İ. H. Aliyev y.Ə. MƏMMƏdov



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix25.11.2017
ölçüsü0,55 Mb.
#12227
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 

 



10 

 

bağlanılması  ilə  qoyulmuş,  eyni  zamanda,  düşünül-



müş şəkildə geniş miqyaslı iqtisadi islahatların həyata 

keçirilməsinə başlanmışdır.  

Həmçinin,  sonrakı  dövrdə,  2003-ci  ildə  ölkə  pre-

zidenti  seçilən  cənab  İlham  Əliyev  ümummilli  lider 

Heydər  Əliyevin  düzgün  və  məqsədyönlü  siyasətini 

daha  ilhamla  və  geniş  müstəvidə həyata  keçirməkdə-

dir. Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz-

də  aparılan  geniş  miqyaslı  islahatların  dərinləşdiril-

məsi sürətli tərəqqinin təmin olunmasına əlverişli im-

kanlar açmış, ölkənin daha ciddi sosial-iqtisadi inkişa-

fına  şərait  yaratmışdır.  Azərbaycanda  investisiya  mü-

hitinin  yaxşılaşdırılmasında  mühüm  addımlar  atılmış, 

dövlət  idarəçiliyi  sistemi  müasir  meyarlara  uyğun 

yenidən qurulmaqdadır. Bu illərdə sosial problemlərin 

səmərəli  həllində  dönüşlü  irəliləyişə  nail  olunduğu, 

əhalinin  sosial  müdafiəsi  sisteminin  qabaqcıl  beynəl-

xalq standartlara uyğun şəkildə yenidən qurulduğu ay-

dın görünməkdədir. Eyni zamanda, qeyri-neft sektoru-

na diqqətin artırılması, bu sahədə yeni istehsal obyekt-

lərinin  işə  düşməsi  və  yeni  iş  yerlərinin  yaradılması, 

istehsal,  sosial,  nəqliyyat  və  kommunal  infrastruktu-

run  əsaslı  şəkildə  inkişaf  etdirilməsi,  o  cümlədən, 

müasir təhsil, səhiyyə, idman obyektlərinin inşası hə-

min  dövrdə  bütövlükdə  ölkəmizin  dinamik  və  daya-

nıqlı yüksəlişinin  təcəssümü kimi qiymətləndirilməli-

dir.  



 

 

 



11 

 

Azərbaycan artıq sürətlə inkişaf edən ölkələr sıra-



sına  aid  edilməkdədir.  Dövlət  büdcəsi  müstəqilliyin 

ilk  illəri  ilə  müqayisədə  1000  dəfə  artmışdır.  Daxili 

imkanlar hesabına həyata keçirilən investisiya layihə-

ləri,  iqtisadi  fəaliyyət  istiqamətlərinin  genişlənməsi 

iqtisadiyyatın çoxşaxəli inkişafına xidmət etməkdədir. 

Azərbaycan  dövlətinin  həyata  keçirdiyi  proqramlar, 

proqram xarakterli sənədlər, tədbirlər və istifadə etdiyi 

iqtisadi  mexanizmlər  nəticəsində  respublikamızın  hə-

yatında köklü müsbət dəyişikliklər baş vermişdir. Ən 

əsası iqtisadi sahədə keçid dövrü başa çatmış, istehsal, 

bölgü,  mübadilə  və  istehlak  sahəsində  bazar  münasi-

bətləri hökmran xarakter almağa başlamışdır. ÜDM-in 

80%-dən  çoxu,  əhalinin  pul  gəlirlərinin  70%-dən  və 

təsərrüfatda  çalışan  işçilərin  73%-dən  çoxu  özəl  sek-

torun  payına  düşür.  Azərbaycanda  keçid  dövrü  üçün 

xas olan ərzaq təhlükəsi, yoxsulluq (46,5%-dən 9,1%-

ə düşüb) və işsizlik problemi həll edilməkdədir. 2004-

2010-cu illərdə 960  mindən çox  iş yeri açılmışdır ki, 

bunun da 27,3%-i Bakı şəhərilə birlikdə Abşeron iqti-

sadi  rayonunun,  72,7%-i  digər  iqtisadi  rayonların  pa-

yına  düşür.  Hazırda  işsizlik  sahəsində  əsas  vəzifə  iş 

yerlərinin sayını artırmaqla yanaşı, onların əhalinin ix-

tisas,  yaş,  cins  tərkibinə  və  əmək  haqqının  kəmiyyət 

etibarilə tələbatına uyğunlaşdırılmasıdır. 

 

Ümumiyyətlə  son  illərdə  Azərbaycanda  sosial-



iqtisadi inkişaf sahəsində həqiqətən də inqilabi nəticə-


 

 

 



12 

 

lər  əldə  edilib.  Konkret  proqramlar  əsasında  həyata 



keçirilmiş  geniş  miqyaslı  tədbirlər  nəticəsində  Azər-

baycanda müasir dövlət və müasir cəmiyyət formalaş-

maqdadır.  Ölkədə  yol, nəqliyyat,  kommunal təchizat, 

elm, təhsil, səhiyyə, informasiya-kommunikasiya tex-

nologiyaları,  qısası,  bütün  sosial-iqtisadi,  mədəni  və 

digər sahələri əhatə edən nəhəng infrastruktur layihə-

ləri  reallaşdırılır.  Azərbaycanın  enerji  təhlükəsizliyi 

tam,  ərzaq  təhlükəsizliyi  isə  əsasən  təmin  edilib.  Bu 

dövr ərzində iqtisadiyyatımız üç dəfə, dövlət büdcəsi 

20 dəfə artıb, 50 milyard dollar həcmində valyuta eh-

tiyatımız  formalaşıb.  Ölkənin  enerji  potensialı  güclə-

nib,  qeyri-neft  sektoru,  sənaye  inkişaf  edir.  Ölkədə 

makroiqtisadi  sabitlik  qorunur,  inflyasiya  bir  rəqəmli 

səviyyədə  saxlanılır.  Ötən  dövrdə  minlərlə  müəssisə, 

2  mindən  artıq  müasir  məktəb,  çox  saylı  səhiyyə 

ocaqları,  olimpiya  idman  kompleksləri,  mədəniyyət 

obyektləri  tikilib  istifadəyə  verilib.  Azərbaycanın  şə-

hər,  qəsəbə  və  kəndlərində  iri  miqyaslı  quruculuq-

abadlıq  işləri  həyata  keçirilib,  onların  siması  müasir-

ləşib. 


Müvafiq  dövrdə  Azərbaycanda  əhalinin  rifahının 

yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçir-

diyi  daxili iqtisadi  və  sosial  siyasətin  əsas  məqsədlə-

rindən birini təşkil edib. Artıq işsizliyin səviyyəsi 5,5 

faizə, yoxsulluq isə 9 faizə düşüb. Ölkədə 500 mindən 

artıq  adamı  əhatə  edən  Ünvanlı  Sosial  Yardım  Proq-




 

 

 



13 

 

ramı həyata keçirilir, 112 min ailə hər ay orta hesabla 



130  dollara  yaxın  vəsait  alır.  2011-ci  il  də  daxil 

olmaqla hər il maaşlar, pensiyalar artırılır və bu göstə-

ricilərə görə Azərbaycan MDB məkanında liderlər sı-

rasındadır.  Digər  tərəfdən,  Azərbaycan  demokratiya 

yolu  ilə  inkişaf  edir,  ölkədə  insan  haqları  qorunur, 

fikir plüralizmi, söz və məlumat azadlığı mövcuddur, 

vətəndaş  cəmiyyəti  institutları  müstəqil,  sərbəst  fəa-

liyyət göstərirlər.  

Ölkədə  qəbul  olunan  dövlət  proqramları,  konsep-

siya  və  strategiya  xarakterli  sənədlər,  onların  əməli 

surətdə icra olunması bu siyasətin reallaşdırılması me-

xanizmi kimi xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək 

lazımdır  ki,  hazırda  ölkəmizdə  60-a  yaxın  dövlət 

proqramı, strategiya və konsepsiya fəaliyyətdədir. Bü-

tün bu mühüm hüquqi-normativ və proqram sənədlə-

rinin  yeni  konsepsiya  ilə  əsaslı  şəkildə  əlaqələndiril-

məsi əldə olunacaq nailiyyətlərin təminatçısına çevri-

ləcəkdir. 

Hazırda dünyanın aparıcı ölkələrinin reytinqi aşa-

ğı düşür, son dövrdə nüfuzlu “Standard &Poor’s” bey-

nəlxalq reytinq şirkəti Avropanın 15 aparıcı ölkəsinin, 

o cümlədən, Almaniya və Fransanın reytinqinin aşağı 

salınması  ehtimalının  gündəmdə  olduğunu  bəyan 

edib.  Azərbaycana  gəldikdə  isə,  şirkət  bu  yaxınlarda 

ölkəmizin  uzunmüddətli  yerli  və  xarici  valyutada 

reytinqini  “BBB-”nin  investisiya  səviyyəsinin  qaldı-




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə