I f ə s I l ümumi MÜDDƏalar



Yüklə 365,67 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix14.02.2018
ölçüsü365,67 Kb.
#27080
1   2   3   4   5   6   7   8   9   ...   12

Xarici  qeyri-hərbi  gəmilər  dinc  məqsədlə  keçid  zamanı  adi  naviqasiya  səmtində  və  ya 

Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən tövsiyə edilən səmtdə, habelə dəniz 

dəhlizləri ilə, yaxud hərəkətin ayrılması sxemlərinə uyğun səmtdə üzməlidirlər.

 

Dinc keçid qaydalarını pozan xarici qeyri-hərbi gəminin kapitanı Azərbaycan Respublikasının 



qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

 

Xarici  hərbi  gəmilər,  habelə  sualtı    qayıqlar   dinc    məqsədlə  Azərbaycan  Respublikasının 



ərazi  sularından müvafiq  icra  hakimiyyəti  orqanının müəyyən etdiyi qaydada  keçirlər.  Bu  zaman 

sualtı qayıqlar, dikər sualtı nəqliyyat vasitələri suyun üstü ilə öz bayraqları altında üzməlidirlər. 

[16]

 

M a d d ə   1 4 .



 

Xarici qeyri-hərbi və hərbi gəmilərin Azərbaycan Respublikasının daxili

 

                             sularına və limanlarına girməsi qaydası

 

Xarici qeyri-hərbi gəmilər Azərbaycan Respublikasının bu gəmilər üçün açıq olan reydlərinə və 



limanlarına girə bilərlər. Xarici qeyri-hərbi gəmilər üçün açıq olan reydlərin və limanların siyahısı, 

bu reydlərə və limanlara) girmək və orada olmaq—yük və sərnişin əməliyyatları aparmaq qaydası, 

gəmilərin  sahillə  əlaqəsi,  gəmi  heyəti  üzvlərinin  sahilə  çıxması,  gəmi  heyətini  üzvü  olmayan 

şəxslərin  gəmilərə  kəlməsi  qaydaları,  xarici  qeyri-hərbi  gəmilərin;  Azərbaycan  Respublikasının 

daxili  sularına  və  limanlarına  kir-məsi  və  orada  olması  ilə  əlaqədar  dikər  qaydalar  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  ilə  və  “Dəniz  gəmiçilərinə  bildirişlər”də  dərc  edilən  qaydalarla 

müəyyən olunur.

 

Başqa  qayda.  nəzərdə  tutulmadıqda  xarici  hərbi  gəmilər  Azərbaycan  Respublikasının  daxili 



sularına və limanlarına müvafiq icra hakimiyyəti orqanının qabaqcadan verdiyi icazəyə və onların 

daxili  sulara  və  limanlara  girməsinin  “Dəniz  gəmiçilərinə  bildirişlər”də  dərc  edilən  qaydalarına 

müvafiq surətdə girirlər. 

[17]


 

M a d d ə  

1 5 .

  

Xarici  qeyri-hərbi  və  hərbi  gəmilərin  Azərbaycan  Respublikası 



sularında    naviqasiya    qaydalarına  və  dikər  qaydalara  riayət  etmək 

vəzifəsi

 

Xarici  qeyri-hərbi  və  hərbi  gəmilər  Azərbaycan  Respublikasının  ərazi  və  daxili  sularında 



üzərkən  və  olarkən  radio  rabitəsi,  naviqasiya,  liman,  gömrük,  sanitariya  qaydalarına  və  dikər 

qaydalara riayət etməlidirlər.

 

M a d d ə   1 6 .



 

Xarici  qeyri-hərbi  və  hərbi  gəmilərin  Azərbaycan:  Respublikası  sularında 

ovçuluq, tədqiqat və axtarış fəaliyyətinin qadağan edilməsi

 

Azərbaycan  Respublikasından  ərazi  və  daxili  sularında  xarici  qeyri-hərbi  və  hərbi  gəmilərin 



ovçuluq,  tədqiqat  və  axtarış  fəaliyyəti  qadağan  edilir;  bu  fəaliyyətin  Azərbaycan  Respublikası 

səlahiyyətli orqanlarının icazəsi ilə, yaxud Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri 

əsasında göstərildiyi hallar istisna təşkil edir.     

 

M a d d ə   1 7 .



 

Azərbaycan  Respublikası  sularının  ayrı-ayrı  rayonlarında  qeyri-hərbi  və 

hərbi gəmilərin üzməsinin və olmasının qadağan edilməsi

 

Azərbaycan  Respublikasının  səlahiyyətli  orqanlarının  qərar  ilə  Azərbaycan  Respublikasının 



ərazi və daxili sularında elə rayonlar müəyyən edilə bilər ki, orada qeyri-hərbi və hərbi gəmilərin 

üzməsi  və  olması  qadağan  edilsin.  Belə  rayonların  müəyyən  edilməsi  “Dəniz  gəmiçilərinə 

bildirişlər”də elan olunur.

 



M a d d ə   1 8 .

 

Azərbaycan  Respublikasının  dövlət  sərhədində  təsərrüfat  fəaliyyətinin 



qaydası

 

Sərhəd  çaylarının,  çöllərinin  və  digər  sututarlarının  Azərbaycan  Respublikasına  məxsus 



hissəsində  gəmiçilik,  sudan  istifadənin  başqa  növləri,  müxtəlif  hidroqurğular  tikilməsi,  dikər 

işlərin  görülməsi,  Azərbaycan  Respublikasının  dövlət  sərhədində  torpaqlardan,  meşələrdən, 

heyvanlar aləmindən istifadə edilməsi, filiz-çıxarma, geoloji axtarışlar və dikər təsərrüfat fəaliyyəti 

Azərbaycan  Respublikasının  qanunlarına,  beynəlxalq  müqavilələrə  uyğun  olmalı  və  Azərbaycan 

Respublikasının dövlət sərhədində lazımi qayda təmin olunması şərtilə həyata keçirilməlidir.

 

Azərbaycan  Respublikasının  dövlət  sərhədində  hər  növ  təsərrüfat  fəaliyyətinin  qaydası 



Azərbaycan  Respublikasının  səlahiyyətli  orqanları  tərəfindən  müəyyən  edilir  və  bu  fəaliyyət 

sərhəd qoşunları ilə razılıq əsasında həyata keçirilir. 

[18]

 

 



 

M a d d ə   1 9 .   Yoluxucu 



xəstəliklərin 

yayılması 

təhlükəsi 

olduqda 

Azərbaycan    Respublikasının  dövlət  sərhədindən  keçidin  müvəqqəti 

dayandırılması. Karantin

 

Azərbaycan  Respublikasının  və  ya  xarici  dövlətin  ərazisində  xüsusilə  qorxulu  yoluxucu 



xəstəliklərin  yayılması  təhlükəsi  olduqda  təhlükəli  sahələrdə müvafiq  icra  hakimiyyəti 

orqanının qərarı  ilə  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən  keçid  müvəqqəti 

məhdudlaşdırıla  və  ya  dayandırıla  bilər,  ya  da  Azərbaycan  Respublikasının  dövlət  sərhədindən 

keçən  adamlar,  heyvanlar,  yüklər,  toxum,  əkin  materialları,  heyvan  və  bitki  mənşəli  digər 

məhsullar üçün karantin qoyula bilər. 

[19]


 

Azərbaycan Respublikasının ərazisini yoluxucu heyvan xəstəliklərinin yayılmasından qorumaq 

üçün  Azərbaycan  Respublikasının  dövlət  sərhədi  boyunca  mal-qara  saxlanması  və  otarılması 

qadağan edilən profilaktika  zolağı  müəyyən  olunur.  Bu  zolağın  enini  və  baytarlıq  sanitariya 

rejimini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

[20]


 

M a d d ə   2 0 .



 

Azərbaycan  Respublikasının dövlət sərhədini pozanlar

 

Aşağıdakılar Azərbaycan Respublikasının dövlət, sərhədini pozanlar sayılır:



 

1)  Azərbaycan  Respublikası  dövlət  sərhədinin  buraxılış  məntəqələrindən  kənarda  hər  hansı 

vasitə  ilə  Azərbaycan  Respublikasının  dövlət  sərhədini  keçmiş  və  ya  keçməyə,  cəhd 

göstərmiş,  ya  da  sərhədkeçmə  qaydalarını pozmaqla,  o  cümlədən  gizli  şəkildə,  saxta  və  ya 

özgənin  sənədləri  ilə Azərbaycan    Respublikası  dövlət  sərhədinin  buraxılış  məntəqələrində 

sərhədi keçmiş və ya keçməyə cəhd   göstərmiş   şəxslər

[21]

 

2)  Azərbaycan  Respublikasından  qanunsuz  getmək  məqsədilə  xarici  nəqliyyat  vasitələrinə  və 



ya  Azərbaycan  Respublikasının  xaricə  gedən  nəqliyyat  vasitələrinə  minmiş  və  ya  minməyə  cəhd 

göstərmiş şəxslər;

 

3) Azərbaycan Respublikasının ərazi və daxili sularına, habelə sərhəd çaylarının, göllərinin və 



dikər  sututarlarının  Azərbaycan  Respublikasına  məxsus  hissəsinə  girmək  qaydalarını  pozaraq 

həmin sulara girən xarici qeyri-hərbi və hərbi gəmilər;

 

4)  Azərbaycan  Respublikasının  sularında  dövlət  sərhədini  su-altı  vəziyyətdə  keçən  və  ya 



Azərbaycan  Respublikasının  sularında  sualtı  vəziyyətdə  olan  və  qalan  xarici  sualtı  qayıqlar  və 

dikər su-altı nəqliyyat vasitələri;

 



Yüklə 365,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə