Iknci bölüm



Yüklə 481,45 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix26.08.2018
ölçüsü481,45 Kb.
#64719
1   2   3   4   5   6   7   8   9   10

Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

 

Çünki xəlq o dəstgaha inana bilmirdi və həqqi də var idi, bir də bu əvaxirdə olmuşdur ki, xəlqi zor ilə 



nizami aparırdılar, indi şəhərlər-kəndlərimizdə hamı ürəkdən Milli Qoşuna girmək üçün davtələb olub 

qoca kişilər belə nizama daxil olmaq istəyirlər, burada mənim yanimda Yuquslav mətbu’atının 

nümayəndəsi oturmuşdur. Onun izharına görə bizim xəlqimiz ilə Yuquslavya milləti arasında bir 

oxşarlıq vardır. Orada xəlq Alman işğalı dövrəsində marşal Titonun ətrafına toplanıb milli azadlığı 

yaradıblar. Əgərçi biz o qədər qəhrəmanlıq göstərə bilməmişik vəli həqiqətdə bizim xəlqimiz böyük və 

qəhrəman bir xəlqdir. Onun heçvəch ilə Tehran, İsfahan və başqa yerlərin əhalisi ilə oxşarışı yoxdur. 

O, Yuquslav xəlqi kimi öz azadlığı uğrunda mübarizəyə qalxmışdır. O fars dəyil və farslardan fərqlidir. 

Dünənəki təzahürat nişan verdi ki, xəlqimiz özünü  tanıyıb və öz millətini təşxis veribdir. Azadlığın 

mə’nasını düşünüb və onun qədir və qimətini dərk eləmişdir. 

 

Geçən gün mən ağayi İpəkçiyan ilə söhbət elirdim, o deyirdi ki, Fədai qüvvələri Zəncana varid olmaq 



haman Tehran mürtəce’ləri qaçmaq tədarükü görürdülər. 

 

İndi də  əyər yüz nəfər Qəzvində tapılsa onların hamısı qaçacaqlar. Mən Tehrandan mütəəddid 



məktublar almışam. Bu məktublar yazırlar ki, siz hərəkət etmək haman Tehranın daxilində böyük 

inqilab vicuda gələcəkdir. Mərkəzi Hökumət bizi bu işə vadar edərsə bütün İran xəlqləri əsarətdən xilas 

olacaqlar. Amma bilməlisiz ki, böyük arzuları qeyri müntəzəm qüvvə ilə əncam vermək olmaz. Bizim 

gərək topumuz, təyyarəmiz və hər cürə silahımız olsun. Biz evimizin palazını satıb tank, top və təyyarə 

almalıyıq. İran azadlığı Azərbaycan azadlığından asılıdır. 

 

Xəlqin minlərlə teleqrafına cəvab verməyə hazır olmayan mürtəce’ Sədr və  Həkiymi hökuməti bizim 



nehzətimizin sayəsində  İsfahanda və iranın başqa  şəhərlərində  əncümən  əyaləti və vilayəti 

intixabatına hazır oldu. Halbuki, bundan qabaq bu qanun icrasına ayrı qanunların mane’ olduğunu 

söyləiyrdi. Biz iki yol ayricindayız, ya gərək Tehran Hökuməti azadlıq yolu ilə gedə  və bizim 

azadlığımıza mane’ olmaya, əyər getməzsə biz onunla getməyəcəyik və əyər mümkün olsa onu yıxıb 

yerinə bir demokrat rejimi yaradacağız, (alqışlar) biz mümkündür neçə gün müvəqqəti halda çətinlik 

çəkək və iqtisadi fışar da görək, vəli böyük iş görmək istəyən millət gərək bu kimi fışarlara tablaşsın. 

Müharibə mövqeində gördük ki, Rusiyyə milləti və başqa millətlər nə qədər fədakarlıq göstərdilər. Biz 

onlardan ibrət almalıyıq. 

 

Dünənəki mitinq və  ətrafdan gələn teleqrqflar və kağazlar böyük ehsasat nişan verirdi. Azərbaycan 



xəlqi həmişə öz azadlığına əlaqə nişan vermişdir. Səfəviə nehzətini iki ya uç şeyx vicuda gətirdi. Onda 

Demokrat Firqəsi də yox idi. Bizim isə münəzzəm qüdrətli bir Firqəmiz olduğu halda daha böyük ordu 

yaratmağa qadirik. Millətimizin böyük keçmişi vardır və bir daha dünyaya göstərəcəkdir ki, sadiq, 

səmimi, fədakar, qüdrətli və dəvamlı bir millətdir. O qədirdan və səmimi dir, ona fəqət bir başçi lazim 

idi və indi o başçi Firqəmiz olmaq üzrə vicuda gəlmişdir. E’tiraf etmək lazimdir ki, Firqə xəlqimizi bu 

beş ay müddətində çətinliklərdən və əyri-buruq yollardan geçirtmişdir və gələcəkdə də geçirəcəkdir. 

 

Tehran Hökuməti bir gün Fərruxi böyük ixtiyarat və pul ilə göndərdi. Bir gün də Bəyatı.  Bəyat ağayi 



Səracmirin evində bizə deyirdi ki, biz sizin müxtariyətiızi təəmin edirik, biz ona dedik ki, siz bu gün 

deyirsiz və sabah inkar edəbilərsiz. Bizə isə həqiqi təzmin lazimdir, o isə Milli Xəlq Qoşunu ola bilər. 

 

« Həqiqət isə həmişə topun ağzından çıxar», bir millət həqiqəti fəqət top və gülülə vəsiləsi ilə nişan 



verəbilər. Ah və naləyə kimsə baxmaz. Bizim hökumətimiz demokratik hökumətdir. Bütün təbəqələrin 

hökumətidir. Qoy ruhanilər və bütün təbəqələr əl-ələ versinlər və müxtariyətimizi qorusunlar. 

 

Qoy cəvanlar Milli Qoşunda şirkət eləsinlər və qocalar olara libas, paltar və corab göndərsinlər. Biz bu 



yoldan xeyir görəbilərik, necəki Milli Hökumət qurulan gün və'də verdik ki, xəlqimizin mal, can və 

namusunu hifz edəcgiz. Hətta dükanların qabağında yatacağımızı dar və'də verdik, hamı bilir ki, 

verdiyimiz və'dəyə mərdlik ilə əməl etmişik. 

 

İndi də  xəlqin malını  və namusunu hifz eləməyə qovl veririk və sözümüzün üstündə duracağız. Biz 



iftixar ilə deyə bilərik bunu, xəlq bizim arxamızdadır. Kəndlinin və kargərlərin hamısı,  şəhərin 

mütəvəssit təbəqəsi, bəlkə də ali təbəqəsi ümumiyətlə bizim dalımızdadır. 

 

Xəlq birleşəcəkdir, biz buna inanırıq. Burada gərək qanun hökm sürsün və qanunu hifz etmək üçün də 



top və tüfəng lazimdir. Odur ki, gərək milləti Milli Qoşun sıralarına girməyə təşviq edək. Biz demirik ki, 

 

15




Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

qabaqda müharibə var və müharibə olmayacaq amma əyər müharibə etmək istəsələr, biz bir nəfər 

qalana qədər mövəfəqiyyət yolunda çalışacağız. 

 

İndi də fikr elirəm ki, müharibə olmayacaqdır, amma biz özümüzü gərək hazırlayaq, dalı  çəkilmək 



yoxdur. Əyər bizim azadlığımıza təcavüz olsa hamımız gedib savaşacağıq, hamımız gərək özümüzü 

hazırlayaq ta heçəks bizim azadlığımıza və  həqqimizə  təcavüz etməyə  cəsarət etməsin. Odur ki, 

ağalardan xahiş edirəm ki, hərəks öz yerində bir mübəllığ olsun, xəlqi başa salsın ta Milli Qoşun 

yaransın. Qoşun küçədən keçndə xəlq onu gül dəstələri ilə istiqbal eləsin. 

 

Qoy vətən azadlığı yolunda fədakarlığa hazır olan cəvanlarımızın başlarına güllər tökülsün. Qoşunda 



gərək qanun uzundən olsun və bütün qanuni yaşa çatmış olanlar nizama getsin, Qoy hamı nizami 

libas geysin. 

 

Mən özüm də geyəcəyəm. Qoy hamı bilsin dünyada bir millət var ki, onun bütün əfradi arvat və kişi öz 



azadlığını müdafiə etmək üçün silah götürmüşdür. Hökumət ilə xəlq arasında ixtilaf olmamalıdır. 

 

Gərək xəlq özü hökumətin hifz etsin. Biz mümkündür iştibah edək vəli bu iştibahları duzəldəcəyiz. Qoy 



ruznamədə, telefonda, teleqrafda bizim iştibahlarımızi desinlər ta düzəldək. Biz baş ucalığı ilə 

dediklrimizi  əncam vermişik, indi bizim düşmənlərimiz bizi neçə  nəfər macəracu adlandıranlar belə 

bizə bir irad tapa bilmişərlər. Onlar fəqət kiçik bahanalar tuturlar. Məsələn dil məsələsini bizə bir günah 

bilirlər. O ağalar bunu bilməlidirlər ki, Azərbaycanlı Fars dəyil və özünə məxsus dili vardır. Zor ilə də 

onu Fars eləmək olmaz. Biz çox böyük müvəffəqiyyətlər qazanmışıq, bizim işlərimiz qabaqdan 

gedəcək. Ölkəmiz istər isə təbii sərvətdən çox zəngin bir öləkdir. Coğrafiayi nüqteyi nəzərdən ticarəti 

yollar üstündə vaqe’ olmüş bir mərkəzdir. Ölkədə daxili ayrı seçgilik aradan gedib, vahid, müttəhid bir 

xəlq  əmələ  gəlmişdir. Bu birliyi hifz etmək üçün yenə  də  təkərar edirəm qoşun lazimdir. Qoy biz 

evimizin fərşini, əsbabini satmalı olsaq əsləhə alaq və Milli Qoşunumuzu vicuda gətirək, azadlığımızi 

saxlayaq. Yeri gələrsə tehrana gedib azadlıq  əleyhinə mübarizə edən irtica’in ocağini dağıdaq, 

tehranlılar üçün də Demokratik Hökumət quraq. (alqışlar) 

 

Ağayi Piəvəridən sonra Azərbaycan ticarətinin ağsaqqallarından ağayi Hacı  Əliəkbər Sədəqiyqni 



hazıranı təbərik edib, bütün xəlqin bu böyük işi xoşvəqtlik ilə istiqbala hazır olduğunu, söylədilər. 

 

Ağayi Sədəqiyanıdan sonra ağayi Badəkan Mərkəzi Komitəsi sədr müavininə söz veridi. 



 

Ağayi Badəkan: ağayani möhtərəm ağayi Pişəvərinin o qəvi nitqindən sonra mən özümə həq vermirəm 

ki, danışam, amma mən istəyirəm deyəm ki, mövlayi müttəqqiyan  Əli-ibn  Əbitalib  əleyhilsəlam 

buyurur:  Əlhəyat təhti zəlal  əlsiof. Dirilik qılıncların sayəsində dir. Necəki ağayi Pişəvəri buyurdular 

həmişə burada nizam vəzifəyə çağırış olanda görurduz ki, ajanlar gedirdilər xəlqi evindən çəkib 

gətirirdilər. Bunu da mürtəce’lər də gördukər ki, dünən on beş min nəfərdən çox adam gəlmişdilər ki, 

istəyirdilər davtələb yazılsınlar. 

 

Bizə pişnahadlar gəlibdir ki, qocalar davtələb olurlar, ya xəlqdən pişnahad gəlibdir və  mən burada 



rəsmən pişnahad edirəm ki, hamı nizami paltar geysin və idarəsinə, iş başına getsin. Ona binaən mən 

ümidvaram və əminəm ki, Azərbaycan xəlqi öz azadlığini hifz etməkdən ötrü nə tək nizama getməyə 

bəlkə ölməyə  də hazırdır. Habelə  ağayian tüccar və üləma tərəfindən də bu xüsusda böyük əlaqə 

görsənir və  ağayi Pişəvərinin buyurduğu kimi əminəm ki, gələcəkdə böyük vəhdt-milli  əmələ 

gələcəkdir. İndiki böhran müvəqqəti dir. 

 

Bu, rejimi dəyişdirmək sayəsində dir. Bu kimi mövqə'lərdə iqtisadi rabitələr qırılar, böhran əmələ gələr. 



Odur ki, biz gərək buna dözək və əl-ələ verək və gələcəkdə bu günki təbəqələr asayiş ilə yaşasın. Biz 

heç bir təbəqəyə imtiyaz qayil dəyilik. (alqışlar) 

 

Ağayi Badəkandan sonra Sərdar Milli Səttarxanın əxəvisi ağayi Hacı Əzimxan belə dedilər: 



Mən bu vəqtimdə hazırəm tüfəng götürəm və hər yerə buyursalar gedəm. Biz ölənəcək millətə xidmət 

edəcəyik. Biz millətin və o kəndli qardaşların nökəriyik. (şiddətli alqışalar) 

 

Milli Məclisin rəisi müavini, ağayi Rəfii (Hac Nizamiddövlə) qısa bir nitqdə dedilər ki: 



  

Bəndə  kəmal iftixar ilə bu Firqə  və Hökumətə varid olmağa müvəffəq oldüm. Mən  əvvəlindən hiss 

elədim və tamam əməl və qərain də nişan verir ki, mənim anladığım kamilən dürüstdür. Mən də məllak 

 

16




Yüklə 481,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə