İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
39 
 
baxmalıyıq  ki,  görək  camaatın  mam  Hüseynin  (ə)  qiyamı  barədə  fikri 
necədir? 
Məlumdur ki,  mam Hüseynin (ə) dövründə camaatda qiyam həvəsi  yox 
idi. Onlar qılınclarını açıb kənara qoymuşdular. Bu camaatın beynində təbii 
ki,  mam Hüseyn (ə) Müaviyə ilə sülh bağlayıb (sülhə razı olub), indi də ona 
ə
məl etməlidir fikirləri dolanırdı. Deməli, belə bir vaxtda əgər  mam Hüseyn 
(ə)  qiyam  etsəydi,  Müaviyə  onun  qiyamını  qeyri-qanuni  və  sülh 
müqaviləsinin əksinə olan bir üsyan kimi qələmə verəcəkdi. Əvvəldə də qeyd 
etdik  ki,  o  dövrün  camaatında  qiyam  həvəsi  olmadığına  görə  onlar  da 
Müaviyənin sözlərini təsdiqləyəcəkdilər. 
 
2. Müaviyənin dini jesti 
 
mam Hüseynin (ə) Yezidin dövründə etdiyi inqilab o qədər qüvvətli idi 
ki,  camaatın  qəlbində  əbədi  qalmışdır.  Müşahidə  etdiyimiz  kimi  üstündən 
neçə əsrlər keçməsinə baxmayaraq, camaat indi də Kərbəla şəhidlərini özləri 
üçün  örnək,  nümunə  qərar  verərək  fədakarlıq,  qəhrəmanlıq  meydanlarında 
onlardan ilham alırlar. Əgər  mam Hüseyn (ə) Müaviyənin dövründə qiyam 
etsəydi, çox ehtimal ki, onun qiyamı belə nəticə verməyəcəkdi. Bu məsələnin 
sirrini  Müaviyənin  nüfuzu,  hoqqabazlığı,  hiyləsi,  dini  jestində  və  onun 
müşkülatı  həll  etməkdə  seçdiyi  xüsusi  yolda  axtarmaq  lazımdır.  Düzdür, 
Müaviyə hakimiyyət dövründə  slamı tamamilə təhrif etmiş, Bəni–Üməyyəni 
slamın  sadə  hökumətinin  əvəzinə  hökumətə  gətirmiş  və  slami  cəmiyyəti 
qeyri- slami  cəmiyyətə  çevirmişdi.  Ancaq  o,  bunu  da  yaxşı  bilirdi  ki, 
camaata  slam  adı  altında  rəhbərlik  etdiyi  üçün  dinə  zidd  olan  işlər 
görməməlidir.  Əksinə  o,  həmişə  çalışırdı  ki,  öz  işlərinə  dini  ad  qoysun. 
Bununla da gördüyü işləri tutduğu mövqeylə uyğunlaşdırırdı. Şəri görülməsi 
mümkün olmayan işləri isə gizlində görürdü. Bəzi tarixi sənədlər göstərir ki, 
Müaviyə dinsiz və heç nəyə inanmayan bir insan olmuşdur. Belə ki, özü elə 
də  əməlli  və  düzgün  adam  olmayan  Müğeyrə  ibn  Şübə  Müaviyənin  xüsusi 
məclislərində  onun  özündən  eşitdiyi  sözlər  barədə  fikirləşərək  narahat  olub 
deyirdi:  «Müaviyə  camaat  arasında  ən  pis  adamdır.»  Ancaq  bununla  belə, 
Müaviyənin  dinin  bəzi  zahiri  işlərinə  riayət  etməsi  onun  əsl  mahiyyətini 
anlamaqda  camaat  üçün  çox  çətin  olmuşdu.  Müaviyə  öz  hökumətini  dini 
hökumət  kimi  göstərmək  üçün  vəziyyət  və  şəraitdən  lazımi  qədər  istifadə 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
40 
 
edirdi. O, bir tərəfdən Osmanın qisasını bəhanə edir, digər tərəfdən də, Əbu 
Musa Əşəri ilə Əmr ibn As arasında gedən danışıqlardan,  mam Həsənlə (ə) 
sülh  bağladıqdan  və  camaatın  ona  beyət  etməsindən  sonra  özünü  camaatın 
gözündə xəlifəliyə layiq qələmə verirdi. Buna əsasən, əgər  mam Hüseyn (ə) 
onun  dövründə  qiyam  etsəydi,  Müaviyə  asanlıqla  mamın  (ə)  qiyamını 
haqqın  batilə  qarşı  qiyamı  kimi  yox,  hökumət  və  vəzifə  üstündə  siyasi 
mübarizə kimi qələmə verəcəkdi. 
 
 
mam Hüseynin (ə) Müaviyənin  
hökumətinə qarşı mübarizələri
 
 
Qeyd etdiyimiz  maneələrin  heç biri  mamın Müaviyənin saysız-hesabsız 
bidətlərinə və zülmlərinə qarşı sükut etməsinə mane olmurdu.  mam Hüseyn 
(ə) heç kəsin etiraz etməyə cürəti olmadığı bir dövrdə ayağa qalxıb bacardığı 
qədər  Müaviyənin  zülmlərinə  qarşı  mübarizə  aparırdı.  ndi  mam  Hüseynin 
(ə) Müaviyə ilə apardığı mübarizələrdən üçünü araşdırmağa başlayırıq. 
 
1. Yezidin vəliəhdliyinə qarşı mübarizə 
 
Müaviyə  Yezidi  vəliəhd  təyin  etmək  məqsədi  ilə  irəli  sürdüyü  siyasəti 
davam  etdirərək  Mədinə  şəhərinin  camaatından,  xüsusən  də,  başda  mam 
Hüseyn  (ə)  olmaqla  şəhərin  adlı-sanlı  şəxsiyyətlərindən  Yezid  üçün  beyət 
almaq  məqsədi  ilə  Mədinə  şəhərinə  gəldi.  Müaviyə  Mədinəyə  gəldikdən 
sonra  mam Hüseyn (ə) və Abdullah ibn Abbasla görüşüb söhbət əsnasında 
Yezidin  vəliəhdliyi  məsələsini  ortaya  atdı.  O,  çalışırdı  ki,  onları  bu  işə  razı 
salsın.  mam Hüseyn (ə) Müaviyənin bu sözü qarşısında bir müqəddimə (ön 
söz) qeyd etdikdən sonra sözə belə başladı: 
«...Yezid  üçün  saydığın  fəzilətləri  və  slam  ümmətini  idarə  etmək  üçün 
qeyd  etdiyin  ləyaqətləri  başa  düşdüm.  Sən  camaata  elə  adamı  tanıtdırmaq 
istəyirsən  ki,  elə  bil  camaat  onun  həyat  sabiqəsini  tanımır.  Sanki,  burada 
olmayan bir nəfərdən xəbər verirsən ki, camaat onu görməyib. Elə bil ki, onu 
ancaq  sən  tanıyırsan.  Xeyr,  Yezid  öz  batinini  açıb  aşkar  etmişdir.  Yezidi 
olduğu kimi tanıtdır. Yezid itbaz, quşbaz və keyf adamıdır. O, ömrünü çalıb-
oxumaq  və  əyyaşlıqla  keçirir.  Yezidi  bu  cür  tanıtdır.  Bu  boş  təbliğlərini 
kənara  qoy!  Bu  ümmətin  müqabilində  boynuna  yığğın  öz  günahların 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
41 
 
bəsdir.  Elə  bir  iş  görmə  ki,  Allah  qarşısında  günahların  bundan  da  ağır 
olsun.  Sən  o  qədər  öz  batil  və  zülm  yoluna  davam  edib  ağılsızlıq,  düşün-
cəsizlik üzündən zülmlər etdin ki, artıq camaatın səbr kasasını doldurmusan. 
ndi səninlə ölüm arasında bir göz qırpımından artıq vaxt qalmayıb. Bunu bil 
ki,  sənin  bütün  əməllərin  Allah  yanında  qorunub  saxlanır  və  sən  onlardan 
ötrü cavab verməli olacaqsan.»
1
 
 
 
 
2.  mam Hüseynin böyük həcc mərasimində ifşaedici və sərt çıxışı 
 
Müaviyənin ölümündən bir (ya da iki) il qabaq onun hökumətinin şiələrə 
qarşı əzab-əziyyət və işkəncələrinin kulminasiya nöqtəsinə çatdığı bir dövrdə 
mam Hüseyn (ə) həcc ziyarətinə getdi. Abdullah ibn Abbas və Abdullah ibn 
Cəfər  də  o Həzrətlə  idilər.  O  vaxt  camaat  arasında  təqva,  xeyir  və  paklıqla 
tanınan  Peyğəmbərin  (s)  səhabələri,  səhabələrin  tabeçiləri  və  bütün  Bəni 
Haşim  nümayəndələri  mam  Hüseynin  (ə)  Minadakı  xeyməsinə  yığışmaq 
istədilər.  ki  yüz  nəfər  Peyğəmbər  səhabəsi  və  yeddi  yüz  nəfər  tabeçilər 
mam Hüseynin (ə) xeyməsi yanına toplaşdı.  mam Hüseyn (ə) ayağa qalxıb 
aşağıdakı məzmunda bir çıxış etdi: 
«Gördünüzmü bu zalım və qəddar kişi biz və şiələrimizlə necə rəftar etdi? 
Mən indi bəzi məsələlərə toxunmaq istəyirəm. Əgər (dediklərim) düz olarsa, 
təsdiq  edin,  yox  əgər  yalan  olarsa,  təkzib  edin.  Mənim  sözlərimi  eşidin  və 
danışığımı yazın. Elə ki, öz şəhərlərinizə qayıtdınız, mənim sözlərimi etibarlı 
və  inanılmış  şəxslərə  çatdırın  və  onları  bizə  tabe  olmağa  dəvət  edin.  Mə
bundan  qorxuram  ki,  bu  məsələ  (camaatın  biz  Əhli-beyt  tərəfindən  idarə 
olunması) tamamilə unudula və haqq məğlub olub aradan gedə.» 
Sonra  mam  (ə)  atasının  və  Əhli-beytin  parlaq  sabiqəsini,  onların 
fəzilətlərini sadaladı və Müaviyənin hökumətinin bidətlərini, cinayətlərini və 
slama  zidd  olan  hərəkətlərini  açıqladı.  Beləliklə  də,  Müaviyənin  pozğun 
hökumətinə qarşı böyük bir təbliğ edərək qiyam üçün zəmin yaratdı.
2
  
 
                                                            
1
 
Ə
l- mamətu vəs-siyasət, c.1, səh.184. 
2
 
Tuhful-Uqul səh. 337-339 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə