İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə12/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   8   9   10   11   12   13   14   15   ...   58

 
 
sahilində onlar bir-birindən fərqli etnoslar kimi təqdim 
edilirlər. 
Q.A.Melikişvili  Urartu  kitabələrinə  istinadən 
yazır  ki,  utilər  eradan  qabaq  IX  yüzillikdə  Çorox  ça-
yının sahilində – indiki Türkiyə ərazisində  yaşayırdı-
lar (Меликишвили 1960, 446). 
Assur və Urartu kitabələrinin müqayisəli şəkildə 
tədqiqi  göstərir  ki,  utilər  Assuriya  ilə  ittifaqda  özləri 
üçün  daha  təhlükəli  hesab  etdikləri  Urartuya  qarşı 
vuruşmuşlar. Bu döyüşlər 3 yüz il – e.ö. IX əsrdən VI 
əsrə qədər davam etmişdir. 
Urartu  hökmdarı  Menua  (e.  ö.  IX  əsr)  utilərlə 
Ərzrum  yaxınlığında  vuruşmuşdu  (Арутунян  1985, 
213).  Həmin  döyüşlərdə  Menuanın  qoşunlarına  üstün 
gələ  bilməyən  utilər  şimal-şərqə  –  Göyçə  gölü  yaxın-
lığına  çəkildilər.  Van  qayasındakı  yazılarda  göstərilir 
ki,  Ut  tayfası  hökmdar  Menuanın  zamanında  (e.ö. 
820-810)  Cənubi  Qafqazın  bir  çox  qəbilələrini  öz  ət-
rafında  toplayıb,  Urartu  işğalıçılarına  qarşı  qanlı  dö-
yüşlər  aparırdı  (Меликишвили  1960,  35,  135;  Ни-
кольский 1896, 92). 
Göyçə  gölü  yaxınlığındakı  Atamxan  və  Alçalu 
kəndlərindən tapılan mixi  yazılardan görünür ki,  artıq 
e.  ö.  VIII  əsrdə  utilər  və  albanlar  Göyçə  bölgəsində 
yaşayırdılar. İ.İ.Meşşaninov yazır ki, Urartu hökmdarı 
Argisti  Göyçə  gölü  və  yuxarı  Araz  çayı  sahilində 
yaşayan  qəbilələrin  üzərinə  dağıdıcı  basqınlar  edirdi 
(Мещанинов 1933, 71). 
Həmin  döyüşləri  təsvir  edən  yazılarda  utilərlə 
albanlar  bir-birindən  fərqləndirilir.  Urartu  hökmdarı 
Sardurun  Sevan  gölü  sahilindəki  qayadan  tapılan 
kitabəsində deyilir: – Həmin il albanların (mətndə uru 
kuh Albani) ölkəsini, Muna (Araz) çayı boyundakı 20 
qalanı  və  120  yaşayış  məskənini  tutdum  (Меликиш-
вили 1960, 287; Арутюнян 1985, 114). 
Utilər Urartunun 
Albaniyaya 
basqınlarının 
qarşısını alan 
gürcü tayfalardan 
biri idilər.  
Utilər Urartunun 
Albaniyaya 
basqınlarının 
qarşısını alan 
güclü tayfalardan 
biri idilər.  
Döyüş arabaları 
Misirə Qafqazdan 
aparılmışdır.  
Misirin Osiris 
kultu 
Azərbaycanın 
Azər kultundan 
törəmişdir. 


 
 
N.Y.Marr  və  İ.A.Orbeli  alban  etnik  adını  h’al-
pan  kimi  oxuyurlar.  Belə  hesab  edirlər  ki,  utilər  və 
h’alpanlar  Qarabağa  köçməzdən  qabaq  Göyçə  bölgə-
sində  yaşamışlar  (Доклады  Марр  и  Орбели  1922, 
52). 
Assuriya  hökmdarı  II  Sarqonun  kitabəsində  de-
yilir:  –  Utuxlu  səfir  Urartunun  Kimer  ordusu  tərəfin-
dən tutulması xəbərini  gətirdi (Solmaz Qaşqay 2006, 
60).  Buradan  aydın  görünür  ki,  Assuriya  dövlətinin 
Urartuya  təyin  etdiyi  səfir  Uti  zadəganlarından  biri 
olmuşdur. 
Utilərin  Aran  Qarabağına  Göyçə  mahalıngan 
köçüb gəldiklərini Kerop Patkanyan təsdiq edir. Əfqan 
mənşəli  ermənişünas  yazır  ki,  utilər  Van  gölü  yaxın-
lığından Ararat vadisinə, oradan Göyçə mahalına, da-
ha sonra Albaniyaya gəlmişlər (Патканов 1883, 200). 
Tarixi mənbələr göstərir ki, öncə albanlar, daha 
sonra utilər Aran Qarabağına köçmüşlər. Özü də onlar 
eyni  yox,  qohum  etnoslar  olmuşlar.  Antik  tarixçilər-
dən Böyük Plini və Klavdi Ptolomeyin yazdığına görə, 
utilər albanların qonşularıdır (Qukasyan 1984, 17). 
Utilərlə  albanların  antropoloji  quruluşu  da  uy-
ğun  gəlmirdi.  Albanların  əksəriyyəti  sarışın  saçlı  və 
ağüzlü  utilərin  çoxu  qara  bənizli  idi.  Bu  da  onların 
uzun müddət Misirdə yaşaması ilə bağlıdır. 
Musa Xorenli də utilərlə albanları eyniləşdirmir. 
Yazır  ki,  utilərin  ölkəsi  Kür  və  Araz  çayları  arasında 
yerləşir.  Uti  ölkəsi  Albaniyaya  tabedir  (Хоренский 
1809, 231). 
387-ci ildə Armini yunanlarla sasanilər arasında 
bölünəndə  Uti  mahalı  Albaniya  mərzbanlığına  daxil 
edildi  (Aleksidze  2003
2
,  29).  Buradan  aydın  görünür 
ki, utilər bir etnos kimi albanlardan  fərqlənmişlər. 
Utilərlə  albanların  qohumluğunu  təsdiq  edən 
əsas cəhət onların hər ikisinin Aran nəslindən çıxması-
dır. M.Xorenli və M.Kaqankatuklu bildirirlər ki, utilər 
Utilər Kaxetiyə 
Arandan köçüblər. 
Utilər alban deyil, 
albanların 
qonşusudur. 
Utilər Aran 
nəslindəndilərlər. 


 
 
Albaniya  hökmdarı  Aranın  nəslindəndirlər  (Хорен-
ский  1809,  231;  История  Агван  1861,  31;  Albaniya 
tarixi 1992, 19). 
İqrar  Əliyev  utilərin  türklüyünü  qəbul  etməsə 
də, yazır ki, utilər qədim kutilərin qalıqlarıdır (Алиев 
2002,  284).  Fikrimizcə,  utilər  Misirə  köçməzdən  qa-
baq  Kuti  tayfa  ittifaqına  daxil  olmuş,  uzun  zaman 
kutilərlə birlikdə Urmiya gölü ətrafında yaşamışlar. 
Eranın  əvvəllərində  utilərlə  kutilərin  bir  qolu 
Don çayı sahilində yaşayır, özlərini Utiqur və Kutiqur 
adlandırırdı  (Артамонов  1962,  86).  Həmin  utiqurlar 
türk  əsilli  Don  kazaklarının  əcdadlarıdır  (Мурад  Ад-
жи  1997,  152-153).  Deməli,  utilərin  hamısı  Urmiya 
gölü  ətrafından  Misirə  köçməmiş,  Kuti  tayfa  ittifaqı 
dağılandan sonra Qafqaz dağlarının şimalına çəkilmiş 
və burada uqorlarla yeni tayfa ittifaqı yaratmışdır. 
Uti dilinin tədqiqatçıları yazırlar ki, utilər özləri 
özlərini Od və Uti adlandırırlar. Erməni tarixçiləri on-
ların  adını  Utik  şəklində  yazıya  almışlar  (Доклады 
Марр и Орбели 1922, 45, 59; Еремян 1958, 303-304; 
Qukasyan 1993, 72). Udin həmin etnonimin rus dilinə 
uyğunlaşdırılmış variantıdır. 
 A.A.Bakıxanov  VIII-IX  əsr  ərəb  tarixçilərinə 
istinadən  yazır  ki,  utilərin  ilk  adı  Ud  olmuşdur  (Ba-
kıxanov 1951, 24). Doğrudan da, ərəblər ermənilərdən 
fərqli  olaraq  utilərin  Albaniyada  saldıqları  şəhəri  Ud 
və  Od adlandırırlar. 
Yaqut  Həməvi  yazır:  –  Salman  ibn-Rabiə  əl-
Baxili  Aran  vilayətindəki  Ud  şəhərini  tutdu  (Йакут 
ал-Хамави  1983,  13,  33).  Deməli,  Ud  şəhəri  Qəbələ 
yaxınlığında  III  əsrdən  ərəb  işğalına  qədər  mövcud 
olmuşdur. 
Utilərin  xristianlıqdan  dönməyən  hissəsi  ərəb-
lərin  təzyiqi  ilə  Kaxetiyə  cəkildi.  İslam  dininə  iman 
gətirənlər  isə  Azərbaycan  xalqının  mənşəyinə  daxil 
oldular.  XVI-XVII  əsrlərdə  onlar  özlərini  Uduqlu 
İberlərlə tiberlər 
kimi utilərlə 
kutilər 
qohumdurlar. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə