İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə7/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   2   3   4   5   6   7   8   9   10   ...   58

 
 
muşdur. O da mümkündür ki, Şota Aran nəslinin özü-
nün bütü imiş. Məlumdur ki, Aranın oğlu Azon Make-
doniyanın  vassalı  kimi  24  il  İberiyanı  idarə  etmişdir 
(Картлис  Цховреба  1905.  204;  Меликсетбеков 
1939. 5;  Мамулиа 1979. 175. 181). 
A.S.Xaxanova  görə,  Şota  qədim  gürcü  sözüdür 
(Хаханов 1897. 244). Qədim gürcü dili deyəndə iber-
lərin dili nəzərdə tutulur. Elmi ədəbiyyatda qədim gür-
cü  dili  iber  dilinin  qarşılığı  kimi  işlənir  (Патканов 
1883. 199-265; Марр 1903. XVII-XXIX; Марр 1925. 
3-12). Deməli, Şota indiki gürcülərin yox, iltisaqi dilli 
İberiya nəsillərindən birinin adı olmuşdur. 
Klavdi  Ptolomeyə  (II  əsr)  görə,  Şota  (Sioda  va-
riantı  da  var)  Albaniyanın  bir  vilayəti  və  həmin  vila-
yətin  mərkəzi  şəhəridir.  Şota  şəhəri  78

15   –  44
0
40  
uzunluq və en dairələrində yerləşirdi. Kerop Patkanov 
“Albaniya tarixi”nin 1861-ci  il nəsrinə izahında yazır 
ki,  antik  tarixçilərin  Sioda  adlandırdıqları  etnik-inzi-
bati  ərazi  Zod  mahalıdır  (История  Агван  1861.  361; 
Шопен 1866. 306). 
Yepiskop  Sebeosun  (VII  əsr)  “İmperator  İraklın 
tarixi”  kitabında  Zod  mahalının  adı  Soda  formasında 
göstərilmişdir. Həmin mahal ermənilərin yox, albanla-
rın ölkəsində yerləşirdi (Себеос 1862. 54). 
Soda etnik adının kökündə zod “süd” sözü durur. 
–  a  totem  adlarından  etnonimlər  düzəldən  şəkilçidir 
(Марр 1922. 59, 97; Марр 1927. 86; Капанцян 1947. 
58).  Bəzi  antik  tarixçilər  Albaniyanın  bu  mahalını 
Sodikena  adlandırırlar.  Bu  da  totemi  zod,  yəni  süd 
olan nəslin ölkəsi deməkdir. -ena şəkilçisi etnik adlara 
artırılaraq ölkə, məskən anlamı yaradır (Пиотровский 
1946. 9-10; Меликишвили 1960. 378). 
V-VII  əsr  erməni  tarixçiləri  Zod  mahalını  Sotk, 
yəni  Süd  adlandırırlar  (Шопен  1852.  66;  Хоренский 
1893.  293).  Sotk  totemi  süd  olan  etnosun  ölkəsi 
Şota şəhəri 78

15
 
 
– 44
0
40
  
uzunluq 
və en dairələrində 
yerləşirdi. 
Soda etnik adının 
kökündə zod 
“süd” sözü durur. 
V-VII əsr erməni 
tarixçiləri Zod 
mahalını Sotk, 
yəni Süd 
adlandırırlar. 


 
 
deməkdir.  Bir  çox  Yafəs  dillərində  -k  sonluğu  etnik 
mənsubluq  və  çoxluq  bildirir  (Хоренский  1893. 270; 
Шор 1931. 232; Капанцян 1947. 14, 145). 
Xeyli sonra Vardanın (XIII əsr) “Coğrafiya”sın-
da  Sotk  mahalının  adı  Zod  kimi  göstərilmişdir  (Шо-
пен 1852. 318). Nikita Emin Musa Xorenlinin kitabı-
nın  1893-cü  il  nəşrinə  izahında  yazır  ki,  Zod  vilayəti 
Sünik  mahalında  Dəvəli  yolunun  üstündə  yerləşir 
(Хоренский 1893. 293). 
Kerop Patkanov da bildirir ki, Zod Sünik mahalı-
nın bir vilayəti olmuşdur (История Агван 1861. 215). 
Ancaq bu, o demək deyil ki, Zod vilayətinin Arminiyə 
və Zod nəslinin ermənilərə bir aidiyyatı var. Müəyyən 
istisnaları nəzərə almasaq, Sünik  yüz illərlə etnik, iq-
tisadi və siyasi baxımdan Albaniyaya bağlı olmuşdur. 
Hər iki ölkənin  köçəri-maldar  əhalisi  bir-birini müda-
fiə  edirdi.  Aranın  sürüləri  Göyçə  vadisinə  yaylağa 
gedir,  Sünikin  heyvanları  Kür-Araz  ovalığında  qışla-
yırdı. 
“Albaniya  tarixi”ndə  verilən  bilgilərə  görə,  Zod 
mahalının  əhalisi  Aran  nəslindən  çıxmışdır.  Zod 
mahalı  eyni  zamanda  Sara  yerkir  (Sarı  gəlinin 
mahnısı)  adlanırdı  (Шопен  1852.  318).  E.  ö.  II-I 
minilliyə aid yazılı mənbələrdə Sari və ya Sara Aranın 
qız  nəvəsidir  (Энеида  1971.  408).  Əslində  Sari Aran 
nəsli  deyildi.  Aran  nəsli  ətrafında  toplaşan  etnik 
toplumlardan biri idi. Onların ölkəsi Aranın şimalında 
yerləşirdi (Велльгаузен 1909. 278). 
Nəzərə  alsaq  ki,  Aran  e.  ö.  II-I  minilliklərdə 
Güney  Azərbaycanının  Eraq  mahalını  əhatə  edirdi, 
onun şimalı əvvəllər Sari, Sariq adlanan Sərab ölkəsi 
olmuşdur. 
Şota, yəni  Zod kultu ana südünə sitayişlə bağlı-
dır. Urartu mixi yazılarında, eləcə də qədim erməni di-
lində “ü” səsi olmadığından süd sözü zod kimi yazıya 
alınırdı. Yalnız bir yerdə Musa Xorenli Süd etnik adını 
Sünik yüz illərlə 
etnik, iqtisadi və 
siyasi baxımdan 
Albaniyaya bağlı 
olmuşdur. 
Zod mahalı eyni 
zamanda Sara 
yerkir (Sarı 
gəlinin mahnısı) 
adlanırdı. 
Şota, yəni Zod 
kultu ana südünə 
sitayişlə bağlıdır. 


 
 
Süt formasında vermişdir. Tarixçi yazır ki, Süt tayfası 
Sarmatiyada yaşayır (Шопен 1866. 216). 
Kilsə  salnamələrindən  fərqli  olaraq  türk  dilləri-
nin  onomaloji  leksikasında  bu  söz  daha  çox  süd  for-
masında işlənmişdir. XIX əsr sənədlərində Kutais qu-
berniyasında, Zəngəzur qəzasında Şota və Sütlü Azər-
baycan kəndləri qeydə alınmışdır. (Шопен 1866. 555; 
Пагирев 1913. 99; Bayramov 2005, 80). 
S.T.Yeremyan yazır ki, qədim Süd (Zod) mahalı 
indiki Basarkeçər rayonudur (Еремян 1958. 303). Hə-
min mahal Albaniyadan Dəvəli (Dəbil) şəhərinə gedən 
yolun  üstündə  idi  (История  Агван    1861.  171;  Шо-
пен 1852. 66). 
Qədimr  İber  salnamələrində  süd  sözü  zud  kimi 
yazıya  alınmışdır.  “İlk  əzabkeş  Rajdenin  kitabı”nda 
mama + zud + ze sözü “dayə”, “süd anası” anlamında 
işlənmişdir. Digər İber salnamələrində isə süd anasına 
deda + züd + ze deyilir (Джуаншериани 1986. 112, 
133).  Sonralar  Tiflis  və  əyalət  saraylarında  həmin 
titullar atalık və analık sözləri ilə əvəz edildi. 
XII  əsrdən  sonrakı  gürcü  mənbələrində  türk 
mənşəli  etnoqrafik  terminlər  tanınmaz  hala  salınır. 
Məsələn, atabəylərə məxsus mülklər sa + atabaq + o
Kulbak  yurd  yeri  na  +  Kulbak  +  i,  ilahi  Ananın 
məbədi  Aynina  kimi  yazıya  alınır  (Вахушти  1976. 
229, 295; Марр 1901. 9; Апакидзе 1968. 62). 
Gürcü  salnamələrində  göstərildiyinə  görə  (əgər 
məqsədli  şəkildə  redaktə  edilməyibsə),  Şota  Rustave-
linin  atasının  adı  Çiaber  olmuşdur  (Бакрадзе  1870. 
30).  Güman  edirik  ki,  şairin  atasının  adı  Çiaber  yox, 
Çiber və  ya Siber  imiş.  İlk  öncə ona  görə ki,  Cənubi 
Qafqazın və Şərqi Anadolunun tarixi toponimləri ara-
sında Çiaber adına təsadüf etmirik. Bundan azca fone-
tik  fərqlə  V-VII  əsr  iber  və  erməni  salnamələrində 
Sper etnotoponimi vardır (История Грузии 1946. 44; 
Патканов 1883. 208, 240, 245; Капанцян 1947. 65). 
Zəngəzur 
qəzasında Şotalı 
Azərbaycan kəndi 
olmuşdur. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə