İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
30 
 
Sülh müqaviləsinin mətni 
 
Baxmayaraq ki, sülh müqaviləsinin mətni tarix kitablarında kamil surətdə 
və  tərtiblə  qeyd  olunmayıb,  lakin,  tarixçilər  müqavilənin  bir  neçəsinə  işarə 
etmişlər. Pərakəndə mətni müxtəlif kitablardan yığıb beş maddədə cəmləmək 
olar. 
ndi  isə  sülhü  ayrı-ayrılıqda  araşdırmazdan  qabaq  beş  maddədə 
cəmlənmiş sülh müqaviləsinin hamısını əziz oxucuların nəzərinə çatdırırıq. 
Birinci maddə: Həsən ibn Əli (ə) hökuməti Müaviyəyə o şərtlə təhvil verir 
ki,  Müaviyə  hökuməti  Quran  qayda-qanunu  və  Peyğəmbərin  (s)  sünnəsi 
ə
sasında idarə etməlidir. 
kinci maddə: Müaviyədən sonra hökumət Həsən ibn Əlinin (ə) ixtiyarına 
keçməlidir. Əgər onun ( mam Həsənin (ə)) başına bir iş gələrsə, Hüseyn ibn 
Ə
li  (ə)  hökumət  başına  gələcək.  Həmçinin,  Müaviyənin  özündən  sonra 
canişin təyin etməyə haqqı yoxdur. 
Üçüncü  maddə:  Əmirəlmöminin  Əliyə  (ə)  namaz  qılarkən  hörmətsizlik 
edib  onu  söyməyin,  lənətləməyin  qarşısı  alınsın  və  o  Həzrət  yaxşılıqla  yad 
edilsin. 
Dördüncü  maddə:  Kufə  beytül-malında  olan  beş  milyon  dirhəm  pul 
Müaviyənin  hökumətinə  verilməkdən  istisna  olunur  və  həmin  pulu  mam 
Həsənin  (ə)  özü  lazımi  yerlərə  sərf  edəcək.  Həmçinin,  Müaviyə  beytül-
maldan ayrılan payda Bəni Haşimi Bəni Üməyyədən üstün tutmalıdır. Eləcə 
də Müaviyə Darabegərd şəhərinin xəracının bir milyon dirhəmini Əlinin (ə) 
rəhbərliyi  altında  Cəməl  və  Siffeyn  döyüşlərində  şəhid  olanların  ailələri 
arasında bölüşdürməlidir.  
Beşinci  maddə:  Müaviyə  bütün  əhaliyə,  istər  Şam,  istər  raq,  istərsə  də 
Hicaz əhalisinə hər hansı millətdən olursa olsun, bir daha təqib etməməsi və 
ə
zab-əziyyət  verməməsi  barədə  zəmanət  verməlidir.  Onları  Müaviyənin 
hökumətinə qarşı keçmişdəki fəaliyyətlərinə görə axtarışa məruz qoymamalı, 
xüsusilə  keçmiş  kin-küdurətə  görə  raq  əhalisinə  əziyyət  verilməməlidir. 
Bundan  əlavə,  Müaviyə  Əlinin  (ə)  dostlarını  harda  olursa  olsunlar  amanda 
saxlamalı  və  onların  heç  birinə  əziyyət  etməməlidir.  Əlinin  (ə)  şiələrinin 
canı,  malı  və  pulunun  hörməti  qorunmalıdır.  Onlar  əsla  axtarışa  məruz 
qalmamalı  və  onlara  zərrə  qədər  də  narahatçılıq  yetişməməlidir.  Hər  kəsin 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
31 
 
haqqı  onun  özünə  çatmalıdır.  Əlinin  (ə)  şiələrindəki  beytül-mal  onların 
özlərində qalmalıdır. 
Həmçinin, Həsən ibn Əli (ə) və qardaşı Hüseyn ibn Əli (ə)  və eləcə də, 
Peyğəmbərin (s) ailəsindən olan hər hansı bir şəxs üçün Müaviyə tərəfindən 
heç  bir  xətər  icad  olmamalı,  heç  bir  yerdə  onlar  üçün  qorxu  hissi  yaran-
mamalıdır. 
Müqavilənin sonunda Müaviyə maddələrin hamısına əməl edəcəyinə söz 
verərək  Allahı  bu  işdə  şahid  tutdu  və  bütün  Şam  əyan-əşrafı  buna  şəhadət 
verdi.
1
  
 
mam Həsənin (ə) Müaviyə ilə sülh etməkdə məqsədi 
 
Dünyanın böyük şəxsiyyətləri, ölkə başçıları vəziyyətin öz məqsədləri ilə 
zidd olduğunu görüb iki yol ayrıcına çatanda, çalışırlar işi elə həll etsinlər ki, 
ziyanı  az  olsun.  Bu  da  siyasi  və  ictimai  gedişatda  bir  əsas  kimi 
götürülmüşdür. 
Bu  məsələyə  əsaslanaraq  mam  Həsən  (ə)  də  çalışırdı  ki,  öz  yüksək 
məqsədlərini  mümkün  qədər  təmin  etsin.  Buna  görə  də,  Müaviyə  ilə  sülh 
etmək  məcburiyyətində  qalanda  müqavilənin  birinci  maddəsinə  əsasən, 
hökuməti  Müaviyəyə  bu  şərtlə  təhvil  verdi  ki,  Müaviyə  hökuməti  Quran 
qayda-qanunları və Peyğəmbərin (s) sünnəsi əsasında idarə etsin. Məlumdur 
ki,  mamın (ə) məqsədi qüdrəti ələ almaq və  slam hökuməti təşkil etməklə 
yanaşı  cəmiyyətdə  slam  qayda-qanununu  qoruyub  saxlamaq  və  bu  qayda-
qanun  əsasında  rəhbərlik  etmək  idi.  Əgər  bu  qayda-qanun  Müaviyə 
tərəfindən  də  icra  olunsaydı,  yenə  mamın  (ə)  məqsədi  az  da  olsa  təmin 
olunardı. Buna əlavə olaraq ikinci maddəyə əsasən, Müaviyənin ölümündən 
sonra  mam  Həsən  (ə)  slam  cəmiyyətinin  rəhbərliyini  azad  şəkildə  öz 
öhdəsinə  götürə  bilərdi.  Müaviyənin  otuz  yaş  mam  Həsəndən  (ə)  böyük 
olduğunu,  onun  ömrünün  sonlarının  yaxınlaşdığını  nəzərə  alanda,  bu 
maddənin  adi  hesablamalar  əsasında  slam  və  müsəlmanlar  üçün  nə  qədər 
faydalı olduğu məlum olur.  
Müqavilənin  digər  maddələri  də  bu  cür  əhəmiyyət  daşıyır.  Çünki  cümə 
namazında  və  eləcə  də  digər  namazlarda  Əlinin  (ə)  rəsmi  şəkildə,  heç  bir 
                                                            
1
 
Sulhul-Həsən səh, 259-261 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
32 
 
qorxu olmadan lənətləndiyi, bu işin bir bidət kimi camaat arasında yayıldığı, 
Ə
linin  (ə)  dostlarının,  eləcə  də  Peyğəmbərin  (s)  ailəsinin  (qohum-
ə
qrəbasının) hər yerdə təqib olunduğu və həbs olunaraq cürbəcür təzyiqlərə 
məruz qaldığı bir dövrdə bu işlərin bundan belə təkrar olunmayacağı barədə 
maddə  yazıb  onu  Müaviyəyə  qəbul  etdirmək  və  Müaviyənin  onlara  əməl 
edəcəyi  vədini  onun  dilindən  almağın  nə  qədər  böyük  nailiyyət  olduğunu 
inkar etmək mümkün deyil. 
Qeyd  etmək  lazımdır  ki,  Müaviyənin  bu  müqaviləyə  əməl  etməməsi 
ümum cəmiyyətin fikri cəhətdən ayıqlığına səbəb olardı. Və bütün xalq onun 
mənfur  mahiyyətini  dərk  edərdi.  Necə  ki,  belə  də  oldu  və  həmin  ayıqlıq 
mam Hüseynin (ə) rəhbərliyi ilə sonrakı qiyamına şərait və zəmin yaratdı. 
 
Nəyə görə  mam Həsən (ə) sülh,  
mam Hüseyn (ə) isə qiyam etdi? 
 
Ötən  araşdırmalarda 
mam  Həsənin  (ə)  sülhünün  səbəblərini 
aydınlaşdırdıq. Burada belə bir sual irəli gəlir ki, nəyə görə  mam Həsən (ə) 
sülh,  mam Hüseyn (ə) isə qiyam etdi? Əgər sülh etmək düzgün fikirdisə, bəs 
onda  nəyə  görə  mam  Hüseyn  (ə)  Yezidlə  sülh  bağlamadı?  Yox  əgər 
vuruşmaq lazım idisə, onda nəyə görə  mam Həsən (ə) vuruşmadı? 
Bu  sualların  cavabını  bu  iki  böyük  mamın  yaşadığı  müxtəlif  şəraitli 
dövrdə  və  Yezidlə  Müaviyənin  rəftarında  axtarmaq  lazımdır.  ndi  Müaviyə 
ilə  Yezidin  rəftarındakı  fərqli  cəhətlər  haqqında  az  da  olsa,  sizə  məlumat 
veririk. 
Müaviyə  hakimiyyəti  dövründə  avam,  aldadıcı  plan  və  siyasətlərlə  öz 
hökumətini  şəri  və  slami  bir  hökumət  kimi  göstərməyə  çalışırdı.  O, 
camaatın fikrini onun hökumətinin həqiqi  slam siyasətindən kənar olduğunu 
anlamaqdan yayındırırdı. Düzdür, Müaviyə əməldə  slamı təhrif etmiş və əsl 
slam  hökumətinin  yerinə  Əməvi  hakimiyyətini  gətirib  çıxarmaqla  slami 
cəmiyyəti  qeyri- slami  cəmiyyətə  çevirmişdi.  Lakin  bununla  belə  yenə  də 
slamın  zahirinə  əməl  edir,  zahirdə  slam  qayda-qanunlarına  riayət  edirdi. 
Arada olan pərdələri cırmırdı, sarayında azca da olsa,  slamın zahiri qayda-
qanunlarını  dəyişməyə  qoymurdu.  O,  çox  yaxşı  bilirdi  ki,  din  və  slam 
xilafəti  adı  ilə  camaata  başçılıq  edir.  Buna  görə  də,  aşkarda  elə  bir  iş 
görməməli idi ki, camaat o işi dinə qarşı mübarizə kimi qələmə versin. Çünki 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə