Iknci bölüm



Yüklə 481,45 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix26.08.2018
ölçüsü481,45 Kb.
#64719
1   2   3   4   5   6   7   8   9   10

Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

Artıq Azərbaycan Milli Hökuməti təhəqqüq tapmış, xəlqin iradəsilə Daxili Milli Dövlətimiz vicuda gəlib 

rəsmi surətdə  xəlqimizin arzu və amalını icra etməyə başlamışdır. Xəlq isə öz Milli Hökumətinə var 

qüvvəsilə müsa'idət göstərib onun fəaliyyəti üçün münasib şərait vicuda gətirəməlidir. 

 

Yuxarıda qeyd edidiyi kimi dövlət var qüvvəsilə  əmniyyəti hifz etməyə çalışır. Ona görə  xəlq üçün 



nigaran olmağa heç bir dəlil yoxdur. Hər kəs öz işınə  məşğul olmalı, öz istədiyi kimi yaşamalıdır. 

Bazarı bağlamaq, mədrəsələri tə`til edib vəhşət və iztirab yaratmağın mə’nası yoxdur, hökumət öz 

bərənaməsini xəlqin ehtiyacatı üzərində qurmuşdur. Ona görə  xəlqi narahat edən hadisələrə yol 

verilməyəcəkdir. 

 

Təsadüfi hadisələrə isə çox tez bir zamanda xatimə veriləcək. Macəracular, asayişı ixtilal edənlər 



saleh məhkəmələr tərəfindən mühakimə və şədid bir surətdə mücazat olunacaqlar. 

 

Heç bir pis ittifaq düşməyəcək, heç kəsin hüququna təərrüz olmayacaqdır. Milli Hökumət nəzmiyyə 



idarəsini taza qüvvələr, vəsi' ixtiyarat ilə gücləndirmişdir. Hərci-mərc və naəmnliyə artıq meydan 

verilməyəcəkdir. Məxsusən mədrəsələrimiz həman sabiq proqramlarını  tə'qib etməli, mühəssillərimiz 

var qüvvələrilə imtahanlara hazırlaşmalıdırlar. 

 

Kəndlərdə və şəhəristanlarda isə ciddi surətdə işə başlanıb adi hal vicuda gələcək və dövlət məmurları 



Fədailərin ğeyri-məsul əşxasın dəxalti olmadan öz vəzifələrini əncam verməyə qadir olacaqlar. Fədai 

dəstələri intizam altına alınıb müəyyən mərkəzə tabə' olacaq və bu vasitə ilə  hər bir sui-hadisə 

ehtimalının qabağı alınacaqdır. 

 

Gedin çalışın asudə olun, millətimizin gələcəyi və səadətini təəmin etmək üçün qəbul etdiyiniz vəzifəni 



sədaqət və iyman ilə əncam verin. Dövlət ümum həmvətənlərdən bunu tələb edər. 

 

 



 

O günlərdə Azərbaycan xəlqinin gələcəyi barəsində  hər kəs bir cür düşünürdü. Hetta Firqəmizin 

rəhbərliyi sayəsində vicuda gələn Milli Hökumətə iki ürəkliliklə də baxanlar var idi. Aşağıdakı məqalə o 

vəqt Firqə  sıralarında çalışan bə'zi mürəddəd rövşənfikirlərin nəzərindən bir nümunə olmaq üçün 

burada dərc edilir. Bu məqalə Azərbaycanın 79-cu nümrəsində «Novruz» isim-müstə'arı altında 

yazılmışdır. 

 

 

 



 

Böyük Məsuliyyət Qarşisında 

 

Dünənə kimi millətimizin zəlalətinə dövlət işlərini məsul tanırdıq. Dünən geçdi, daha dünənəki iş 



başında olan ünsürlərin əməliyyatını təqbih etməkdən xuddarlıq edilməlidir, onların nacəvanəmrdana 

zülmləri, ehcafları xəlqimizin kasasını ləbəriz edib nəticəsində Fədailərimiz dəstəsini vicuda gətirdi və 

az müddət zərfində hökuməti ələ alıb millətin dönəmz iradəsini isbat etdilər. 

 

Buna görə də dünənəki şəxsiyyətləri təhqir, intiqad etməklə məmləkətimizin ümuratı həll olmayacaqdır. 



 

Bugundən e’tibarən Azərbaycan öz Heyət Dövlətini və xəlqimizə rəhbərlik edən Firqə işçilərini millətin 

səadətinə və onu düzgün yola aparmağa məsul tanırlar. 

 

Azərbaycan dövlətinin qarşısında möhtərəm sədrimiz ağayi Pişəvərinin dediyi kimi böyük məsuliyyət 



durur! 

 

Azərbaycanı bir mövqə' dövlətə tapşırırlar ki, onda əbədən asari-təməddün və təkamül yoxdur! 



 

Şəhərlərimiz xəraba, kəndlərimiz verana, xəlqimizin yüzdə yüzu əsrimizədə olan ülum və sənaye’dən 

biybəhrə dirlər! 

 

Belə bir mövqə'də Azərbaycan Millətinin həyatını Heyət-Dövlətə tapşırırlar. Buna görə dövlət çox 



böyük məsuliyyət altına gedir, aydındır ki, xəlqimizin ümid və arzusu taza dövlətə bağlıdır. 

 

 



3


Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

Azərbaycan xəlqini illər boyu Tehranın yaramaz ünsürləri soyub, çapıb, namusuna, malına təcavüz 

edib. Nəticədə beş milionənluq bir milləti biyxbər əz həmmə çiz saxlamışdırlar. 

 

Onlar öz nəqşələrində Napeleon Vaterloda yağışı unutmuş kimi millətin iste`mar idarəsini unudub 



nəticədə bu günkü şikəstə mə’ruz qaldılar. 

 

Azərbaycan bir yaralı adam kimi müstəbidd cəlladların  əlindən qurtulub sədiq, müşfiq bir təbibə 



möhtacdır. Onun yaralarının sağalmasına çox böyük fədakarlıq istəyir. Bu işə öhdədar olan fədakar 

şəxslər gecə-gündüz yorulmadan işləməlidirlər. 

 

Millət böyük vəzifəni Azərbaycan Demokrat Firqəsinin möhtərəm sədri ağayi Pişəvərinin öhdəsinə 



qoyubdur. 

 

Ağayi Pişəvəridə olan fəaliyyət, ciddiyyət, fədakarlıq bizi bu böyük əmrin əncamına ümidvar etməklə 



bərabər xəlqimizə səadətli bir gələcək indidən pişbinlik olur. 

 

Ağayi Pişəvəri, sinnin çoxluğuna və vicudun zəif olmasına baxmayaraq zavvali millətini müdhiş 



uçurumdan nicat vermək vəzifəsini boynuna almışdır. 

 

Biz bu fədakarlığı səmim qəlbdən ağayi Pişəvəriyə və xəlqimizə ki, belə bir iyid oğul cami’əyə təqdim 



edibdir təbərik etməklə bərabər onun müvəffəqiyyətini arzu edirik. 

 

Bundan sonra ağayi Pişəvəri Azərbaycan Məclis-Millisinin qarşısında Azərbaycan Dövlətində vicuda 



gələn ğələt işlər barəsində məsul olacaqdır. 

 

Məclis xəlqimizin səadətini ağayi Pişəvəridən gözləməklə bərabər onun hər cür iştibahata , millətimizin 



əleyhinə əncam tapan işlərdə məsul tanıyacaqdır. 

 

Buna görə rəis dövlət iki böyük məsuliyyət qarşısında vaqe’ olub ki, hər ikisi də haizi-əhəmiyətdir, 



birnci dəfə dövlət və vətən xainləri ilə ciddi mübarizə aparmaqdır. Bu parazitləri gərək təmam 

idaratdan tutub məhkəməyi Millinin əlinə tapşırsınlar. İkinci isə millət qarşısında xəlqimizin səadətinə 

məsul vaqe’ olub illər boyu əsarət altında qalan millətimizi düzgün yola sövq etəməlidir. Fe’lən bu iki 

böyük vəzifə Heyət Dövlətin qabağındadır, leykən himmət və iradə hər böyük məsuliyyətdən yüksək 

dir, kimsədə iradə və vətən məhəbbəti olsa böyük müşgülatı həll edə bilir. Heyət Dövlətdə olan iradə 

və ciddiyyət və sədaqət bizi müvəffəqiyyətə ümidvar edir. Bundan sonra biz qabaqdakı olan xainlərin 

əməliyyatını unudub, hal hazırda olan dövlətimizin əməliatını qədəm bəqdəm tə'qib edəcəyik.       

«Novruz» 

 

 



 

Tarixi Bir Sənəd 

 

    21-Azərdə  təşkil tapan Milli Hökumət iyirmi iki azərdə  şəhərdə olan nizami, Polis və jandarm 



qüvvələrinin təklifini müəyyən etmək və bu işi sülh yolu ilə əncam vermək üçün, 21-Azərdə başlanan 

müzakirəyə idamə verdi. 

 

Əvvəl polis onun dalınca jandarm qüvvələri qeyd-şərtsiz təslim oldular. Şəhrərbani məmurları Milli 



Dövlət tərəfindən tə’yin olunmuş yeni məmurların köməyi ilə  şəhərin  əmniyyət və intizamını hifz 

etməyə  məmur oldular. Jandarmlar isə  təmamilə  xəl'-silah olunub idarəlrini təhvil verməyə  məcbur 

idilər. 

 

Qoşun fərmandehi isə Tehrandan aldığı xainanə  əmr üzərinə uzun müddət müqavimət göstərib 



məsələnin qansız bir surətdə  həll olunmasına rizayət vermirdi. Bu isə  həm özünün  həm də nizami 

əfradının məhv və izmehlalı demək idi. Çünki əyər iş atışma və  cəngə müncər olsaydi nizamiyyədə 

məhsür halda qalan min iki yüz nəfər sərbazdan bir nəfər də olsun diri qallmayacaq idi. O zəman 

üçüncü ləşgərin fərmandehlıq vəzifəsini daşıyan sərtib Dirəxşani hər saat Tehrandan cəvab gözləyirdi. 

Nəhayət onun gözlədiyi cəvab pənşənbə günü axşam saat səkkizədə visül oldu. Bu cəvabda deyilirdi 

ki, əfsərlər ilə məşvərət edib padganın təklifini onların nəzəri ilə müəyyən etmək lazimdir. 

 

 

4




Yüklə 481,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə