İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
36 
 
mam Hüseyn (ə) Cəməl və Siffeyn döyüşlərində 
 
mam  Hüseyn  (ə)  atasının  hakimiyyəti  dövründə  siyasi  və  nizami 
səhnələrdə  atası  ilə  çiyin-çiyinə  çalışmışdır.  O,  atasının  hakimiyyəti 
dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir.
1
  
Cəməl  döyüşündə  ordunun  sol  cinahının  başçılığı  mam  Hüseynin  (ə) 
öhdəsində  idi.
2
 Siffeyn  döyüşündə  istər  ordunu  döyüşə  həvəsləndirmək 
məqsədilə  etdiyi  çıxışlarda,  istərsə  də  düşmənlə  mübarizədə  əsas  rol 
oynamışdır. Əbu Musa Əşəri ilə Əmr ibn As arasında gedən danışıqlarda da 
mam Hüseyn (ə) Əli (ə) tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.
3
 
mam Hüseyn (ə) atasının şəhadətindən sonra zəmanənin rəhbər və  mamı 
mam Həsənlə birgə olmuşdur.  mam Həsənin (ə) ordusu Şama tərəf hərəkət 
edəndə,  mübarizə  meydanında  mam  Hüseyn  (ə)  mam  Həsənlə  (ə)  çiyin-
çiyinə olmuşdur. Müaviyə  mam Həsənə (ə) sülh təklif etdikdə,  mam Həsən 
(ə)  mam Hüseyn (ə) və Abdullah ibn Cəfəri çağırıb bu təklif barədə onlarla 
məsləhət  etdi.
4
 Nəhayət  sülh  müqaviləsi  bağlanandan  sonra  qardaşı  ilə 
birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.
5
  
 
 
mam Hüseyn (ə)  maməti dövründəki 
 siyasi-ictimai vəziyyə
 
Səqifədən  (yəni  Peyğəmbərin  (s)  vəfatından  sonra  şura  təşkil  edib  Əbu 
Bəkrin xəlifə təyin edilməsi hadisəsindən) başlayaraq  slamın əsl  yolundan, 
həqiqi xəttindən uzaqlaşmağa başlayan və Osmanın hakimiyyəti dövründə öz 
yolunu  slamdan  uzaqlaşdıran  hakimiyyət  mam  Hüseynin  (ə)  imaməti 
dövründə artıq həddini aşıb daşmışdı. 
O  dövrlərdə  Müaviyə  ikinci  və  üçüncü  xəlifə  tərəfindən  Şama  vali 
seçilmişdi.  Müaviyə  vali  olduğu  bu  müddətdə  öz  mövqeyini  daha  da 
möhkəmlətmiş  və  slam  ölkəsinin  taleyini  həll  edərək  xəlifə  kimi  hakimiy-
                                                            
1
 Əl- sabətu fi təmyizis-səhabə, c.1, səh.333  
2
 
Tarixi Dəməşq, səh.164. 
3
 
Siffeyn cəngi, səh 507 
4
 
Ə
l-kamilu fit-tarix, c.3, səh.405. 
5
 
Ə
l-isabə, səh. 333. 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
37 
 
yəti  ələ  keçirmişdi.  Beləliklə  də,  o,  slamın  qatı  düşməni  olan  Əməvilər 
sülaləsini  müsəlmanların  başı  üstündə  rəhbər  etmiş  və  Ziyad  Əmr  ibn  As, 
Səmürə  ibn  Cündüb  kimi  zalım  şəxslərin  köməyi  ilə  zor  gücünə  hökumət 
təşkil  edərək  slamı  alt-üst  etmişdi.  Müaviyə  bir  tərəfdən  həqiqi 
müsəlmanlara  qarşı  siyasi  və  iqtisadi  çətinlik  siyasətini  yeridərək,  qırğın, 
qətl,  əzab-əziyyət,  onları  aclıqda  saxlamaqla  hər  hansı  bir  müxalifət 
hərəkatının  qarşısını  alır,  digər  tərəfdən  də  millət  və  qəbilələrarası  rəqabəti 
ortaya  ataraq  qəbilələri  bir-birinin  canına  salırdı.  Onun  hökumətinə  bir 
təhlükə  yetişməsin  deyə,  bu  yolla  onların  gücünü  zəiflədirdi.  Başqa  bir 
tərəfdən  isə  onun  hökuməti  üçün  işləyən  nökər  və  muzdurların  vasitəsilə 
yalançı  hədislər  söyləmək,  Quranı  öz  xeyrinə  təfsir  etməklə  camaatın 
hökumətin əleyhinə yönəlmiş fikrini dağıdır, öz hökumətinə şəri və  slami ad 
verirdi.  slamın tam ziddinə olan bu siyasət həmçinin Müaviyənin siyasəti ilə 
ə
qidə cəhətdən üst-üstə düşən «Murciə» və «Cəbriyyə» kimi batil firqələrin 
yayılmasına  imkan  vermək,  cəmiyyətdə  pis  və  acınacaqlı  təsirlər  yaradaraq 
cəmiyyəti zillətlə dolu olan bir sükut (mənəvi ölüm) meydanına çıxartdı. Bu 
acınacaqlı siyasət nəticəsində  slam cəmiyyətinin əsl mahiyyəti itib batdı və 
slami dəyərlər bir-birinə dəydi. Belə ki, müsəlmanlar  slamın onlara din adı 
ilə  rəhbərlik  edən  zalım  xəlifələri  dəstəkləmək  icazəsini  vermədiyini 
bildikləri  halda,  yenə  də  qorxudan,  xəbərsizlik  və  zəiflik  ucbatından  həmin 
xəlifələri dəstəkləyirdilər. Bu siyasət nəticəsində müsəlmanlar Quran məntiqi 
və  Peyğəmbər  (s)  təliminin  əksinə  olaraq  qorxaq,  zahirbaz  və  saziş  qəbul 
edən şəxslərə çevrilmişdilər. 
Müsəlmanların  həyatının  bu  mərhələsi  tarixi  azğınlığın  bütün  cəmiyyətə 
yayılması və cəmiyyəti özünə tərəf çəkməsi nümunələri ilə doludur. 
Müsəlmanların  Osman  və  onun  tərəfdarlarının  yeritdiyi  siyasətin 
müqabilindəki  əks  tədbirlərini  Müaviyənin  tutduğu  siyasətə  qarşı  seçdikləri 
yol ilə müqayisə etdikdə, bu şeytani siyasətin cəmiyyətdə yaranan acınacaqlı 
nəticələri  açıq-aşkar  göz  qabağında  durur.  Çünki  müsəlmanlar  Osmanın 
siyasətinə qarşı ümumi qiyama qalxmaqla onun bu siyasətinə cavab verdilər. 
Bu  qiyam  slam  ölkəsinin  böyük  şəhərlərinə,  yəni,  Mədinə,  Məkkə,  Kufə, 
Bəsrə, Misir, digər şəhər və kəndlərə yayılmış, əhali qiyamda iştirak etmişdi. 
Ancaq  Müaviyənin  dövründə  zülmün  qat-qat  artmasına,  qətl  və 
hədələmələrin  sayının  çoxalmasına,  müsəlmanların  öz  hüquqlarından, 
gəlirlərindən  açıq-aşkar  məhrum  olmalarına  baxmayaraq,  onun  slama  zidd 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
38 
 
olan  hökumətinə  qarşı  belə  bir  ümumi  qiyam  baş  vermədi.  Əksinə,  camaat 
kor-korana Müaviyəyə itaət edirdi. Düzdür, arabir Hicr ibn Ədiyy, Əmr ibn 
Həmiqi  Xüzai  və  bu  kimi  şəxslərin  pərakəndə  etirazları  olurdu.  Bu  da 
göstərir ki, camaat Müaviyənin zülmü altında əl-qol atırdı. Ancaq pərakəndə 
olan bu etirazlar lazımi nəticəni vermir və ümumxalq hərəkatına çevrilmirdi. 
Buna görə də, bu etirazların qarşısı tezliklə alınırdı. Çünki dövrün hökuməti 
qiyam  başçılarını  öldürür,  məntəqədəki  hərəkatı  boğur,  camaat  isə  heç  bir 
ə
ks tədbir göstərə bilmirdi. 
 
 
Müaviyə dövründə qiyamın maneələri 
 
Müaviyənin qüdrətinin hakim olduğu belə acınacaqlı vəziyyətdə, bir çox 
ş
eyləri  nəzərə  almaqla,  qiyam  etməyə  nə  imkan  var  idi,  nə  də  qiyamın  bir 
faydası olacaqdı. Aşağıdakı iki səbəbi Müaviyənin dövründə  mam Hüseynin 
(ə) inqilabına mane olan əsas iki amil kimi qeyd etmək olar: 
 
1.
  mam Həsənin (ə) Müaviyə ilə sülh müqaviləsi 
 
Ə
gər  mam  Hüseyn  (ə)  Müaviyənin  dövründə  qiyam  etsəydi,  Müaviyə 
mam  Həsənin  (ə)  onunla  bağladığı  və  mam  Hüseynin  (ə)  də  təsdiqlədiyi 
sülh  müqaviləsini  bəhanə  gətirib  onu  bu  müqaviləni  pozmaqda 
ittihamlandıracaqdı. Çünki hamı bilirdi ki,  mam Həsən (ə) və  mam Hüseyn 
(ə)  nə  qədər  ki,  Müaviyə  sağdır,  onun  hökuməti  qarşısında  sükut 
edəcəklərinə və heç bir qiyama əl atmayacaqlarına söz veriblər. Əgər belə bir 
vaxtda  mam Hüseyn (ə) qiyam etsəydi, Müaviyə  mamı vəzifətələb və əhd-
ilqar  sındıran  bir  şəxs  kimi  qələmə  verərdi.  Düzdür,  mam  Hüseyn  (ə) 
Müaviyə  ilə  bağlanan  müqaviləyə  əməl  etməyi  vacib  bilmirdi.  Çünki  bu 
müqavilə  azad,  könüllü  və  ixtiyari  şəkildə  deyil,  məcburiyyət  qarşısında  və 
danışıqların  heç  bir  fayda  verməyəcəyi  bir  dövrdə  bağlanmış  bir  müqavilə 
idi.  Bundan  əlavə,  artıq  Müaviyənin  özü  müqaviləni  pozmuş  və  daha 
müqavilənin  şərtlərinə  riayət  etmirdi.  Deməli,  belə  bir  müqaviləyə 
(baxmayaraq  ki,  əslində  düzgün  müqavilədir)  mam  Hüseyn  (ə)  əhəmiyyət 
verməzdi.  Çünki  Müaviyə  özü  onu  pozmuş  və  onun  pozulmasında  əlindən 
gələni əsirgəmirdi. Ancaq nə qədər müqavilə var idi, Müaviyə onunla  mam 
Hüseynin  (ə)  qiyamına  qarşı  bəhanə  gətirə  bilərdi.  Digər  tərəfdən  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə