Iknci bölüm



Yüklə 481,45 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix26.08.2018
ölçüsü481,45 Kb.
#64719
1   2   3   4   5   6   7   8   9   10

Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

yuxarıda deyilən məqsud üçün öz ixtiyarında saxladi. Bu isə o günkü şəraitdə çox müşgül bir iş idi. 

Yeni təşkil tapmış dövlətin sandığında  da Tehran Hökuməti bir şey qoymamışdi. Get-gedə 

şiddətlənməkde olan qış paltarsız, başmaqsız və azuqəsiz Fədaiə qarlı səngərlərdə mübarizə imkanı 

verməyəcək idi. Milli Hökumət Firqəyə dayanaraq bu müşgülü də  rəf' etmək üçün ciddi qədəmlər 

götürdü. O günə  dək tə`til olan karxanaları  işə saldi. Qəhrəman kargərlərin himməti sayəsində 

xarüqüla'də bir surətdə Fədaiə lazim olan paltar, başmaq və azuqə təhiyə edilib cibəhələrə göndəridi. 

Bu tərıq ilə çox az bir zəmanda çətə və partizan halında olan Fədailər müsəlləh qoşun halına gəlib, 

azadlığı müdafiə etməyə başladi. 

  

Nehzətin başaşladığı vəqt Mərağa, Sarab, Ərdəbil, Mərənd, Xoy, Təbrizdə fədakarlıq edən Fədailər, 



bu gündən sonra təəcübli münəzzəm surətdə  təşkil olunub azadlığımızı  təhdid edən irtica’i dövlət 

qüvvələrinin qarşısına göndəridilər. 

 

Bu vasitə ilə Zəncan və Sayın-qala cibhələri vicuda gəldi. 



   

Bu iki cibhədə hənuz yaxşı paltar, silah və yaxşı azuqəyə malik olmayan Fədai qəhrəmanlar, dişdən 

dırnağa qədər müsəlləh olan dövlət qüvvələrilə vuruşmaya hazırlandılar. Onların ruhiyələri fövqəladə 

qüvətli və yüksək idi. Hər saat Tehran və  Həmədanı  işğal etmək üçün icazə istəyirdilər.  Əyər o 

günlərdə ümumi və siyasi vəz’iyət icazə vermiş olsaydi, həmin ayaqyalın, yari ac və yari çiplaq 

Fədailərimiz Tehranı asan vəchilə işğal edəbilərdilər. Fədailərimizin Zəncana vürudu nəticəsində idi ki

Tehran mürtəce’ləri çəmdanlarını bağlayıb amerikaya doğru qaçmağa başlamışlar. Fədailərimiz 

Zəncan və Sayın-qala cibhəsində iki tərəfli mübarizəyə məcbur olmuşdurlar. Zəncanda böyük qüdrət 

və nüfuza malik olan Zülfqari, ərkan-hərb rəisi «Ərfə'»-dən aldığı  əsləhə  və mühümmat vasitəsilə 

əleyhimizə böyük bir cibhə  təşkil etmişdir. Rizaxan rejimi sayəsində  sərvət və samana yetişən 

«Əsləhədarbaşı» və sayir parazitlər də ona kömək edirdilər. Sayın-qalada isə oranın rişəli feodali 

hesab olunan «Yəmin Ləşgər»-i təchiz edib əleyhimizə qalldırmışdılar. Bulardan əlavə qərədağda illər 

boyu qaçaqçılıq ilə ömür sürən xanlar da silah götürüb nehzətimizi boğmağa təşəbbüs etməkde idilər. 

Milli Hökumət isə özünə müxalifət edən qüvvələrin qarşısında fəqət Fədailərin  əsləhəsinə dayanırdi. 

Bu isə  iştibah dəyidi, dərin azadixahlıq hissi ilə müccəhhəz olan Fədai dəstələri qabağa çıxan 

çətinliklərə baxmayaraq e`cazkaranə bir surətdə bütün qüvvələri əzib meydandan çıxartdi, bu vəsilə ilə 

azadlığımız təəmin olundu. 

 

Fədailərin göstərdiyi qəhrəmanlıq, xəlq arasında onlara nisbət böyük məhəbbət tövlid etməklə bərabər 



onların silahının səsi nə tək daxili mürtəce'ləri, bəlkə iranda olan bütün irticai ünsürlərin ümidini məhv 

edib onları susmağa vadar etdi. Fədai təşkilatını vicuda gətirən başçıların ümumiyyəti Firqə üzvləri 

olduqlarını yazmışdıq. Bu qəhrəman demokratların öz işlərində göstərdikləri fədakarlıq həqiqətən qabil 

təqdirdir. Məxsusən onların Milli Hökumətin əmrini ciddiyyətlə yerinə yetirib şədid bir surətdə intizama 

tabe olmaları qeyd edilməlidir. Fədai başçıları indi Azərbaycan xəlqinin  ən sevməli evladları hesab 

olunurlar. Xəlqin Fədailərə olan məhəbbəti onların maddi vəziyətlərini yaxşılaşdırmaq məqsədilə 

onlara verilən hədiyələrdən qiyas etmək olur. Bu böyük hədiyələrə iftixarən iştirak edənlərin sayı altı 

mindən ziyadədir. 7-yaşındakı  uşaqdan, 70-yaşındakı qocalara kimi istər arvat, istər kişi müsabiqə 

edərcəsinə yağış kimi hədiyə yağdırmaqda idilər. Bu isə Azərbaycanın iftixarlı tarixinin ən həssas 

fəsillərindəndir. 

 

 

 



 

 

Xəlq  Qoşunları 

 

Biz irandan ayrilmaq fikirində olmadığımız üçün rəsmi qoşun və vizarət cəng təşkil etmək istəmirdik. 



Ona görə də qoşun işi ilə məşğul olan vizarətxananın adını vizarət cəng qoymadıq, xaricə vizarəti kimi 

hərbi vizarətimiz də yox idi. Lakin azadlığı müdafiə  və mühafizə etmək üçün Milli bir Qoşun vicuda 

gətirməmək də olmazdi. Ona görə Milli Hökumət təşkil tapan kimi Xəlq Qoşunları təşkili məsələsi də 

meydana çıxdi.  Əvvəl belə bir fikir var idi ki, Milli Qoşun davtələbanə  təşkil olunsun, sonra xəlqin 

azadlığa olan əlaqəsi və  cəvanlarımızın nizama olan həvəsini nəzərə alıb Milli vəzifə üsulunu qəbul 

etdik. 


 

Boş əlilə qoşunu təşkil etmək şayəd asan nəzərə gəlsin və bununla belə biz bu işi görməyə müvəffəq 

olduq. Hər bir işdə sür'ətə mö’təqid olan Firqəmiz qoşun təşkilində də ıldırım surətilə hərəkət etdi. 

 

11




Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

 

Qoşunumuzun şərəfli tarixi 18-Bəhmən 1324-dən başlanır. Bu tarixdə ağayi Pişəvəri özünün «Hamıya, 



hamıya, hamıya» ünvanlı müraciətənaməsilə  cəvanlarımızi milli vəzifədə  şirkət etməyə  də’vət etdi, 

həman Xəlq Qoşunları  həqqində Milli Hökumətin qərari sadır oldu. Bu qərar üzərə  Məclis Millimizin 

sabıqən təsvib etdiyi qanun icrayə qoyulmağa başladi. Məclis Milli isə 30-Azər yəəni Milli Hökumət 

təşkilindən 9-gün sonra bu qərari qəbul etəmişdi. Qərarın icrasynın təəxiri bir para siyasi 

mülahizələrdən idi. Firqə  və Milli Hökumət istəmirdi ki, qoşun təşkili ilə iftiraçı düşmənlərin  əllərinə 

bahana versin. Get-gedə mübarizənin dayirəsi genişlənib Tehəran Hökumətinin fişari  əleyhimizə 

artdığı üçün, özümüzün daha ağır mübarizəyə hazırlamalı olduğumuzdan, böyük qədəmi fəqət 18-

Bəhməndə götürməyə məcbur olduq. Xəlq Milli vəzifə çağırışını çox sevinc ilə istiqbal etdi. 

 

Maarif sahəsində çalışan cəvanlarımızın ehsasatından bir nümunə olmaq üzrə Milli Vəzifə e’lanı 



münasibəti ilə verilən mitinqin xəbərini buraya dərc edirik: 

 

 



 

 

 



Misli Görünməmiş Bir Gün! 

Xəlqin Milli Nizam Xidmətindən İstiqbalı Necə Oldu? 

 

Dünən Azərbaycan Xəlq Qoşunlarının bir gün əvvəl nəşr etdiyi Milli Nizam fərmanı  Təbriz tarixində 



Səttarxan və Bağırxan nehzətindən sonra misli görünməmiş bir tərz ilə  Təbriz xəlqi tərəfindən 

qarşılandi. 

 

Milli Hökumət tərəfindən nəşr edilmiş olan qanun və qərari bütün xəlq kütlələri böyük səmimiyyət və 



ehsasat ilə istiqbal etdilər. 

 

Havanın namüsaidliyinə, qar yağmağa və soyuğa baxmayıb  əvvəldən hazırılıq görülmədən Xəlq 



Qoşunları çağırışına görə bir böyük mitinq təşkil edidi. 

 

Sübh saat 9-da bütün mütəvəssitə mədrəsələrinin mühəssilləri Milli Hökumətin qərarını istiqbal etmək 



üzrə öz məxsus bayraqları ilə nizam vəzifə idarəsinə getdilər. Orada Xəlq Qoşunlar Vəziri ağayi 

Kaviyan, ağayi Biriya və nizam vəzifə idarəsi işçiləri tərəfindən qarşılandılar. 

 

Maarif vəzirimiz ağayi Biriya çox həyəcanlı  və müəssir olan nitqində maarif işçiləri, mühəssil və 



müəllimlərin göstərdikləri bu səmimanə ehsasatdan təşəkkür edərək yekşənbə günündən e’tibarən 

davtələbləri nizam vəzifə idarəsində ad yazdırmağa də’vət etdilər. 

 

Ağayi Biriyanın nitqindən sonra mühəssillər tərtib ilə öz mədrəsələrinə qayıtdılar. Bu heində kargərlər, 



əkinçilər və başqa siniflər tərəfindən təşkil edilmiş mü'əzzəm bir mitinq xəbəri nizam vəzifə idarəsinə 

çatdi. 


 

Bu mitinq oğlanlar danışsərasi qabağındakı vəsi' meydanda təşkil tapmışdı. 

 

On minlərcə nümayişçi meydanı  işğal etmişdilər. Ağ parçalar üzərinə  qızıl və qara xətlər ilə qeyd 



edilmiş: 

 

Azərbaycan Milli Hökumətini hifz etmək üçün hami Milli Orduya! 



 

Vətənimizin difası üçün hər zəman hazırıq! 

 

Yaşasın Azərbaycan Xəlq Qoşunları! 



 

Yaşasın Milli Dövlətimiz və onun Milli Ordusu! 

 

Azərbaycan cəvanları silah altına girəməyi özlərinə iftixar bilirlər! 



 

 

12




Yüklə 481,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə