İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə4/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   2   3   4   5   6   7   8   9   ...   30

 

Digər tiplər nədir? 
 
Siyahıda  yazılan  digər  tiplər  adlandırıldığı  sahə  üzrə  şəbəkə  dizaynlarıdır.  Əsasən  məqsədyönlü 
yaradılmışdırlar.  Bəzi  sahə  şəbəkə  tiplərinin  bir  neçə  adının  olmasının  səbəbi  dizayn  formasının 
saxlanılaraq məqsədinin dəyişdirilməsi ilə əlaqədardır. Yəni bir dizayn bir çox məqsəd ilə istifadə 
oluna bilər. 
2.2 Topolojilər 
 
Hər  kompüter  şəbəkəsi  məlumatın  sistemlər  arasında  gəlib  getməsini  təmin  edə  biləcək  bir  yola 
ehtiyac  duyur.  Belə  bir  texnologiya  olmadığı  üçün  fərqli  şirkətlər  bu  məsələyə  fərdi  şəkildə 
yanaşıblar.  Nəticədə  məntiqi  və  fiziki  şəbəkə  dizayn  topolojiləri  yaradılmışdır.  Aradakı  bağlantı 
çox  vaxt  kabel  üzərindən  həyata  keçirilir.  Bununla  bərabər  kabelsiz  həll  yolları  getdikcə 
yayılmaqdadır.  Ancaq  kabelsiz  həll  yolları  hələ  ki  kabelə  hər  əsasda  rəqib  olmaqdan  uzaqdır. 
Əksər  şəbəkələr  hələ  ki  kabelləmə  sistemindən  istifadə  edir.  Ona  görə  də  fiziki  topolojiləri 
öyrənmək mühümdür. Topoloji fərqli şəbəkə texnologiyalarının quruluşunu və çalışma şəkillərini 
anlamada  başlanğıc  nöqtədir.  Şəbəkə  quran  zaman  şəbəkənin  hansı  formada  olmasını  topolojilər 
vasitəsi ilə təyin edirsən. Təyin etdiyin topoloji istifadə edəcəyin texnologiyanı aydınlaşdırmaqda 
mühüm rol oynayır.  
 
2.2.1 Topoloji tipləri 
 
 
 
 
 
 


 
10 
Fully Connected Topology 
Tam birləşmiş topoloji 
Tree Topology 
Ağac Topoloji 
Hybrid Topology 
Hibrid Topoloji 
Bus Topology 
Şin Topoloji 
 
Dual Ring Topology 
İki qat Həlqə Topoloji 
Star Topology 
Ulduz Topoloji 
Mesh Topology 
Tor Topoloji 
Linear Topology 
Xətti Topoloji 
Ring Topology 
Həlqə Topoloji 
 
Nodes 
Nöqtələr, kompüterlər 
 
Topolojini anlamanın ən asan yolu onu iki fərqli və sərbəst bölümə ayıraraq araşdırmaqdır: 
 
1.
 
Fiziki Topoloji 
2.
 
Məntiqi Topoloji 
 
Fiziki topoloji, aralarında şəbəkə qurulmuş bir qrup kompüterə baxdığımızda gördüyümüz şeydir. 
Yəni  kabel  kompüterlər  arasında  necə  dolaşır,  kompüterlər  bir-birlərinə  necə  bağlanmışdır  kimi 
gözlə görülən materiallar fiziki topolojini aydın edir. 
Məntiqi  topoloji  isə  kabel  bağlantı  formalarının  sərbəst  şəkildə  kompüterin  məlumatlarını  bir-
birlərinə necə çatdırdıqlarını açıqlayır. Yəni mübadilə prosesinin gedişatından xəbər verir. 
Topoloji  əslində  tək  başına  şəbəkə  ilə  bağlı  bir  çox  mövzuya  açıqlıq  gətirmir.  Məsələn:  istifadə 
olunan kabelin tipi,  maksimum  uzunluğu, kompüterlərin kabelin istifadədə olub  olmadığını necə 
təsbit etməsi kimi mövzular sadəcə topoloji ilə açıqlamaq mümkün deyil.  
Fərqli topolojiləri istifadə edən fərqli şəbəkə sistemləri vardır. Bu texnologiyalar EthernetToken 
Ring və ya FDDI kimi adlara sahibdir. 
Hər  şəbəkə  texnologiyası  istifadə  etdiyi  topoloji  ilə  bərabər,  istifadə  olunacaq  kabel  tipi,  onun 
maksimum  uzunluğu  kimi  mövzulara  da  aydınlıq  gətirir.  Hələ  ki  bu  texnologiyalar  haqqında 
öyrənməli  olduğumuz  məsələlər  onların  hansı  topolojidən  istifadə  etdiyidir.  Sonra  bu 
texnologiyaları ayrı-ayrılıqda geniş şəkildə öyrənəcəyik. 
 
 
2.2.2 Topoloji tipləri və inkişafı 
 
Bus topoloji 
 
Fiziki  bus  bütün  kompüterlərin  eyni  kabelə  bağlı  olduqları  sistemdir.  Kabelin  hər  iki  ucuna 
sonlandırıcı və ya sonluq adı verilən başlıq taxılır.  Bu topoloji həm məntiqi, həm də fiziki olaraq 
mövcuddur.  Quraşdırılması  asandır.  Ən  böyük  çatışmazlığı    kabelin  bir  nöqtəsində  yaranan 
qopuqluğun  bütün  sistemi  çökdürməsidir.  Məntiqi  bus  isə,  göndərilən  bir  məlumatın  bütün 
sistemlərə çatması demək idi. 


 
11 
Linear(Xətti)topoloji 
 
Bu topoloji eynən bus kimidir. Əsasən Ethernet texnologiyasında istifadə olunur. Hub daxilində bu 
topolojidən istifadə olunur. Çünki hub daxilində node-lar eynən linear-dakı kimi bir xətt üzərində 
yerləşir. 
 
Ring (Həlqə) topoloji 
   
  
Məntiqi Ring topoloji isə Token-Ring adı verilən birinci  IBM-in yaratdığı, sonralar IEEE və ISO 
tərəfindən inkişaf etdirilən və şəbəkə sistemlərində istifadə olunan texnologiyadır. Token-Ring-də 
kompüterlər kabellərlə ortadakı mərkəzi bir qutuya qoşulurlar (fiziki ulduza). Bu qutu Hub (hab) 
adlanır. Ancaq bu tip şəbəkə sistemində məlumatı ötürmək üçün bir siqnal mövcud olur. Bu siqnal 
daim  sıra  ilə  bütün  hub-ları  və  kompüterləri  dövr  edir  və  məlumat  ötürülməsini  həyata  keçirir. 
Onun üçün ona Ring (Həlqə) adı verilmişdir. Bu sistem Token Ring-də ətraflı izah olunacaqdır.  
 
Dual Ring(İki həlqə)topolojisi 
 
Ring topolojisinin daha inkişaf etmiş formasıdır. Burada xəttin birində xəta yaranarsa, ikinci xətt 
əsas xətt kimi fəaliyyəti davam etdirir. Ya da xətanın ortadan qaldırılmasında əsas xəttə yardımçı 
olur. 
 
 Star (Ulduz) topoloji 
 
Ən yayılmış şəkildə istifadə olunan fiziki topolojidir. Hər kompüterdən çıxan bir kabel mərkəzdəki 
bir  qutuya(hub)  girir.  Ən  böyük  üstünlüyü  bir  kabeldə  yaranan  problemin  sadəcə  o  kabelə  bağlı 
kompüterə təsir etməsidir.  


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə