İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə6/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   2   3   4   5   6   7   8   9   ...   58

 
 
“Albaniya  tarixi”nə  görə  Meşex,  yəni  Metex 
Yafəsin oğludur. Deməli, o, iberlərin (Baqration mən-
şəli  indiki  gürcülərin  yox)  əcdadlarından  biridir.  Qu-
ram  Lordkipanidzenin fikrincə, Metex Şərqi İber tay-
fasıdır. Onlar e. ö. III əsrdə Kür çayı boyunda yaşayır-
dılar (Лордкипанидзе 1978. 20). Metexlər İber etno-
sudursa,  onun  indiki  İudeya  mənşəli  gürcülərə  nə 
aidiyyatı var? Kerop Patkanova görə, Metex Misirdən-
dir. O, gürcülərə qohum deyil (Вермишев 1904. 78). 
Qədim  “İber  salnaməsi”nə  görə,  Metex  şəhərini 
Kartlosun  oğlu  Metex  tikdirmişdir.  Belə  hesab  edirik 
ki, eponimin “Bibliya”dakı Meşex yox, İber salnamə-
sindəki Metex forması daha düzgündür. Çünki sonrakı 
mənbələrdə şəhər Meşex yox, Metex adlandırılır (Га-
башвили 1949, 19; Буачидзе 1983. 214). Gürcüstanlı 
soydaşlarımız  indi də həmin şəhərə Metex deyirlər. 
Vaxtanq Qorq Aslanın (446-499) dönəmində şə-
hər Meşex və ya Mtsxeti yox, Metex adlanırdı. V.Qorq 
Aslan  455-ci  ildə  Tiflis  şəhərini  saldırıb,  inzibati 
mərkəzi ora köçürtdü. Metex şəhəri dini mərkəz kimi 
uzun müddət qalmaqda davam etdi (İоселиани 1866. 
9-12). Qeyd etmək lazımdır ki, əsərdə şair özünü Me-
texli Şota adlandırmır, Rustavlı Şota adlandırır. 
P.İoseliani  yazır  ki,  Metex  şəhərinin  və  kilsəsi-
nin adı yunanca “məbədə aparan yol” deməkdir (İосе-
лиани 1866.23). Müəllif nəzərə almır ki, buna uyğun 
olaraq  “Albaniya  tarixi”ndə  matax  “qurbanlıq”  sözü 
vardır. Bu məqamda Aran və Ellada panteonundakı bir 
uyğunluğu görməmək mümkün deyil. Həm Albaniya-
da, həm də bəzi Ellada etnoslarında matax adlandırılan 
insan  qurbanları  yedirilib  kökəldilər,  sonra  məbədə 
aparan yolda nizə ilə vurulub öldürülərdi. Qarabağ er-
məniləri  bu  gün  də  matax  sözünü  qurban  mənasında 
işlədirlər: matax onim – qurban olum. 
Gürcü  tarixçiləri  Metexi  “ölkədəki  bütün  şəhər-
lərin anası” sayırlar (Бакрадзе, Берзенова 1870. 84). 
Vaxtanq Qorq 
Aslanın (446-499) 
dönəmində şəhər 
Meşex və ya 
Mtsxeti yox, Metex 
adlanırdı. 


 
 
Doğrudan  da,  həm  xristianlıq  dönəmində,  həm  də 
ondan öncə Metex İberiyanın mənəvi və inzibati mər-
kəzi  olmuşdur.  Armazın,  Şotanın,  Kaçinin  (Keçinin) 
qızıldan bütləri Metex dağında idi. İlahə Ana və Nənə 
bütləri isə Metex yolunun üstündə qoyulmuşdu (Марр 
1897.  301;  Меликсетбеков  1914.  19;  Шопен  1866. 
239). 
Metex  kultu  Misirə,  oradan  İberiyaya  Şuşa  (Su-
ziana) panteonundan  gəlmişdir. Eradan öncə  II  minil-
liyin  əvvəlində  Elamın  bir  vilayəti  və  vilayətin  mər-
kəzi  şəhəri  Mataktu  adlanırdı  (Мещанинов  1917.  6; 
Юсифов 1968.270). –tu
2
 bizim –lı
4
 şəkilçisinin arxaik 
variantıdır. 
Elam  dövləti  çoxtayfalı,  Elam  etnosları  üçdilli 
olsa da, ölkənin aparıcı etnoslarının dili türk dillərinə 
qohum  olmuşdur.  Bunu  alman  alimi  Fridrix  Vaysbax 
hələ  XIX  əsrin  sonlarında  sübuta  yetirmişdir  (Veiss-
bash 1911. 3-241). 
 
 
 
Gürcüstanın qədim ədəbiyyatını albanlar, iberlər 
və  türklər  yaratmışlar.  Hələ  1866-cı  ildə  arxeoloq  və 
tarixçi P.İ.İoseliani  yazırdı ki, Albaniyanın seçmə nə-
silləri cənubdan gələn işğalçılara tabe olmamış, Kaxeti 
və  Eretinin  dağlarına  çəkilərək  öz  varlıqlarını  qoru-
Metex kultu 
İberiyaya Şuşa 
panteonundan 
gəlmişdir. 
Gürcüstanın 
qədim 
ədəbiyyatını 
albanlar, iberlər 
və türklər
 
yaratmışlar. 


 
 
muş,  sonralar  gürcü  xalqının  tarixi  təkamülündə  mü-
hüm rol oynamışlar (İoсeлиани 1866, 3-11). 
Albaniya  və  İberiyanın  xristianlıqdan  öncəki 
nəsilləri  Sınıq  körpü  ilə  Tiflis  arasında  Kala,  Safar, 
Ucarma,  Şuşa,  Bazar,  Kərəm  şəhərlərini  salmışlar. 
Xristianlıqdan sonra həmin nəsillər Şatberdi, Alaverdi, 
Bertuban, Ərtuban, Kara yazı (David Qareci) mağara-
monastırlarını tikdilər. Monastırlarda dini, şəhər-qala-
larda  dünyəvi  ədəbiyyatın  ilk  nümunələri  yaradıldı. 
Şərq  və  qərb  ədəbiyyatından  seçmələr  tərcümələr 
edildi. Ən qədim ədəbi nümunələr Sarı Yaqubun “Büt-
lərin  yıxılması  haqqında  söz”,  Çorlu  Yaqubun  “Şu-
şanikin iztirabları”, “Karaman” dastanı və başqaları idi 
(Марр 1901. 25; Джанашвили 1900. 20). 
Albanlar,  iberlər,  buntürklər  Kür  çayı  boyunda, 
Kaxeti və Eretidə antik və ilk orta əsr şəhərləri salanda 
baqrationlar  hələ  Qafqaza  gəlməmişdilər.  Onlar  tarix 
səhnəsində 575-ci ildə göründülər. Çorok çayı (Türki-
yə)  vadisində  özlərinə  kiçik  bir  knyazlıq  yaratdılar 
(Эсадзе  1801.6;  Бакрадзе,  Берзенов  1870.  19-26; 
Джанашвили 1900. 3; Марр 1907. 44). 
Klassik  gürcü  şeirinin  və  poetik  dilinin  qüdrətli 
nümayəndəsi Rustaveli (Марр 1895. 229) Şota nəslin-
dən  çıxmışdır,  yoxsa  Şota  şairin  adıdır,  bu  barədə 
gürcü alimləri susurlar. Yalnız poemanın bir hissəsini 
1885-ci  ildə  nəşr  etdirən  Yevgeni  Stalinski  yazır  ki, 
Şota şairin soyadıdır (Шота Руставели 1885. 6). Əldə 
olan  mənbələrin  tədqiqi  göstərir  ki,  Şota  Albaniyanın 
Aran  nəsillərindən  biri  olmuşdur.  Onların  bir  qolu 
Sünikin  Zod  mahalında  məskunlaşmış,  bir  qolu  isə 
İberiyaya köçmüşdür. 
A.S.Xaxanov yazır ki, xristianlıqdan öncəki iber-
lərin  Almaz  dağında  qoyulan  baş  bütü  Şota  adlanırdı 
(Хаханов  1897.  244).  Əgər  e.  ö.  III  əsrdə  Şota  İbe-
riyanın baş bütü sayılırdısa, deməli həmin bütə sitayiş 
edən  adamlar  o zaman  İberiyanın  ən  güclü etnosu ol-
Şota Albaniyanın 
Aran nəsillərindən 
biri olmuşdur. 
İberlərin Almaz 
dağında 
ucaltdıqları baş 
büt Şota adlanırdı. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə