 
hərəkət  edərkən  bu  məsələyə  toxunaraq  buyurmuşdur:  “Peyğəmbər  (s) 
dünyasını  dəyişdikdən  sonra  Qüreyşliləri  eqoistcəsinə  özlərini  bizdən  üstün 
sayıb rəhbərliyə hamıdan səlahiyyətli olduğumuz halda, bizi öz haqqımızdan 
məhrum  etdilər.  Mən  gördüm  bu  işin  müqabilində  səbr etmək  müsəlmanlar 
arasında təfriqə salıb boş yerə qan tökməkdən üstündür. Çünki camaat təzəcə 
müsəlman olmuş, din südlə dolub köpüklənmiş bir tuluğa bənzəyirdi. Balaca 
bir səhv, qəflət onu xarab edər və balaca bir insan onu dağıda bilərdi”. 
2
 
                                                            
1
 
Nəhcül-bəlağə, Xütbə 74 
2
 
Furuğe Vilayət 1-ci cild, 170-ci səhifə. 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
11 
 
 
2) Peyğəmbərin  (s)  ömrünün  sonlarında  müsəlman  olmuş  bir  çox qəbilə 
və tayfalar hələ lazım olan  slami təlimləri tam öyrənməmişdilər.  man nuru 
onların qəlbində hələ tam şəkildə təşəkkül tapmamışdı. Elə ki, Peyğəmbərin 
(s)  vəfat  xəbəri  onların  arasında  yayıldı,  onların  bir  çoxu  yenidən  müşrik 
olub  bütpərəstliyə  qayıtdılar.  Mədinədə  slam  hökuməti  ilə  açıq-aşkar 
müxalifət etməyə başladılar,  slam vergilərini (xums, zəkat və s.) ödəməkdən 
boyun  qaçırdılar.  Hələ  bu  azmış  deyə  nizami  ordu  toplayıb  Mədinəni 
möhkəm  qorxuya  da  saldılar.  Buna  görə  də,  yeni  qurulmuş  slam  höku-
mətinin  bunlara  qarşı  ilk  tədbiri  o  oldu  ki,  müsəlmanlardan  ibarət  bir  ordu 
təşkil  olundu  və  müxaliflərin  qiyamı  müsəlman  ordusunun  səyi  nəticəsində 
yatızdırıldı. (Əlbəttə, bu o demək deyil ki,  yeni xəlifə Əbu Bəkrin gördüyü 
bütün işlər düzgün olmuşdur.) 
slamın  əvvəlki  düşmənlərinin  qiyam  qaldırıb  slam  hökumətini 
hədələdiyi  bir  vəziyyətdə  mamın  başqa  bir  bayraq  qaldırıb  qiyam  etməsi 
ə
sla düzgün olmazdı. 
mam  Misir  əhalisinə  yazdığı  məktubda  bu  məsələyə  toxunaraq  buyur-
muşdur:  «And  olsun  Allaha,  mən  fikir  eləməzdim  və  heç  ağlıma  belə 
gəlməzdi  ki,  ərəblər  Peyğəmbərdən  (s)  sonra  mamət  və  rəhbərliyi  onun 
ailəsindən  alsınlar,  (başqa  yerdə  qərar  versinlər,  inanmazdım  ki,)  məni 
xilafətdən  uzaqlaşdırsınlar.  Məni  narahat  edən  yalnız  camaatın,  filankəsin 
(Əbu Bəkrin) başına toplaşıb ona beyət etmələridir. (Vəziyyəti belə görüb) əl 
saxladım.  Hətta  iş  o  yerə  gəlib  çıxmışdı  ki,  bir  dəstənin  dindən  çıxıb 
Məhəmmədin (s) dinini məhv etmək istədiklərini öz gözümlə gördüm. Belə 
olduqda  qorxdum  ki,  əgər  slama  və  (hökumətə)  müsəlmanlara  kömək 
etməsəm,  slamın  məhv  olmasının  şahidi  olaram.  Bunun  müsibəti  mənə 
xilafətdən  uzaq  düşməyimdən  və  sizlərə  hakimlik  etməkdən  məhrum 
olmağımdan  da  baha  başa  gələrdi.  Çünki  bu,  dünyanın  bir  neçə  günlük 
faydasıdır,  bir  müddətdən  sonra  qurtarıb  gedəcək.  Necə  ki,  yolda  görünən 
ilğım qurtarır və necə ki, buludlar aralanıb gedirlər. Belə olduqda mən ayağa 
qalxdım. Bununla da batil aradan getdi və din möhkəmcə yerində qaldı.» 
Ə
li  (ə)  bu  məsələyə  xilafətə  gəldiyi  ilk  günlərdə  də  toxunmuşdur. 
Abdullah  ibn  Cüneyd  deyir:  “Mən  Əlinin  xilafətinin  ilk  günlərində 
Məkkədən  Mədinəyə  gəldim.  Gördüm  bütün  camaat  Peyğəmbərin  (s) 
məscidində əyləşib  mamın gəlməsini gözləyir.” Birdən Əli (ə) əlində qılınc 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə