Iknci bölüm



Yüklə 481,45 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix26.08.2018
ölçüsü481,45 Kb.
#64719
1   2   3   4   5   6   7   8   9   10

Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

 

3-Məhkəmələrdə işlərin cərəyanı təmami ilə Azərbaycan Dilində aparılmalı və bu dili bilməyənlər üçün 



mütərcim tə’yin olunmalıdır. 

 

4-Azərbaycanın bütün idarə, müəsissə  və ticarətxanalarının tabloları mütləqən Azərbaycan Dilində 



yazılmalıdır. 

 

5-Rəsmi iclaslar və yığıncaqlarda, süxənranlıq və müzakirə Azərbaycan Dilində olmalıdır. 



 

6-Azərbaycanlı olmayıb başqa dil ilə danışanlar və ümumi dövləti idarələrdə xidmət edənlər 

Azərbaycan Dili ilə yazıb -oxumağı və danışmağı öyrənəməlidirlər. 

 

7-Maarif vizarəti idarə  məmurlarını Azərbaycan Dili ilə  aşina etmək məqsədi ilə ayri dillərdən sivayı, 



onlar üçün idarələrin cənbində  böyüklər üçün məxsus kilaslar açmalıdır. Bu kilaslarda hazir olanların 

iş müddəti bir saat azalmalıdır. 

 

8-Azərbaycanda yaşayan başqa millətlər öz işlərini öz ana dillərində aparmağa həqlidirlər. Leikən 



onlar öz rəsmi e’lanları  və yazılarında öz Milli dilləri ilə  bərabər Azərbaycan Dilini, rəsmi dövləti dil 

olaraq, işlətəmilidirlər. 

 

9-Azərbaycanda yaşayan xırda millətlərin xüsusi Milli məktəblərindəki tə’lim öz ana dilllərində olduğu 



halda, Azərbaycan dilinin də tədrisi məcburidır. 

 

10-Azərbaycan Milli Hökuməti maarif vəzirinin məktəblərdə  dərslərin Azərbaycan Dilində olması 



həqqindəki qərarını  təsvib və  təyiyd edib, mədrəsələrin Milli Dilə keçməsini bütün müəllim və 

müəllimələrə bir Milli vəzifə kimi tapşırır. 

 

Azərbaycan Milli dövlətinin baş vəziri « Pişəvəri» 

 

 



 

 

Yetim və Sahabsız Uşaqların Tərbiyəsi Həqqində 



Azərbaycan Milli Hökumətinin Qərari 

 

Qərnlər boyu dəvam edən istibdad rejimi və çürümüş irticai vəziyətin yaratdığı  şərait mucibincə 



millətimizin istiqlalını və gələcək nəsilimizin əsasını təşkil edən uşaqlarımızın mühüm bir hissəsi yetim 

və  sərpərstsiz qalıb insanlığı  təhqir edən fəlakət və dilənçilik halında küçə  və xiyavanlarda aclıq və 

libassızlıq və cür-bəcür naxoşluqlar vasitəsilə xəzəl kimi saralıb və məhv olub getməkdedirlər. 

 

Azərbaycan Milli Hökuməti xəlqin istifadə  və  səadətini və  həmçinin gələcək nəsilin təməddün və 



səhhət cəhetindən tərqqisini təəmin etmək üçün bu acı hala bir an əvvəl xatimə verməyə iqdam edib, 

yetim və biykəs cəvanları küçələrdən yığıb tərbiyət etmək üçün aşağıdakı qərari qəbul etmiş və onun 

tezlik ilə icra edilməsini lazim görmüşdür. 

 

1-Məclis Milli rəisinin iftixari sədarəti altında maarif və  səhiyyə vizarətinın nümayəndələrindən 



Azərbaycanın xeyirxah və millət sevən  şəxslərindən ibarət bir heyət intixab edilməli, yetim və 

bisərpərəst uşaqların tərbiyəsi yolunda ciddi və əməli tədbirlər görmək, onun öhdəsinə qoyulmalıdır. 

 

2-Üçdən 14 yaşına balığ olan və bisərpərəst qız və  oğlan uşaqlarını  tərbiyət emək üçün birinci 



növbədə Təbriz  şəhərində iki qız və iki oğlan tərbiyətxanası təsis olunmalı  və ayrı şəhərlərdə də bu 

müəssisələrin misli vicuda gətiriləməsi üçün müqəddimə vəsaili təhiyə etəməlidir. 

 

3-Üç yaşından aşağı olan səğirləri saxlamaq və onların həyatini təəmin etmək üçün Səhiyyə vizarəti 



vasitəsi ilə pərvəriş evi daha təsis olunmalıdır. 

 

Qeyd-Maarif vizarətinin təsis etdigi yetimlər məktəbində 400 fəqirin təhsil və  tərbiyəsinə imkan 



verilməli, Səhiyyə vizarətinin səğirlər pərvərişgahında 100 nəfərə baliğ körpə qəbul edilməlidir. 

 

 



9


Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

4-Səhiyyə və Maarif vizarətxanaları bu müəssisələrin büdcəsini on günə qədər tənzim edib və Dövlət 

Heyətinə təqdim etəməlidir. 

 

5-Məclis Milli rəisinin iftixari riyasəti altında təşkil edilən Heyət (xeyriyə  əncüməni) xeyirxah, 



insaniyətpərvər və maarif sevən insanların köməyy ilə əanə toplayıb bütün yetim, beçara və sahabsız 

uşaqları, həmçinin ayəry mədrəsələrdə  təhsil edən yoxsul uşaqların təhsil və  tərbiyət vəsaylını hiə 

etəməlidir. 

 

6-Azərbaycan Maarif vizarəti nəzdində  təşkil olunan Azərbaycan  əncümən-xeyriyəsi Azərbaycanın 



bütün  şəhər və  qəsəbələrində öz şö’bəlrini təşkil etməyə çalışmalı, xeyirxah insanların köməyi ilə 

fəqirlik və beçaralığa xatimə verilməlidir. 

 

7-Azərbaycan əncümən xeyrihsi cəvan nəsili fəlakətdən xilas etmək və onun tə’lim və tərbiyəti yolunda 



böyük əanələr verən və digər köməklər göstərən əşxasın adların ruznamələr vasitəsilə müntəşir edib, 

millət namina onlardan qədirdanlıq etəməlidir. 

 

8-Azərbaycan Milli Hökuməti bütün həmvətənləri, millət üçün nəng və  ləkə olan dilənçilik ilə ciddi 



mübarizə aparmağa də’vət edir və azəraicanın böyük adi və şərəfli şöhrətini xələldar edən bəlanın çox 

tez bir zəmanda rəf' edilməsi yolunda Milli Hökumət hamıdan himmət tələb edir. 

 

Azərbaycan Milli Hökumətinin Baş Vəziri  «Pişəvəri» 

 

 



 

 

Azadlığın Müdafiəsi Uğrunda 



« Fədai Təşkilatı » 

 

Firqəmizin düzgün siyasəti nəticəsində, cüzi məhəlli təsadümlərdən başqa, demək olar ki, hökumət 



qan tökülmədən irtica’i qüvvələrin  əlindən çıxıb millət  əlinə geçdi. Bu, özü-özəlüyündə böyük bir 

müvəffəqiyyət idi ki, Firqə öz təşkilatı altına almaqla onu hədəfə doğru sövq etməklə əncam verdi. Vəli 

bu kifayət etməzdi. Alınan azadlığı saxlamaq, ondan xəlqin səadəti yolunda istifadə etmək lazim idi. 

 

Firqə başçıları çox yaxşı bilirdilər ki, Fədailərin zərbşəsti nəticəsində susmağa məcbur olan 



mürtəce’lər rahat durmayıb, xəlqi öz halına qoymayacaqlar. Bundan əlavə nehzət sadə dövləti bir 

təbəddülatdan ibarət olub qalmayacaqdı. Ondan xəlq iqtisadi tədbirlər gözləyir və öz səadətini təəmin 

etmək üçün ondan ümidlər gözləyirdi. Bu isə mütəməkkin adamların, məxsusən o günə qədər irtica’i 

rejimin sayəsində xəlqin qanını sorub sərvət və saman sahibi olan müftəxorların xoşlarına gələn bir iş 

dəgil idi. 

 

Bundan əlavə hökumət xəlqin əlinə geçməklə, bu vəqtədək Azərbaycan naminə daxilədə və xaricədə 



müvəffəqiyyət qazanıb böyük siyasi və iqtisadi istifadə edən tüfeyli ünsürlərin tukanları bu vasitə ilə 

bağlanmış olurdu. Onlar bir daha Azərbaycan adından istifadə edərk özlərini dövlət idarələrinə və ya 

Məclis Şurayi Milliyə təhmil edə bilməyəcəklridi. Nəhayət dərəbəyliyin ən qaba və ən vəhşiyana tərzi 

ilə  rəftar edən boynu yoğun  ərbablar-Zülfqari, Yəmin-Ləşgər və  ğeyrləri kimi xəlq cəlladları nehzət 

nəticəsində  təsəllüt və iqtidarlarının  əldən getəməsini hiss etməklə rahat dormayacaqlaridi.  Bundan 

başqa Azərbaycan nehzətinin bütün irana sirayət etməsindən vəhşətə düşən Tehran mürtəce’ləri və 

onların  ərbabları isə rahat oturmayıb, azərbaycanın daxil və xaricində olan qara irtica’ vəsilələrinin 

bizim  əleyhimizə  təhrik etməkdən müzayiqə etməyəcəkləridi. Bunların hamısını Firqə  rəhbərliyində 

çalışanlar və Milli Hökumət nəzərdən uzaq tuta bilməzdi. Ona görə Milli Hökumət təşkil olunan gündən 

Fədai dəstələrini intizama salıb onlardan münəzzəm və mütəşəkkil bir qüvvə vicuda gətiriləməsi 

məsələsi meydana çıxdi. 

 

Nehzətin başlanğıcında Fədailər gönüllü olaraq öz libas və öz xərci ilə silah götürüb meydani 



mübarizəyə  qədəm qoymuşdular.  Əyər bina olsaydi onlar öz yerlərində müsəlləh halda yaşayıb 

istənilən vəqt yardımdan ötrü hazır olsunlar, iş o qədər çətin olmazdi. Leikən alınan azadlığı saxlamaq 

üçün sərhədlərimizi möhkəmləndirmək və  şəhərlərdə münəzzəm vahidlər saxlamaq lazim idi. Buna 

görə Milli Hökumət Fədailəri iki qismətə  təqsim edərək, bir qismətə icazə verdi ki, öz yerlərində 

müsəlləhh halda işlərinə  məşğul olsunlar. O birisi qismətini də münəzzəm vahidlərə  təqsim edərək 

 

10




Yüklə 481,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə