Iknci bölüm



Yüklə 481,45 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix26.08.2018
ölçüsü481,45 Kb.
#64719
1   2   3   4   5   6   7   8   9   10

Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

təbəqəsi və öz tərəfimdən bunu təbrik edirəm. Mən mütəəssifəm ki, öz sinnim icazə vermir amma 

nəvələrim var ki, bu feyzi dərk edəcəklər. 

 

Ağayi Badəkandan sonra ağayi Qulixan Borçalu Qara Papaq eli tərəfindən azərbaycan azadlığini dilfa' 



etmək yolunda o elin hazır olduğunu bəyan etdilər. 

 

Bu mövqə'də Milli Qoşuna ad yazdırmağa gələnlərin adlarını səbt etməyə başlandi. Maarif Vəzirimiz 



ağayi Biriya mürəttəb sütunlarla mühəvvətə də mütəvəqqif olan davtələblər üçün mühəyyic bir nitq irad 

etdilər. 

 

Məclis saat 11-də sona yetişdi 



 

 

 



Bu gündən e’tibarən bir tərəfdən cəvanlar dəstə-dəstə milli vəzifəyə yazılır o biri tərəfdən onları təşkil 

etməyə məmur əfsərlərimiz onları qəbul edərək vahidlərə və əvvəldən təhiyə edilmiş nəqşə üzrə Milli 

Qoşun təşkilatını vicuda gətirirlər. 

 

Yeri gəlmişkən bunu da qeyd etməliyik, Milli Qoşunumuz təşkilində  əfsər məsələsi çox böyük 



əhəmmiyətə haiz idi. Ərfə'in xainanə siyasəti nəticəsində üçüncü ləşgərin  əfsərləri öz dərəcə  və 

məqamlarını əldən vermək qorxusundan Azərbaycanı tərk edib getmişlərdi. Qalanların da sayı o qədər 

az idi ki, onların vasitəsi ilə qoşun təşkil etmək mümkün ola bilməzdi. 

 

Bu mövqə'də «İran Arteşi» təşkilatının fəsadi və Ərfə'in apardığı xainanə siyasət üzündən təngə gəlib 



fərara məcbur olan İran əfsərləri, nehzətimizin möhkəmliyini və irəli getəməsini eşidib dəstə-dəstə bizə 

mülhəqq olurdular.  

 

Hələ  Fədai hərəkəti başlanan günlərdə bu əfsərlərdən böyük istifadələr görünmüşdü. Ümumiyətlə 



bizim tərəfə pənahəndə olan əfsərlər İran arteşinin ən fə`al, ən səmimi və ən fədakar kadr və səfi təşkil 

edən yaxşı təhsil görmüş cəvanlar idi. 

 

Bunlar məxsusən siyasi məfkurə  və azadixahanə ruhiyəyə malik idilər. Ona görə bizim Milli 



Qoşunumuzun təşkilində ürəkdən çalışmağa başladılar. 

 

Bununla belə  əfsər azlığı  şədid bir surətdə ehsas olunurdu. Bu ehtiyaci rəf' etmək üçün tə'cili bir 



surətdə hərbi məktəb yaradılıb Fədai cərəyanında yararlıq göstərən savadlı cəvanların təhsilinə iqdam 

olundu. Digər tərəfdən uzun müddət qoşunda xidmət edən guruhbanlara əfsərlik vəzifəsi tapşırılmaqla, 

əfsər məsələsi də sadə bir surətdə rəf' edilmiş oldu. 

 

Qoşunun libas və ləvazimatı isə Milli Hökumətin karxana və sənaye'ə olan əlaqəsi sayəsində çox tez 



bir surətdə təhiyə edilə bidi. 

 

Bu iş o qədər sür'ət ilə əncam tapdi ki, qoşun işi ilə məşğul olan əfsərlər özləri də heyrətdə qalldılar. 



Zira dünən kənddən çarıq ilə gələn kəndli balası, bu gün qoşun paltari geyib neçə ay tə’lim görmüş bir 

qoşun fərdi kimi rəsmi geçidlərdə iştirak etməklə özünün iste’dadını büruza verdi. 

 

 

 



 

 

Maarif  Sahəsində 

Maarif sahəsində də Firqə böyük qədəmlər götürməyə müvəffəq oldu. 12-şəhərivər e`lamiyyəsində dil 

barəsində meydana atılan  şüarları Milli Hökumətimiz haman təşkilinin  əvvəlindən artıq fədakarlıq ilə 

icra etməyə başladi. 

 

Bütün idarə və mədrəsələrimizədə fəqət öz Milli Dilimiz rəsmi olaraq qəbul edidi. Belə bir fürsəti ürək 



döyüntüsü ilə gözləyən xəlq, hökumətin əmrini canu-dil ilə istiqbal etdi. 

 

Xəlqimizin mübarizə orqanı olan Azərbaycan Ruznaməsi dil və maarif uğrunda böyük yararlıq göstərdi. 



Onun səfhələri  şa’irlər və yazıçılarımız üçün geniş  qələm meydanı olmaqla yeni yazıçi və  şa’irlər 

 

17




Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

meydana çıxıb özlərinin iste'dad və hünərlərini göstərməyə imkan tapdılar, məxsusən Milli 

nehzətimizin nəticəsində yüksələn ümumi ruhiyə  şa’ir və yazıçılarımıza böyük ilham mənbəi olub 

onları yazıb yaratmağa vadar etdiyi qeyd etmək lazimdir. Şa’irlərimizin keçən  şəhərivərdən indiki 

şəhərivərə  qədər yazdıqları cürat ilə demək olar ki, əlli il müddətində yazdıqlarından daha artıq ola 

bilər. Bir də söz yazinın və  şe’rin çoxluğunda dəyidir,  şe’rin dəyəri onda təcəssüm edilən ruhiyə  də 

aranılır ki, bu cəhətdən bir illik ədəbyatımız fövqəladə ğəni və sərvətli dir. Sabiqəli şa’irlərimizdən Əli 

Fitrət, E’timad, Məhzun, Sahir və sayirləri deyəbilərik  ömürlərində yazıb intişar verdikləri  şe’rlərin 

münasbətilə o qədər  şöhrət və hörmət qazana bilməmişlərdi ki, bu bir ilin müddətində qazanmışlar. 

Cəvan  şa’irlərimiz isə deyəbilərik ki, öz şöhrət və yaradışlarını  fəqət Milli nehzətimizdən ilham 

almışlardır. Azər Oğlu,  Əli Tudə, Mədinə Gülügün, Məhəmməd  Əli Dirəfşi və qeyriləri fəqət 

nehzətimizin  şa’irləri hesab oluna bilərlər. Bunların nehzətdən  əvvəl yazdıqları  əş`ar nehzət zəmanı 

yazdıqları ilə qabil müqayisə belə ola bilməz. Bunların hamısından  əlavə Milli Dilimizədə meydana 

çıxan ruznaməmizdir. İndi bizim öz dilimizədə 8 ruznamə çıxır. Bunlardan əlavə aylıq məcəllələrimizin 

də  əsasi qoyulmuşdur. Ümid edirik tez bir zəmanda onlar da öz intişarları ilə gözlərimizi 

işıqlandıracaqlar. Ədəby cəhətdən bir qədər zəiflik varsa dar lakin onun dar pəşəngləri tək-tək nəzərə 

çarpmamış  dəyidir. Bu bir ill nehzət zəmanında fəqət Azərbaycan ruznaməsində 255-qit’ə  şe’r çap 

edilmişdir ki. Bu Azərbaycanda görünməmiş bir işdir. 

 

Siyasi mətbu’ata gəldikdə deyəbilərik ki, çox böyük qədəmlər götürə bilmişik. Bu xüsusda ağayi 



Pişəvərinin siyasi mövzularda və ümumi işlərimiz həqqində yazdığı məqalələrin böyük təsiri olmuşdur. 

Ağayi Pişəvərinin Farsi dilində olduğu kimi Azərbaycan dilində  məxsus səbki vardır , bu səbk 

fövqalə'adə sadə və rəvan olduğu qədərdə havy olduğu zərbavlmsllər, kinayələr, məntiqi cəvvablar və 

əsaslı dəlillər ilə oxucunu düşündürdükcə iqna' edir və onun ruhunda dərin bir təsir buraxmaqla, ona 

nə  qədər müxalif olur olsun, məqaləni qurtardıqda razi qalmaya bilməz. Bu isə bizim cəvan 

yazıçılarımıza sərmşq olmüş yazımızın sadə  və  təbiiliyini təəmin etmişdir. Burada ağayi Pişəvərinin 

Tehran ruznamələrinin birinə verdiyy diş sındıran cəvabı nümunə üçün dərc edirik: 

 

 



 

 

Ölmək Var Dönmək Yoxdur 

Xəlqimizin Milli Azadlıq yolunda götürdüyü böyük qədəmin həqiqi mə’nasını dərk etməkdən aciz olan 

Tehran azadixahları, iki əsaslı  məsələdə bizə öz əqidələrincə böyük irad tapmışlar. Bunlardan biri 

Azərbaycan dili, ikincisi isə azərbaycanlıların Milləti dir. Bu iradi biz özlərini azadixah adlandıran Fars 

mütəəssiblərinin hamısından eşitmişik və cəvabımız da çox sadə olmuşdur. Azərbaycanlı Fars dəyil və 

farsi dilini də azərbaycanlının əksəri başa düşəbilmir. Güc ilə o dili azərbaycanlılara təhəmil mümkün 

olabilməmiş və olmayacaqdır. 

 

 

Azərbaycanda elə bir ev tapılmaz ki, onun əhalisi azərbaycanlı olsun amma Azərbaycan dilindən 



başqa bir dil ilə danışmağa rəğbət göstərsin. Mərhum Hacı İmam Cümə Xoyi qırx il tehranda yaşadığı 

halda özünün təkiyə  kəlami olan «pi oğlan» sözünü tərk edib ona münasib bir Fars sözü işlədə 

bilməmişdi. Bu isə tehranlılar arasında zərb-ələməsəl dir. Tehranın özündə Hacı İmam Cümə kimilərin 

sayı yüzmındən  əlavə dir və bunların  hamısı öz aralarında Azəbaycan Dili ilə danışmağı sevər və 

ondan ləzzət apararlar. Azərbaycanlı yüz il xaricdə qalarsa əxlaq, ruhiyə  və  tərz təfəkkür cəhətdən 

azərbaycanlıdır. O öz yurdunu , öz ana və baba ocağını sevər və onu yad etməyə iftixar edər. 

 

Azərbaycana dilsuzluq edən Fars azadixahlarına demək gərəkdir ki, sizlər əyər vəhşətə salıb tehrana 



çəkdigiz azərbaycanlıların ürəyinə girə bilsiz orada azərbaycana olan eşqi və  məhəbbəti gördükdə 

heyrət edərsiz. 

 

Çünki sizdə öz yurduza məhəbbət və əlaqə yoxdur. Azərbaycanlı heç bir cəhətdən sizə bənzəmədiyi 



kimi vətən məhəbbəti, ana eşqındə  də sizlərə oxşamaz. Siz onu tanıya bilməzsiniz. Çünki 

mahiyyətində olan qurur-millidən sizlərdə  əsər yoxdur. Doğrudur Azərbaycan demokrasi nehzəti 

başlanan zəmana dək özünün milləti həqqində az danışmışdır, vəli əməldə həmişə o özünü müstəqil 

bir millət hesab edib, cəhət və  səbəbsiz  əziz olan Farslara yabançi gözüylə baxıb. Onların təht-

hakimiyətində yaşamağı özünə ar bilmişdir. 

 

Gedin tehranın cənubi məhəllələrində  və kargərlər yaşayan küçələrdə bir qədər dərindən təhqiqat 



edin! Azərbaycanın müxtəlif guşələrindən bir parça çörək qazanmaq üçün mühacirət edib, olarda fəqir  

 

18




Yüklə 481,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə