Iknci bölüm



Yüklə 481,45 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix26.08.2018
ölçüsü481,45 Kb.
#64719
1   2   3   4   5   6   7   8   9   10

Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

və yoxsul halda yaşayan zəhmətkeş və qəhrəman insanların halı ilə aşina olun. Sonra Onları həman 

məhəllələrin qəhvəxanalarında tiryak mənqəllərinin başında insan qiyafəsinı itirmiş səfillər və ya Kərəc 

suyunun kənarında kəsafət mücəssəməsi olan sirabi qazanlarının  ətrafında çumbatma vurub əraq 

zəhirmar edən fokullulariz ilə müqayisə edin. Onda anlarsız ki, azərbaycanlı niyə özünü sizdən hesab 

etmir və nə səbəbə biz onu bir millət tanıyıb özünü idarə etməyə həqli bilirik. 

 

Tehranda müntəşir olan Keyhan ruznaməsi özünün «Pəyam bə Pişəvri» ünvanı altında mənə  xət 



yazmış olduğu məqaləyə şəxsim xüsusunda əhəmiyət qail olmayıb və mən şəxsən xüdsitalıq ilə işim  

olmadığından onun həqqimdə yazdığı müsbət sözlərə elə qiymət verən dəyiləm. Ona görə o xüsusda 

bəhs etmək istəmirəm.  Əslən Farslar, Azərbaycanlıları öz yanlarında anlamaz və qaba hesab edər, 

hətta özlərinə yaraşan adlar ilə  də onları adlandırmaqdan xəcalət çəkməzlər. «Keyhan»-da məqalə 

yazan ağa dar o xəyal ilə  mənim başımı yarıb  ətəyimə qoz tökmək istəmişdir. Qoy riyakarlıq, iki 

özlülük tehranlılara qallsın. Biz açıq danışaq və onların hiyləgərliyi bizi aldatmasın. Pişəvriyə  pəiam 

göndərməyin faydasi yoxdur. Azərbaycanda vicuda gələn böyük nehzəti Pişəvri vicuda gətirməmişdir. 

Bu xəlqin ruhundan, ürəyindən qopan böyük nə’rənin əsəridir. Pişəvri və onun məsləkdaşları isə xəlqi 

sevib onun səadətinı arzu etdiklərinə görə bu nehzətdən kənarda dura bilməzdilər. Pişəvri sadə bir 

yazıçi dir. Leikən o həmişə fikirlərini xəlqdən aldığı üçün xəlqin ehtiyaclarını düşünüb, onun dərdlərini 

anlayanlardan olmuş. Onun səadətinı özünə məqsud və hədəf qərar vermişdir. 

 

Keyhan ruznaməsinin yazıçısı  ağayi Novşadın iştibahi bundadır ki, o Pişəvrinin azərbaycanın mili 



azadlığına qarışmasını, mürtəce’lər ilə apardığı mübarizədə gördüyü  xəsarət ya mürtəce’lərin onun 

şəxsi həqqində işlədikləri xəyanətində axtarır. Bu Pişəvrini təhqir etmək deməkdir. Pişəvri və onun kimi 

xəlq xadimləri siyasi mübarizələrdə özlərinin  şəxsi ehsasatlarını  dənxalət verməzlər, bu çuq kiçik və 

cahil adamların işidir. 

 

Mən Pəhləvinin on bir illik zindanı ilə  Məclis mürtəce’lərinin e’tibarnamə  əleyhinə  işlətdikləri 



məsxərəamiz uşaqlığı çoxdan unutmuşam. Biz indi böyük bir iş ilə  məşğuluq. Keçmişi xatırlamağa 

belə  vəqtimiz ola bilmir. Hətta o qara günlərdə belə  mən  şəxsi intiqam hisi və xüsusi ədavət ilə 

yaşamamışam və bunu iftixar ilə yaza bilərəm. Vicdanım bu xüsusda rahat və asudə dir. Zahiri 

azadixahların xəlqimizin mili mübarizəsinə şəxsi rəng verməsinə, öz arşını ilə ölçmək deyərlər. Bizim 

mübarizəmiz şəxsi dəyidir və kimsədən şəxsi intiqam çəkmək istəmirik. Siyasətdə intiqam ilə məşğul 

olmaq olmaz, söhbət Pişəvrinin şəxsi əxlaqi üstündə dəyidir. Nahaq yerə bizi tətəmi' etməyə çalışan 

Tehran yazıçılarına bu kimi yazıları oxuduqda acıyırıq. Onların ruhlarının zəifliyinə yazığımız gəlir. 

 

 Məsələn Keyhan yazır: «Siz Azərbaycan Dili və Millətindən sərfənzər etsəniz, bir Kuçikxan, bir 



Səttarxan , bir Xiyabani ola bilərsiz.». Mən böyük simaların adını  həmişə ehtiram ilə zikr etmişəm. 

Leykən onlara hərgiz təqlid etmək arzusunda dəyiləm. Çünki mən  şəxsi ad üçün çalışmıram, mən 

Azərbaycan Demokrat Firqəsinin aadi bir üzvüyəm və arzu edirəm xəlqimizin nehzəti firqəmizin adına 

təmam olsun və  mən də Firqənin böyük adilə iftixar edim. Taza, tehranın Səttarxan, Xiyabani, 

Kuçikxan və Məhəmməd Təğixan kimi fədakarlara verdiyi padaş arzu edilməlı bir padaş dəyidir. Lenin 

və Mustfa kəmal olma fikiri isə  əbədən məndə ola bilməz. Çünki Lenin kimi şəxslər hər bir mühitdə 

doğa bilməzlər, Ata Türk isə başqa bir şəraitdə meydana çıxmışdır. 

 

«Gəlin bu kiçik dayərədən ki, öz dövrənizdə  çəkmişsiz ayağınızi kənara qoyun, bu müməyyizlik ki, 



Azərbaycan ilə iranın sayir nüqtələri arasında çəkmisiz aradan götüruz ta bir Kuçikxan ya Səttarxan ya 

Xiyabani və ya Lenin və ya Ata Türək olasız,». Bunu Tehran azadixahlarından birisi yazır. Bu subut 

edir ki, onlar çox aciz və çox zəbün adamlardır, öz iradə  və quvvələrinə e’timadları da yoxdur. 

Xaricdən bir nicat verici axtarırlar. Bir millət üçün bundan böyük bədbəxtlik ola bilməz. Dünən 

Rizaxandan nicat gözləyənlər bu gün Piəvəridən azərbaycanın dövrəsinə  çəkilən dayərəni pozub 

özləri üçün azadlıq vicuda gətirmək tələb edirlər. Bu beçaralıqdır, bu elə bədbəxtlikdir ki, diri və aqıl 

millətlər onu eşitməkdən nifrət edərlər. Pişəvri isə özünün məsxərə hala düşdügündən xəcalət çəkir. 

 

Doğrudur Pişəvri Azərbaycan Demokrat Firqəsinin ağsaqqallarından hesab olunur və Azərbaycan 



Məclis Milisi ona e’timad edib Mili Hökumətin başında qoymuşdur. Leykən o heçvəqt xüdsər və 

mütləqülinan dəyidir. O Firqə  və Millətin bir sərbazıdır. O birincisinin dəsturu, ikincisinin arzusu üzrə 

hərəkət edir. 

 

Beçara tehranlılar görükür xəlq və millətin qüdrətini hələ  də  dərk edə bilməmişlər. Onlar elə  xəyal 



edirlər ki, Pişəvrinin şöhrəti və ya Azərbaycan xəlqinin ona olan e’timadi, onun qabaqdan təhiyə etdiyi 

 

19




Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

nəqşə üzərilə vicuda gəlmişdir. Ya inki Pişəvrini aparılan mübarizə  də qabağa çəkən onun qabağa 

düşmək mənzurundan irəli gəlmişdir. 

 

Burada Azərbaycan xəlqinin zəkavəti və ruh yükəkliyi aşııkara çıxır. Azərbaycanlı hərgiz hazır olmaz 



tək bir şəxsdən özü üçün nicat və azadlıq gözləsin və ona xitab edərək sərhədləri aç, bizə Səttarxan 

və Mustafa Kəmal ol, desin. Tehranlı belə sözləri deməkdən utanmaz. Hətta onu birincilik qazanan 

ğəztəsində yazıb intişar verməyə  də  cəsarət edər. Bunlar anlamaq istəmirlər ki, bizim qüdrət və 

gücümüz mübarizənin mili xasiyətində dir. Azərbaycan xəlqini birləşdirib və onları Demokrat Firqəsinə 

bağlayan ancaq Firqəmizin meydana atdığı milli şüarları dir. 

 

Biz bütün İran namina az danışmamışıq. Həyazb-Tudənin Tehrana göndərdiyi saysız-hesabsız 



teleqrqflar hənuz unudulmamışdır. Bunlar biyhudə sözlərdir. Tehran azadlıq verəbilməz, taza o 

azadlığı aldıqdan sonra millətimizin mili əsarəti baqi qalmasını biz düşünməmiş dəyilik. 7-yaşında taza 

dil açan körpə balaların başını biganə dil tə’lim etmək vasitəsilə  əzib, çürüdüb, fasıd etməyə biz 

azadlıq deyəbilmrik. Beş milionluq bir xəlqi zor ilə yabançi bir xəlqin hakimiyətinə tabe etmək azadlıq 

dəyidir. Qərnlər boyu qəhrəmananə mübarizə aparan bir cəmiyətin milliyyətini, uç nəfərin xoşuna 

gəlməkdən ötrü inkar etmək insanlığa yaramaz. Başladığımız böyük hərəkətin mili rəng və milli 

xasiyətini dəyişdirmək istəyənlər xəlqimizin silahını  əlindən almağa çalışırlar. Bunların azadixah 

maskaları bizi iğfal edəbilməz. Azadixah adamlar bu millətin başqa bir millətə üstündə hakimiyət 

sürməsinı tələb edəbilməzlər. Azadixahlıq halva dəyidir. Azadixah insanlar gərək həq və həqiqəti inkar 

etməsinlər. Həq və həqiqət isə azərbaycanlıların milli dil, milli adab və rüsumi, milli əxlaq, milli iste’dad 

və milli tarixləridir.  

 

Tehran azadixahları bizim millətimizi inkar etməklə qaba və  xəşin istibdad ruhuna malik olub və 



mürtəcelərdən daha mürtəce olduqlarını isbat edirlər. Azərbaycan xəlqi isə özünün qüdrətini milli birlik 

və milli azadlıqda tapmışdır. 

 

İndi Azərbaycan milli bir ölkədir. Onun qəhrəman xəlqi özünü idarə etməyə layiq olduqlarını bütün 



dünyaya isbat etmişdir. Təbriz mərkəz mürtəce’lərinin xainanə siyasətinə baxmayaraq hər cəhətdən 

tehrandan irəlidə dir. 

 

Əmniyyət, asayiş, xəlqinin qeydinə qalmaq, ucuzluq, işsizlik ilə mübarizə, iqtisadi, siyasi və  fərhəngi 



tədbirlərimiz xəlqi gələcəkə gündən-günə artıq ümidvar etməkde dir. Tehran Hökumətinin 

qələmrövündə isə  dərin və  qəti naümidlik hökm sürməkdedir, Məyus bir millət inqiraza məhkumdur. 

Ümidvar millət isə  hərcür müşgülata qalib gəlib yaşar və arzularını icra etmək yolunda heç bir 

fədakarlıqdan ayaqgeri qoymaz. 

 

İndi biz hərgün, hərsaat irəli gedirik. Tehran isə mürtəce’lərin və özlərinı azadixah göstərməyə çalışan 



boşboğazların qara sayəsində fəlakətə sürüklənir. 

Biz mübarizəni axıra qədər aparmağa and içmişik. 

 

Ölmək var, dönəmək yoxdur!                                                                                           «Pişəvəri» 



 

*** 


 

Maarif aləmində öz dilimizdə  nəşr olunan məktəb kitabları  və binasını qoyduğumuz Milli 

Darülfununumuz, Firqə tarixinə qızıl xət ilə qeyd edilməlidir. Bununla biz ilftixar edəbilərik 12 Şəhrivər 

e`lamıhsını həyata geçirmişik. 

 

 

 



 

Nehzətimiz Və Dünya Siyasəti 

Nehzətimizin dairəsi genişləyib  əhəmiyət kəsb etdikcə dünya diplomatları  və dünya azadixahlarının 

ona nisbət maraq və təvəccehi artmağa başladi, nəhayət iş o yerə gəlib çatdi ki, Azərbaycan məsələsi 

beynəlmiləl şəkil alaraq dünya mətbu’atının gündəlik mövzülarının birincisini təşkil verdi. Bütün dünya 

radiolari, müxtəlif dillərdə ölkəmizin adını  və nehzətimizin cərəyanın söyləməkde bir-birinə sibqət 

etməyə çalışdılar. 

 

 

20




Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

Bunun  əlbəttə cür-bəcür illətləri ola bilərdi. Amma bə’ziləri ondan Şoralar  İttifaqi  əleyhinə istifadə 

etməyə çalışırdılar. Bizim əqidəmizə görə bu ğədaranə  və xainanə siyasət idi. Onlar bizim daxili 

düşmənlərimizdən müdafiə etmək məqsədilə  məsələni bu şəkilə salmağa can atırdılar. Halbuki 

Azərbaycan nehzəti İran üçün tam mə’naasilə daxili bir iş idi. İran xəlqi bu nehzətdən böyük ümidlər 

gözlədiyindən daxili və xarici mürtəce’lər onu bu iftiralar ilə boğmağa çalışırdılar. Bə'zi 

düşmənlərimizdə bizim böyük milli hərəkətimizə gülünc olaraq təcziyə nami verməklə bütün cəmaəti 

bizim əleyhimizə təhrik etmək istəyirdilər. 

 

Halbuki, daxili müxtariyət məsələsi təcziyə demək dəyildi. Firqəmiz bu məsələni 12-Şəhrivər 



e`lamiyyəsində möhkəm dəlillər ilə  şərh verib, belə bir ehtimalın və tövcihin qabağını almışdı. Hətta 

bizim nəzərimizdə «federatıv» üsulu da təcziyə demək dəyildir. Necəki  Şəhrivər müraciətnaməsində 

göstərilibdir,  əyər fəderativ təcziyə deyilsəidi, oylə isə Amerika Cümhuriyyətləri  İttifaqi, Suvis 

məmləkəti,  təcziyə edilib mərkəziyətdən düşmüş  məmləkətlər hesab olunmalı idilər. Milli məhəli 

müxtariyət, dil məsələsi ya əncümən  əyalətiyə verilən geniş ixtiyarart müddəilərimizin iftira-amiz  

iddi’alarının xılafına olaraq bir məmləkətin təcziyəsi dəyil və doğrudan doğruya bütün xəlqin dövlət 

təşkilatında dəxalətini təmin etdiyi üçün məmləkətdə möhkəm və sarsılmaz bir vəhdət vicuda 

gəlməsinə səbəb olan ən əsaslı və təcrübədən geçmiş dövləti bir təşkilatdır. Başqa cür təsəvvüri belə 

mahaldır. Nə etəməli ki, mili-demokratik nehzətləri,  şərqdə müstəmirə əlaqəsi olan böyük dövlətlərin 

diplomatları görmək istəmirlər. Əyər bu hərəkətin azərbaycanda, Azərbaycan hüdudlarında qalmasına 

inanmış olsaidılar  şayəd o vəlvələni ortaya salmazdılar, nə etəməli ki, nehzətlərin bir məmləkətin 

sərhədi daxilində məhdud qalmayacağını onlar da gün kimi aşikar görməkdedirlər. Ona görə əllərində 

olan hədsiz-hesabsız vəsilələrdən istifadə edərək bizim üçün həyat-mümat məsələsi olan milli 

hərəkətimizi boğub ortadan aparmağa çalışırdılar.  İş getdikcə  mətbu’at və radiolardan təcavüz edib, 

rəsmi beynəlmiləli yığıncaqlara yetişdi, xarici imperialistlərin qablarını yalamaqda imtahan verən 

«Təqizadə» və  «Əla» kimi ciblərini doldurmuş xainlər maskalarını  yırtıb iranın daxili işi olan nehzət 

mövzuunu xarici ölkələrin müdaxiləsi ilə həll etmək istədilər. 

 

Bu isə iranın istiqlal və  təmamiyətini rəxnədar etmək və iranın  əhalisini  əcnəbilərin himayəsi altına 



tapşırmaq demək idi. Bu işin bu yerə gəlib çatması Azərbaycan xəlqini əsəbiləşdiridiyi qədər də onların 

gözlərini açdı  və onlara anlatdı ki, İran Heyət Hakiməsini təşkil edən tüfeyli ünsürlər, öz 

hakimiyətlərinin pozulmasını hiss etdikdə  məmləkət və milləti də  məhv və nabud etməkdən 

çəkinməzlər. Əla və Təqizadənin Ləndən və Vaşinqtonda gördükləri işin mə’nası bu idi. 

 

Azərbaycan xəlqi bu əməldən çox acı  təcrübələr aldı, Tehran mətbu’ati isə bir neçə mütərəqqi 



ruznamədən başqa məsələnin iç üzünü açıb xəlqə göstərməkdən xuddarlıq etdilər. Onları  xəlqimiz 

ürəyindən qalxan demokratik hərəkət mər'ub etmişdi. Yəəni bə'zi mürtəce’ və satqın Tehran mətbuati 

da Təqizadələr və  Əlalar kimi əcnəbi boyunduruğu altına girməyi, xəlq hakimiyətinə  və millət 

azadlığına tərcih veriridilər. Bizim Firqəmiz gözəl düşünürdü ki, İran azad olmadığı  təqdirdə 

Azərbaycan azadlığı  təmin oluna bilməz, çünki Firqə  əvvəl gündən  İran daxilində olmaq şərtilə milli 

nehzəti vicuda gətirmişdi. Ona görə mürtəce’ hökumətlərin yerini tutan Qəvamülsəltənə kabinəsinin 

barışma də’vətini qəbul etdi. Bu, ayağa qalxmış  xəlq tərəfindən güzəşt hesab olunsa da lazimi bir 

güzəşt idi. Çünki əvvələn bu vasitə ilə yabancıların  İran istiqlalını boğmaq ümidləri puça çıxdı. Bu 

nehzətimizi təcziyə və sayir iftiralar ilə ləkədar etməyə can atan xain və parazit ünsürlərin silahları da 

əllərindən alınıb, bütün İran cəmaətinin qabağını tutan pərdə yırtılıb tar-mar olmaqla nehzətimiz bütün 

İran üçün Milli Demokratik bir şəkil aldı. 

 

Qəvamülsəltənə hökuməti ilə başladığımız müvafiqətnamənin İran tarixində böyük qiyməti vardır. Bu 



vasitə ilə dir ki, Azərbaycan nehzəti  İran azadlığının zaminı nami almaq iftixarını  kəsb edə bildi. Bu 

vasitə ilə dir ki, birədən fil yaratmağa çalışan imperialst nökərlərinin sözü qurtarıb, öz işlərinin dalınca 

getməyə məcbur oldular. 

 

Dünyada iki tərəfli olmayan bir hadisə yoxdur, bu əslə görə dünya mürtəce’lərinin  əleyhimizə 



qaldırdıqları  həya-hunun da müfid tərəfi vardır. Bu həya-hu nəticəsində bütün dünya bizi tanıdı. Dil, 

adab-rüsum və milli xüsusiyata malik olduğumuzu dərk etdi. Azərbaycan adı böyüdü, düşmənlikdən 

xəlqimiz də böyük istifadə edə bildi. 

 

İş həmişə belədir. Diri millət, hüşyar millət fədakarlığa hazır olan millət hər bir təsadüfdən istifadə edə 



bilər. Farsların bir sözü vardır, deyirlər ki, «Ədü  şəvədd səbəbi xeyr əgər xoda xahəd». Bu söz 

doğrudur, bizim düşmənlərimiz düşmənlik edərkən biz onların düşmənliklərindən faydalı nəticə aldıq. 

 

 

21




Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

Bu məsələyə heç də kiçik baxmaq olmaz, Fars mütəəssibləri həmişə çalışırdılar dünyaya bidirsinlər ki, 

azərbaycanlıların özlərinə  məxsus dil, ədəbiyat və xüsusiyətləri yoxdur. Böyük nehzətimiz bu 

axmaqcasına olan təbliğata son qoydu. Hətta bizə siyasi səbəblərə görə müsbət nəzərlə baxmaq 

istəməyən Amerika və  İngilis mətbuatının mühüm qisməti hiss edib anladı ki, Fars mütəəssiblərinin 

iddi’ası doğru dəyildir. Azərbaycan xəlqinin özünə  məxsus dili vardır, bu dil Fars dilinin bir şövbəsi 

olmayıb təmamilə ayrı bir dil dir. 

 

Habelə azərbaycanlıların tərz təfəkkür və adab-maaşirəti heçvəch ilə Farslar ilə cür gəlməz. Bu xəlq 



tərəqqi edib dünyanın müasir xəlqlərinə yetişmək üçün öz dili, öz maarifi, öz adab və rüsumi üzərilə 

irəli getməlidir. 

 

 

(ikinci bölümün sonu) 

 

22



Yüklə 481,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə