İlk maliyyə münasibətləri nə vaxt yaranmışdır? XII-XIV əsrlərdə



Yüklə 309,8 Kb.
səhifə1/3
tarix29.03.2018
ölçüsü309,8 Kb.
#35446
  1   2   3

  1. İlk maliyyə münasibətləri nə vaxt yaranmışdır?

  1. XII-XIV əsrlərdə.

  2. XIII əsrlərin sonlarında.

  3. XIV-ci əsrin sonlarında.

  4. XII- əsrin əvvəllərində.

  5. XIX-əsrin əvvəlləridə.




  1. Maliyyə nədir?

A) mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fodlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir

B) pul fondlarının məjmusu

C) dövlətin pul vəsaitləridir;

D) dövlətin və müəssisələrin pul fondlarının məjmusudur;

E) dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir;


  1. Maliyyənin funksiyaları hansılardır?

  1. Bölgü və nəzarət.

  2. Bölgü və tənzimləmə.

  3. Bölgü və stimullaşdırma.

  4. Nəzarət və tənzimləmə.

  5. Nəzarət və stimullaşdırma.




  1. Bunlardan hansıları maliyyə münasibətlərinə aid deyil:

  1. Şəxsi istehlaka və mübadiləyə xidmət edən pul vəsaiti.

  2. Müəssisələrlə banklar arasında kreditin alınması, kreditə görə faizin ödənilməsi, bank hesablarında pul vəsaitlərinin saxlanılması ilə əlaqədar münasibətlərdir.

  3. Müəssisələrlə büdcədənkənar fondlar arasında bu fondlara vəsaitlərin ( sığorta haqlarının) ayrılması ilə əlaqədar münasibətləridir.

  4. Dövlətlə müəssisələr (təşkilatlar) arasında vergilərin və digər tədiyyələrin ödənilməsi ilə bağlı münasibətlərdir.

  5. Dövlətlə vətəndaşlar arasında büdcəyə və büdcədən kənar fondlara məcburi və könüllü tədiyyələrin ödənilməsi ilə əlaqədar münasibətlərdir.




  1. Maliyyəni zəruri edən səbəblər hansılardır?

  1. Əmtəə-pul münasibətləri və dövlətin mövcud olması.

  2. Əmtəə-pul münasibətləri və dəyər qanunu.

  3. Mülkiyyət münasibətlərinin çoxnövlülüyü.

  4. Geniş təkrar istehsalın mövcud olması.

  5. İctimai tələbatın ödənilməsi.




  1. Maliyyə sistemi nədir?

  1. Qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı-ayrı həlqələrinin məcmusudur.

  2. Dövlət maliyyəsi sistemidir.

  3. Müəssisə və təşkilatların maliyyə sistemidir.

  4. Kredir-bank sistemidir.

  5. Dövlət maliyyə orqanları sistemidir.




  1. Azərbaycan Respublikasının maliyyə sistemini həlqələrinə aiddir:

  1. Dövlət maliyyəsi, müəssisə və təşkilatların maliyyəsi, kredit-bank sistemi, dövlət maliyyə orqanları sistemi.

  2. Dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət krediti, dövlət sığorta fondları.

  3. Kommersiya müəssisələrinin maliyyəsi, qeyri-kommersiya təşkilatlarının maliyyəsi, ictimai təşkilatları maliyyəsi.

  4. Azərbaycan Respublikası Mərkəzi Bank, kommersiya bankları, bank olmayan kredit təşkilatları.

  5. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Respublika Xəzinadarlıq xidməti, AR-nin subyektlərinin maliyyə orqanları, AR-nin Vergilər Nazirliyi.

8. Azərbaycan Respublikasında dövlət maliyyə sisteminin elementləri hansılardır?

A) Dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət krediti, dövlət sığorta fondları.

B) Dövlət maliyyəsi, müəssisə və təşkilatların maliyyəsi, kredit-bank sistemi, dövlət maliyyə orqanları sistemi.

C) Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Respublika Xəzinadarlıq xidməti, AR-nin subyektlərinin maliyyə orqanları, AR-nin Vergilər Nazirliyi.

D) Azərbaycan Respublikası Mərkəzi Bank, kommersiya bankları, bank olmayan kredit təşkilatları.

E) Kommersiya müəssisələrinin maliyyəsi, qeyri-kommersiya təşkilatlarının maliyyəsi, ictimai təşkilatları maliyyəsi.
9. Azərbaycan Respublikasında maliyyə sisteminin və təşkilatlarının maliyyəsinin tərkib hissələri hansılardır?

A) Kommersiya müəssisələrinin maliyyəsi, qeyri-kommersiya təşkilatlarının maliyyəsi, ictimai təşkilatları maliyyəsi.

B) Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Respublika Xəzinadarlıq xidməti, AR-nin subyektlərinin maliyyə orqanları, AR-nin Vergilər Nazirliyi.

C) Dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət krediti, dövlət sığorta fondları.

D) Dövlət maliyyəsi, müəssisə və təşkilatların maliyyəsi, kredit-bank sistemi, dövlət maliyyə orqanları sistemi.

E) Azərbaycan Respublikası Mərkəzi Bank, kommersiya bankları, bank olmayan kredit təşkilatları.


10. Azərbaycan Respublikasının maliyyə sistemində kredit-bank sisteminin elementləri hansılardır?

A) Azərbaycan Respublikası Mərkəzi Bank, kommersiya bankları, bank olmayan kredit təşkilatları.

B) Kommersiya müəssisələrinin maliyyəsi, qeyri-kommersiya təşkilatlarının maliyyəsi, ictimai təşkilatları maliyyəsi.

C) Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Respublika Xəzinadarlıq xidməti, AR-nin subyektlərinin maliyyə orqanları, AR-nin Vergilər Nazirliyi.

D) Dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət krediti, dövlət sığorta fondları.

E) Dövlət maliyyəsi, müəssisə və təşkilatların maliyyəsi, kredit-bank sistemi, dövlət maliyyə orqanları sistemi.


11. Azərbaycan Respublikasının maliyyə sistemində dövlət maliyyə orqanları sisteminin tərkib hissələri hansılardır?

A) Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Respublika Xəzinadarlıq xidməti, AR-nin subyektlərinin maliyyə orqanları, AR-nin Vergilər Nazirliyi.

B) Azərbaycan Respublikası Mərkəzi Bank, kommersiya bankları, bank olmayan kredit təşkilatları.

C) Dövlət maliyyəsi, müəssisə və təşkilatların maliyyəsi, kredit-bank sistemi, dövlət maliyyə orqanları sistemi.

D) Kommersiya müəssisələrinin maliyyəsi, qeyri-kommersiya təşkilatlarının maliyyəsi, ictimai təşkilatları maliyyəsi.

E) Dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət krediti, dövlət sığorta fondları.


12. Azərbaycan Respublikasının büdcə sistemi hansı səviyyələrdən ibarətdir?

A) Azərbaycan Respublikasının dövlət büdcəsi, bələdiyyələrin büdcəsi.

B) AR-nin dövlət büdcəsi, dövlət müəssisələrinin büdcəsi.

C) AR-nin dövlət büdcəsi, Naxçıvan MR-in büdcəsi.

D) Yerli büdcə, Naxçivan MR-in büdcəsi.

E) Naxçıvan MR-in büdcəsi, bələdiyyələrin büdcəsi.


13. Dövlət maliyyə resursları nədir?

A) Təsərrüfat subyektləri kimi öz xərclərini ödəmək üçün dövlətin, onun müəssisə və təşkilatlarının malik olduqları bütün pul vəsitləri fondlarının və daxilolmalarının məcmusudur.

B) Mərkəzləşdirilmiş dövlət fondlarıdır.

C) Qeyri-mərkəzləşdirilmiş maliyyə resurslarıdır.

D) Dövlət büdcəsinin vəsaitləridir.

E) Büdcədənkənar fondların vəsaitləridir.


14. Maliyyə resursları hansı hissələrdən ibarətdir?

A) Mərkəzləşdirilmiş fondlar, qeyri-mərkəzləşdirilmiş maliyyə resursları.

B) Dövlət büdcəsi və büdcədənkənar fondlar.

C) Dövlət büdcəsi və müəssisələrin pul vəsaitləri fondları.

D) Büdcədənkənar fondlar və müəssisələrin pul vəsaitləri fondları.

E) Dövlət büdcəsi və qeyri-mərkəzləşdirilmiş maliyyə resursları.


15. Vahid büdcə təsnifatında nəzərdə tutulmamışdır:

A) Büdcə kəsirinin maliyyələşmə mənbələrinin təsnifatı

B) Büdcə xərclərinin iqtisadi təsnifatı

C) Büdcə xərclərinin funksional və iqtisadi təsnifatı

D) Büdcə xərclərinin təşkilatlar üzrə təsnifatı

E) Büdcə xərclərinin funksional təsnifatı


16. Franşiza nədir?

A) sığorta şirkətinin ödəmədiyi ziyanın miqdarı

B) bağlanan sığorta müqaviləsinin miqdarı

C) sığorta ziyanının ödənilməsi

D) sığorta növü

E) sığorta müqaviləsindəki pozuntulara tətbiq edilən sanksiya


17. İlk siğorta şirkəti nə zaman və harada yaradılmışdır?

A) 1424-ci ildə Genuya da

B) 1435-ci ildə Barselona da

C) 1666-ci ildə London da

D) 1786-ci ildə Rusiya da

E) 1680-ci ildə İngiltərə də


18. Maliyyə siyasəti nədir?

A) Dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə resurslarının səfərbər edilməsinə,onların məqsədəuyğun bölgüsünə və səmərəli istifadə edilməsinə yönəldilən xüsusi fəaliyyət sahəsidir.

B) Uzun müddətli perespektində hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xətdidir.

C) Maliyyə strategiyasının mühüm olmayan sahələrində qarşıya çıxan maliyyə məslələrinin həlli metodlarıdır.

D) Ölkənin büdcə-vergi siyasətidir.

E) Müəssisənin maliyyə resurslarının formalaşmasına və səmərəli istifadə edilməsinə yönəldilmiş maliyyə resurslarının idarə edilməsi metodlarının məcmusudur.


19. Maliyyə strategiyası nədir?

A) Uzun müddətli perespektində hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xətdidir.

B) Dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyə resurslarının səfərbər eilməsinə, onların məqsədəuyğun bölgüsünə və səmərəli istifadə edilməsinə yönəldilən xüsusi fəaliyət sahəsidir.

C) Müəssisənin maliyyə resurslarının formalaşmasına və səmərəli istifadə edilməsinə yönəldilmiş maliyyə resurslarının idarə edilməsi metodlarının məcmusudur.

D) Dövlətin vergi siyasətidir.

E) Ölkənin büdcə siyasətidir.


20. Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

A) milli gəlirlərin

B) əhalinin gəlirlərinin

C) istehsal fondlarının

D) istehsal və qeyri istehsal fondlarının

E) kredit fondlarının

21. Fiskal siyasət nədir?

A) Ölkənin büdcə-vergi siyasətidir.

B) Maliyyə strategiyasının ən mühüm sahələrində qarşıya çıxan maliyyə məslələrinin həlli metodlarıdır.

C) Müəssisənin maliyyə resurslarının formalaşmasına və səmərəli istifadə edilməsinə yönəldilmiş maliyyə resurslarının idarə edilməsi metodlarının məcmusudur.

D) Uzun müddətli perespektində hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xətdidir.

E) Dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə resurslarının səfərbər eilməsinə, onların məqsədəuyğun bölgüsünə və səmərəli istifadə edilməsinə yönəldilən xüsusi fəaliyyət sahəsidir.


22. Müəssisənin maliyyə siyasəti nədir?

A) Müəssisənin maliyyə resurslarının formalaşmasına və səmərəli istifadə edilməsinə yönəldilmiş maliyyə resurslarının idarə edilməsi metodlarının məcmusudur.

B) Ölkənin büdcə-vergisi siyasətidir.

C) Uzun müddətli perespektində hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xətdidir.

D) Dövlətin öz funksiyalarını həyata keçirmək üçün maliyyə resurslarının səfərbər edilməsinə, onların məqsədəuyğun bölgüsünə və səmərəli istifadə edilməsinə yönəldilən xüsusi fəaliyyət sahəsidir.

E) Maliyyə strategiyasının ən mühüm sahələrində qarşıya çıxan maliyyə məslələrinin həlli metodlarıdır.


23. Bunlardan hansıları maliyyə siyasətinin formalaşmasının ümumi prinsiplərinə aid deyil?

A) Siyasi-iqtisadi vəziyyətin təhlili.

B) Maliyyə resurslarının bir hissəsinin dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarında təmərküzləşməsi.

C) Dövlətin maliyyə resurslarından istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi.

D) Maliyyənin inkişafının elmi cəhətdən əsaslandırılmış konsepsiyasının hazırlanması.

E) Qarşıya qoyulmuş məqsədlərə nail olmağa yönəldilən praktiki fəaliyyətin həyata keçirilməsi, iqtisadiyyatın inkişafına maliyyənin təsirinin müəyyən edilməsi.


24. Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

A) maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur

B) maliyyə pul fondlarının məcmusudur

C) maliyyə dövlətin pul fondlarının məcmusudur

D) maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur

E) maliyyə dövlətin pul vəsaitlərinin formalaşması ilə baglı iqtisadi münasibətlərin məcmusudur


25. Strateji idarəetmə nədir?

A) Proqnozlaşdırma vasitəsilə prespektiv maliyə resurslarının müəyyən edilməsində, məqəsdli proqramların reallaşması üçün maliyyə resurslarının həcminin müəyən edilməsidir.

B) Cari maliyyə vəziyyətinin operativ təhlili əsasında işlənib hazırlanan kompeks tədbirləridir.

C) Xüsusi aparat, xüsusi metod, o cümlədən müxtəlif stimul və sanksiyaların köməyi ilə həyata keçirilən idarəetmədir.

D) Maliyyənin idarə edilməsini həyata keçirən təşkilat strukturlarının məcmusudur.

E) Müəyyən nəticələrə nail olmaq üçün məcmu üsul və metodların köməyi ilə obyektə şüurlu, məqsədyönlü təsirdir.


26. Sığorta edən tərəflərə aşağıdakılardan hansıları aiddir?

A) Dövlət, səhmdar və ya sığorta fondu yaratmaq səlahiyyətinə malik olan şəxslər

B) Debitor və kreditor

C) İstənilən mülkiyyət formalı (dövlət,bələdiyyə, kooperativ, səhmdar, xüsusi və fiziki şəxslər)

D) Hüquqi şəxslər

E) Dövlət və ya dövlət orqanlarında çalışan yüksək rütbəli şəxslər


27. Maliyyənin əsas prinsiplərini göstərin:

A) vahidlik; balanslaşdırma; məqsədyönlü təyinat

B) maddi məhsuliyyət; sərbəstlik; maddi maraq

C) tamlıq; aşkarlıq; vahidlik

D) maddi məhsuliyyət; vahidlik; məqsədyönlü təyinat

E) məqsədyönlü təyinat; tamlıq; aşkarlıq


28. Maliyyə aparatı nədir?

A) Maliyyənin idarə edilməsini həyata keçirən təşkilat strukturlarının məcmusudur.

B) Proqnozlaşdırma vasitəsilə prespektiv maliyə resurslarının müəyyən edilməsində, məqsədli proqramların reallaşması üçün maliyyə resurslarının həcminin müəyən edilməsidir.

C) Müəyən nəticələrə nail olmaq üçün məcmu üsul və metodların köməyi ilə obyektə şüurlu, məqsədyönlü təsirdir.

D) Xüsusi aparat, xüsusi metod, o cümlədən müxtəlif stimul və sanksiyaların köməyi ilə həyata keçirilən idarəetmədir.

E) Cari maliyyə vəziyyətinin operativ təhlili əsasında işlənib hazırlanan kompeks tədbirləridir.


29. Maliyyənin idarə edilməsinin hansı formaları fərqləndirilir?

A) Strateji (ümumi) və operativ.

B) Obyektiv və subyektiv.

C) Operativ və nəzarət.

D) Planlaşdırma və proqnozlaşdırma.

E) Strateji və nəzarət.


30. Azərbaycan Respublikasında maliyyənin ümumi idarə edilməsini hansı orqanlar yerinə yetirir?

A) Milli Məclis, Nazirlər Kabineti, Prezident Administratsiyası.

B) Azərbaycan Respublikasının Prezidenti, Nazirlər Kabineti və Prezident Administratiyası.

C) Milli Məclis, Nazirlər Kabineti, Maliyyə Nazirliyi.

D) Prezident Adminstrasiyası, Maliyyə Nazirliyi.

E) Milli Məclis, Prezident Adminstrasiyası, Maliyyə Nazirliyi.


31. Maliyyənin operativ idarə edilməsini hansı orqan həyat keçirir?

A) Maliyyə aparatı.

B) Maliyyə Nazirliyi, Vergilərə Nazirliyi və onların yerlərdəki orqanları.

C) Hesablama Palatası.

D) Müvafiq icra hakimiyyəti orqanlarının maliyyə idarələri (şöbələri).

E) Müəssisə və təşkilatların maliyyə idarələri (şöbələri).


32. Sığorta etdirən tərəflərə aşağıdakılardan hansıları aiddir?

A) İstənilən mülkiyyət formalı (dövlət, bələdiyyə, kooperativ, səhmdar, xüsusi və fiziki şəxslər)

B) Dövlət, səhmdar və ya sığorta fondu yaratmaq səlahiyyətinə malik olan şəxslər

C) İş qabiliyyətli hər hansısa bir vətəndaş

D) Debitor və kreditor

E) Dövlət və ya dövlət orqanlarında çalışan yüksək rütbəli şəxslər


33. Bunlardan hansılar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vəzifələrinə aid deyil?

A) Artıq ödənilmiş vergi məbləğini və vergi ödəyicilərindən düzgün alınmamış cərimə və dəbbə pulunun qaytarılmasının həyata keçirilməsi.

B) Azərbaycan Respublikasında dövlətin vahid maliyyə, büdcə və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsi.

C) Dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkili.

D) Dövlət maliyyəsinin sabitliyinin təmin eilməsi və maliyyə bazarının inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsi.

E) Maliyyə resurslarının sosial-iqtisadi inkişafın üstün inkişafına təmərküzləşməsi.


34. Bunlardan hansı maliyyə göstəricilərinin proqnoz və plan hesablamaları metoduna aid deyil?

A) Tarixi.

B) Ekstropolyasiya.

C) Normativ.

D) Riyazi modelləşmə.

E) Balans.


35. Maliyyə bazarı nədir?

A) Pul vəsaitlərinin hərəkətinin təşkil edilməsinin xüsusi forma və sferası olub maliyyə münasibətləri sferasında alqı-satqı münasibətlərinin məcmusudur.

B) Bu bazarın obyekti ilə əməliyyat aparıldığı zaman subyektlər nəinki iqtisadi məqsədyönlülük nöqteyi-nəzərdən və habelə müəyyən mənada təşkilati, iqtisadi və hüquqi məhdudiyyət baxımından fəaliyyət göstərir.

C) Qızılın həm yığım və ölkənin qızıl ehtiyyatlarının artırılması, həm də biznesi təşkil etmək və sənaye istehlakı məqsədilə alqı-satqı ilə əlaqədar olan iqtisadi münasibətlərin məcmusudur.

D) Bu bazarın alətləri xəzinə vekselləri, bank aksepləri, bankların depozit sertifikatlarınnan ibarətdir.

E) Ssuda kapitalının dövriyyəsinin təmin edilməsi prosesində yaranan münasibətləri yaxud dövriyyənin təşkili formasını ifadə edir.


36. Büdcə sistemi dedikdə nə başa düşülür?

A) büdcələrin məjmusu

B) büdcə münasibətləri

C) büdcə təşkilatları

D) maliyyə sistemi

E) mərkəzləşdirilmiş fondlar


37. Qızıl bazarı nədir?

A) Qızılın həm yığım və ölkənin qızıl ehtiyyatlarının artırılması, həm də biznesi təşkil etmək və sənaye istehlakı məqsədilə alqı-satqı ilə əlaqədar olan iqtisadi münasibətlərin məcmusudur.

B) Bu bazarın alətləri xəzinə vekselləri, bank aksepləri, bankların depozit sertifikatlarından ibarətdir.

C) Pul vəsaitlərinin hərəkətinin təşkil edilməsinin xüsusi forma və sferası olub maliyyə münasibətləri sferasında alqı-satqı münasibətlərinin məcmusudur.

D) Ssuda kapitalın dövriyyəsinin təmin edilməsi prosesində yaranan münasibətləri yaxud dövriyyənin təşkili formasını ifadə edir.

E) Bu bazarın obyekti ilə əməliyyat aparıldığı zaman subyektlər nəinki iqtisadi məqsədyönlülük nöqteyi-nəzərdən və habelə müəyyən mənada təşkilati, iqtisadi və hüquqi məhdudiyyət baxımından fəaliyyət göstərir.


38. Dövlət maliyyəsinə bir başa aid deyildir:

A) Yerli büdcələrin gəlirləri və xərcləri

B) Dövlət Sosial Müdafiə Fondunun xərcləri

C) Dövlət büdcəsinin yerli gəlirləri və xərcləri

D) Dövlət müəssisələrinin maliyyəsi

E) Dövlət krediti

39. Borc kapitalı nədir?

A) Ssuda kapitalın dövriyyəsinin təmin edilməsi prosesində yaranan münasibətləri yaxud dövriyyənin təşkili formasını ifadə edir.

B) Qızılın həm yığım və ölkənin qızıl ehtiyyatlarının artırılması, həm də biznesi təşkil etmək və sənaye istehlakı məqsədilə alqı-satqı ilə əlaqədar olan iqtisadi münasibətlərin məcmusudur.

C) Bu bazarın alətləri xəzinə vekselləri, bank aksepləri, bankların depozit sertifikatlarından ibarətdir.

D) Bu bazarın obyekti ilə əməliyyat aparıldığı zaman subyektlər nəinki iqtisadi məqsədyönlülük nöqteyi-nəzərdən və habelə müəyyən mənada təşkilati, iqtisadi və hüquqi məhdudiyyət baxımından fəaliyyət göstərir.

E) Pul vəsaitlərinin hərəkətinin təşkil edilməsinin xüsusi forma və sferası olub maliyyə münasibətləri sferasında alqı-satqı münasibətlərinin məcmusudur.


40. Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

A) dəyərin birtərəfli və əvəzsiz hərəkətidir;

B) dəyərin pulla ifadəsiniun hərəkətidir;

C) sadəcə dəyərin hərəkətidir;

D) dəyərin qarşılıqlı hərəkətidir;

E) pul vəsaitlərinin hərəkətidir;


41. Düzgün ifadəni seçib göstərin

A) istənilən maliyyə münasibətləri pul münasibətləridir

B) istənilən pul münasibətləri maliyyə münasibətləridir

C) istənilən kredit münasibətləri maliyyə münasibətləridir

D) iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir

E) istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir


42. Büdcə təsnifatı ifadə edir:

1. rəqəmli kodla ifadə edilmiş büdcə maddələrinin qruplaşdırılmasını;

2. büdcənin gəlir və xərclərinin qruplaşdırılmasını;

3. bütün səviyyələrdə büdcə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını ;

4. kəsirin maliyyələşdirilməsi mənbələrini

5. bütün səviyyələrdə büdcənin gəlir və xərc maddələrinin təsnifatını;

A) 1, 3

B) 2, 4

C) 3, 5

D) 1, 5

E) 4, 5
43. Büdcə prosesində aktiv iştirakçı qismində iştirak etmir:

A) vergiödəyiciləri

B) büdcə vəsaitlərinə sərəncam verənlər

D) qanunverici orqan

C) icraedici orqanlar

E) büdcədənkənar fondlar


44. Fyuçers bazarı nədir?

A) Elə bir bazardır ki, burada gələcəkdə qiymətli kağızların yaxud maliyyə bazarında real surətdə satılan digər maliyyə alətlərinin müəyyən müddətə göndərilməsi üzrə müqavilə ilə ticarəti həyata keçirir.

B) Elə bazardır ki, burada müəyyən vaxt çərçivəsində müəyyən maliyyə alətlərinin (qiymətli kağızların) qabaqcadan müəyyən edilmiş qiymətlə alqı-satqısı baş verir.

C) Qiymətli kağızlar sazişi iştirakçıları arasında müqavilələrin birbaşa mübadiləsi bazarıdır.

D) Bu bazarda qiymətli kağızların pul vəsaitinə mübadiləsi praktiki olaraq sövdələşmə anında müddətli olaraq həyata keçirilir.

E) Elə bazar növüdür ki, burada tərəflər onlarda həqiqətən mövcud olan qiymətli kağızların gələcəkdə müəyyən vaxtda son hesablaşmaq şərti ilə göndərilməsinə razılaşırlar.

45. Opsion bazarı nədir?

A) Elə bazardır ki, burada müəyyən vaxt çərçivəsində müəyyən maliyyə alətlərinin (qiymətli kağızların) qabaqcadan müəyyən edilmiş qiymətlə alqı-satqısı baş verir.

B) Qiymətli kağızlar sazişi iştirakçıları arasında müqavilələrin birbaşa mübadiləsi bazarıdır.

C) Bu bazarda qiymətli kağizların pul vəsaitinə mübadiləsi praktiki olaraq sövdələşmə anında müddətli olaraq həyata keçirilir.

D) Elə bazar növüdür ki, burada tərəflər onlarda həqiqətən mövcud olan qiymətli kağızların gələcəkdə müəyyən vaxtda son hesablaşmaq şərti ilə göndərilməsinə razılaşırlar.

E) Elə bir bazardır ki, burada gələcəkdə qiymətli kağızların yaxud maliyyə bazarında real surətdə satılan digər maliyyə alətlərinin müəyyən müddətə göndərilməsi üzrə müqavilə ilə ticarəti həyata keçirir.


46. Repressiv metodu nədir?

A) Arzuolunmaz hadisələrin (məsələn, yanğına, su basmaya, tufana və s. qarşı mübarizə ) yatırılmasına yönəldilmişdir.

B) Sığorta fondunda pul formasında zərərin bir hissəsinin və yaxud bütün zərəri ödəyən sığorta aid edilir.

C) Arzuolunmaz hadisələrin (məsələn,yanğına qarşı tədbirlər,quraqlığa qarşı, yoluxu xəstəliyə qarşı mübarizə tədbirləri) qarşısının alınmasına yönəldilən tədbirlər nəzərdə tutulur.

D) Müəyyən hadisə baş verdikdə arzuolunmaz (mənfi) nəticələrin risk dərəcəsinin aşağı salınmasının əsas metodudur.

E) Sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır.


47. Hansı obyektin bölgüsü və yenidənbölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

A) milli gəlirin

B) əhalinin real gəlirlərinin

C) istehsal fondlarının

D) istehsal və qeyri istehsal fondlarının

E) suda fondunun


48. Maliyyə metodu vasitəsi ilə bölgü hansı saviyyələri əhatə edir?

A) sahələrarası bölgünü

B) növbəti bölgünü

C) ilkin bölgünü

D) yenidənbölgünü

E) sonrakı bolgünü


49. Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

A) pulun


B) qiymətli kağızların
D) maliyyə münasibətlərinin

C) müəssisələrin

E) dövlət büdcəsinin

50. Mərkəzləşdirilmiş fondlar hansılardır?


Yüklə 309,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə