BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Humanitar elml
ər seriyası
2015
UOT 338.425
UNUDULAN VƏ GİZLƏDİLƏN MƏDƏNİYYƏT
VƏ YA TÜRKÜN İKİNCİ DOĞUŞU
R.İ.MƏHƏRRƏMOV
G
əncə Dövlət Universiteti
rabiteci_22@mai.ru
M
əqalə dövlətçiliyi, mədəniyyəti, milli varlığı belə unudulan, gizlədilən və özgələş-
diril
ən türklərin qürur meyarlarından olan ümumbəşəri dəyər payı daşıyan mədəniyyətinin
tarixinin ara
şdırılması və uzun illər bu möhtəşəm mədəniyyətin onun daşıyıcılarından
gizl
ədilməsinin aşkarlanmasına həsr edilib.
Mü
əllif tutarlı faktlara, görkəmli tarixçilərin əsərlərində yer alan dəlillərə əsaslanıb, bu
elmi
ədalətsizliyi yumşaq desək, tarixin saxtalaşdırılması kimi qiymətləndirmişdir.
M
əqalə müəllifi bu haqsızlığın üzə çıxarılmasını haqlı olaraq türkün ikinci doğuşu
adlandırır.
Açar sözl
ər: milli kimlik, türk əsili, Tomsen, Orxon-Yenisey, Esik kurqanı
Türk xalqları tarixinin tarixşünaslığında ənənəvi olaraq göstərilir ki, tarix-
l
əri az öyrənilən xalqlardan biri türk xalqlarıdır. Buraya onu da əlavə etmək
g
ərəkdir ki, bütün tarixləri boyu min illər ərzində təqib və təzyiqlərə, qətliam
v
ə genosidə, köçürülmə və sürgünlərə ən çox məruz qalan da elə türklərdir. Bu
c
əngavər və hökmran, həm də tolerant xislətli xalqa qarşı qısqanclıq, nəticə
etibarıilə düşmənçilik görün, hansı həddə çatmışdır ki, zaman-zaman bu xalqın
dövl
ətçiliyi, varlığı və milli kimliyi belə inkar edilmiş və inkar edilməkdədir.
H
ələ rus imperiyası dövründən müstəmləkə xalqlarının tarixini öyrənmək, onu
t
ədqiq etmək rus elminin maraq dairəsinə daxil deyildi. Əksinə, I Pyotrun za-
ma
nından bu xalqların tarixi yadigarlarının məhv edilməsi planlı şəkildə həyata
keçirilirdi. Pyotr öz f
ərmanında beləcə də yazırdı: “... А.Басурман зело мухим
образом, что бы не узнали, сколько возможно убавлять” [3, 140.] və hiss
edilm
ədən, sakitcə azaldılırdı. Türklərin varlığı belə şübhə altına alınaraq on-
lara qarşı təqib və təzyiq davam etdirilirdi.
Rus imperiyasının bütün hakimiyyətləri dövründə unudulmayan genosid
rus imperiyasının köhnə ənənəsi idi. Digər tərəfdən elə həmin dövrdən yeni
“dönd
ərilmə” prosesi başlanmışdı – türklər rəsmi olaraq slavyanlaşdırılırdı.
Ayrı-ayrı yaşayış məntəqələrində slavyanların sayı yüz və min dəfələrlə artırı-
151
lırdı [2, 226]. Həmin dövrdə ölkədə genosid deyil, hələ adı tapılmayan elə bir
hadis
ə baş verirdi ki, bütöv bir xalq gedər-gəlməzə göndərilirdi. Bu türk xalqı
idi. Avrasiyada yegan
ə müstəqil türk dövləti (Anadolu Türkiyəsi istisna edil-
m
əklə) – Krım xanlığının işğalından sonra Krımdakı Fransa səfiri Baron de
Tottun t
əxmin etdiyi 5 milyonluq Krım türkləri pərən-pərən edilərək ana yurd-
larından köçürülmüş, bir hissəsi isə qətliam edilmişdir. Bundan sonra Krımda
vur-tut 300 min türkün d
ə başına müsibətlər açılaraq, ana yurdlarından köçü-
rül
ərək sürgünlərə məruz qalmışdır. Bunun nəticəsi idi ki, rus və sovet impe-
riyaları dövründə milyonlarla türkəsilli insanlar sağ qalmaq üçün soyadlarını
d
əyişərək, ağır olsa belə, slavyanlaşmışlar. Məsələn, görkəmli elm, mədəniyyət
xadiml
əri Tuqan Baranovski, Sergey Raxmaninov, Mixail Bulqakov, admiral
Kolçak, Mixail Kutuzov, Timiryazev, Baskakov v
ə başqaları türkəsilli rus fa-
miliyalılardır. Belələri yüzlərlədir.
Tarix hakim
ideologiyanın milli siyasətinin əsaslandırılması vasitəsinə
çevrildikd
ən sonra onun tədqiq edilməsi də siyasi mərkəzdən istiqamət almağa
başladı. Rus-sovet tarixşünaslığının patriarxı adlandırılan akademik B.A.Rı-
bakov slavyanların tarixini tədqiq edərək qədimləşdirmək tapşırığı almışdı.
Sibird
ən Qara dənizə qədər böyük bir ərazidə tapılan arxeoloji yadigarlara
slavyan donu geydirilirdi. B
əlkə elə buna görə Daniel Qotlib Messerşmidtin ta-
pıntısı diqqətdən kənarda qalırdı. Dansiqdən olan bu təbiətşünas alim avro-
palılar arasında ilk dəfə 1719-1727-ci illərdə Sibirə səyahət etmişdir və orada
sirli yazılar görmüşdür (Lakin belə bir fikir də mövcuddur ki, İsveç əsiri, zabit
Flipp-
İohann TabbetStralenberq 1713-1722-ci illərdə Sibirdə yaşamış və sirli
daşüstü işarələri ilk dəfə o, görmüşdür və alman runlarına oxşadığı üçün onları
run adlandırmışdır) [4, 6; 3, 141].
Sirli yazılar olan Orxon-Yenisey abidələrindən ilk dəfə XII əsrdə tarixçi
Ala
əddin Ata Məlikin “Cüveyni tarixi cahangüşa” adlı əsərində bəhs edilmiş-
dir. Lakin bu faktlar avropalılara məlum olmadığından Orxon-Yenisey abidə-
l
ərinin varlığı uzun müddət elm aləmindən gizli qalmışdır. Kitabələr haqqında
ilk m
əlumatı avropalılara Niderlandın paytaxtı Amsterdam şəhərinin burqo-
mistri Nikolay Vidzen vermişdir. Onun 1692-ci ildə çapdan çıxmış “Nord and
Oost Tartarye” adlı kitabında oxuyuruq ki, ... Verxoturye çayından bir qədər
aralı qayada bir neçə şəkil və naməlum hərflərlə yazılmış bir neçə yazı tapıl-
mışdır. O yerlərin ən qocaman sakinlərinin dediyinə görə həmin yazılar mosk-
vitl
ərin (N.Vidzen rusları moskvit adlandırır) bu ölkəni fəth etdiyi zamandan
əvvəl də (ölkənin fəth edilməsi isə 100 ildən daha çox əvvələ aiddir) orada
olmuşdur. Beləliklə, bu şəkillərin nə vaxt və kim tərəfindən çəkilməsi haqqında
heç bir m
əlumat yoxdur [4, 6].
N.Vidzenin m
əlumatından bir qədər sonra Tobol boyarlarından birinin
oğlu Semyon Remezov da Orxon-Yenisey abidələri haqqında xəbər verir.
M
əlumdur ki, 1696-cı ildə I Pyotrun göstərişi ilə “Sibirin bütün şəhər və
torpaqlarının xəritəsi” və “bütün susuz və çətin keçilən daşlıq çöl torpaqlarının
x
əritəsi” adlı iki xəritə hazırlanaraq 1697-ci ildə nəşr edilir. S.Remezov bu
152
x
əritələrdə Talas çayı sahilində, indiki Qazaxstan Respublikasının Talas şəhə-
rinin yanında topoqrafik işarə kimi “orxon daşı” işarəsini qoyur. Məlum oldu-
ğu kimi, sonralar, yəni 1896-1897-ci illərdə V.Kallaur və Q.Heykel həmin
işarənin göstərildiyi yerdə qədim türk əlifbası ilə yazılmış və türkologiyada
Talas kitab
ələri adı ilə tanınmış qədim türk abidələrini tapmışdır. Şübhəsiz,
S.Remezov Monqolustanda yerl
əşən Oxon çayı ilə Talas çayının qollarından
birini qarışdıra bilməzdi. Həmin xəritələrdə isə Selenqanın qolu Orxon çayı ilə
“Orxon daşı” ayrılıqda göstərilir. Görünür, Orxon çayı sahilindəki qədim türk
abid
ələri də, sonralar V.Kallaur və Q.Heykelin tapdığı yazılı daşlar da S.Re-
mezova m
əlum imiş. Yəqin ki, Talas sahilindəki abidələrə oxşamasını nəzərə
alaraq, h
əmin daşları “Orxon daşı” kimi xəritəyə qeyd etmişdir.
İstər N.Vidzen, istərsə də S.Remezov qədim türk Orxon-Yenisey yazılı
abid
ələri haqqında dolayısı ilə məlumat verir, onların olduğu yerləri göstərir,
lakin abid
ələrin özləri haqqında elmi əhəmiyyət daşıyan heç bir söz demirdilər.
Bu abid
ələr haqqında elmi fikirlər XVIII əsrdən söylənilməyə başlanır.
Messerşmidtin tapıntısı Peterburqda sevinclə qarşılanmadı. Qədim nadir
abid
ələrdən götürülmüş surətləri dərc etmək hara, heç onlara baxmaq belə
ist
əmədilər. Bəlkə də, artıq hiss etmişdilər ki, bu nadir tapıntı hər vasitə ilə
inkar etdikl
əri türk mədəniyyəti abidəsidir. Yazını skitlərə aid etmək qərara
alındı və lüzumsuzluğundan surəti arxivə verilməsi tövsiyə edildi. Heç onu da
n
əzərə almadılar ki, skitlər Uzaq Şərqdə heç vaxt yaşamamışlar.
Sonralar, II Yekaterinanın səfirlərindən birinin köməyi ilə bu surətlər
gizli olaraq Avropaya çatdırıldı və orada dərc edildi. Hər halda bütün dünya öz
tarixinin unudulmuş səhifəsi haqqında xəbər tutdu – düzdür, hələ söhbət qədim
türk m
ədəniyyəti haqqında getmirdi. Sonralar, məlum olacaq ki, bunlar türk-
run yaz
ılarıdır və bunu Danimarka alimi Vilhelm Tomsen oxuyacaqdır.
1793-cü ild
ə akad. Pallas Orxon-Yenisey abidələrindən bir neçəsinin
m
ətnini nəşr etdirir. Lakin qədim türk abidələrinin daha geniş öyrənilməsi XIX
əsrdən başlanır.
1816-
cı ildə «Сибирский Вестник» jurnalında Q. Spasskinin “Sibirin
q
ədim abidələri haqqında qeydlər” adlı məqaləsi çıxır. Qraf M.P.Rumyantsevin
xahişi ilə akad. F.İ.Kruq bu məqaləni latın dilinə tərcümə edir. Q.Spasskinin
əsəri məşhur dilçi V.Fon Hunboldtun və şərq dillərinin, o sıradan türk dillərinin
görk
əmli tədqiqtçısı Abel Remüzənin diqqətini cəlb edir. A.Remüzə 1822-ci
ild
ə Q.Spasskinin əsəri haqqında rəy yazır. Rəydə göstərilir ki, Asiya xalq-
larında qəbir üzərində “pey” adlanan ikidilli, hətta üçdilli yazısı olan daş
obelskl
ər qoymaq adəti varmış. Belə obelsklərin tapılması Yenisey kitabələri
m
əsələsinin həllinə mühakimə və fərziyələrdən daha çox kömək göstərə bilər.
Abid
ələrin yazıldığı işarələrin run işarələrinə bənzəməsini A.Remüzə zahiri və
aldadıcı adlandıraraq yazır ki, bu abidələr qədim türk qəbilələrinin məskun
olduğu ərazidə yerləşir. Q.Spasskinin əsəri haqqında Rommel və Y.Klaprot da
r
əy söyləmişlər. A.Remüzədən fərqli olaraq Q.Spasski, Rommel və Y.Klaprot
bu abid
ələrin türklərə mənsubluğunun əleyhinə çıxırdılar. Q.Spasski yazırdı ki,
153
türkl
ərin, ümumiyyətlə tatar qəbilələrinin qədim dövrlərdə Sibirin cənubunda
ya
şaması haqqında elmdə heş bir iz yoxdur, əksinə, hər şey göstərir ki, türklər
bu yerl
ərə sonradan köçüb gəliblər. Q.Spasski həmin abidələrin kalmık qəbi-
l
ələrinə məxsus olması fərziyyəsini irəli sürürdü. Rommel Yenisey kitabələrini
alman rusları ilə müqayisə edib, belə bir fərziyyə irəli sürürdü ki, bu kitabələr
ya skit, ya da yunan-qot m
ənşəlidir. Y.Klaprot məsələyə bir qədər ehtiyyatla
yanaşıb göstərir ki, Yenisey kitabələrinin yazıldığı işarələr yunan runlarına
b
ənzəyir [4, 7].
1857-ci ild
ə Q.Spasski yenidən Yenisey kitabələri problemi üzərinə
qayıdır. O, özünə qədər irəli sürülən fərziyyələri, xüsusən Rommelin abidələri
skitl
ərə bağlanması fərziyyəsini qəti rədd edir, əvvəlcə, bu abidələrin hansı
xalqa m
əxsusluğu məsələsini açıq saxlasa da, sonradan onların slavyanlara
m
əxsus olması nəzəriyyəsini işləyir. Onun nəzəriyyəsi V.Florinski tərəfindən
müdafi
ə edilir [4, 7].
1859-cu ild
ə A.Şifner Yenisey abidələrinin yazıldığı əlifbanın damğa-
lardan
əmələ gəlməsi fərziyyəsini irəli sürürdü. 1874-cü ildə N.Popov Yenisey
abid
ələri üzərində tədqiqat apararaq Rommelin abidələrin qot mənşəli olması
haqqındakı fikrini daha da inkişaf etdirir. Həmin ildəcə fin alimi Aspelin Si-
bird
ə tapılmış balbalların (daşdan kobud şəkildə yonulmuş “insan heykəlləri”)
v
ə naməlum yazının tarixini qədim fin qəbilələrinə bağlayır. 1859-cu ildə
M.A.Kastrenin tapdığı daşların şəkilləri nəşr edilir. Bu qəribə yazılara maraq
daha da artır.
Y
enisey çayı hövzəsində tapılmış yazıların tədqiq edilib öyrənilməsində
rus alimi N.M.Yadrintsevin daha çox xidm
əti vardır. Hələ 1885-ci ildə onun
Yenisey abid
ələri haqqında məqaləsi çıxmışdır. Həmin məqalədə alim Y.Klap-
rotun Yenisey yazılarının şimal mənşəli olması haqqındakı fərziyyəsinin əley-
hin
ə çıxaraq söyləyir ki, bu kitabələrin dili türk mənşəli olmalıdır. N.M.Yad-
rintsevin fikrinc
ə, Asiya xlqlarının run yazısını Avropa qotlarından və finlərdən
götürm
əsini iddia etmək düzgün deyildir, çünki bizə bu xalqların Asiyadan
çıxdıqları məlumdur. Daha sonra N.M.Yadrintsev yazırdı ki, Yenisey yazıları-
nın və Sibir balballarının hansı xalqa məxsuzluğu məsələsini həll etmədən biz
dey
ə bilərik ki, bu abidələrin mənşəyi çox qədimdir, bəlkə də İsanın anadan
olmas
ından əvvəlki vaxtlara aiddir. O da maraq doğurur ki, bu abidələrin 2000
il salamat qalması necə mümkün olmuşdur. Güman etməyə əldə əsas vardır ki,
bu abid
ələr fin qəbilələrindən və buraya daha sonra gəlmiş qot və hindo-skit
q
əbilələrindən daha çöx, onlarla qonşuluqda yaşamış türk qəbilələrinə mənsub-
dur [4, 9].
1889-cu ild
ə rus-coğrafiya cəmiyyətinin Şərqi Sibir şöbəsi N.M.Yad-
rintsevin başçılığı ilə Monqolustana ekspedisiya təşkil edir. Bu ekspedisiya ilə
Orxon-Yenisey abid
ələrinin öyrənilməsinin yeni dövrü başlanır. Ekspedisiya-
nın elə birinci səfərində Kokşin-Orxon rayonunda Saydam gölü yaxınlığındakı
Orxon çayı hövzəsində, Erdeni Tszu budda monastrından 60 km. şimalda N.M.
Yadrintsev Gültigin v
ə Mogilyan xan (Bilgə xan) abidələrini kəşf edir. Yad-
154
rintsev Gültigin abid
əsi haqqında yazır: “Qeyri-adi davamlı və möhkəm qranit
əsrlərdən bəri aşınmışdır və minillik qədimliyi göstərir. Bəzi “səhifələr” mü-
hafiz
ə edilmişdir. Bunlar Sibirin başqa yerlərində də rast gldiyimiz sirrli run
yazısından ibarətdir. “Səhifələr”in yanlarında və obelskin arxasındakı “sə-
hif
ə”də kiday, yaxud kidan heroqlifləri vardır. Əgər bu yazılar çin dilindədirsə,
onda ola bilsin ki, onlar runların açılması üçün açar versin”. N.M.Yadrintsevin
ümidi düz çıxdı, məhz Gültiginin şərəfinə qoyulmuş abidə sonralar Orxon-
Yenisey
əlifbasının açılmasına səbəb oldu. Bilgə xaqanın şərəfinə qoyulmuş
abid
ə Gültiginin şərəfinə qoyulmuş abidədən böyük idi, lakin təəssüf ki, üç
hiss
əyə bölünmüşdü, qranitin müəyyən bir hissəsi parçalanıb dağılmış, bəzi
s
ətirlərdəki sözlər, həriflər silinib yoxa çıxmışdır. Gültiginin şərəfinə qoyulmuş
abid
ə isə, demək olar ki, bütöv idi.
N.M.
Yadrintsevun ekspedisiyasının ardınca Monqolustana Q.Heykelin
r
əhbərliyi ilə fin ekspedisiyası yola düşür. Finlər Aspelinin Orxon-Yenisey
abid
ələrinin fin mənşəli olması haqqındakı nəzəriyyəsini sübut edəcək faktik
material tapmaq ümidind
ə idilər. Heykelin ekspedisiyasının materialları həmin
dövrd
ə nəşr edilmişdir. 1891-ci ildə akad. V.V Radlovun rəhbərliyi ilə Rusiya
Elml
ər Akademiyasının Mçonqolustana ekspedisiyası təşkil edilir. Ekspedisiya
Orxon çayı hövzəsindəki bütün abidələrin estampajını çıxarır.
1892-ci ild
ə ekspedisiyanın əsərlərinin 6 cildi nəşr edilir, bunlardan 4
buraxılış təkcə abidələrin atlasından ibarət idi. Artıq bu sirrli mətnlərin yazıl-
dığı əlifbanı açmaq üçün kifayət qədər material vardır [4, 10].
Orxon-Yenisey
əlifbasının açılması üzərində yuxarıda göstərdiyimiz kimi
Danimarka alimi V.Tomsen v
ə rus alimi akad. V.V. Radlov işləyirdi. Təkrar da
olsa, qeyd etm
ək lazımdır ki, 1893-cü il dekabrın 15-də Danimarka Kral
Elml
ər Akademiyasının iclasında prof. V.Tomsen run yazılarının, yəni Orxon-
Yenisey abid
ələrindəki yazının oxunması haqqında məlumat verdi. V.Tomsen
əvvəlcə, Kültigin abidəsindəki 4 sözü-tenri, türk, kül və tigin sözlərini oxuyur.
Abid
ənin türkdilli olduğunu müəyyənləşdirdikdən sonra digər mətnləri də
aydınlaşdırır. O vaxta qədərsə akad. V.V.Radlov 20-yə qədər işarəni açmışdı.
V.Tomsenin q
ədim türk əlifbasını açması xəbərini alandan sonra V.V.Radlov
Külti
ginin şərəfinə qoyulmuş abidəni tərcümə edir və 1894-cü il yanvarın 19-
da Rusiya Elml
ər Akademiyasının iclasında oxuyur.
H
əmin illərdə V.Tomsen və V.V.Radlovla yanaşı, Orxon-Yenisey abidə-
l
ərinin tədqiqi ilə V.Banq da məşğul olur; o, abidələrin oxunması haqqında iki
m
əqalə çap etdirir. 1899-cu ildə P.M.Melioranskinin “Kül Tegin şərəfinə abi-
d
ə” adlı kitabı nəşr edilir. Bu əsərdə Kültigin abidəsinin tərcüməsi, tərcüməyə
P.M.
Melioranskinin verdiyi şərhlərlə yanaşı, V.Tomsenin Kültigin abidəsi
t
ərcüməsinin 1896-cı il nəşrinə yazdığı izahat da vardı.
Haşiyə: Vilhelm Lüdviq Peter Tomsen (1842-1927) Randers şəhərciyi
poçtmeysteri (poçt müdiri) ail
əsində doğulmuş, uşaqlıq həyatı burada keçmiş,
öz unuversitet kary
erasını da burada başlamışdır. Teologiya (ilahiyyət) ilə
m
əşğuliyyət onu qane etməmiş, onu digər elmlər-filologiya və botanika özünə
155
daha çox c
əlb etmişdir. Gənclikdə Tomsenin bəxti gətirmişdir. O, görkəmli
aliml
ərlə rastlaşmış və həmin müəllimlər onda fenomenal yaddaşın və filoloq
qabiliyy
ətinin olduğunu diqqətdən qaçırmamışlar.
1887-ci ild
ə Tomseni Kopenhagen Universitetinin müqayisəli dilçilik ka-
fedrasına dəvət etdilər. Həmin illərdə “Qədim Rusun Skandinaviya ilə əlaqələri
v
ə Rus dövlətinin mənşəyi” haqqındakı əsəri ona dünya şöhrəti gətirdi. Qeyd
etm
ək lazımdır ki, Danimarka aliminin tədqiqatı, Rusiyada qəbul ediləndən
tam f
ərqli nöqteyi-nəzər sərgiləyirdi. Əslinə baxılarsa, prof. Tomsen rus tari-
xini siyas
ətdən kənar, olduğu kimi, əsl həqiqəti yazan ilk alimlərdən idi. Əfsa-
n
ələrə və uydurmalara yer olmayan bu fundamental tədqiqatın müddəalarını nə
t
əkzib etmək, nə də qəbul etmək bacarıqsızlığı prof. Tomsenin adını qadağan
etm
əsə də, rus alimləri içərisində o, təbliğ olunmayanlar sırasına daxil edildi.
Yaxşı ki, dünya Kiyev Rusu haqqında həqiqəti ondan öyrəndi.
Professor Tomsen bir neç
ə dəfə Rusiyada olmuş, o, slavyan mədəniy-
y
ətinin Avropa kökünü əla öyrənmişdi. Hədənsə, həmişə rus alimlərinin diqqə-
tind
ən kənarda qalan və səhv olaraq rus mədəniyyəti adlandırılan bu mədəniy-
y
ətin qıpçaq-türk əsasını məhz bu görkəmli alim aşkar etmişdir. Kopenhagen
universitetinin müqayis
əli dilçilik kafedrasının professoru V.Tomsen 1893-cü
il dekabrın 15-də Danimarka Kral Elmi Cəmiyyətinə məruzə təqdim etdi.
M
əruzə “Sirli Sibir yazısı” haqqında idi. 30-a qədər dil bilən alim “Sirli Sibir
yazısı”nı oxudu. Bu tarix türkün ikinci doğuşu tarixi idi [4, 10; 3, 147].
Burada bir m
əqamı qeyd etmək zərurəti duyulur. Görkəmli Danimarka
alimi Tomsen ona dünya şöhrəti gətirən “Qədim rusun Skandinaviya ilə əlaqə-
l
əri və rus dövlətinin mənşəyi” haqqında əsəri işıq üzü gördükdən və həmin
əsərdə nədənsə türk mədəniyyətinin səhv olaraq rus mədəniyyəti hesab edil-
m
əsi faktının rus alimlərinin diqqətindən qaçdığı üzə çıxdıqdan sonra belə bir
deyim s
əsləndirilirdi: İstənilən rusu qazı (yaxud qaşı), tatar olacaq”. Tomsen
is
ə həqiqətən rusu qazıdı.
Burada B.A.
Rıbakovun işi daha asan idi. Ondan türkü qazımaq tələb
olunmurdu, rast g
əldiyi arxeoloji abidələrin hər birində türk izi, türk ruhu izlən-
m
əkdə idi. Patriarxa sadəcə üzə çıxardığı hər bir tapıntıya bir “slavyan pərdəsi”
ç
əkmək kifayət edirdi və o, bu pərdəni çəkə bilirdi.
Orxon-Yenisey
əlifbası açıldıqdan sonra qədim türk abidələrinin tədqiqi
il
ə təkcə türkoloqlar və çinşünaslar deyil, habelə iranşünaslar, ərəbşünaslar və
başqaları məşğul olurlar. Ayrı-ayrı abidələrin oxunmasında, mətnlərin tərcümə-
sind
ə və izahında yuxarıda adları çəkilən tədqiqatçılarla birgə V.Bartold, Bloşe,
Q.Vamberi
, V.Vasilyev, Q.Qabelents, Q.Deveria, F.Korş, İ.Markvart, Nəcib-
Asim, N.Popo
v, F.Hirt, E.Şavann, Q.Şlegel və başqalarının böyük əməyi ol-
m
uşdur. V.V.Bartold qədim türk qəbilələri haqqında tarixi konsepsiya ha-
zırlamışdır.
Artıq tapılmış abidələrin oxunması, tərcüməsi, izahı və nəşri ilə yanaşı,
yeni abid
ələrin axtarışı da davam etdirilir. 1891-ci ildə N.M.Yadrintsev Ongin
abid
əsini kəşf edir (onu ilk dəfə 1895-ci ildə V.V.Radlov nəşr etdirmişdir),
156
1897-ci ild
ə Y.N.Klements Orxon çayının qolu Tola çayının sahilində Ton-
yukuk şərəfinə qoyulmuş abidəni tapır. 1896-1897-ci illərdə Semireçyedə
q
ədim türk Orxon-Yenisey əlifbası ilə yazılmış abidələr kəşf edilir.
XX
əsrin əvvəllərində Orxon-Yenisey abidələrinin tədqiqində nə isə bir
dur
ğunluq baş verir. Bu dövr haqqında A.N.Samoyloviç yazır: “Ölüm runşə-
killi türk yazılı abidələrinin üç əsas tədqiqatçısından ən cavanını, öz tədqiqat
üsul
larının dəqiqliyinə görə yalnız V.Tomsenlə müqayisə edilə bilən
P.M.Mlio
ranskinin vaxtından qabaq elm aləmindən apardı. Çin Türküstanının
qumlarında çoxlu miqdarda uyğur yazısı abidələrinin tapılması ilə əlaqədar
V.V.Radlov Monqolustan v
ə Sibirdəki abidələrin tədqiqindən ayrıldı. Çünki o
bunların hamısını (Ramstedt və Kotviçin sonralar kəşf etdikləri abidələrdən
başqa) ilkin şəkildə tədqiq etmiş, qlossari və qrammatik oçerklərlə izahını
vermişdi. Orxon-Yenisey yazılı abidələri haqqında bir neçə məqalə yazmış və
bu kitab
ələrdə təkliklərlə onluqların birləşməsindəki xüsusi sistemi kəşf etmiş
V.Banq da bu abid
ələrin tədqiqi üzərində çox dayanmadı...[4, 12].
Görün tarixin saxtalaşdırılması hansı həddə çatmışdı ki, M.Qorbaçovun
“yenid
ənqurma” və “aşkarlıq” adı altında islahatı dövründə sovet-rus tarixçi-
l
əri, xüsusilə, Leninqrad Dövlət Universitetinin professorları Ftodorov, Novo-
seltsev v
ə digərləri «Вопросы истории» jurnalında Rıbakovu slavyanların ta-
rixini süni olaraq q
ədimləşdirib onun etnogenezini (mənşəyini) e.ə. II minil-
liyin orta
larına aid edərək, tarixi saxtalaşdırdığı üçün haqlı olaraq kəskin pis-
l
əmişdilər. Paradoksa baxın, türklərin mənşəyinin tarixi reallıqlar əsasında
t
ədqiqi isə qaranlıq, əlçatmaz, sehirli bir otaqda gələcəyə saxlanılmışdır.
Burada bir m
əqamın qeyd olunması lazım gəlir. VI-VII əsrlərə aid Or-
xon-
Yenisey run yazılarının oxunması ilk baxışda ona dəlalət edə bilər ki, türk-
l
ərə aid bu yazı elə onların ən qədim yazılarıdır. Axı, məşhur türkoloq L.N.Qu-
milyov da b
əzi tarixçilərdən fərqli mövqe tutsa da, rəsmi tarixşünaslığın
ç
ərçivəsindən kənara çıxa bilməyib, həmin dövrün türklərini qədim türklər
hesab edirdi. Əslində isə, bu fikirlər bu cür qəbul edilə bilməz.
Əvvəla, hər hansı bir xalqa aid yazının hansı ildə aşkarlanması, bu
yazının yaranma tarixini dəqiqliklə müəyyənləşdirmək üçün əsas ola bilməz.
Xüsusil
ə türklərə aid yazının uzun illər aşkarlanmaması və köçəri xalqların
ümumiyy
ətlə, mədəniyyət daşıyıcıları olmaması uydurmaları türklərə aid ya-
zının daha qədimlərdə yarandığını şübhə altına alırdı. Digər tərəfdən, tarix o
zaman h
əqiqətə çevrilir ki, hipotez və ya versiya kimi irəli sürülən fikirlər onun
t
əsdiqinə yardımçı olan etnoqrafik, xüsusilə arxeoloji dəlillərlə sübut edilsin.
Fikrimizin t
əsdiqi üçün aşağıdakı faktın incələnməsi lazım gəlir. Hələ sovet dö-
n
əmində 1970-ci ildə Qazaxstanın keçmiş paytaxtı Alma-Atanın 50 kilometr-
liyind
ə arxeoloji qazıntı zamanı aşkar edilən bir nadir tapıntı Orxon-Yenisey
run yazılarının heç də türklərə məxsus ən qədim yazı olmadığını isbatladı.
Tarixi
ədəbiyyatlarda “Altun geyimli oğlan” adı altında Esik kurqanında
tapılan bu, çox önəm daşıyan tapıntı öz zənginliyinə görə, yalnız Misir Fironu
Tutanxamonun q
əbri ilə müqayisə edilirdi. Lakin bu arxeoloji abidəni tədqiq
157
ed
ən alimlər göstərirdilər ki, bu tapıntının əhəmiyyəti buradakı qızıl əşyaların
çoxluğu ilə ölçülmür, onun dəyər əmsalı daha vacib tarixi həqiqətə xidmət edir.
Oxucunu intizarda qoymayaraq bu a
rxeoloji tapıntının ən vacib tarixi dəyərini
açıqlayaq. Burada qızıl əşyalardan başqa bir, yarımoksidləşmiş, yəni paslaşmış
teştə bənzər əşya da aşkar edilib və həmin əşyanın üzərində iki sətirlik yazı
aşkarlanıb. Orada yazılır: “Xaqanın oğlu 23 yaşında öldü. Esik xalqının başı
sağ olsun” [12, 47]. Bu yazı bir çox cəhətdən əhəmiyyətlidir. Birincisi, bura-
dan m
əlum olur ki, ərazidə dövlət qurumu fəaliyyət göstərib. Çünki “xaqan”
v
ə “şahzadə” dövlət olan zaman olur. İkincisi, və daha vacibi-yazı Orxon-Ye-
nisey abid
ələrindəki run yazıları ilə eyni dövrə deyil, daha qədim tarixi dövrə,
aliml
ərin hesablamalarına görə, eradan əvvəl I minilliyin ortalarına aiddir.
Dem
əli, türklərə məxsus yazının tarixi min ildən artıq qədimə gedib çıxır.
Çağdaş əsrimizin başlanğıcında Türkiyə Respublikası türklər yaşayan
q
ədim ərazilərdə arxeoloji qazıntılar aparmaq üçün üç yüz milyon dollar vəsait
ayırmışdır. Ondan bir neçə il sonra ayrı-ayrı mətbuat səhifələrində belə bir
m
əlumat verildi ki, arxeoloji qazıntılar zamanı, xüsusilə indiki Monqolustan
ərazisində türklərə aid çox qiymətli arxeoloji abidələrin tapılması belə bir
n
əticə çıxarmağa imkan verdi ki, türklərin tarixini yenidən yazmaq üçün çox
qiym
ətli materiallar əldə edilmişdir. Qara dənizdən Sakit okeana qədər Avro-
asiyanın geniş çöllərində aparılan arxeoloji qazıntılar türklərin tarixini daha
d
əqiq tədqiq etmək üçün imkanlar yaradacaq. Bəlkə də bu qiymətli tapıntılar
Avropa v
ə rus tarixçilərinin, xüsusilə iranşünasların inkar etdikləri, unudulmuş
v
ə gizlədilmiş türk mədəniyyəti Avroasiyanın ən qədim mədəniyyəti kimi
t
əsdiq ediləcəkdir. Yəqin ki, türklərə məxsus yazının tarixi eradan əvvəl I
miniliyin ortalarına deyil, ondan daha qədimlərə gedib çıxacaqdır.
Bel
əliklə, hələ XII əsrdə tarixçi Alaəddin Ata Məlikin “Cüveyni tarixi
Cahanguşə” adlı əsərində bəhs edilən və XVII əsrin sonundan Avropa tarix-
çil
ərinin maraqlarına daxil olan Orxon-Yenisey abidələrindəki run yazılıarının
açılması yalnız XIX əsrin sonunda baş verdi. Görəsən, bir neçə əsr ərzində
öyr
ənilməsi davam edən bu mədəniyyət abidəsinin elm tərəfindən öyrənilməsi
prosesi n
ə üçün bu qədər vaxt apardı. Məlumdur ki, Rusiyada bu məsələ ilə
XVIII
əsrin əvvəllərindən məlumatlar verilmişdi, lakin bu məlumatlar sükutla
qarşılanmış, ona əhəmiyyət verilməmiş, hətta lazımsız bir material kimi arxivə
gönd
ərilmişdi. Yuxarıda dediyimiz bir fikri bir daha xatırladıram – nə yaxşı ki,
XVIII
əsrdə II Yekaterinanın zamanında Avropa dövlətlərinin səfirlərindən biri
h
əmin materialı öz ölkəsinə ötürə bilmişdi və bundan sonra Avropa alimləri
Sirrli Sibir y
azıları deyilən bu mədəniyyət abidələrinin öyrənilməsini sürət-
l
əndirmişlər. Rusiyada bu sirrli yazı ilə yalnız XIX əsrin II yarısından sonra
maraqlanmağa başlanmışdır və Rusiya Elmlər Akademiyasının eskpedisiyaları
zaman-zaman h
əmin əraziyə göndərilmişdir.
Burada bel
ə bir tarixi fakt yada düşür: 1945-ci lin martında Böyük Vətən
müharib
əsinin həlledici döyüşləri dövründə İosif Stalin cəbhə komandanları
Jukov, Konev, Vasilevski, Rokosovski v
ə digər marşal və generalları yanına
158
d
əvət edib onlara belə bir sual verir, düşmənin paytaxtı Berlini müttəfiqlər
almalıdır, (ABŞ və İngiltərə nəzərdə tutulurdu) yoxsa biz? Və bundan sonra
tarixd
ən məlum olduğu kimi Berlin əməliyyatı işlənib, hazırlanır və sovet
qoşunları ilk dəfə Berlinə daxil olur. Müqayisə üçün deyək ki, XIX əsrin II
yarısında Avropa alimləri, xüsusilə V.Tomsen Sibirin sirrli run yazılarını aç-
maq üzr
ə ikən Rusiya Elmlər Akademiyası bu işdə gecikməmək üçün ekspe-
disiyaların fəaliyyətini daha da intensivləşdirir və həmin türklərə aid mədəniy-
y
ət abidələrinin oxunması prosesində iştirak edirlər.
ƏDƏBİYYAT
1.
Александр Вушков. Чингизхан, неизвестная Азия. М.: ЗАО «Олма медия Гружо»,
2007, 544 с.
2.
Мурад Аджи. Европа, тюрки, Великая степь. М.: Мысль, 1993, 331 с.
3.
Мурад Аджи. Полынь половецкого поля. М.: Еоо «Пун-контекст», 1994, 350 с.
4.
R
əcəbov Ə., Məmmədov Y. Orxon-yenisey abidələri. Bakı: Yazıçı, 1993, 400 s.
5.
Баскаков Н.А. Русские фамилии тюркского происхождения. М.: Наука, 1993, 279 с.
6.
Карамзин Н.М. История государства Российского. Т. I-V, М.: 1989.
7.
Мурзаев Э.М. Тюркские географические названия. М.: Восточная литература, 1996, 176 с.
8.
Радлов В.В. Сибирские древности: Материалы по археологии Сибири. СТб, Типогра-
фия Императорских Академии наук. №3,1888. №5.1981, №15 1902, 53 с.
9.
Руденко С.И. Древнейшие в мире художественные ковры и ткани оледеленых курга-
нов Горного Алтая. М.-Л.: Академия наук СССР, 1968, 136 с.
10.
Томсен В. Дешифрованные орхонские и енисейские надписи. Пер. В.Радлова. Запис-
ки отделения Русского Археологического общества. Т.VIII, вып. III-IV, 1894.
11.
Бичурин Н.Я. Собрание сведении о народах, обитавших в Средней Азии в древние
времена. М.-Л.: Академия наук СССР, 1951, 471 с.
12.
R
əfik Ozdək. Türkün qızıl kitabı, I kitab, Bakı: Yazıçı, 1992, 184 s.
СКРЫТАЯ И ЗАБЫТАЯ КУЛЬТУРА И ПОЯВЛЕНИЕ НОВОГО ТЮРКИЗМА
Р.И.МАГЕРРАМОВ
РЕЗЮМЕ
Статья посвящена описанию развития государственности, культуры и нацио-
нального богатства определенной исторической эпохи нашего народа, которые долгое
время были забыты. Скрывая, их присваивали чужие. В статье анализируется истори-
ческое развитие великолепной культуры, долгое время скрывающейся от ее носителей.
Основываясь на достоверные факты и обоснованные фрагменты из исторических
событий, описанных в трудах видных историков, была дана должная оценка этому не-
справедливому искажению наших национальных исторических фактов, ценностей и
культурного наследия.
Ключевые слова: национальное происхождение, тюркское происхождение, Том-
сен, Орхон-Енисей, Эсикский курган
159
FORGOTTEN AND HIDDEN CULTURE AND TURKISH REBIRTH
R.I.MAHARRAMOV
SUMMARY
The article has been dedicated to the study of the cultural history which had been forgot-
ten and hidden for long years.
The author, basing on the substantial facts, and grounded fragments in the works of
well-known historians, estimates this scientific injustice as distortion of history.
The author estimates the rebirth of Turks.
Key words: national identity, Turkish origin, Tansen, Orkhon-Yenisey, Threshold
mound
160
Dostları ilə paylaş: |