İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə8/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   4   5   6   7   8   9   10   11   ...   58

 
 
Fikrimizcə,  Anadolunun  qədim  sakinləri  olan 
sperlər mixiziyalı kitabələrdəki tiberlərdir. Belə hesab 
edilir ki, həmin tiberlər iberlərin əcdadlarından biridir 
(Меликсетбеков  1942.  44;  Пиотровский  1944.  61, 
236; Техов 1980. 11). 
İndiki Gürcüstan ərazisində iki Uruz (redaktədən 
sonra  Rustavi)  yaşayış  məskəni  olmuşdur.  Onlardan 
biri Metex yaxınlığında, digəri Er oba (Ereti) ərazisin-
də idi. Gürcü tədqiqatçılarının fikrincə, şair Metex ya-
xınlığındakı  Rustavi  kəndində  yaşamışdır  (Джа-
нашвили  1900.  126;  Габашвили  1949.  20;  Шота 
Руставели 1937. 8). 
Bizi  şairin  hansı  Rustavidə  yaşamasından  çox 
Rustavi  etnoniminin  özü  maraqlandırır.  A.Apakidze 
yazır ki, Rustavi İberiyanın qədim şəhəri və iri ticarət 
mərkəzi olmuşdur (Апакидзе 1968. 5). 
Öncə qeyd etdiyimiz kimi, hər 2 şəhəri salan et-
nik  toplunun  adı  Rustavi  yox,  Uruz  olmuşdur.  Çünki 
nə mixiyazılı mənbələrdə, nə V-VII əsr salnaməçiləri-
nin  əsərlərində  Rustavi  adına  təsadüf  etmirik.  Həmin 
mənbələrdə Ros və  ya Urus etnoslarından bəhs edilir. 
Rustavi şəhər və kənd adları sonradan uydurulmuşdur. 
Gürcüstan Elmlər Akademiyasının ümumiləşmiş 
əsərlərində  Rustavi  adının  vahid  forması  inandırıcı 
şəkildə  əsaslandırılmamışdır.  Həmin  əsərlərdə  Uruz 
yaşayış  məskənləri  gah  Uruşeti,  gah  Eruşeyi,  gah  da 
Rustavi  variantlarında  göstərilir.  L.M.Meliksetbekov 
yazır: – Gürcü salnamələrindəki Eruşeti elə Uruşetidir 
(Меликсетбеков  1961.  31).  Bu  da  “Uruz  elinin 
yurdu” deməkdir. Rustaveli təxəllüsü həmin etnonimlə 
bağlıdır.  Elam  mənşəli  -eti  şəkilçisi  gürcü  dilində 
(Блейхштейнер 1936. 186), -eli şəkilçisi  minqrel di-
lində  (Анчабадзе  1959.  193)  etnonimlərə  artırılaraq 
ölkə, vətən anlamı yaradır. 
Uruz nəslindən XI əsrdə yaşamış tarixçi Murov-
lu  Leonti  (Leonti  Mroveli)  çıxmışdır.  Çünki  o,  XIII 
İndiki Gürcüstan 
ərazisində iki 
Uruz yaşayış 
məskəni olmuşdur. 
Ereti Er oba 
sakinlərinin 
sonrakı yurdudur. 
Rustavi adı 
sonradan 
uydurulmuşdur. 


 
 
əsrə  qədərki  salnamələrdə  Uruzlu  (redaktədən  sonra 
Ruisski) adlandırılır (Меликсетбеков 1939. 9). Bu da 
onu göstərir ki, Şota Rustaveli Albaniya və İberiyada 
Uruz nəslindən çıxan yeganə tarixi şəxsiyyət deyildir. 
XVII əsrə qədər Gürcüstanda Uruz nəslinin xris-
tian qolunun ayrıca monastırı və yepiskopluğu olmuş-
dur. Sonrakı mənbələrdə həmin etnik-dini mərkəz Ruis 
adlandırılır (İoceлиани 1858. 9). 
Uruz  nəslinin  müsəlman  qanadı  XVIII  əsrin 
əvvəllərinə  qədər  öz  etnik  cizgilərini  qoruyub  saxla-
yırdı. Osmanlı ordusu qərargahının 1721-ci ildə tərtib 
etdiyi  “Dəftəri-müfəssəli-Tiflis”də  göstərilir  ki,  tərə-
kəmə Uruz camaatının ayrıca yaylağı və qışlağı vardır 
(Məmmədov 1984. 159). 
L.M.Meliksetbekov  yazır  ki,  V  əsr  kilsə  salna-
mələrində Çortav, Rustav şəhərlərinin adları tavsız ya-
zıya  alınmışdır  (Меликсетбеков  1939.4).  Tav  qədim 
və yeni gürcü dillərində “baş” mənasında işlənir: tavad 
– adamların başçısı, eristav - ərlərin, döyüşçülərin baş-
çısı  (Законы  Вахтанга  VI.  1986.  297,  301;  Джуан-
шериани 1986. 97). 
L.M.Meliksetbekova  görə,  erməni  tarixçilərinin 
əsərlərindəki  Rştunik  tayfası  gürcü  salnamələrindəki 
Uruşetidir. Hər iki etnonim kökündə  Urus sözü durur 
(Меликсетбеков 1942. 31. 42). 
Belə  hesab  edirik  ki,  ilk  Uruz  şəhəri  Urartu 
dövründə Van gölünün şimalında olmuş, sonra şəhərin 
sakinləri  öz  yurdlarından  şimal-şərqə  sıxışdırılmışdır. 
P.İ.İoseliani yazır ki, Uruşeti İberiyanın qədim şəhəri-
dir (İoceлиани 1860. 3). M.Q.Canaşviliyə görə, həmin 
şəhər indiki Ərdəhan yaxınlığında yerləşmişdir (Джа-
нашвили 1893. 48). Əslində isə Uruşeti və ya Rştunik 
nə  erməni  tayfasıdır,  nə  iber.  Özünü  Uruz  adlandıran 
bu  nəsil  üç  çarın  timsalında  Urartu  dövlətini  bir 
müddət  idarə  etmiş,  onların  adı  Urartu  mixiyazılı 
kitabələrində  dinqir  Rusaşe-tanrı  Uruzun  övladları 
Salnaməçi 
Murovlu Leonti 
Uruz nəslindən 
çıxmışdır. 
Uruşeti və Rştunik 
etnonimlərinin 
kökündə Uruz adı 
durur. 
 
Uruşeti Uruz 
nəslinin yurdudur. 


 
 
kimi  yazıya  alınmışdır.  Assuriya  qaya  yazılarında  isə 
çar  Uruzun  adı  Ursa  və  Urus  formasında  göstəril-
mişdir. 
Assuriya və Urartu mixi yazılarında “s”, “ş”, “z” 
səsləri  bir-birindən  fərqləndirilmir,  eyni  işarə  ilə  gös-
tərilir. Ona görə assuroloq və urartuşünaslar Uruz teo-
for adını gah urus, gah uruş kimi də oxuyurlar. 
Uruz  nəsli  Urartu  tayfa  ittifaqının  başında 
Assuriya ağalığına qarşı qanlı döyüşlər aparırdı. Artıq 
e. ö. VIII  əsrdə Uruz nəsli  I,  II,  III  Rusanın şəxsində 
güclü liderlər yetişdirdi və onlar Van-Urartu dövlətini 
güclü  düşmənlərdən  qoruya  bildilər  (Меликишвили 
1860. 438; Арутюнян 1985. 16, 212; Solmaz Qaşqay 
2006. 35). 
N.Y.Marra  görə,  Ursa  və  ya  Rusa  “tanrısı  Urus 
olan” etnos deməkdir (Марр 1920. 34). M.N.Nikolski 
də  Urus  adının teonim  mənşəli olduğunu bildirir. Ya-
zır ki, Alçalı, Atamxan və Kolanı mixi yazılarında çar 
Rusanın  adı  dinqir,  yəni  tanrı  işarəsi  altında  göstəril-
mişdir (Никольский 1893. 2). 
Urartu  tayfa  ittifaqı  dağılandan  sonra  (e.  ö.  VI 
əsr) Uruz nəslinin bir qolu şimala köçdü. Albaniyanın 
hakim  nəsillərindən  birinə  çevrildi.  Zaza  Aleksidze 
yazır  ki,  Uruz  (onun  iddiasına  görə  Rustavi)  nəsli 
İberiyaya yeni eranın VI əsrində gəlmişdir (Aleksidze 
2003. 23. 24). 
Əksinə,  Uruz  nəsli  Uruztav  şəhərini  Vaxtanq 
Qorq  Aslandan  (446-499)  qabaq  salmışdır.  Qorq  As-
lan  Uruztav  mahalını  sasanilərdən  geri  alıb,  şəhərin 
kilsəsinə  yepiskop  təyin  etmişdi  (Джуаншериани 
1986. 91). 
Əgər  Qorq  Aslandan  qabaq  İr  oba  (Ereti) 
ölkəsində Uruz şəhəri vardısa, Uruz nəslinin İberiyaya 
VI  əsrdə  gəlməsi  haqqında  Zaza  Aleksidzenin  düşün-
cələri özünü doğrultmur. 
Alçalı və Atamxan 
yazılarında çar 
Rusanın adı 
dinqir, yəni tanrı 
işarəsi altında 
göstərilmişdir. 
Erməni 
mənbələrində 
Oroys kimi yazıya 
alınmış Albaniya 
çarının adı Uruz 
olmuşdur (Tofiq 
Hacıyev). 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə