I mühazirə Fənninin obyekti, predmeti, məqsəd və vəzifələri


Təsvir metodu, onun əsas üsulları və istiqamətləri



Yüklə 405,13 Kb.
səhifə5/63
tarix23.05.2022
ölçüsü405,13 Kb.
#87800
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   63
muhazire

Təsvir metodu, onun əsas üsulları və istiqamətləri
Təsvir metodu dil faktlarının, dil hadisələrinin təsviri ilə məşğul olur. Bu metoddan ayrı-ayrı dillərin elmi qrammatikalarının hazırlanmasında istifadə olunur. Bu metoddan müxtəlif dillərə aid dərsliklərin hazırlanmasında da istifadə edilir. Bu metoddan Amerika deskriptiv (təsviri) dilçilik məktəbində əsas metod kimi istifadə edilmişdir. Təsviri metod dilin müəyyən inkişaf mərhələsində dil hadisələrinin sistemləşdirilməsində tətbiq olunan tədqiqat üsulları sisteminə deyilir. Təsviri metodla aparılan tədqiqatlar üç mərhələdən ibarətdir:
1. mətndə dil vahidlərinin, nominativ və kommunikativ vahidlərin seçilməsi nəzərdə tutur. Bu mərhələ müşahidə üsulu ilə aparılır.
2. ikinci mərhələdə sözlər kök vəşəkilçilərə, cümlələr isə cümlə üzvlərinə ayrılır. Bu mərhələdə artıq müşahidə ilə barabər sınaqdan da istifadə edilir.
3.bu mərhələdə linqvistik təsvir verilir.
Komponentli təhlil komponentlər üzrə, kvantativ təhlil isə dil vahidlərini statistik cəhətdən öyrənir.
Ən qədim dilçilik məktəbləri (III mühazirə)
Yaxın Qədim Şərq mədəniyyətində dil haqqında təsəvvürlər
Yazı yarandığı andan insanlar dil nədir? sualı üzərində fikir və mülahizələr irəli sürməyə başlamışlar. Bizə qədər gəlib çatmış Yaxın Qədim Şərq xalqlarının mifologiyasında: akkad, şumer, hett, misir əsatirlərində dil və yazının Tanrı (Allah) tərəfindən yaradıldığı qeyd edilir. Məhz şərqdə bəşər tarixində yazı sisteminin yaradılması haqqında fikirlər mövcuddur. Eramızdan əvvəl 4000 il əvvəl misir heroqliflər, 29-28 əsrlərdə Şumer çivi (mixi) yazısı yaranmışdır. Yazının yaranması, təbii ki, onun öyrənilməsini də zərurətə çevirir. Yazı sənəti terminoloji mənada səsli danışığın diskret və dəfələrlə təkrarlanan, müxtəlif kontekstlərdə tanınan dil vahidlərə bölünməsini hiss etdirir.
İlk yazı sistemləri ideoqrafik və ya semasioloji (hər şeydən əvvəl loqoqrafik) olmuşdur. Onların piktoqrafiya ilə bağlılığı oların formalaşmasının başlanğıcında daha aydın sezilir. Piktoqramlara bu gün də rast gəlinir və onlar xarakterinə görə internasional, yəni konkret bir dillə əlaqəli deyillər. Uzun təka­mül prosesi nəticəsində ideoqrafik yazı prinsipi sillabik (heca) və hərfi yazı prinsipləri inkişaf etməyə başlamışdı.Misir ideoqrafik və şumer çivi yazılarının təkamül prosesi loqoqrafik işarələrin onların müxtəlif mənalarında fərqləndirilməsi üçün daimi axtarışların olduğunu sübut edir. İdeoqrafik yazı sistemi yetərincə sabit, və mətndə ideoqramlarla əks etdirilməsi az yer tuturdu, nəinki sillabik və ya hərfi işarələr.
Şumerdə çivi yazıların kəşfi və yazının Babilion ənənəsi digər dövlərlərin ərazilərində də yayılmağa başlayır. Həmin arealda (Bible, Uqarit və Finikiya) eramızdan əvvəl 18-17-ci əsrlərdə ilkin əlifbalar (daha dəqiq desək yalnız samitlər sistemini əks etdirən kvazialfavitlər) yaranmağa başlayır. Lakin samitlər sisteminə əsaslanan yazının oxunuşunda çətinliklər də mövcud idi. Finikiya kvazi­əlifbası (inventarında 40 qrafem var idi) hecayi yazıya (yüzlərlə işarənin, özü də minlərlə işarənin varlığını tələb edən loqoqrafik işarələr) münasibətdə daha qənaətcil idi. Bunula belə bu yazı rəqabətə davamlı çıxdı. Ön Asiyada o, aramey skoropisi (kursiv şəkilli əl yazısı) üçün əsas kimi çıxış edir. Şərqdə isə Persiya (pəhləvi, avesta), Hindistan və onlarla kontaktda olan dövlətlərin ərazisində xeyli əlifbaların əcdadı kimi çıxış edir. Avropada və ona qonşu ərazilərdə qərb və şərq variantlarında yaranan yunan əlifbası (9-8 əsrlərdə eramızdan əvvəl) da mənşəcə həmin yazıya aiddir. Artıq yunan əlifbasında saitləri işarə etmək üçün xüsusi işarələr daxil edilir və sonda (etrussk, latın, runik, ispan, portuqal, ingilis, alman, fransız və s.) əlifbalarının prototipinə çevrilir.Yazının yaradılması və inkişaf etdirilməsi Yaxın Qədim Şərqin sivilizasiya qarşısında ən böyük xidmətidir.

Yüklə 405,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə